Kolxoz sədrləri və sovxoz direktorları

      Kənddə   1931-ci  ildən  kolxoz  qurulmuş,   1952-ci   ildə  kəndin  örüşü   iki   yerə   bölünərək   Əyriayaqda   sovxoz  yaradılmışdır    (Əyriayağın  adı  ondan  sonra  “Sovxoz”  kimi   qalmışdır).  1955-ci  ildə   Toxluca   kənd   kolxoz   təsərrüfatından   sovxoz    təsərrüfatına   cevrilmişdir   və   Əyriayaqda   yaradılmış   sovxoz  da  bu  təsərrüfatla   birləşdirilmişdir.   Kollektivləşmə   bütün  ölkədə   məcburi   xarekter  olsa   da   Dəmirçilər   tayfasından  olan  Həmid   Məşədi  Həsən  oğlu   kolxoza   üzv  olmamışdır,   ancaq  oğlu  İsmayıl   Həmid  oğlu   kolxoz  və  sovxoz   təsərüfatında   əsl  kommunist   kimi   xidmət    etmişdir.

  Kolxoz  sədrləri  və  sovxoz   direktorları

Primov  Əli  Ələsgər  oğlu,
Mehvalı  Ələmdar  oğlu,
İsgəndərov  İbrahim  Mərdan  oğlu,
Oruc  Şərif  oğlu,
Əhmədov  Məhərrəm  Hüseyn  oğlu  ,
Məmmədov  Cəfər  Əli  oğlu ,
Namaz (Cil  kəndindən olub),
Hüseynov  Əli  Həsən  oğli (Kapitan  Əli),
Əliyev  Cahan   (Əmirxeyir kəndindən),
Əsədov  Ağəli
Mamedov   Mürvət   (əslən Meğri rayonundan olub, İrəvandan Kənd Təsərrüfatı Nazirliyindən  göndərlib),
Əliyev   Bəkir  (Qaraqoyulunun mahalının  Haqqıxlı kəndindən),
Mamedov Eyvaz Kərim  oğlu,
Orucov  Hacan Qənbər oğlu,
Bayramov  Sadıq  Məstan oğlu,
Mahmudov  Mahmud (Ağbulaq kəndindən),
Talibov  Həsən  Mehralı oğlu.

    Məmmədov  Cəfər  Əli  oğlu  –  1903-cü  ildə   İrəvan  quberniyasının  Novo – Bayazet  qəzasının  Toxluca   kəndində  anadan  olmuşdur.  Cəfər  ilk  təhsilini  Toxluca  kəndinin  məscidində  yerləşən  Mollaxana  məktəbində,  kəndin  ən  savadlı  mollasından   olan  Qara  Mollalar  (Daşdəmirlər)  tayfasından  olan   Molla  Əhməddən  almışdır. Molla  məktəbini  bitirdikdən  sonra  atası  Cəfəri  Şınıx  mahalının  Düz  Rəsullu  kəndində  Camal  adlı  bəyin  yanında  işə  qoymuşdur.  Tez  bir  zamanda  öz  bacarıq  və  fərasəti  ilə  bəyin  etibarını  qazanmışır.  Ona  görə  də  bəy  öz  təsərrüfatını  idarə  etmək  üçün  Cəfərə  həvalə  edir.
1920-ci  ildə  bolşeviklər   Azərbaycanda  hakimiyyəti  zəbt  etdikdən  sonra  bütün  ağa   və
bəylərin  mülküyyətini  ələ  keçirdiyi  kimi,  Camal  bəyin  də  bütün  əmlakı  və  var-dövlətini  də  bolşeviklər  tərəfindən  müsadirə  edildi.  Gənc  Cəfər  isə  Toxluca  kəndinə  qayıtmışdır. O,  kənddə  bolşeviklər  partiyasına  qoşulmuş  və  sovet  quruculuğunda  fəal  iştirak  etmişdir.  Bu  səbəbdən  də  gənc  Cəfəri  İrəvana  “Kolxozlar  və   sovet   təsərrüfatının  qurulması  və  möhkəmləndirilməsi”  adlı  birillik   kursada  təhsil  almağa  göndərilmişdir  və  bu  kursu  uğurla   başa  vurmuşdur.
1928-ci  ildən  sonra  SSRİ-də  sanayeləşmə  və  kollektivləşmə  başlamış,  1930-cu  illərdə  isə  rayonlaşma  aparılmışdır.  Gənc  Cəfər  də  kommunist  kimi  koolektivləşmə  quruculuğunda  fəal  iştirak  etmiş,  Toxluca  kolxoz  kolleksiyasının   üzvü  olmuşdur.  Bu  səbəbdən  də  1936-cı  ildə  Toxluca  kənd  kolxozunun  sədri  seçilmişdir.
II  Dünya  müharibəsi  başlayandan   sonra  –  1941-ci  ilin  sonlarında  Cəfər  Əli  oğlu  müharibəyə  çağrılmışdır.  Cəfər  Əli  oğlu  1944-cü  ildə  Krımda.  Kerç  şəhəri  uğurunda  gedən  döyüşlərdə  qılçasından  və  qolundan  yaralanmışdır  Bu  səbəbdən  Rostov şəhərində  hərbi  hosbitalında  müalicə  almışdır. Müalicədən  sonra  döyüşlərdə  vuruşmağa  yararsız  olduğundan  hərbidən  tərxis  olunmuşdur.
Müharibədən  tərxis  olunan  Cəfər  Toxluca  kənd  kolxozunda  sədr  seşilmişdir.  1948-1950-ci  illərdə  Qərbi  Azərbaycanlıların  öz  vətənlərindən  departasiya  etdiyinə  görə  “hay”  millətçiləri  Cəfəri  tora  salmaq  üçün  Toxluca  kənd  kolxozunu  təftiş  etdirmiş  və  sözsüzki   çatışmamazlıqlar  aşkarlanmışdır  (əlbətdə  iş  olan  yerdə  nöqsanlar  da  olar!).  bu  səbəbdən  də  Cəfər  Məmmədov  21  il  həbs  istənilmi,  hakim  isə  müəyyən  çəhətləri  nəzərə  alaraq   həbsi  14  il  etdirmişdir.  Ancaq  1953-cü  ildə  Stalinin  ölmündən  sonra  SSRİ  MK  bürosunun  xüsusi  qərarı ilə  həbsdə  olanların  əksəriyyətinə  əfv  fərmanı  verilmişdir.  Bu  səbəbdən  də  Cəfər  Əli  oğlu   həbsdən  tərxis  olunmuşdur.
Sonrakı  illərdə  Cəfər  Məmmədov  Toxluca  kənd   kolxozunda  və  sonra  isə  sovxozunda  təchizat  şöbəsində  və  tikinti  briqadiri  vəzifələrində  çalışmışdır.
Cəfər  Əli  oğlu  vaxtı  ilə  təsərrüfatında  işlədiyi  Camal  bəyin  qızı  Xədicə  ilə  ailə  qurmuşdur.  Bu  evlilikdən  cütlüyün  11  övladı   –  4  oğlan (Telman,  Salman,  Süleyman  və  Əli),  7  qızı  (Şəfiyqə,  Şküfə,  Yetər,  Həqiqət,  Fatma,  Bəsti  (Tamara)  və  Səyyarə  (Naibə))  olmuş  və  bu  övladları   el-oba  üşün  layiqli  böyüdüb  tərbiyə  etmişdir.
Cəfər  Əli  oğlu  Məmmədov  1979-cu  ildə  Bakı  şəhərinə  köçmüşdür  və  2003-cü  ildə  Bakı  şəhərində  vəfat  etmiş  və  Bakı  şəhərində  dəfn  olunmuşdur.

       Əhmədov  Məhərrəm  Hüseyn oğlu  (onu  hamı  tat  Məhərrəm  kimi  tanıyırdı)  – 1911-ci  ildə  Qərbi  Azərbaycanın   Göyçə  mahalının  (İrəvan  quberniyasının  Nov – Bayazid  qəzasının)  Toxluca   kəndində  göz  açmışdır.
Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır. O,  əmək  fəaliyyətinə  ata-babalarının   sənəti  olan  qalayçılıq  və  dəmirçilik  sənəti  başlamışdır. Toxluca  kəndində  sovet  qruculuğunda  və  kolxoz  qruculuğunda fəal  iştirak  etmişdir.
II  Dünya  müharibəsində  sovet  ordusunun  tərkibində  faşist  almaniyasında  vuruşmuşdur. Müharibədə  qələbə  gününə  qədər  iştirak  etmişdir.
Müharibədən  sonra  Toxluca  kənd  kolxozunda  fəal  iştirak  etmişdir. O, daima  kolxoz  idarə  heyrətinin  üzvü  olmuşdur. Məhərrəm  Əhmədov  Toxluca  kəndində   kolxozunun  sədri,  kolxozun  və  sovxozun  təsərrüfat  briqadiri,  atçılıq  təsərrüfatının  briqadiri  vəzifələrində çalışmışdır. Kəndin  çörək  mağazasında  işləmişdir.  (Xruşovun  dövründə  kəndlərdə  un  satışını  ləğv  etmiş, kəndlərdə  çörək  sexləri  açılmışdır)  1960-cı  illərin  sonunda,  1970-ci  illərdə  sovxozda ata-baba  sənətləri  olan  dəmirçi  işində  işləmişdir.
Məhərrəm  Hüseyn  oğlu  daima  at  belində  gəzmişdir.
Məhərrəm  Hüseyn  oğlu  Qılıclı   tayfasından  olan  Səadət  Abbas  qızı  ilə  ailə  qurmuşdur.  Murtuzəli,  Məhəmmədəli,  Abbasəli,  Səriyyə,  Billur,  Tamara,  Flora  adlı  övladlar   böyüdüb  tərbiyə  etmişlər.
Məhərrəm  Əhmədov  1982-ci  il  27  sentyabr  tarixində  Toxluca  kəndində  dünyasını  dəyişmişdir.

       Əsədov  Ağəli  Abduləli  oğlu  (onu  hamı  Əsədov  deyə  çağırırdı)  – 1915-ci  ildə  Qərbi  Azərbaycanın   Göyçə  mahalının  (İrəvan  quberniyasının  Nov – Bayazid  qəzasının)  Toxluca   kəndində  göz  açmışdır.
Toxluca  kənd  orta  məktəbini  bitirmişdir.  1938-1939-cu  illərdə  İrəvan  şəhərində  Mühasibat-uçotu  kursunu  bitirmişdir.  1944-1945-ci  illərdə  Ali  Partiya  məktəbində  təhsil  almışdır.
Əmək    fəaliyyətinə   Toxluca   kəndində  ilk  kolxoz  qruculuğu  illərdində  briqadir  köməkçisi  kimi  başlamışdır.  Bütün  sənədləşmə   işlərini  o,  yazırmış.  1936-cı  il  yanvar  ayında  Qaraqoyunlu  mahalı  Çaykənd  kəndində  mühasib  köməkçisi  vəzifəsində  çalışmışdır.  1936cı  ilin  dekabr  ayından  1941-ci  il,  müharibəyə  getdiyi  günədək   Toxluca  kolxozunda  mühasib  vəzifəsində  çalışmışdır.  1941-1942-ci  illərdə  II  Dünya  müharibsində  iştirak   etmişdir.  Müharibədə  ağır  yaralanmış,  müalicə  olunduqdan  sonra   ordudan  tərxis  olunmuşdur.
1942-1944-cü  illərdə  Toxluca  kənd  sovxozununda  mühasib  və  ictimai  əsaslarla  İlk  Partiya  Təşkilatının  sədri   vəzifəsində  işləmişdir.
1945 – 1947-ci  illərdə  Krasnoselo  Rayon  Partiya  Komitəsində   təşkilat  və   təbliğat  şöbəsinin  müdiri,  1947 – 1950-ci  illərdə  Krasnoselo  Rayon  Partiya  Komitəsinin  II  katibi  vəzifəsində  çalışmışdır.
1951-1952-ci  illərdə  Krasnoselo  Rayon  Maliyyə  şöbəsinin  müdiri, 1952-ci  ildən   Dövlət  sığorta  idarəsinin  müdiri,  1953-cü  ildən  Krasnoselo  Rayon  İstehlak  Birliyinin  sədri,  1956-cı  ildən  Krasnoselo  Rayon  Gölkənd  kənd  kolxozunun  sədri,  1960-cı  ildən  Krasnoselo  Rayon  Toxluca  kəndində  qoyunculuk  sovxozunun  direktoru,  1967-ci  ildən  Krasnoselo  Rayon  Çıvıxlı  kəndində  kolxoz  sədri,  1969-cu  ildən Krasnoselo  Rayon  Gölkənd  kəndində  kolxoz  sədri,  1971-ci  ildən  Toxluca  qəsəbə  sovetinin  sədri  vəzifələrində  çalışmışdır.  1975-ci  ildə  fərdi  təqaüdə  çıxmışdır.
1958-ci  ildən  1978-ci  ilədək   Ermənistan  Sovet   Sosialist  Pespublikasında  keçrilən  Partiya  qrultaylarına  nümayəndə  seçilmişdir.  Ermənistan  Mərkəzi  Komitəsinində  bürosunun   daimi  üzvü  olmuşdur.
Ağəli   Abduləli  oğlu  türksoylu  xalqlara  məxsus  hündürboylu,  şux  qamətli,  ağbənizli,  göygözlü,  igid  təcəssümlü  bir  insan  idi.  Tanrı  bu  şəxsdən  insana  məxsus  müsbət  keyfiyyətlərdən  və  xoşbəxtliklərdən  heç  nəyi  əsirgəməmişdir.  Çox  səliqəli  geyinərdi.   Nə  qədər  yağışlı,  palçıqlı  hava  olsa  da  ayağındakı  qyaqqabı  belə  ləkələnməzdi,  halbuki  yanında  onunla  bərabər  gəzənlər  dizə  qədər  palçıq  olardı.  Nadir  yaddaşa  malik  olan  bu  insanın  gözləri  sanki  nizam  tərəzi  idi.  Hər  şeyə  qarşı  çox  diqqətli  idi,  keçdiyi  ərazidən,  sahədən  nəyinsə  yerini  belə  dəyişsələr,  gözündən  yayınmazdı.  Danışığına  diqqət  yetirən,  hər  kəlməsinin  sahibi  olan  bir  insan  idi.  Yaşadığı  illər  boyu  el  arasında  onun  hər  hansı  artıq  ifadə  işlətməklə  səhv  etdiyini  söyləyən  olmayıb.  Kəlmələri,  fikirləri,  nəsihətləri  el  arasında  indi  də  məsəl  kimi  çəkilir.  Yaxşı  insan  tanıyan  idi,  dostu,  tanışı  sərrast  seçərdi.  Dostları  çox  idi.  Onlar  seçilmiş  və  ləyaqətli  insanlar  idi. Göyçədə  üçüncü  nəslini  gördüyü  uşağın  hansı  tayfadan  olduğunu  söyləyə  bilirdi. Qonaqpərvərliyi  ilə  tanınırdı.  Soyuq,  qarlı  qışı  olan  Göyçədə  yolda  qalan  maşınlar,  avtobusla  dolu  insanlar  onun  evində  qonaq   olar,  əzizlənər,  gedəndə  hörmətlə  yola  salınardı.
Üç  dildə – Azərbaycan,  rus  və  erməni  dillərində  sərbəst  danışar  və  səhvsiz  yazardı.  Rayon  Partiya  komitəsinin  II  katibi  vəzifəsinə  kimi  yüksələn  bu  şəxs,  bu  vəzifədən  milli  zəmində  baş  verən  münaqişəyə  görə  uzaqlaşdırılmışdır.
Günlərin  birində  işdən  evə  – nahara  qayıdarkən,  Əsədov  Məhkəmə  qarşısından  keçərkən  toplaşan  insanları  görüb  oraya  gəlir.  Iki  qonşunun  mübahisəsinin  həllinə  baxan  məhkəmənin  qərarı  ilə  razılaşmayan  erməni  azərbaycanlı  qonşusunu  vurur  və  o  yıxılır.  Təklənmiş  azərbaycanlını  görən  Ağəli  Əsədov  həmin  erməniyə  bir  şillə  vurur  və  o  da  zərbənin  təsirindən  yıxılan  azərbaycanlının  yanına  yıxılır.  “İndi  bərabər  oldunuz”  –  deyib  oradan  uzaqlaşır.  Bu  hadisə  ermənilərin  xoşuna  gəlmir.  Uzun-uzadı  çəkişmələrdən  sonra  Əsədovun  yaxın  dostu  olan,  Basarkeçər  rayon  katibi  Yunis  Rzayev  işə  qarışır.  Rzayev  Əsədova  “İndi  Koroğlu   zəmanəsi  deyil”  deyərək  Əsədovu  sakitləşdirir.
Əsədovun  el-obada  nüfuzu  çox  olduğundan  ermənilər  ondan  çəkinmişlər.  Rayonda   azərbaycan  kəndlərinin  adlarını  dəyişmək  istəyən  ermənilərə  mane  olurb.  Toxluca  kəndinin  adının  qədim  türk  tayfası  ilə  bağlılığını  bilən  ermənilər  kəndin  adının  dəyişməyi  təklif  edirlər.  Əsədov  onlara  “adını  “Nərimanov  sovxozu”  qoyaq”   deyir.  Bu  cavabdan  sonra  ermənilər  bir  daha  bu  məsələyə  qayıtmayırlar.
Əsədov  Ağəli  Qaraqoyunlu  mahalının  Gölkən  kəndində  kolxoz  sədri  işlədiyi  müddətdə,  ermənilər  Gölkənd  kəndinin  adını  dəyişmək  istəyirlər.  Ağəli  etiraz  əlaməti  olaraq  kənd  əhalisini   maşınlara  dolduraraq   rayon  mərkəzinə  göndərir.  Bunu  görən  ermənilər  bir  müddət  sonra  kənddə  qazıntı  işləri  aparmağa  başlayırlar.  “Kənd  ərazisində  zərərli  maddər  olan  yataqlar  var”   deyə  əhalini  köçürmək  istəyirlər.  Kənd  əhalisi  arasında   söhbət  aparmağa  gələn  komisiyadan  əvvəl  Əsədov  çıxış  edərək  deyir:  “Bura  sizin  ata-baba  yurdunuzdur.  İstəyirsiniz  köçün,  istəyirsiniz  qalın,  bu  məsələ  könüllüdür”.  Kənd  camaatı  onu  başa  düşüb  etiraz  edirlər.  ermənilərin  bu  cəhdi  də  baş  tutmur.
Ağəli  Əsədovun   oğlanlarının  Bakı  şəhərində  yaşaması  ilə  əlaqədar  olaraq  1980-ci  ildə  özü  də  Bakıya   köçür.
1991-ci  ildə  Bakı  şəhərində  dünyasını  dəyişmişdir,  Badamdart  qəbirstanlığında  dəfn  olunmuşdur.
Ağəli  Abduləli  oğlu  uşaqlıqdan  deyikli  olduğu   Bahar  Xəlil  qızı  ilə  ailə  qurmuş,  9  övladları  olmuşdur.  Öz  övladları  ilə  birlikdə  II  Dünya  müharibəsində  həlak  olmuş  qardaşı  Məhəmmədin  oğlunu  da   övladları  ilə  birlikdə  böyüdüb,  tərbiyə  etmişlər.
Övladlarından  yalnız  Minayə  orta  təhsil  almışdır.  Fatma,  Qələmzər,  Gülənbər,  Təranə   tibb  təhsili;  Təhminə,  Tərminə  pedoqoji  təhsil;  Əbülfət  və  Əhməd  mühəndis  təhsili  almışlar.

     Bayramov   Bayram   Qurban   oğlu  (Təşkilat Bayram)  –   1924-cü  ildə   Oğuz  diyarı  olan  Qərbi  Azərbaycanın   Göycə  mahalının  (Erm  SSR-nin  Nov-Bayazid  qəzasının)  Toxluca  kəndində   anadan   olmuşdur.   İlk  təhsilini   Toxluca  kənd   orta   məktəbində   almışdır.  İlk   təhsilini  başa  vurduqdan  sonar  Toxluca   kəndində   və  qonşu  Şorca  kəndlərində    mühasib  vəzifəsində  işləmişdir.
1944-cü  ildə  orduya  çağrılmışdır. II Dünya   müharibəsinin   iştirakçısı   olmuş  və   416-cı   Taqanroq   diviziyasının   tərkibində   vuruşmuşdur.  II  Dünya  müharibəsi    1945-ci  ildə   başa  çatsa  da,  Bayram  Qurban  oğlu  ordudan  1951-ci  ildə  tərxis  olunmuşdur.  Bunun  səbəbi  isə,  SSRİ   dövləti  II  Dünya  müharibəsindən  sonra  Avropada  yaradılan  sosializm  ölkələrinə   iqtisadi  qruculuq  işlərində  köməklik  məqsədi  ilə  mütəxəsislər  və  öz  nümayəndələrini  yerləşdirirdi.  Bayram  Qurban  oğlu  da  müharibə  qurtardıqdan  sonra   məhz  bu  ölkələrin  birində  –  Ruminiyada   kənd  təsərrüfatının  bir  qolu  olan  sovxoz  quruculuğunun   inkişafı  ilə  əlaqədar  orada  saxlanılmışdır.
O, yenidən   Toxluca  kolxozunda    mühasib   işində    və  əlavə  olaraq  ictimai  vəzifə  kimi   olan   ilk   partiya  təşkilat  katibi   vəzifələrində  çalışmışdır.
Bayram  Qurban  oğlu   İrəvan  Kənd  təsərrüfatı  Texnikomunun  məzinu  olmuşdur.   1960-cı  ildə  isə  Stavropol  Kənd  Təsərrüfatı  İnstitutunun  “Zoomühəndislik”  fakultəsinə   qəbul  olunmuşdur.  (bu  təhsil  ocağını  başa  vurmağa  əcəl  imkan  vermədi).
1952-ci  ildə  ixtisaslaşmış  qoyunçuluq   təsərrüfatı  yaratmaq  məqsədi  ilə  Toxluca  kəndinin  Əyriayaq  adlanan  ərazisində  “Yeni  Gün”  adlı   qəsəbə   inşaa  edilməyə  başladı  və  Toxluca  kəndinin   örüşü  isə  iki  yerə  bölündü.  Yeni  yaradılan   təsərrüfata   Stavropol  diyarından    xüsüsi  sort  qoyunlar   gətrilmişdir.  Bu  təsərrüfatın  əsasını  təşkil  edən  qoyunçuluq   kompleks   sahəsinə   rəhbərliyi   isə   Bayram  Qurban  oğluna  həvalə  edilmişdir.
“Yeni  gün”  sovxozu  və  1955-ci  ildə   yeni  yaradılmış  Toxluca  kənd  sovxozuna   birləşdirildi.  Toxluca  kolxozunun   əmlakı  tam  hesablamaraq   əmək  günü   hesabı  ilə   əhaliyə  verilkmişdir.  (bu  kolxoz  sistemindən  sovxoz  sisteminə  keçid  üçün  yeganə  hadisə  olmuşdur.).
Birləşdirilmiş  sovxiza  təsərrüfat  rəhbəri  kimi  Erm  SSR-nin   Kənd  Təsərrüfatı  nazirliyindən  “hay”   millətindən  olan   mütəxəsislər  göndərilmişdir.  Rəhbər  kimi  göndərilənlərdən   biri,   Nazirlikdə  şöbə  müdrü  işləmiş  Qabrelyan  soyadlı,  sonar  isə  Kənd  təsərrüfatı  üzrə  elmi  işçi  olan  Stepanyan   soyadlı  şəxslər  göndərilsə  də,  əslində  idarəetməyə  həm   qoyunçuluq   kompleksinin   təsərrüfatının  rəhbəri,  həm  də  ilk   partiya  təşkilar  katibi  olan   Bayram  Qurban  oğlu   rəhbərlik   edirdi.
Onun  Toxluca   sovxoz  qoyunçuluq   komleks  təsərrüfatına  və   ilk   partiya   təşkilatına   rəhbərliyi   kəndin   respublikada   ilk   sovxoz   təsərrüfatı  formasına  keçid   dövrünə   təsadüf   etdiyindən,   əhalinin  sosial   rifahı  yaxşılaşmış,  abad  evlər   tikilmiş   (bu  həm  dövlər  səviyyəli   binalar,  həm  də  əhalinin  özləri  üçün   xüsüsi  evlərin  inşaası   üzrə),   orta  ixtisas  və  ali   təhsilli   gənclərin  kütləvi   axını   güclənmişdir.  Təsərüfatın   bütün   sahələrinə   gənclərin   irəli   çəkilməsi   sürətlənmiş,   kənddə   yeni   mexanizator,   heyvandar   və   təsərrüfatı  idarə  edilməsində   yeni  ziyalı  təbəqəsi  formalaşmasına   təkan   verdiyindən   Bayram  Bayramov   yaxşı  hörmət  və   nüfuz   qazanmış,   onu   el-obada  “Təşkilat  Bayram”  kimi   tanıtdırmışdır. Bu  fakt   onun   islahatçı   nüfuzunun   güclü   olmasını   bildirir.
Bayram  Qurban  oğlu  –  Təkilat  Bayram   işlədiyi   müddətdə   rayon    partiya   təşkilatlarının   qurumlarına    üzv   seçilmiş,   kənd,   qəsəbə,   rayon   sovetinin   deputatı   olmuşdur.   Hər  iki   sahədə,  –  yəni   partiya  və   sovet  orqanları   o   vaxtlar  rayonların   üstün   siyasi   və   qanunvericilik   qurumları    olmuşdur.
Bayran  Bayramov  gənc   yaşında  – 1961-ci  il   dekabr  ayında   rəhmətə   getmişdir. Onun  gənc  ikən  rəhmətə  getməsi  kənddə  başlanmış  sosial  təmayüllü  islahatların  sonralar   erməni  sovxoz  direktorunun  yerli  kadrla  –  Ağali  Əsədovla  əvəz  edilməsi  ilə  həmin  qruculuq  işinin   tam  başa  çatdırmasını  təmin  etmişdir.
Onun   Həsən  və   Əli  adlı  iki   övlad   olmuşdur.

Orucov  Hacan  Qəmbər  oğlu  –  1938-ci  ildə  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nın  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  anadan  olmuşdur.  İlk  orta  təhsilini  Toxluca  kənd  orta  məktəbində  almışdır.
Təhsilini  davam  etdirmək  üçün  1956-cı  ildə  Azərbaycanlılar  üçün  açılmış   İrəvan Kənd  Təsərrüfatı  Texnikumuna  daxil  olmuş,  1959-cu  ildə  bu  təhsil  ocağını  uğurla  başa  vurmuşdur.   Elə  həmin  il  Toxluca  qoyunçuluq  sovxozunun  iribuynuzlu  təsərrüfatına  briqadir  təyin  edilmişdir.  Ancaq  Toxluca  kənd   sovxosunu   həm  böyük  qoyunçuluq  soxozu  kimi  inkişaf  etdirmək  üçün,  həm  də  Sovxozda   Erm  SSR   Kənd  Təsərrüfatı  Elmi  Tədqiqat  İnstitutunun  təcrübə- sınaq  labarotoriyasını  yaradılması  məqsədi  ilə  güclü  mütəxəsislər  vacib  idi. Bu  məqsədlə  Hacan Orucovu   V.İ.Lenin  adına  Ümumittifaq   Kənd  Təsərrüfatı  Akademiyası  nəzdində  Ümumittifaq  Qoyunçuluq  və  Keçiçilik  Elmi  Tədqiqat  İnstitunda  gödərilmişdir.  1959-cu  ildə    Ümumittifaq  Qoyunçuluq  və  Keçiçilik  Elmi  Tədqiqat  İnstitunda  Yunçu – Zootexnik  ixtisası  üzrə  tam  kursu  bitirmişdir.
Hacan  Qənbər  oğlu  təsərrüfatda  çalışa-çalışa  həm  də  1965-ci  ildə  Gəncə  şəhərində  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna  daxil  olmuş  və  oranı  1970-ci  ildə  bitirərək  !alim-zootexnik”  ixtisasına  yiyələnmişdir.
1971-1974-ci  illərdə   Toxluca  qoyunçuluq  sovxozunda  baş  zooteznik  vəzifəsində  çalışmışdır.
Rayon  rəhbərliyi  bacarıq  və  təşkilatçılığını  nəzərə  alaraq  1975-ci  ildə  rayonun  Yanıqpəyə   kolxozuna  kolxoz  sədri,  1977-ci  ildən  isə  sovxoz  direktoru  təyin  edilmişdir.  (Rayonda  yerləşən  kolxozların  əksəriyyəti  1977-ci  ildə  sovxoz  sisteminə  keçrilmişdir. Rayonun  bir  neçə  kənd  ilə  birlikdə  Yanıqpəyə kəndinin  adını  da  dəyişərək  Meşəkənd  qoymuşdular  və  sovxoz  da  həmin  dövrdən   Meşəkənd  kənd sovxozu  adlandırılmışdır )
1978-ci  ilin  oktyabr  ayıdan  isə  Toxluca  kənd  qoyunçuluq  sovxozunun  direktoru  təyin  edilmişdir.  1983-cü  ilin  aprel  ayına qədər  bu  vəzifədə  çalışmışdır.  Direktor  işlədiyi  müddətdə  həm  rayon  rəhbərliyinin,  həm  də  kənd  caamatının  rəğbətini  qazanmışdır.
1983-1988-ci  illərdə  rayon  Kənd  Təsərrüfatı  İdarəsinin  böyük  zootexnik  vəzifəsində  çalışmışdır.  1988-ci  ildə  Toxluca  sovxozunda  selleksiya  üzrə  zootexniki  vəzifəsində  çalışmışdır.
1988-ci  ildə  məlum    Azərbaycan – Ermənistan  münaqişəsi   hadisələr  nəticəsində  Hacan  Qənbər  oğlu  öz  doğma  kəndini  məcburi  tərk  edərək  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
1990-1992-ci  illərdə  Azərbaycan Qaçqınlar  Cəmiyyətinin  Xətai  rayonu  üzrə  dayaq  məntəqəsinin  sədr  müavini,   1992-ci  ildə  Suraxanı  rayonu  Mənzil  Kommunal  Təsərrüfat  Birliyinin   Özəlləşdirmə  şöbəsinin  müdiri   vəzifəsində  çalışmışdır.
Qaçqınlıq  həyatı,  el-obanın  doğma  diyardan  dağılması,  pərən-pərən  düşməsi  ziyalı  və  el –oba  qayğısını  çəkən  Hacan  Orucovun  qəlbini  yaralamış,  yaralanmış  ürək  bunlara  dözməyərək  1995-ci  il  5  yanvar  tarixində  elə  iş  yerində  dayanmışdır.
Oruc  Qənbər  oğlu  öz  həyat  yoldaşı  Minayə  Ağəli  qızı  ilə  birlikdə  5 qız,  2  oğlan  olmaqla  7  övlad  böyüdüb  tərbiyə  etmişlər.  Övladları  da  özü  kimi  el-obanın  rəğbətini  və  hörmətini  qazanmışlar.

Bayramov  Sadıq  Mastan  oğlu  –   25  mart  1938-ci  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nın  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  anadan  olmuşdur.  İlk  orta  təhsilini   1945 -1955-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  almışdır.
1958 – 1960-cı  illərdə   Toxluca  kənd  sovxozunun  arıçılq  təsərrüfatında  arışı  köməkçisi,  qvto-transport  sahəsində  cilingər  işlərində  işləmişdir.
1960 – 1963-cü  illərdə  Azərbaycanlılar  üçün  açılmış   İrəvan Kənd  Təsərrüfatı  Texnikumunda   təhsil  almışdır.
Sadıq  Mastan  oğlu  təsərrüfatda  çalışa-çalışa  həm  də  1965-ci  ildə  Gəncə  şəhərində  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna  daxil  olmuş  və  oranı  1971-ci  ildə   “Kənd   tsəsərrüfatının  mexanikləşdirilməsi”   fakultəsini   bitirərək  və  mühəndis – mexanik   ixtisasına  yiyələnmişdir.
1963 – 1969-cu  illərdə  Toxluca  sovxozunun  qarajında  traktornu-briqadir  vəzifəsində  çalışmışdır.
1969 – 1983-cü  illərdə   Toxluca  kənd  sovxozunu  baş  mexaniki  vəzifəsində  işləmişdir.
1983 – 1986-cı  illərdə  Toxluca  sovxozunun  direktoru  vəzifəsində  çalışmışdır.
1986 – 1988-ci  illərdə  Krasnoselski  rayon   yol  tikinti-təmir  idarəsində  mxanik   vəzifəsində  işləmişdir.
1988-ci  il  məlum    Azərbaycan – Ermənistan  münaqişəsi    hadisələri  zamanı  digər  soydaşları  kimi   Sadıq  Mastan  oğlu  “hay”   adlanan  etnoslar  tərəfindən  öz  ata-baba  yurdundan  deportasiya  olumuşdur.  O,  öz  yudunu   tərk  etdikdən  sonra  Bakı  şəhərində  məskunlaşmışdır.
1988 – 1990-cı  illər  müddətində  Biləcəri   10  saylı  nəqliyyat  qarajında  işləmişdir.
1990-cı  ildən  isə  Bakı  Tunei-tikintisi  avtobazasında  mexanik   vəzifəsində  çalışmışdır.
2003-cü  il  4  fevral  tarixində  dünyasını  dəyişmişdir.
1959-cu  il  tarixindən  Bayramiva  (Əhmədova)  Hamaya  Cabbar  qızı  ilə  ailə  həyatı  yaşayan  Sadıq  Mastan  oğlu  4  övlad  –  İman,  İlqar,  Dilən,  Nübar   böyüdüb  tərbiyə  etmişlər.

Yoçuyev   Sənhan  (İsgəndər)   Babaş  oğlu    –  21  yanvar  1936-cı  il  tarixində   Qərbi   Azərbaycanın   Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  göz  açmışdır.   Sənhanın  uşaqlıq  dövrü  II  Dünya  müharibəsinə  düşmüşdür.  Atası  Babaş  Qasımovun   II  Dünya  müharibəsində  iştirakı  ilə  əlaqədar  olaraq   Sənhan  (İsgəndər)  öz  uşaqlıq  dövrünün  bir  hissəsini  ana  yurdu  olan  Gədəbəyin   Şınıx  kəndində   keçirmişdir.  Ona  görə  də  orta  təhsilinin  bir  hissəsini  Şınıx  kəndində,  digər  hissəsini  Toxluca  kənd  orta  məktəbində  almışdır.
Sənhan  (İsgəndər)  Yolçuyev  təhsilini   sonradan  1958-ci  ildə  İrəvan  Azərbaycan  Sovxoz   Texnikomunda  davam  etdirmiş  və  1961-ci  ildə  bu  təhsil  ocağını  uğurla  başa  vuraraq   “Zootexnik”   ixtisasına  yiyələnmişdir.
Sənhan   Babaş  oğlu   təhsilini   1968 – 1973-cü  illərdə   Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunda  davam  etdirərək   “Zootexnik”   ixtisası   üzrə  Ali   təhsilə  yiyələnmişdir.
Sənhan  Yolçuyev   öz  əmək  faliyyətinə   31.03.1958-ci  il  tarixdən  Toxluca  qoyunçuluq  sovxozunda   fəhləlikdən  başlamışdır.  01.06.1961-03.02.1967-ci  illərdə  Toxluca  süd  tədarükü  məntəqəsində,   03.02.1967 – 07.06.1975-ci   illərdə  sovxozun  kassiri,  maldarlıq  fermasının  briqadiri,  sovxozun   zootexniki  işlərində  çalışmışdır.
01.06.1975 – 10.02.1976-ci  illərdə  Toxluca  qounçuluq  sovxozunun  partiya  təşkilat  katibi  vəzifəsində  çalışmışdır.
10.02.1976 -18.10.1978-cı  il   tarixlərində  Krasnoselo  (Çəmbərək)  rayon   Tədarük  Məntəqəsinin   müdrü,  18.10.1978 – 21.04.1981-ci  illər  tarixində   Krasnoselo  (Çəmbərək)  rayon Yanıqpəyə  (Meşəkənd)  kənd  sovxozunun  direktoru  vəzifələrində  çalışmışdır.
21.04.1981-  09.03.1981-ci  il  müddətində   Krasnoselo  (Çəmbərək)  rayon  Partiya  komitəsində  hüquq  şöbəsinin  müdrü   vəzifələrində  çalışmışdır
14.03.1982–ci  il  tarixindən  1988-ci  il  tarixində  məlum   Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində  hadisələrlə  əlaqədar  Qərbi  Azərbaycanlıların  öz  doğma  VƏTƏNİNdən  deportasiya  olunduğu  günə  qədər   Krasnoseloisə   Toxluca  kənd  qoyunculuq  sovxozunda  direktorun   müavini,  baş  zootexnik  vəzifələrində  çalışmışdır.
Qərbi   Azərbaycanlıların  öz  tarixi  ATA  YURDLARINDAN  deportasiya  olunduqdan  sonra  Sənhan   Yolçuyev   öz  ailəsi  ilə   birlikdə  Bakı  şəhərində  məskunlaşmışdır.
Bakı  şəhərində  məşkunlaşan  Sənhan  Yolçuyev  öz  ixtisası  üzrə  əvvəcə  “Balaxanıveft   neft  və  qazçıxarma” idarəsinin  nəzdində  olan  Yardımçı  təsərrüfatında,  sonra  isə  23.01.1998 – 17.06.2002-ci  illərdə   Azərbaycan  Respublikasının  Prezident  Aparatının  İşlər  İdarəsinin  1  saylı  Ponsionatında  baş  zootexnik  vəzifəsində  çalışmışdır.
Sənhan  (İsgəndər)   Babaş  oğlu  Yolçuyev  26.03.2016-cı  il  tarixində  Bakı  şəhərində  dünyasını  dəyişmişdir.

Novruzov  İslam  Əli  oğlu  –   09  fevral  1936-ci   il   tarixində   Oğuz-türk  yurdu  olan   tarixi   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   doğulmuşdur.  Atası  Əli   Novruzov   II  Dünya   müharibəsində   iştirakı   zamanı   həlak   olduğundan    ailənin   ağırlığı   8  yaşlı  İslamın  üzərinə  düşmüşdür.  İslam  Əli  oğlu   özündən   kiçik   və  bacılarına  yaşaması  üçün  8  yaşından  həm  işləmiş,  həm  də   orta  məktəbdə  oxuyurdu.   Bu  çətinliklərə  baxmayaraq  İslam  Əli  oğlu   1952-ci  ildə   Toxluca  orta  məktəbini   ilk  dəfə  qızıl  medalla  bitirmişdir.
İslam   orta  məktəbdə  oxuya-oxuya    Toxluca  kolxoz  idarəsində  mühasib  köməkçisi   vəzifəsində   işləmişdir.  O,   orta  təhsili   başa  vurduqdan  sonra   İrəvan  Maliyyə  Kredit   Texnikomunda  təhsil  almışdır.  Toxluca  sovxozunda   mühasib  fəzifəsində  çalışmışdır.
1956 – 1969-cu  illərdə  sovet  ordu  sıralarında  Moskva  şəhərində  yerləşən  hərbi  hissədə   hərbi   xidmətdə  olmuşdur.  O,  xidməti  müddətində   öz  bacarıq,  savad  və   fərasiti  ilə   sıravi  əsgərdən   leytinant  rütbəsinə  kimi  yüksəlmiş  və  taqım  komandiri   vəzifəsində  çalışmışdır.
Ordudan  qayıtdıqdan  sonra  yenidən  Toxluca  sovxozunda   mühasib,  baş  mühasib  vəzifələrində   çalışmışdır.
1963-cü  ildə   Azərbaycan  Dövlət  Unversitetinin  (indiki  Bakı  Dövlət  Unversiteti)   İqtisadiyyat  fakultəsinə  daxil   olmuşdur.   1969-cu  ildə   Azərbaycan  Xalq  Təsərrüfatı  İnsititunun   (indiki  Azərbaycan   Dövlət  İqtisad  Unversiteti)  Mühasib  Uçotu  fakultəsini   bitirmişdir.  (1965-ci  ildə  AXTİ   ADU-dən  ayrılıb  ayrıca  Ali  təhsil  ocağına  çevrilmişdir.)  İslam  Novruzov   1964 – 1969-cu  illərdə   Krasnoselo  rayon  Partiya  Komitəsində  təlimatçı  vəzifəsində  çalışmışdır.   1969-cu  ildən  isə  Toxluca  sovxozunun  baş  mühasibi,   sonra  isə   uzun  müddət   baş  ekonomisti   vəzifəsində  çalışmışdır.
İslam  Əli  oğlu  rus  və  hay  (erməni)  dilində  səlis  yazıb, oxuya  və  danışa  bilirdi.  Dəfələrlə  rayon  və  Respublika  Xalq  Deputatı  seçilmişdir.
25  dekabr  1984-cü  il  tarixində   amansız  xəstəlik  vaxtsız  vəfatına  səbəb  oldu.
1965-ci  il  tarixində  Billur  Məhərrəm  qızı  ilə  ailə  qurmuşdur.  Onların  9  övladı  olmuşdur.

Xamoyev  Islam  (Isgəndər)  İbrahimxəlil  oğlu  –  1937-ci  il  tarixində   Oğuz-türk  yurdu  olan   tarixi   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində, Qılıclar  tayfasında  doğulmuşdur.  Ulu  babası  1722-1728-ci  illərdə  Səfəvi-Osmanlı  müharibəsindən  sonra  1740-cı  illərdə  Toxluca  kəndini  yenidən  bərpa  etmiş  Balı  Sultandır.  Atası  Məmmədov  İbrahimxəlil  Xamoy  oğlu   1935-1941-ci  illərdə  Toxluca  kənd  sovetinin  sədri  vəzifəsində  çalışmışdır.  1941-ci  ildə  Sovetlər  ölkəsinə  hücum  etmiş  faşist  Almaniyasına  qarşı  döyüşlərə  yola  düşmüşdür  və  II  Dünya   müharibəsindən  geri  qayıtmamışdır.
İslam  (İsgəndər)  İbrahimxəlil  oğlu  Toxluca  kənd  orta  məktəbini  bitirdikdən  sonra  1957-ci  ildə  İrəvan  Azərbaycan  Kənd  Təsərrüfatı  Texnikomuna  daxil  olmuşdur.  Bu  təhsil  ocağını  Maliyə-uçot  ixtisası  üzrə  bitirmişdir.  1964-1969-cu  illərdə  Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitutunun  (indiki  Azərbaycan  İqtisadiyyat  Unversitetinin) Maliyə-uçot  fakultəsində  təhsil  almışdır.
1959-cu  ildən  1972-ci  illərdə  Toxluca  sovxozunda  mühasib,  baş  mühasib  vəzifələrində  çalışmışdır.
1972-1982-ci  illərdə  Krasnoselo  (Çəmbərək)  rayonunda  yerləşən  Şorca  Kərpic-mərmər  zavodunda  baş  mühasib  vəzifəsində  çalışmışdır.
28  may  1982-ci  ildə  uzun  çəkən  xəstəliyə  tab  gətirməyərək  Toxluca  kəndində  dünyasını  dəyişmişdir.
Ömür-gün  yoldaşı  Minayə  Meydan  qızı  ilə  birlikdə  4  qız,  6  oğlan  olmaqla  10  övlad  böyütmüşdür.

      Qələndərov  Məhərrəm  Oruc  oğlu  –  1942-ci  il  tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   Qaçağanlar  tayfasında  doğulmuşdur.  1949 -1959-cı  illərdə  Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.
1962-1963-cü  illərdə  Toxluca  kənd  sovxozunda  fəhlə  işləmişdir.
1963-cu  ildə  İrəvan  Azərbaycan   Kənd  Təsərrüfatı  Texnikumuna   daxil  olmuş,  1969-cu  ildə   həmin  təhsil  ocağını  bitirərək  aqronom  ixtisasına  yiyələnmişdir.  1976-1981-ci   illərdə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunda  təhsil  alaraq  “Zoomühəndis”  ixtisasına  yiyələnmişdir.
09.04.1967 – 10.04.1971-ci  il  tarixlərində  direktorun  köməkçisi  işləmişdir.
10.04.1971 – 27.08.1981-ci  il  tarixlərində  sovxozun  mühasib  vəzifəsində  çalışmışdır.  27.08.1981 – 14.03.1982-ci  il  tarixlərində  sovxoz  direktorunun  müavini,  14.03.1982-18.08.1988-ci  il  tarixlərində  sovxozun  qoyunçuluq  sahəsində  briqadir  vəzifələrində  çalışmışdır.  18.08.1988 – 31.12.1988-ci  il  tarixlərində  sovxozun   baş  zootexniki    vəzifələrində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Məhərrəm  Oruc  oğlu  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  əvvəlcə  Şəmkir  rayonunun  Çənlibel  kəndində,  sonra  isə  Bakı  şəhərində  məskunlaşmışdır.
Şəmkir  rayonunun  Çənlibel  kəndində   sovxozunda  aqronom  işləmişdir.   Bakıda  məskunlaşdıqdan  sonra  Bakı  şəhər   Səbail  rayon  parklarında  aqronaom  vəzifələrində  çalışmışdır.  1990-cı  ildən   Səbail  rayon  parklarında  mühasib  vəzifələrində  çalışmışdır.  Sonrakı  vaxtlarda  Bakı  şəhərində  “İçərişəhər  Dövlət  Tarixi  memarlıq  Qoruğu”  idarəsində  mühasib,  baş  mühasib  vəzifələrində  çalışmışdır.  2012-ci  il  rarixindən  əmək  təqaüdünə  çıxmışdır.
Məhərrəm  Oruc  oğlu  həyat  yoldaşı  Həlimə  Oruc  qızı  Musayevlə  5  övlad  böyüdüb  tərbiyə  etmişlər.

  Məmmədov  Abbas  Qurban  oğlu   –  26  mart   1938-ci   il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   doğulmuşdur.  Atası  Qurban  II  Dünya  müharibəsində  iştirakı  zamanı  həlak  olduğundan  babası  Məhəmməd  kişinin  himayəsində  böyümüşdür.  Bu  səbəbdən  də  ilk  təhsilini  də  vaxtında   almamışdır. İlk   təhsilini   1948  – 1958-cı  illərdə  Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.
Ilk  əmək  fəaliyyətinə   Toxluca  kənd  sovxozunda  fəhlə,  bənna  kimi  çalışmışdır.  1965-1969-cu  illərdə  İrəvan  Azərbaycan  Kənd  Təsərrüfatı  Texnikomunda  təhsil  alaraq  “Zootexnik”  ixtisasına  sahib  olmuşdur.
1966 – 1972-ci  illərdə  Toxluca  sovxozun  maldarlıq  sahəsində  süni  mayalanma  vəzifəsində   çalışmışdır.
1972 – 1975-ci  illərdə  sovxozun   xəzinadarı  vəzifəsində   işləmişdir.
1975 – 1984-cü  illərdə  maldarlıq  sahəsində  müdür  vəzifəsində  çalışmışdır.
1984 – 1985-ci  illərdə   Krasnoselo  Peşə  Məktəbinin   Toxluca  filalında  ixtisas  müəllimi  kimi  fəaliyyət  göstərmişdir.  1985 – 1988-ci  illərdə  Krasnoselo  rayonunda  süni  mayalandırma  vəzifəsində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Abbas  Qurban  oğlu  Məmmədov  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
1989 – 1996-cı  illərdə  Bakı  şəhər  Təmir  Tikinti  İdarəsində   briqadir  vəzifəsində  çalışmışdır.  1996-cı  ildə  təqaüdə  çıxmışdır.
2007-ci  ildə  Məşhəd  ziyarətində  olmuşdur.
2009-cu  il  10  avqust  tarixində   Bakı   şəhərində   dünyasını  dəyişmişdir.
Məmmədov  Səkinə  Hüseyn  qızı  ilə  ailəli  olmuş  və   birlikdə   4  oğlan  və  4  qız  olmaqla  8  övlad  böyüdüb  tərbiyə  etmişlər.

Priyev  Abbasəli  Paşa  oğlu  –  25  iyul  1946-ci   il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   doğulmuşdur.
1954-cü  ildə  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə   qəbul  olunmuşdur.  1964-cü  ildə  orta  məktəbi  bitirmişdir.  Orta  məktəbi  bitirdikdən  sonra  1965-ci  ildə  Bakı  Maliyyə  Kredit  Texnikomuna  daxil  olmuşdur.  1968-ci  ildə  bu  təhsil  ocağını  bitirmişdir.
1968-1969-cu  illərdə  Bakı  şəhərində   Nərimanov  adına  Neft-qaz  çıxarma  idarəsində  işləmişdir.
1970-ci  ildə  öz  doğma  kəninə  – Toxluca  kəndinə  qayıtmış   və  Toxluca  kənd  sovxozunda  kiçik  mühasib  kini  əmək  fəaliyyətinə  başlamışdır.  1973-1978-ci  illərdə  sovxozun  xəzinədarı  vəzifəsində  çalışmışdır.
1978-1980-ci  illərdə sovxozun  maldarlıq  sahəsində  müdür  vəzifəsində  çalışmışdır.  1980-1982-ci  illərdə  Toxluca  sovxozunda  mühasib,  1982-ci  ildə  baş  mühasibin  müavini,  1983-1988-ci  illərdə  baş  mühasib  vəzifələrində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Abbasəli  Paşa  oğlu  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
1989-2000-ci  illərdə  Bakı  şəhərində  müxtəlif  tikinti  idarələrində  baş  mühasib  vəzifələrində  işləmişdir.   2000-ci  ildən  2012-ci  ilədək  sahibkarlıqla  məşğul  olmuşdur.  2012-ci  il  yanvar  ayında  vəfat  etmişdir.
Ailəli  olub.  3  qız  və  3  oğlan  olmaqla  6  övlad  böyüdüb  tərbiyə  etmişdir.

Aslanov   Əmiraslan  Məstan  oğlu  – 10  avqust  1930-ci   il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində  doğulmuşdur.
Əmiraslan  Məstan  oğlu  1947-ci  ildə  Toxluca  kənd  orta   məktəbinə  qədəm  basmışdır.  1958-ci  ildə  bu  təhsil  ocağını  uğurla  başa  vurmuşdur.   Məktəbi  bitirdikdən  sonar  Toxluca  sovxozunda  fəhlə,  sovxozun  maldarlıq  sahəsində  süd  məhsullarının  tədarükü  sahələrində  çalışmışdır.
1963-cü  ildə  Azərbaycan  Politexnik  İnstitutunun  nəzdində  Bakı  Politexnik  Texnikomuna  daxil  olmuşdur.  1966-cı  ildə   bu  texnikomun  “Sənaye  və  mülkü  tikinti”  fakultəsini  başa  vuraraq  “inşaatçı – mexanik”  ixtisasına  sahib  olmuşdur.
1966-cı  ildən   1988-ci  ilə  qədər  Toxluca  sovxozunda  inşaatçı – mühəndis  vəzifəsində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Əmiraslan  Məstan  oğlu  Aslanov  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
1989-cu  ildən   “Bərpaçı”  təmir-tikinti  idarəsində  İnşaatçı – usta (prorab),  inşaatçı – mühəndis,   “Azərbaşenerji”  tikinti  idarəsinində  inşaatçı – mühəndis  vəzifələrində  çalışmışdır.  Səhəti  ilə  əlaqədar  1996-c;  ild’n  sonra  işləməmiş,   təqüdə  çıxmışdır.
22  yanvar  2017-ci  il  tarixində  dünyasını  dəyişmişdir.
Zərqələm  Qəmət  qızı  ilə  ailəli  olmuş  və  3  qız,  4  oğlan  olmaqla  7  övlad  böyüdüb  tərbiyə  etmişlər.
    

         Bayramov  Məhəmməd   Qurban  oğlu (Toxlucada  hamı  onu  Osman  kimi  tanıyırdı)  –  28   dekabr   1928-ci  il   tarixində   Oğuz-türk  yurdu  olan   tarixi   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində    doğulmuşdur.
İlk  təhsilini   Toxluca  kənd   orta  məktəbində  almışdır.  Təhsil  illərinin   yuxarı  sinifləri   II  Dünya  müharibəsi  illərinə  düşmüşdür.  O,  orta  məktəbdə  təhsil  almaqla  bərabər,  həm  də  kolxozda  işləmişdir.  Məhəmməd  Qurban  oğlu  orta  məktəbdə  təhsilini   başa  vurduqdan  sonra  təsərrüfat  və  heyvandarlıq  təsərrüfat  briqadirlərinin  köməkçisi  kimi  çalışmışdır.  İravan  Azərbaycan  Kənd  Təsərrüfatı  Texnikomunda  təhsil  alaraq  “Mühasibat – uçotu”   ixtisasına  yiyələnmişdir.  Toxluca  kənd  kolxozunda  təsərrüfat  briqadiri,  Toxluca  kənd  sovxozunun   təsərrüfat  briqadiri,  sovxozun   mühasibatlığında,  anbardar  (frajor),  maldarlıq  briqadiri,  qoyunçuluq   briqadiri  və  s.  vəzifələrində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Bayramov  Məhəmməd  də  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  həmin  dövrdən  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
Bakı  şəhərində   məskunlaşdıqdan  sonra   Bakıdakı  Cəfər  Cabbarlı  adına  Azərbaycan  Kinostudiyasında  işləmişdir.  Kinostudiyada  çalışdığı  dövrdə  “Fəryad”  filmində  çəkilmişdir.
2006-cı  ildə  Məkkəni  ziyarət  etmişdir.
Məhəmməd  Qurban  oğlu  Xanımzər  İdris  qızı  ilə  ailə  qurmuşdur.  Bu  cütlüyün      6  oğlan,  5  qız  olmaqla  11  övlad  böyüdüb   tərbiyə  etmişdir.  Oğlu  İbrahim  Bayramov   Filologiya   üzrə  Elmlər  doktoru,  professordur.
Məhəmməd  Qurban  oğlu   5  iyun  2015-ci  il  tarixində  Bakı  şəhərində  dünyasını  dəyişmişdir.

Məmmədov  İsgəndər  Xəlil  oğlu  –  1923-cü  il  tarixində   əzəli  Türk-oğuz  yurdu  olan    Göyçə   mahalının  Toxluca  kəndində   anadan  olmuşdur.  Toxluca   kənd  orta  məktəbində  təhsil  aladıqdan  sonra,  İrəvan  Azərbaycan  Kənd  Təsərrüfatı  tTexnikomunda  təhsilini  davam  etdirmişdir.  Əmək  fəaliyyətinə   Toxluca  kənd  kolxozunda   mühasib   kimi   başlamışdır.
II  Dünya  müharibəsi   iştirakçısı  olub.  Döyüş  əməliyyatlarında  bir  neçə  dəfə  yaralanmasına  baxmayaraq,  malicə  olunduqdan  sonra  yenidən  döyüş   bölgəsinə  qaytməş  və  vuruşmuşdur.  Qələbədən  sonra  kəndə  qayıtmş  və  yenidən  kolxozun   mühasibatlığında   çalışmışdır.
Toxluca  kolxoz  kollektiv  sistemindən,  sovxoz  sisteminə  keçdikdən  sonra  sovxozun  arıçılıq  təsərrüfatında  çalışmışdır.
1971-ci  il  5  yanvar  tarixində    xətəlikdən  dünyasını  dəyişmişdir.
Dursun  İbrahim  qızı  ilə  ailə  olmuşdur.  Bu  cütlüyün   Mayıl,  Ələkbər,  Cəmilə,  Nailə,  Mehriban  adlı  övladları  olmuşdur.

     Seyidov  Mirqasım  Mir  Həmid  oğlu  –  1926-cı  ildə  Toxluca  kəndində  anadan  olmuşdur.  Toxluca  kənd   orta  məktəbini  bitirdikdən  sonra  Toxluca  kənd  kolxozunda   anbardar,  kənd  orta  məktəbində  təsərrüfat  müdrü  vəzifələrində  çalışmışdır.  Kolxozun,  sonra  sovxozun  arıçılıq  təsərrüfatında  çalışmışdır.  Toxluca  kənd  sovxozunda  anbardar  işləmişdir.  19780-ci  ildə  Bakı  şəhərinə  köçmüşdür.
Mirqasım  Mir  Həmid  oğlu  alicənablığı,  sadəliyi,  səmimiliyi,  ən  çox  da  düzgünlüyü  və  halallığına  görə  el-oba  arasında   “Vicdan”   adı  ilə  çağrılırdı.
Ağbulaqlı  Ülkər  Bayram  qızı  ilə  ailə  qurmuşdur.  Bu  evlilikdən  Nəvvarə,  Məlahət,  Afət,  Ceyran,  Elza,  Mir  İbrahim,  Mir  Ələkbər  adlı  övladları  olmuşdur.
Mirqasım  ağa  04.01.1997-ci  il  tarixində  Haqq  dünyasına  qovuşmuşdur.  Bakı  şəhərində  dəfn  olunmuşdur.

   Qələndərov  Məhəmməd  Əkbər  oğlu  –  24  oktyabr   1948-ci  il  tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində    dünyaya  göz  açmışdır.
Toxluca  kənd  orta  məktəbini  bitirdikdən  sonra    texniki – peşə  məktəbində  Traktorist – komboyunçu  ixtisası  üzrə  təhsil  almışdır.
Toxluca  kənd  sovxozunda   traktorist – komboyunçu   kimi  təsərrüfatda  həm  traktorçu,  həm  də  komboyunçu  kimi   özünü   qabaqcıl  mexanizator  kimi  göstərə  bilmişdir.
Müəyyən  müddət  sovxozun  təsərrüfat  briqadiri  vəzifəsində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Məhəmməd  Əkbər  oğlu   da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  əvvəlcə   Şəmkir  rayonunun   Çənlibel  kəndində  məskunlaşmış,   2004-cü  ild  tarixindən    isə  ailəlikcə  Bakı  şəhərində  köçmüşdür.
Çənlibel  kəndində  də  öz  peşəsi,  traktorçu  və  komboyunçu  kimi   çalışmışdır.  Bakı  şəhərinə  köçdükdən  sonra  isə    Respunlika  Anqologiya   Mərkəzi  xəstəxanasında  təsərrüfat   işləri  üzrə  müavin  vəzifəsində   çalışır.
Ailəlidir.  Iki  oğlu  və  iki  qızı  var.

    Qələndərov  Səməd   Əkbər  oğlu   –  19   mart  1957-ci   il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   doğulmuşdur.
1964-1974-cü  illərdə  Tocluca  kənd   orta  məktəbində  təhsil  almışdır.  1974-1978-ci  illərdə  Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  İqtisad  Unversitetinin)  Əmtəşünaslıq  fakultəsində  təhsil  almışdır.
1984-cü  ildə  İrəvan  Kənd  Təsərrüfatı  İnstitunda  “Kənd  təsərrüfatının  iqtisadiyyatı”  üzrə  5  aylıq  kurun  dinləyicisi  olmuşdur.
Dövlət  göndərişi  (təyinat  ilə)   Özbəkistan  SSR-nin  Karaqalpaq  MSSR-nın  Kunqura  şəhərinə  göndərilmişdir.  Burada  Fəhlə  Təhcizat  şöbəsində   baş  əmtəəşünas  kimi  çalışmışdır. Sovet  orusunda  xidmət  etdikdən  sonra  doğulduğu  rayona  qayıtməşdır.  Krasnoselo  rayonunda   Rayon  ticarət  idarəsində  (raypo)   ekspediter,  Krasnoselo   ratonunda  yerləşən  texniki  peşə  məktəbində  müəllim,  toxluca  kənd  mağazasında  mağaza  müdrü,  Toxluca  sovxozunda   əmək  haqqı  üzrə  iqtisadçı  vəzifələrində  çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Abbasəli  Paşa  oğlu  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
1988-ci  il  tarixindən  “Bakı  Şərab – 1”  ATSC-də   ƏMTTYM  və  MM  şöbəsində   şöbə  rəisi  vəzifəsində  çalışır.
Naibə  Abbasqulu  qızı  ilə  ailəlidir  .  1  oğlan  və  1  qız  olmaqla  2  övlad  böyüdüb,  tərbiyə  etmişdir.