Kənəd sovetinin sədr  və  katibi  olmuş  şəxslər: 

   Toxluca    kənd  sovetinin  sədrləri  vəzifəsində  işləmiş   şəxslər:

  1. Rüstəm  Məşədi  İsmayıl  oğlu  (ilk  sədr),
  2. Nadirov Kərbalayı  Məmməd  Əsgər  oğlu,
  3. Mamedov  Hümbət   Şükür   oğlu   1924-1927,
  4. Primov   Əli  Ələsgər  oğlu   1927 – 1930,
  5. Mamedov Kərim  Qənbər  oğlu    1930 – 1933
  6. Həsənov  Allahverdi  (Qaraqoyunlu  mahalının   Polad  kəndindən)   1933-1934
  7. Xançoban (Çaykənd  kənddən)    1934 -1936
  8. Məmmədov Əhməd  Bədəl  oğlu    1936 – 1939,
  9. Qasımov  Məhərrəm (Ardanış  kəndindən)  1939 –  1941
  10. İsgəndərov  İbrahim Mərdan oğlu   1941 – 1943,
  11. Babayev  Rüstəm  Mirzə  oğ  1943 – 1945
  12. Allahverdiyev  Hüseyn  Aslan  oğlu   1945 – 1947
  13. Hüseynov  Əli  Həsən  oğlu  (kapitan  Əli)   1947 – 1950
  14. Məmişov Yusif Ayvaz  oğlu  1950 – 1952,
  15. Talibov Mehralı  Əli  oğlu    1952 – 1955,
  16. Nadirov İdris İsrafil  oğlu   1955 – 1961  və  1967 – 1971-ci  illər,
  17. Qələndərov  Hüseyn  Oruc  oğlu   1961 -1967 ,
  18. Bədəlov  Sərvəz  Oruc  oğlu  1971  (bir -iki  ay)
  19. Əsədov Ağəli Abuləli  oğlu   1971 – 1975,
  20. Hüseynov Sərvəz Əhməd  oğlu  1975 -1980,
  21. Bayramov  Həsən  Bayram  oğlu   1980 – 1983,
  22. Novruzov  Azad  Əli   oğlu  1983 – 1985,
  23. Novruzov  Abbasqulu  Əli   oğlu   1985 – 1988,
  24. Abbasov  Valeh  Hüseynalı  oğlu  1988

Toxluca    kənd  sovetinin  katibləri   vəzifəsində  işləmiş   şəxslər:

Məmmədov  Məmməd  Məmmədcan  oğlu,
Qurban   Şəmistan  oğlu  (Qılıclı),
Həsənov  Tamaşa  Xudu  oğlu,
Rüstəm   (Quçur)  Musa  oğlu,
Allahverdiyeva  Nabat  Hüseyn  qızı
Əhmədova  Hamayıl  (qara)  Kərim  qızı (1940-1948)
Nadirov  İdris  İsrafil  oğlu  (1948-1955)
Abdullayev   Azad   Rüstəm  oğlu   (1959-1972)
Hüseynov   Sərvəz  Əhməd   oğlu  (1972-1975)
Mamedov   Sərvəz   Rəsil  oğlu  (1975-1988)

İdris   İsrafil  oğlu   Nadirov  -1924-cü  il  23   fevral   tarixində  Göyçə   mahalının  Toxluca  kəndində   anadan  olmuşdur.  Toxluca   kənd  orta  məktəbində  təhsil  aladıqdan  sonra,  əmək  fəaliyyətinə   bu  kənddə   başlamışdır.  1941-ci  ildə   SSRİ  sərhədlərini    öz  ordusu  ilə  keçən   Hitlerin   Alman   ordusu  bütün   ölkə   vətəndaşlarının   həyatında  böyük   dəyişirikliklər  etdi.   İdris  İsrafil  oğlu  1942-ci  ilin  dekabr  tarixindən   1945-ci  ilin   yanvar   ayına,  yaralanıb  tərxis  olana  qədər   416-cı   milli  atıcı  Taqonroq   diviziyasında   xidmət    etmişdir.
Müharibən   tərxis  olunduqdan  sonra   1948-ci  ilə  qədər   Toxluca   kənd  kolxozunda   çalışmışdır.   Öz  bacarığı  ilə   seçilən    İdris  Nadirov   1948-ci  ildə   Toxluca  kənd   sovetliyində  katib   vəzifəsinə  irəli  çəkilmişdir.   1955-ci  ilə  kimi  bu  vəzifədə   çalışdıqdan  sonra,   Toxluca  kənd   sovetinin   sədri  vəzifəsinə   irəli  çəkilmiçdir.   1955 – 1961-ci  illərdə  Toxluca  kənd  sovetinin  sədri  vəzifəsində  işləmişdir.   1961-1962-ci  illərdə   kolxozun   buğalteriyasında  işləmişdir.
1962 – 1967-ci   və   1971 – 1981-ci   illərdə   Toxluca  kənd   poçt – rabirə  şöbəsinin   rəisi  vəzifəsində  işləmişdir.
1967-ci  ildə  yenidən  Toxluca  kənd  sovetinin  sədri  vəzifəsinə  fəailiyyətini   davam  etdirərək  1971-ci   ilə  kimi  bu  vəzifədə  işləmişdir.  1981-ci  ildən    Toxluca  kənd   sovetində   vetaranlar  və  hərbi  çağrış  şöbəsində   işləmişdir.
1988-ci  ildə   hayların   Ermənistan   adlandırılan   Respublikadan  Azərbaycanlıların   ata-baba   yurdları  ilan  tarixi  torpaqlarından   departasiyası  nəticəsində  İdris   İsrafil  oğlu  da  öz  ailəsini  Bakı  şəhərində    məskunlaşdırmışdır.
1929-cu  ildə   Toxluca  kəndinin   Ruhani  ailəsində   doğulub   böyüyən  Səkinə   Məşədi  Əli  qızı  ilə   ailə  quran   İdris  İsrafil  oğlu   həm  də   qayğıkeş  ailə  başçısı  olmuşdur.  İdris  ata   və  Səkinə  ana   ailədə      5  qız,  5  oğlan   övladları  böyüdüb   tərbiyə  etmişlər.  Zəhməti   sevən   ailədə  böyüyən  ailədə  övladların   əksəriyyəti  ali  və  orta  ixtisas  təhsili  almışlar.
İdris  İsrafil  oğlu   Nadirov   2013-cü  ilin   sentyabr   ayında  dünyasını  dəyişmişdir

Əhmədova  Hamayıl  Kərim  qızı  –  1922-ci  ildə  Göycə  mahalının  (hazırda  Ermənistan  adlanadırılan  1937-cu  ilədək  və  1991-ci  ildən  sonra  Çənbərək  (1937 – 1991-ci  illərdə  Krasnoselo)  rayonu)  Toxluca  kəndində  anadan  olub.  Hamayıl  xanımın  atası Kərim   Toxluca  kəndinə 1905-ci  ildə  Azərbaycan  türklərini  təmizləmək  məqsədi  ilə  “hay”ların   Göyçə  mahalının  Kəvər  ərazisinə   hücumu  nəticəsində  köçərək   məskunlaşmışdır.
Hamayıl  Əhmədova   Toxluca  kənd  orta  məktəbini   bitirdikdən  sonra   öz  fəallığı  və  bacarığına  görə  Toxluca  kənd  sovetinin  katibi  vəzifəsinə  işə  götrülmüşdür.   Bu  vəzifədə  işləməsi  müharibə   illərinə  təsadüf  etdiyindən  Hamayıl  xanımın  üzərinə   digər  ictimai  vəzifələr  də  düşmüşdür.  Belə  ki,  müharibə  illərində  ön  cəbhəyə  əhali  tərəfindən  edilən  yardımlar,   əl  ilə  yoxunma  yun  corablar,  yun  köynək  və  yaketlər,  kənd  əhalisi  tərəfindən  istehsal  olunan  pendir,  yağ,  şor  və  s.  məhsulların  yığılaraq  siyahıya  alınması,  göndərilməsi  bilavasitə   kənd  sovetinin  katibi  kimi  Hamayıl  xanımın  üzərinə  düşürdü.
1948-ci  ilə  kimi  Kənd  sovetinin  katibi   vəzifəsində  çalışan  Hamayıl  xanım   həmin  ildən   1952-ci  ilə  qədər  Toxluca  kənd   klubunun   müdrü  vəzifəsində  çalışmışdır.  1952-ci  ildə  Qazax  rayonu  sakini  Abbas  Şahbazov  ilə  ailə  qurması  ilə  bağlı  olaraq  Toxluca  kəndindən  Qazax   rayonuna   köçmüşdür.
Qazax  rayonunda   uzun  müddət  Rayon  Xəstəxanasında   aşbaz  işləmişdir.  Hamayıl  xanım  həyat  yoldaşı   Abbas  ata  ilə   birlikdə  üç  oğlan,  bir  qız  övladı  böyütmüşdür.  Hamayıl  Əhmədova   1981-ci  ildən  Bakı  şəhərində  yaşayır.

    Abdullayev  Azad  Rüstəm  oğlu  –  1942-ci  il   10  sentyabr  tarixində   Qərbi  Azərbaycanın     Göyçə  mahalının  (Erm  SSR-nin   Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.
Azad   Abdullayev   1949-cu  ildə   Toxluca  kənd  orta  məktəbinin   birinci   sinfinə   daxil  olmuş,  1959-cu  ildə   həmin   məktəbin  tam  orta  təhsilini   uğurla  başa  vurmuşdur.
Azad   Rüstəm  oğlu   Abdullayev   əvvəlcə   Yerevan  Kənd   Təsərrüfatı   texnikomunun   Aqronomluq   fakultəsində  təhsil   almışdır  Sonra  isə   AzDPİ-nun   –   Azərbaycan   Dövlət   Pedoqoji   İnstitutunu  (indiki  AzDPU-ni  –  Azərbaycan  Dövlət   Pedoqoji  Unversitetinin)   İbtidai  təhsilin  pedaqogikası  fakultəsində   təhsil  almışdır.
Azad   Rüstəm  oğlu   1959-cu  il  sentyabr  tarixindən   1972-ci  il   1  aprel   tarixinə qəıdər  Toxluca  qəsəbə  zəhmətkeş  deputatları   sovetində  katib  vəzifəsində   çalışmışdır.  1972-ci  il  1  aprel   tarixindən   Krasnoselo  Rayon   Partiya  komitəsinin  qərarı  əsasında  Toxluca   qəsəbə   orta  məktəbində   müəllim  işləməyə   başlamışdır.
Azad  Rüsəm  oğlu   1980-ci  ildə   Toxluca  qəsəbəsindən   Şəmkir  (həmin  dövrdə   Şamxor)  rayonunda  Şamxor  SES-ın  tikintisi  ilə  əlaqədar  yeni  salınmış   Kür  qəsəbəsinə  köçərək  orada  məskunlaşıb  yaşamışdır.  Azad  Abdullayev  burada  2012-ci  il  tarixinə  qədər  orta  məktəbdə  müəllim,   müxtəlif  idarə  və  müəsissələrdə   müxtəlif   vəzifələrdə   çalışmışdır.
Azad   Abdullayevin   atası   Rüstəm   Məmmədsadıq  oğlu  Abdullayev   İkinci  Dünya  müharibəsində  döyüşmüş   və   müharibədə   qəhramancasına   həlak  olmuşdur.  Ataları  müharibədə  həlak  olan   dörd   uşağı  isə  Rüstəm   Məmmədsadıq  oğlunun   həyat   yoldaşı  Abdullayeva  Fatma  Həsən  qızı  öz  zəhmət  ilə   tək  böyüdüb  tərbiyə  etmişdir.  Fatma  ana   1998-ci  ildə   Şəmkir  rayonunun   Kür  qəsəbəsində  dünyasını  dəyişmişdir.
Azad   Toxluca  kəndində   Şavıllar   tayfasının  Qaradöşlər  qolundan  olan  Sənəm   Rüstəm  qızı  ilə  ailə  qurmuşdur.  Azad   və  Sənəm   özlərinin   altı  övladı  ilə   birlikdə  vaxtsız  dünyasını  dəyişmiş  qardaşı  Bayram  Rüstəm  oğlunun  da   iki  övladını   öz  övladları  kimi   böyüdüb  tərbiyə   etmişlər.

Qələndərov  Hüseyn   Oruc  oğlu  –  20  dekabr  1934-cü  il  tarixində  Oğuz  yurdu  olan   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  İlk  orta  təhsilini   1942 -1951-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır.
O,  bir  il  kənd  kolxozunda  fəhlə  işlədikdən  sonra,  təhsilini   davam  etdirmək  üçün   1952-ci  ildə  İrəvan  Kənd  Təsərrüfatı  Texnikomuna  daxil  oldu.  1955-ci  ildə  bu  təhsil  ocağını  bitirmişdir.
1959-1961-ci  illərdə  Toxluca  sovxozunda  təsərrüfat  briqadiri   vəzifəsində  çalışmışdır. 1961- 1967-ci  illərdə  Toxluca  kənd  sovetinin  sədri  vəzifəsində  çalışmışdır.
Hüseyn  Oruc  oğlu  1967-ci  ildə  toxluca  kənd  sovxozunun  ən  ağır  sahəsində,  komleks  qoyunçuluq   təsərrüfat  sahəsinə   rəhbərlik  edir.   O.  həmin   dövrdə   həmçinin   sovxozun   ilk  partiya  komitəsinin  sədri  vəzifəsində  (ictimai   əsaslarla)  də  çalışmışdır.
1975-1976-cı  illərdə  Toxluca  kənd  klubunun   müdrü   işləmişdir.
Hüseyn  Qələndərov  1976-cı  ildə  Toxluca   kənd  Fəhlə  Həmkarlar  Komitəsinin   sədri  seçilir  və  bu  vəzifədə  1986-cı  ilə  qədər  çalışır.
1986-cı  ildə  Toxluca  kənd   ilk  partiya  təşkilat  sədri  vəzifəsinə  seçilmişdir.
1988-ci  ildə    məlum    Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində      Hüseyn  Oruc  oğlu  da  “hay”  daşnaklarının  hücuları  nəticəsində  öz   ata-baba  torpaqlarını  tərk  etməli  olmuşdur.  O,  deportasiyadan  sonra  Çəmkir  rayonunun   Çənlibel  (Çardaqlı)   kəndində  məskunlaşmışdır.
Hüseyn   Oruc  oğlu   Çənlibel  kəndində  məskunlaşdıqdan  sonra   1989-1996-cı  illərdə   Çənlibel  kənd  Həmkarlar  Təşkilarının   Sədri  vəzifəsinə  seçilmişsir.
1996-2002-ci  illərdə  Çənlibel  kənd  Bələdiyyə  sədrinin  müavini  vəzifəsinə  seçilmişdir.
2007-ci  il  avqust  tarixində  xəstəliyə  tab  gətirməyən  Hüseyn  dünyasını  dəyişmişdir.
Sineyvar  Sayat  qızı  ilə  ailə  quran  Hüseyin  Oruc  oğlu  4  qız,  5  oğlan  olmaqla  9  ovlad   böyüdüb   tərbiyə   etmişdir.

Musayeva  Həlimə  Oruc  qızı  –  1947-ci  il  tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   Qılıclı  tayfasna  mənsub  ailədə  doğulmuşdur.
1953 -1963-cı  illərdə  Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.
1967 – 1969-cu  illərdə   Bakı  Kitabxanaçılq  Texnikumunda  təhsil  alaraq  “Kitabxana  işi”  ixtisasına  yiyələnmişdir.
Orta  məktəbi  bitirdikdən  sonra  1963-cü  il  tarixindən  1988-ci  il  tarixinə  qədər  Toxluca  kənd  kitabxanasında  çalışmışdır.  Həlimə  xanəm   bacarığı  ilə  fərqləndiyinə  görə  Toxluca  kənd  sovetində  və  Toxluca  kənd  sovxozunda  mextəlif  ictimai  işlərdə  də  çalışmışdır.  Dəfələrlə  kənd  sovetinin  deputatı  seçilmişdir.  Kənd  əhalisini   həvəsləndirərək  kitabxanada  daima  müxtəlif  tədbirlər  aparmış,  kitabxananaın  kitab  fondunu  yeniləmək  üçün  daima   nəşiriyyatlarla  əlaqə  yaratmışdı.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Məhərrəm  Oruc  oğlu  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəsi  ilə  birlikdə  əvvəlcə   Şəmkir  rayonunun  Çənlibel  kəndində,  sonra  isə  Bakı  şəhərində  məskunlaşmışlar.
Həlimə  xanım  Bakı  şəhərində  məskunlaşdıqdan  sonra,  1995-1998-ci  illər  ərzində   Bakı  şəhərində  “Bərpaçı”  müəssisəsində  mühasib  vəzifəsində  çalışmışdır
1995-ci   ildən   31.10.2015-ci  il  tarixinə  qədər  Şuşa  dövlət  Musiqili  Dram  teatrında  baş  mühasib  vəzifəsində  çalışmışdır.
Həlimə  xanım  Oruc  qızı  Musayeva  həyat  yoldaşı  Qələndərov  Məhərrəm  Oruc  oğlu  ilə  birlikdə  5  övlad  böyüdüb  tərbiyə  etmişlər.

Məmmədov  Sərvəz  Rəsul  oğlu   –  18  mart  1938-ci  il  tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   Hallaclar  tayfasında    dünyaya  göz  açmışdır.
Ilk  təhsilini  1945- 1955-cı  illərdə  Toxluca  kənd  orta  məktəbində  almışdır.  Əmək  fəaliyyətinə  16  fevtal  1956-cı  il  tarixindən  Toxluca  sovxozunda  fəhlə  kimi  başlamışdır.
1960-cı  ildə  İrəvan  Azərbaycan  Kənd  Təsərrüfatı  texnikomuna  daxil  olmuş,  1964-cü  ildə  həmin   təhsil  ocağını  “Zootxnik”   ixtisası  üzrə  bitirmişdir.
1965-ci  ildə  sovxozun   buğalteriyasında  buğaltır  köməkçisi,  1967-ci  ildən  sovxozun  anbardarı,  1969-cu  ildə  sovxozun  maldarlıq  sahəsində  süd  tədarükü  söbəsinin  müdrü,   1970-ci  ildən   1975-ci  ilədək    sovxozun  maldarlıq  sahəsində   texniki-süni  mayalanma   laborotoriyasında  lobarant  vəzifələrində  çalışmışdır.
1975-ci  ildən   1989-ci  il   6  fevral  tarixinədək   Toxluca  qəsəbə  sovetinin   katibi  vəzifəsində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Sərvəz  Rəsul  oğlu  Məmmədov  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
01  sentyabr  1989-cu  il  tarixindən   “Azərmelarasiya”   idarəsində   təsərrüfat  sahəsində  çalışmışdır.  26  oktyabr  1992-ci  il  tarixində  öz  yoldaşları  ilə  yaratdıqları  “Fantaziya  səhmdar  cəmiyyətinin”  direktoru  vəzifəsində  çalışmışdır.
02  may  1993-cü  il  tarixindən    Azərmelorasiya  tikinti  trestində  təsərrüfat  müdürü  vəzifəsində  çalışmışdır.
07  fevral  1994-cü  il  tarixindən  Azərbaycan  Respublikası  Taxıl  Məhsulları  Dövlət  Şirkətində  Satış  və  kommersiya  mərkəzinin  bazasında  Əmtəşünas  vəzifəsində  çalışmışdır.  1998-ci  ildə  təqaüdə  çıxmışdır.
Uzun  sürən  xəstəliyə  tab  gətirməyən  Sərvəz  Rəsul  oğlu  24  fevral  2001-ci  il  tarixində  dünyasını  dəyişdi.
01  iyun  1960-cı  il  tarixində  Toxluca  kəndində  Bicoylar  tayfasından  Səməngül  Hüseyn  qızı  ilə  ailə  qurmuş  və  onunla   birlikdə  3  qız,  3  oğlan  olmaqla  6  övlad  böyüdüb  tərbiyə  etmişdir.

    Həsənov  Hüseyn  İsmayıl  oğlu  –  8  noyabr  1952-ci  il  tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   doğulmuşdur.
1960 -1970-cı  illərdə  Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.
1976 – 1980-cu  illərdə   İrəvan  Kənd  Təsərrüfatı  Texnikumunun   Mühasibat-uçot  fakultəsində   təhsil  alaraq  “Mühasibat-uçot”  ixtisasına  yiyələnmişdir.
1971-1973-cü  illərdə   Sovet  ordusunun  Almaniya  Demokratik  Respublikasında  yerləşən  hərbi  hissəsində  xidmət  etmişdir.  Ordudan  təxis  olunduqdan  sonra  Toxluca  sovxozunda   müxtəlif  təsərrüfat  işlərində  çalışmışdır.
1978-1980-ci  illərdə  maldarlıq  təsərrüfatında  süd  əmtəsinin  qəbulu  mətəqəsində  hesablatıcı  vəzifəsində  işləmişdir.  1980- 1988-ci  illərdə   Toxluca  qəsəbə  sovetində  qəsəbə  sakinlərindən  xüsüsi  təsərrüfatından  vergi  yığımı  şöbəsində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Hüseyin  İsmayıl  oğlu  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəsi  ilə  birlikdə  Bakı  şəhərində  məskunlaşmışlar.
1988-ci  ildən  Bakı  Kondsianer  zavodunda,   AzərElektroEnerji  istehsalat  müəsisəsində  operator  vəzifələrində  çalışmışdır.
2012-ci  ildən  əmək  pensiyasına  çıxmışdır.
Hüseyn  İsmayıl  oğlu   Manya  Hüseyn  qızı  (Qaradöşlər)  ilə  ailəlidir.  2  oğlu,  3  qızı  var.