Bütün dünyaya və xalqlara sülh, əmin –amanlıq, mehribançılıq arzulayıram.
Gələcək nəsillərə yadigar olaraq ULU BABA və NƏNƏlərimizin xatirəsinə həsr edirəm.
Həyatda heç bir kəsə övlad dağını arzulamıram.
Atam Mehralı Məşədi Yolçu oğlu və anam Xanım molla Məstan qızının
xatirəsinə həsr edirəm.
Həyatda heç bir kəsə cavan qardaş və bacı dağı arzulamıram.
Qardaşlarım Nizami və Yolçunun xatirəsinə həsr edirəm.

Sayt haqqında

1984 –çü ilin payız ayları idi. Bir gün Toxluça kənd idarəsinin qabağında Mirzə və Qurban (Ənvər) Nəsib oğlu qardaşları qardaşım Nizamiyə Ağbulaq kəndində kiminsə vəfat etdiyini dedilər və ora baş sağlığına getmək lazım olduğunu dedilər. (həmin şəxsin kim olduğunu unutmuşam). Axşam qardaşım Nizamidən vəfat edənin kim olduğunu soruşdum. O, vəfat edənin adını dedi. Necə qohum olduğumuzu soruşdum, o, isə dədəmdən soruşmağı bildirdi. Dədəmin atasının əmisi qızı Püstənin oğlu (və ya nəvəsi) olduğunu bildim. Mən həmin vaxt dəftər qələm götürdüm və başladım yazmağa. Dədəmin unutduqlarını isə Məyxanım Xamoy qızlndan soruşdum. Demək olar ki, Qılıclı tayfasını və Dəmirçilərin Məşədi Vəlicanlar qolunu yazdım.

Mən çox müşahilərdən sonra hiss etdim ki, kənd yaşlıları öz dünyasını dəyişdikdən sonra, cavanlar bir – birini tanımır və ya tanıya da bilmirlər. Zaman keçdikcə isə kənd əhalisi bir- birndən soyuyur və uzaqlaşaraq yadlaşırlar. Hələ çox şükürlər olsun ki, Toxluca kəndinin əhalisinin əksəriyyəti konpakt şəkildə olmasada, dağınıq şəkildə olsa da Bakı şəhərində məskunlaşıblar. Kəndin xeyir və şərində insanlar bir – biri ilə hal – əhval tuturlar. Ancaq bununla belə soyqlaşma, yadlaşma gedir.

Kənddə yaşayarkən əhali hər gün olmasada, istər – istəməz bir – birindən hal – əhval tuta bilirdilər. Həm də hər bir tayfa bir – biri ilə yaxın məsafədə yaşayırdılar. Kənddən köşüb başqa yerlərdə yaşayan insanlar həm da kəndə tez- tez gəlirdilər və təzə nəsil də onları istər – istəməz tanıyırdılar. Elektron mətbuat da olmadığından insanlar həmisə aşıq havada olurdular, ünsiyyət yaratmasalarda bir – birini görürdülər. Yaşlı insanlar əvvəllər yaşamış insanlar, tayfalar haqqında cavanları məlumatlandırırdılar.

Indi isə, həm əhali, həm də qohumlar bir – birindən aralı düşüb, cəmiyyətin inkişafı da buna böyük təsir göstərir. Artıq vaxt azlığından, məsafənin uzaqlığından insanların bir – biri ilə görüşə bilmirlər, ünsiyyətdə olmamaq işə uzaqlaşmaq, yadlaşmaq deməkdir. Bəzən öz övladlarına öz tayfan haqqında məlumat verə bilmisən.

Bütün bunları nəzərə alaraq qərara aldım ki, bu işi kim isə etməlidir. Və mən özlüyümdə bu yükün altına girdim, nə qədər ağır olduğunu da gördüm. Təziqlərə də rast gəldim, tənələr də eşitdim, məni qınayanlar da oldu. Hətda bəzi adamlardan öz tayfaları haqqında məlumat almaq istədikdə bu məlumatı verməkdən bibaşa olmasa da dolayısı ilə imtina edənlər oldu. Hətda bəziləri mənə kömək təkliflərini etsələrdə sonradan bundan imtina etdilər, hətda mane də olmaq istəyənlər də oldu.

“Səcərələr və tayfalar” bölməsində mənə verdikləri məsləhət və köməkliklərinə görə bütün insanlara ALLAHdan RƏHM və RƏHMƏT diləyirəm. O cümlədən – Məyxanım Xamoy qızına, Səməd Avış oğluna, Məhəmməd Xamoy oğluna, Səfər Xalıqverdi oğluna, Həsən Hüseyin oğluna, Ziyat Əkbər (Körük) oğluna, Abbas Qurban oğluna (Sedillər), Mirzə Nəsib oğluna, Məhəmməd və Şəki Meyfalı oğlu qardaşlarına, Müzahim Meyfalı oğluna, Telman Ələsgər oğluna, İsmayıl Mehralı oğluna, Səlim Ağamalı oğluna, Musa İsmayıl oğluna, Srayıl Oysar oğluna, Allahverdi Ələs oğluna, İsmayıl Mehralı oğluna, Məmməd Kərbalayı Məhəmməd oğluna, Etibar Aslan oğluna, Xanım (Həqiqət) Qənbər qızına, Nazir Xıdır oğluna (Cleflər), kəndimizin ağsaqqalı Məhəmmədtağıya, Süleyman Mikayıl oğluna, Bayraməli İdris oğluna, Saleh Əmrah oğluna, Yaqub Məsim oğluna, Həsən Hüseyn oğluna, Hüseyn Paşa oğluna, Abbasəli Paşa oğluna, Fazil Mir Əziz oğluna və onun mənimlə tanış etdiyi Tovuzun Ağdam kəndindən olan Əbülfət Xanbuta oğluna, adını burada qeyd edə bilmədiyim bütün şəxslərə.

Əlbətdə, həyat davam etdikcə insanlar yaşayır, insanlar yaşadıqca nəsil artımı davam edir, bu nəsil artımı zamanı insanlar müxtəlif səbəblərdən bir – birilərindən uzaqlaşırlar. Həm bu nöqteyi – nəzərdən, həm də “səcərələr və tayfalar” yazısında müəyyən çatışmamazlıqlar və anlaşmazlıqlar olmasına görə SAYT sahibi ilə əlaqə yaratmağınızı xaiş edirəm. Bu əlaqəni üçün öz telefon və e-mail poçtumu yazıram.

Telefonlar: (012) 513 19 23 ; (050) 536 53 99; (070) 536 11 68

E – mail : qilicli-88@ mail.ru

Mənimlə əlaqə yaradacaq şəxslərə əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Qasımov Kamran Mehralı oğlu

Mən Kamran Mehralı oğlu 1961 –ci ilin may ayının 26 – da anadan olmuşam. Anam deyərdi ki, ilk kosmonavat – Yuri Qaqarin kosmosa uçan günü, yəni 1961 – ci ilin 12 –si apreldə ata nənəm Güləbatın Vəlican qızı vəfat edib, onun ölmündən qırx gün keşdikdəm sonra sən anadan olmusan, məndən qırx gün sonra isə xalam qızı Bəsdi Mirzə qızı anadan (10 iyulda ) olub. 1968 – ci ildə Toxluca kənd orta məktəbinin birinci sinfinə getmişəm, 1978 –ci ildə orta məktəbi bitirmiçəm. Həmin ildən instituta daxil olana qədər Toxluca kəndində işləmişəm. 1980 – 1982 –ci illərdə Sovet ordusunds xidmət etmişəm. 1985 –ci ildə Azərbaycan Politexnik İnstitutunun Metallurgiya fakultəsinin “Əlvan metalların metallurgiyası” ixtisası üzrə təhsil almışam.

1990 –cı ilin avqust ayından 1995 – ci ilə qədər Bakı Əlvan metalların metallurgiyası zavodunda mühəndis vəzifəsində işləmişəm. Sonra sərbəst ticarətlə məşğul olmuşam. 2015-ci ildən Dövlət Dəmir Yolu və Metro Tədris mərkəzində müəllim işləyirəm.

İki qızım, bir oğlun var.

Əziyyət çəkib  topladıqlarımın    qiymətini   və   necə  alındığını  isə   həm  el – oba,   həm   gələcək  nəsillər,   həm  də  zaman  verəcək.