Məktəb direktorları


Toxluca   kəndində   sovet  dövründən   əvvəl  ilk   təhsil   Mollaxanalarda  və   məsciddə    olmuşdur.    Sovet  məktəbi   1921-ci  ildən  fəaliyyət  göstərmişdir.   Dərslər   əvvəlcə   kənd   Məşcidində   və  evlərdə,  sonra   isə  1929-ci  ildə  inşasına  başlanılmış    1933-çi    illdə  inşası  başa  çatdırılmış,  kəndin   əhalisinin   öz  qüvvəsi   ilə   inşa   edilmiş    ikimərtəbəli   on  iki   otaqlı   məktəb  binasında  həyata  keçrilmişdir.  Bu  məktəb  binası  sovet   dövrünün   ilk   beşillik   (1929-1933-cü  illər)  planına  salınarak  inşaa  edilmişdir.    1970-ci   illərin  əvvələrində   bu   binaya   dörd   sinif  otağı  da  əlavə    edilərək,  genişləndirmişdir.  1981-ci  ildən  sonra  isə   1980-ci  idə   müasir   tipli,   fənn  kabinalar   ilə    inşa  edilmiş    üçmərtəbəli  məktəb   binasında    tədris  edilmişdir.
Tarix  elmlər   doktoru,  professor  Həmid  Əliyev  (Qaraqoyunlu  mahalının  Əmirxeyir  kəndindən),  Fəlsəfə  elmlər  doktoru,  professor  Məhəmməd  Paşayev  (Ardanış  kəndindən,  alman  dili  müəllimi),  filologiya  elmlər  doktoru  Əşrəf  Hacıyev  (Ağbulaq  kəndindən)  Toxluca  kənd   məktəbində  müəllim  işləmişlər.
Məktəb  direktorları  işləmiş  şəxslər :  –  Sadiqov   İdris  – uzun  müddət  Dilican,  Basarkeçər,  Krasnoselo  rayonlarında  rəhbər  vəzivələrdə  çalışmışdır,
Alma  Makinski   (İrəvandan  göndərilib),
Həmid  Əliyev   (1945-1947-ci  illərdə) (əslən  Əmirxeyir  kəndindən  olub, sonralar  müdafiə   edərək   professor,  tükoloq   alim  almışdır),
Abbasov  Məmmmədqulu  (əslən  Cil  kəndindən),
Hacıyev  Şirəli  (Basarkeçərin  Böyük  Məzrə  kəndi),
Aydaş  İsmayılov,
Əhmədov  İsa,
Süleymanov  Qurban  (Çaykənd  kəndindən),
Əliyev  Qəmət  (1964 – 78-ci  illər),
Novruzov  Xalıqverdi,
Kərimov  Fərman,
Bayramov  İbrahim.

Toxluca  kəndinin  müəllimləri

Əliyev  Qəmət  Abduləli  oğlu
Bayramov   Abbas  Əli  oğlu
Hüseynalıyev   Əsgər  Bayraməli  oğlu
Qasımov  Qələndər  Babaş  oğlu
Novruzov  Xalıqverdi   İsaq  oğlu
Bayramov   İbrahim   Məhəmməd  oğlu
Bayramov  Həsən   Bayram  oğlu
Bayramov  Baba   Abbas  oğlu
Məhərrəmov  Hüseynqulu  Məhəmmədələi   oğlu
Aslanov  Nurəddin  Səfər  oğlu
Kazımov   İmdad  Qurban  oğlu
Bayramov  Valeh  Abbas  oğlu
Əliyeva  Dilşad  Qəmət  qızı
Sadıqov   Cavanşir   İdris  oğlu
Ramazanov  Həsən  Hüseyn  oğlu
Aslanova   Səfər   Şirin  oğlu
Ramazanov  Əli  Heydər  oğlu
Hacıyeva  Ceyran   Qulu  qızı
Əhmədova  Moruq  Şaban  qızı
Qocayev  Qılıc   Məhəmməd  oğlu
Hacıyev  Ramazan Kərbalayı  İbrahim  oğlu
Əhmədova  Bafta  Mir  İsmayıl  qızı
Abdullayev  Azad   Rüstəm  oğlu
Əhmədova  Qızılgül
İsmayılova  Manya
Abduyeva  Nəzakət
İsmayılova  Zərnigar
İsmayılova  Narıngül  İslam  qızı
İsmayılova  Dilgüşə  (İslamın  gəlni)
Əhmədov  İsə  Abbas  oğlu
Hüseynov   Əmirvar   Həsən oğlu
İsmayılov  Əli   Rüstəm  oğlu
Vəliyev  Səməndər   Cəfər  oğlu
Ismayılov  Hümbət  Sadıq  oğlu
Məsimov   Hüseyn    Həsən  oğlu
Ələsgərov  Ələsgər   Şaban  oğlu
Məhərrəmov  Əliyannaqı  Məhəmmədtağı  oğlu
Ramazanov  Vaqif   Hüseyin  oğlu
Ramazanov   Mayıl  Həsən  oğlu
İsmayılov  Rza  Hacı  Hüseyin  oğlu
Budaqov  Məhəmməd  Budaq  oğlu
İsmayılov  İsmayıl   Aboz  oğlu
Əhmədov  Abbasəli  Məhərrəm  oğlu
İsmayılova   Pakizə   Rza  qızı
Seyidova  Nəvvarə   Mirqasım  qızı
Əhmədov Vahid   İsa  oğlu
Məmmədalıyev  Zakir   Qurban  oğlu
Salmanova   Məryəm
Hüseyn  (Ağbulaq)
Kərimov   Fərman  Qəşəm  oğlu
Xəlilov  Mamaed   Mahmud  oğlu
İbrahimov  Nəbi   Alahverdi  oğlu
Cəfərov  Mahmud   Şəmistan  oğlu
Qəhrəmanova  Yasəmən  İbrahim  qızı
Hacıyeva   Kəmalə   Hüseyn  qızı
Quluyev  İmran   Bəhlul  oğlu
Mamedov   Səyyar  İsmayıl  oğlu
Novruzov  Azad   Əli  oğlu
Bayramov  Vəli  Abbas  oğlu
Hacıyeva  İradə   Hüseyn  oğlu
Hacıyeva  Mamed  (Ağbulaq)
Həsənov  Ənvər   Həmid  oğlu
Hüseynova   Dilarə  Əmirvar  qızı
Məmmədov   Xaliddin  Hüseyin  oğlu
Aslanova  Əli  Həsən  oğlu
Ramazanov  Zakir   Əli  oğlu
Mamedov  Sultanəli  Xəlil  oğlu
Muradov  Məhəmməd   Rəşid  oğlu
Vəliyev  Kamandir   Səfər  oğlu
Abbasov  Mahmud  Məhərrəm  oğlu
Aslanov  Sabir  Şəkər  oğlu
Bayramov  Əziz   Avdı  oğlu
Həsənov  Səməd   Abdulla  oğlu
Həsənova  Şəfiqə   Səməd  qızı
Həsənova  Həqiqət   Səməd  qızı
Əliyev   Behbud   Xamoy  oğlu
Seyidov  Mirəli  Mir  İsmayıl  oğlu
Seyidova  Məhbarə
Qasımov  Mamed   (Şorca)
Aslanova  Həcər   (Qaraqoyunlu)

Sadiqov   Idris  Əsəd  oğlu  –  1900-cu  ildə  Qərbi  Azərbaycanın   Göyçə  mahalının  (İrəvan  quberniyasının  Nor – Bayazid  qəzasının)  Hacı  Muxanlı  kəndində  göz  açmışdır.
Çar  Rus  İmperiyası  1828-ci  ildə  İrəvan   xanlığının  işğal  etdikdən  sonra    Osmanlı   İmperiyasının  Bəyazid  ərazisindən  qaşqın  kimi  “hay”  adlandırılan  etnosu    qədimdən  Türk  yurdu  olan   bu  əraziyə   köçrülüb  məskunlaşdırdı.  Rusiya  Çarı  Rusiyada  baş  verən  1905-ci  il  inqilabının  əyalətlərdə   yayılmasının  qarşısını  almaq  məqsədi  ilə  yerlərdə  milli  münaqişələr  yartdı. Car  Rusiyasına  arxalanaraq   1905-ci  il  mart  ayında  daşnak  “hay”lar    Göyçə  gölünün  qərb  hissəsində  yaşayan  azərbaycanlılara  qarşı  hücum  edərək  əhalini  öz  ata-baba  yurdundan  didərgin  saldılrar.  Suyu  donmuş   Göyçə  gölünün  üzəri  ilə  gölün   şərq  hissəsində  yerləşən  kəndlərə  pənah  gətirdilər.  Bu  hücuma  məruz  qalan  ailələrdən  biri  də  İdris  Sadıqovun  ailəsi  idi.  Bu  ailə  Toxluca  kəndinə  pənah  gətirib  məskunlaşdılar.
İdris  ilk    təhsilini  Toxluca  kənd  mollaxanasında  almışdır.  Təhsilini  davam  etdirmək  üşün  o,  Qori  şəhərinə  üz  tutmuşdur.  Sovet  dövründə  Bakı  şəhərində  Unversitetin  Tarix  fakultəsində  və  Pariya  məktəbində  təhsilini  davam  etdirmişdir.
İdris  Sadiqovun  Rus,  “hay”,   azərbaycan  dillərini  mükəmməl  bilməsi,  bacarıq  və  səritəliliyi   onun  öndə  getməsinə  səbəb  olmuşdur.  Belə  ki,  əvvəlcə  Dilican  qəzasında,  30-cu  illərdə   rayonlaşma  olduqdan  sonar   Dilican,  Krasnoselo, Basarkeçər  rayonlarında  hüquq  mühavizə   və   partiya  orqnlarında   milis  rəisi,  Partiya    komitələrinin   katibi  və  birinci  katibləri,  payon  icarəyyə  komitəsinin  sədri   vəzifələrində   çalışmışdır.
SSRİ-də   repreiyalar  başladığı  dövrdə   İdris  Sadiqov   Basarkeçər  rayonunda  rəhbər  vəzifədə  çalışdığı  vaxda   rayonun  Qaraiman  kəndində  48  “hay”a  hökm  oxutdurub  gülləyən  İdris  Sadiqovdan  “hay”lar  Moskvaya  şikayətlər  etmişlər.  Şikayətlərin  çoxluğunu  nəzərə   alan  Moskva  işi  araşdırmaq  üçün    şəxsən  Molotovu  tapşırmışdır.  Molotovun  sayəsində  İdris  Sadiqov  böyük  cəzadan  qurtarmış,  partiya  töhməti  və  yüksək  vəzifədən  çıxarılmışdır.
Bu  hadisədən  sonar  İdris  Krasnoselo  rayonunda  Tədarük  məntəqəsinin  direktoru  vəzifəsində  şalışmışdır.  Ancaq   yağı  düşmən  daima  intiqam  hissi  ilə  yaşadığından  İdris  Sadiqovu  şərləyərək   tutdurmağa  nail  olmuşlar.  Bu  səbəbdən  də  ömrünün  bir  hissəsini   islah  olunma  müəssisələrində  keçirmişdir.  Tutularkən  bütün  təhsil  sənədlərini   “saxlamaq”  adı  ilə  əlindən  alındığından,   azadlığa  çıxdıqdan  sonar  digər  işlərdə  çalışmağa  icazə  verilməmişdir.  İdris  Sadiqov   sonrakı  dövrlərdə  Toxluca  kəndində  kolxozçu  və  fəhlə  kimi  çalışmışdır.
1988-ci il   Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində   öz  vətənindən   departasiya  olunaraq   öz  ailəsi  ilə  Bakı  şəhərində  məşkunlaşmışdır.   4  oğlan,  4  qız  böyüdən  İdris  Sadiqov   28  may  1994-cü  il  tarixində   Bakı  şəhərində   dünyasını  dəyişmişdir.

Əhmədov  İsa  Abbas  oğlu –  1918-ci  ildə  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (həmin  dövrdə  İrəvan  quberniyasının  Nov-Bayazid  qəzasının)  Toxluca  kəndində  doğulmuşdur.  Həmin  ilin  mart  ayında  İsanın  ailəsi  Göyçə  mahalının  (Nov-Bayazid  qəzasınını)   Kəvər  bölgəsinin   kəndləri  kimi   Ağzıbir  kəndindən  “hay”  daşnaqları  tərəfindən  qovulmuşlar.
Isa  Abbas  oğlu  ilk  orta  təhsilini   əvvəlcə  Toxluca  kəndində,  sonra  isə  Krasnoselo  rayonunun  (Qaraqoyunlu  mahalının)  Çaykənd  kəndində   başa  vurmuşdur.  Təhsilini  davam  etdirmək  üçün  Qazax  Pedoqoji  Texnikomuna  daxil  olmuşdur.  Bu  təhsil  ocağını  bitirdikdən  sonra  Göyçə  mahalının  Pənbək,  Ardanış,  Ağbulaq   kəndlərində  pedoqoq  kimi  fəaliyyətə  başlamışdır.
II  Dünya  müharibəsi  zamanı  SSRİ  ordusu   tərkibində  Alman  işğalına  qarşı  Şimali  qafqaz  döyüşlərində  iştirak  etmişdir.
1943-cü  ildə   yaralandıqdan  sonra   ordu  sıralarından  tərxis  olunaraq   Toxluca  kəndinə  qayıtmışdır.
Yenidən  pedoqoji  fəaliyyətini  Toxluca  və  Ağbulaq  kəndlərində  davam  etdirmişdir.  1946-cu  ildə  Seyid  Məşədi  Mir  İsmayıl  ağanın  qızı  Bafta  xanımla  ailə  qurmuşdur.   İsa  Abbas  oğlu  həyat  yoldaşı  Bafta  xanımın  təhisil  almasına  kömək  edərək  hər  ikisi  çiyin-çiyinə   verərək   ömürlərini   pedoqoq  kimi  kənd  uşaqlarının  təhsil  və  tərbiyəsində   həsr  etmişlər.
İsa  Əhmədov  sonrakı  illərdə  İravan  Pedoqoji  İnstitutunda  Azərbaycan  bölməsində  təhsil  davam  etdirərək  Tarix  ixtisası  üzrə  ali  təhsilə  yiyələnmişdir.
İsa  əhmədov  bacarıq  və  təşkilatçılıq  qabiliyyətinə  görə  Ali  Partiya  Məktəbinə  göndərilmiş  və  bu  mətəbi  bitirmişdir.  Krasnoselo   rayon  müxtəlif  partiya,  sovet  və  təsərrüfat  işlərində  də  çalışmışdır.
İsa  Əhmədov  Ağbulaq  8  illik  məktəbdə  direktor,  sonra  Toxluca  orta  məktəblərində  direktor,  təlim-tərbiyə  üzrə  direktor  müavini  vəzifələrində  çalışmışdır.
1977-ci  ildə  ailəsi  ilə  birlikdə  Bakı  şəhərinin  Əhmədli  qəsəbəsinə   köçərək  burada  yaşamışdır.  Bakı  şəhərində  H.Z.Tağıyev  adına  Toxuculuq  Kombinatında  məsul  işdə  çalışmaqla  yanaşı,  pedoqoji  fəaliyyətini  də  davam  etdirmişdir.
İsa  Abbas  oğlu  həm  də  qayğıkeş  ata  və  ata  əvəzi  əmi  olmuşdur.  O,  özünün  7  övladı  və  II  Dünay  müharibəsindən  qayıtmayan  qardaşı  Həbullanın  5  övladını  da  böyüdüb   tərrbiyə  edmiş,  12  uşaqdan  8-nin  ali  təhsil  almasına,  digərlərinin  də  müxtəlif  ixtisaslara  sahib  olmalarına  nail  olmuşdur.
İsa  müəllim  pedoqoji  fəaliyyətlə  bərabər  özünün  arı  təsərrüfatı  ilə  də  məşğul  olmuşdur.
İsa  müəllim  2003-cü  il  27  noyabr  tarixində  87  yaşında  Bakı  şəhərinin  Əhmədli  qəsəbəsində   vəfat  etmişdir.
Qeyd:  Məqalənin   hazırlanmasında  Nazim  İsa  oğlunun  “Əhmədovlar,  soykökü  və  nəsi  şəcərəsi”  kitabından  istifadə  edilmişdir.

     Əliyev  Qəmət  Əbdüləli  oğlu  15  dekabr   1928-ci  ildə  Qərbi  Azərbaycanin  (indiki “Ermənistan”)  Göyçə  mahalının  Krasnoselo  (indi  Çəmbərək) rayonunun  Toxluca  kəndində  anadan   olmuşdur. 1938-48-ci  illərdə  Toxluca  kənd  orta  məktəbini  bitirmişdir.1949-cu  ildə  Qazax  Müəllimlər  İnstitutunun  dil-ədəbiyyat  şöbəsinə  daxil  olmuş, 1951-ci  ildə  isə  həmin  institutu  fərqlənmə  diplomu  ilə bitirmişdir.  O, təhsili  artırmaqda  davam  edərək  1955-ci ildə   Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutuna  daxil  olmuş,  1958-ci ildə  həmin  institutun  Azərbaycan  dili  və  ədəbiyyat  fakultəsini  müvəffəqiyyətlə  bitirmişdir.
Qəmət  müəllim  ilk   pedaqoji  fəaliyyətinə  1951-ci  ildə  Q.İsmayılov  rayonunun  Faxralı  kənd  7 illik  məktəbində   başlamışdır.  1952-ci  ilin  yanvar  ayından  avqust  ayına  qədər  isə  Krasnoselo  rayonunun   Nadejda  (Şorca)   məktəbində  işləmişdir. 1952-ci  ilin  dekabr   ayından  etibarən   onun  fəaliyyəti  doğma   Toxluca  kənd  orta  məktəbi  ilə  bağlıdır. O, bu  məktəbdə  fasiləsiz  olaraq   36 il  işləmişdir. Bu  36  ilin   22  ilini  bilavasitə  məktəbin   rəhbər  vəzifələrində  olmuşdur.  Belə  ki, 1960-64-cü   illərdə  məktəbin  tədris  hissə  müdiri, 1964-78-ci  illərdə  məktəbin  direktoru, 1978-1982-ci  illərdə  isə  məktəbin  direktor  müavini  vəzifələrində  çalışmışdır. 1982-ci  ildən  müəllim  1988-ci  il  hadisələrinə  qədər  isə  bu  məktəbdə  Azərbaycan  dili  və  ədəbiyyat  fənnini  tədris  etmişdir. Bəlkə də  çox  az  insanların  taleyinə   yazılan  bir   xoşbəxtlik  uzun  illər  Qəmət  müəllimin  həyat  səlnaməsinə  çevrilmişdir.  Nə  az, nə  çox  düz  22  il  Qəmət  müəllim   Qərbi  Ermənistanın  ən   böyük  Azərbaycanlı  təhsil   ocağı  olan   Toxluca  kənd  orta  məktəbinə  rəhbərlik  etmişdir. Bu  məktəbin əsas   nailiyyətləri  bu  işıqlı  insanın  qəlbinin , zəkasının   nuru  ilə   bağlıdır. Eyni  iş  sahəsində , həm  də  rəhbər  vəzifədə   bu  qədər  çalışmaq  üçün  ilk  növbədə  böyük  bacarıq, qabiliyyət,  dərin  savad  və  hər   şeydən  əvvəl  yüksək  insani  keyfiyyət   tələb  olunur.  Bu  yüksək  keyfiyyətlər  Qəmət  müəllimin   şəxsində  gələcək  nəsillərə  örnək  olaraq  bir  xüsusiyyət  kimi  əvəzolunmaz  idi. Təsadüfi  deyildir ki, bu  məktəbin  yetirmələri  arasında  18  nəfər  yüksək  alimlik   dərəcəsi   almış,  yüzlərlə  ali   təhsilli  mütəxəssislər  ordusu  gətirmişdir. Qəmət  müəllim  kəndin,  rayonun  ictima-siyasi  həyatında  da  fəal  iştirak  etmiş, dəfələrlə  kənd,  rayon  sovetlərinin  deputatı  seçilmişdir. Onun  fəaliyyəti  dəfələrlə  Ermənistan  Respublikası  Ali  Təhsil  Nazirliyinin, Respublika  “Bilik”  cəmiyyətinin    və  ayrı-ayrı  hökümət  orqanları  tərəfindən  fəxri  fərmanlarla  və  medallarla  qiymətləndirilmişdir.
Qəmət  müəllim  gözəl  ailə  başçısı  olmuşdur.  Qəmət  müəllimin  ömür-gün  yoldaşı  olan  Suqra  xəlil  qızı  ilə  birlikdə  böyütdüyü  8  övladan  6  övladı  ali  təhsillidir.  Böyük  qızı  Dilşad  bugün  atasının  yolunu  davam  etdirir. Bir  oğlu – Kamil  həkim  1993-cü  ildə  vətən  torpaqları  uğrunda  döyüşlərdə  şəhid  olmuşdur.  Digər  oğlu  Yusif  həkim  tibb  elmləri  doktorudur,  ATU-nun  II  cərrahi  xəstəliklər  kafedrasının  professoru,akad. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimidir. Digər  oğlu  Vidadi – Respublika  Leproz  xəstəxanasının  baş  həkimidir,  Əblühəsən   triokataj   sənayesi  üzrə  nühəndis-texnoloq,  Eldar  ali  təhsilli  gəmi  kapitanıdır.
Qəmət  müəllim  1992-ci  ildə  Bakı  şəhərində  vəfat  etmişdir.

Novruzov  Xalıqverdi  İsaq  oğlu  – 15  iyul  1947-ci  il  tarixində   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nın  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  anadan  olmuşdur.  İlk  orta  təhsilini  1955 -1965-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  almışdır.
1966-cı  ildə   Azərbaycan  Dövlət  Unversitetinə – ADU  (indiki  Bakı  Dövlət  Unversiteti)  daxil  olmuşdur. 1971-ci  ildə  həmin  təhsil  ocağının Filologiya  fakultəsinin  “  Azərbaycan  dili  və  ədəbiyyatı”  ixtisasına  yiyələnmişdir.  1971-ci   ildən  özünün  ilk  təhsil  aldığı  doğma  Toxluca  kənd  orta  məktəbində  pedoqoji  fəaliyyətə  başlamışdır.
1973-1974-cü  illərdə  Sovet  ordusunun  Qərbi  Almaniyada  yerləşən  hərbi  hissəsində  qulluq  etmişdir.
1974-cü  ildən  yenidən  Toxluca  kənd  orta  məktəbində  pedoqoji  fəaliyyətini  davam  etdirdi.  Işlədiyi  müddətdə   həm  pedoqoji  kollektivin,  həm  şagirdlərin,  həm  də  valideyinlərin  hörmət  və  rəğbətini  qazanmışdır.
1977-1983-cü  illərdə  Toxluca  kənd  orta  məktəbinin  direktoru  seçilərək  təhsil  ocağına  rəhbərlik   etmişdir.  1983-cü  ildən   diektorun  tərbiyə  işləri  üzrə  müavini  vəzifəsində  çalışmışdır.
1988-ci  il  məlum  Azərnaycan  – Ermənistan   münaqişəsi  nəticəsində  bütün  Qərbi  Azərbaycanlılar  kimi  Xalıqverdi  İsaq  oğlu  da  öz  ata-baba  torpağndan  deportasiya  edilmişdir.
Ailəlikcə  Bakı  şəhərində  məşkunlaşan  Xalıqverdi  müəllim  Bakı  şəhəri  Binəqədi  rayonu  M.Ə.Rəsulzadə  (köhnə  Varovski)  qəsəbəsində  yerləşən  30  saylı  məktəbdə  pedoqoji  fəaliyyətə  başlamışdır.  O,  bu  məktəbdə  Təlim-tərbiyə  üzrə  direktor  vəzifəsində  çalışmışdır.  1914-cü  ildə  təqaüdə  şıxmışdır.
Xalıqverdi  müəllim  Pərvun  Ələsgər  qızı  ilə  ailə  qurmuş  və  Məhbubə,  Almaz,    Yaşar,  Vüqr  adlı  övladları  böyütmüş  və  tərbiyə  etmişlər.

Kərimov Fərman  Qəşəm  oğlu   –  1949-cu  ul  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  sənətkar  ailəsində  anadan  olmuşdur.  1967-ci  ildə  Toxluca  kənd  orta  məktəbini   gümüş  medalla  bitirən   Fərman  Qəşəm  oğlu   Azərbaycan  Dövlət  Unversitetinin  (ADU)  (indiki  Bakı  Dövlət  Unversitetinin – BDU)  kimya  fakultəsinə  qəbul  olmuş  və  1973-cü  ildə   oranı   uğurla   başa  vuraraq  öz  oxuduğu  Toxluca  kənd  məktəbin  gəlib  kənd  uşaqlarına   kimyanın  sirlərini   öyrətməyə  başladı.
1983-1987-ci  illərdə  həmin  məktəbin  direktoru  vəzifəsində  işləmişdir.  1988-ci  il     Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində    ilə  əlaqədar  Fərman  müəllim  digər  həmvətənləri  kimi  öz  vətənindən   deportasiya  edildi.  Öz  ailəsi  ilə  birlikdə  Bakı  şəhərində  məskunlaşdı.  İlk  əvvəl  “Olifinlər”  elmi-tədqiqat  institutunda  işləməyə  başladı.  Müəllimlik  sənətinə  vurğunluğu  onu   1992-ci  ildə  Xətai  rayonunda  yaradılmış  “Zəkalar”  liseyinə  gətirdi.  Burada   kimya  kabinetini  yaradır  və  kimya  fənninin  tədrisi  səviyyəsinə  görə   “Zəkalar”  liseyi  Respublikanın  qabaqcıl  məktəniblərindən  biri  olmasına  nail  olur.
Fərman  müəllimin  həm  Toxluca  kəndində,  həm  də  Bakı   şəhərində  şagirdləri  kimyadan  keçrilən  olimpiada  və  bilik  yarışlarında  uğurla   çıxış  edərək   qabaqçıllar   sırasında  olublar.  Onun  şagirdləri  Tibb  və  kimya  sahəsində  müdafiə  edərək  elmlər  doktoruluğuna  qədər  yüksəlmişlər.
Fərman  müəllim  həyat  yoldaşı  Sənubər  Şəmil  qızı  ilə  beş  övlad  böyüdüb.  Övladlarından  hamısı  Ali  təhsillidir. 

Ibrahim Məhəmməd oğlu Bayramov – 25 yanvar  1954-cü  ildə   Qərbi  Azərbaycanın   Göyçə   mahalının  (hazırda  Ermınistan  respublikasının)   Krasnoselo  (indi  Çəmbərək)  rayonunun   Toxluca  kəndində  anadan  olmuşdur.  1971-ci  ildə  Toxluca  kənd  orta  məktəbini,  1975-ci  ildə   İrəvan   şəhərindəki  Ermənistan   Dövlət   Pedaqoji   İnstitutunun   filologiya   fakültəsinin   Azərbaycan   şöbəsini   fərqlənmə   diplomu  ilə   bitirmişdir.  1977-1981-ci illərdə  Azərbaycan   MEA-nın  Nəsimi   adına  Dilçilik  İnstitutunun  aspiranturasında  oxumuşdur.   1975-1988-ci  illərdə  Toxluca   kənd  orta  məktəbində   Azərbaycan  dili  və  ədəbiyyatı  müəllimi   və  məktəb  direktoru   vəzifəsində   işləmişdir.  1986-cı  ildə  “Müasir   Azərbaycan   ədəbi   dilinin   xalq   danışıq  dili   hesabına   zənginləşməsi   yolları  (leksika  və  frazeologiya)”   mövzusunda   namizədlik,   2007-ci   ildə   “Ermənistanın  türk  mənşəli   toponimlərinin   tarixi-linqvistik   təhlili”   mövzusunda   doktorluq  dissertasiyası  müdafiə   etmişdir.   Filologiya   elmləri  doktorudur.  1995-ci   ildən   Azərbaycan   Dövlət   Pedaqoji   Universitetinin   Müasir   Azərbaycan   dili   kafedrasında   işləyır.  2009-cu  ildə   həmin  kafedranın   professoru  vəzifəsinə   seçilmişdir.   2003-cü  ildən  ADPU-nun magistratura   və  doktorantura  şöbəsinin  müdiri  vəzifəsində   işləyir.  2009-cu   ildən  ADPU-da   fəaliyyət   göstərən   Dissertasiya   Şurasının   üzvüdür.   “Ermənistan  azərbaycanlılarının  tarixi   coğrafiyası”    (kollektiv, Bakı, 1995),   “Истoрическая  география  Заподного  Азербайджана”   (kollektiv, Bakı, 1998),  “Müasir   Azərbaycan   ədəbi   dilinin   zənginləşməsi   yolları”   (dərs vəsaiti, Bakı, 1999),  “Qərbi   Azərbaycan   toponimlərinin   tərkibində  işlənən  söz   və  coğrafi   terminlər   lüğəti”  (Bakı, 2000),   “Qərbi   Azərbaycanın   türk  mənşəli   toponimləri”  (Bakı, 2002),  “Qərbi  Azərbaycanın  toponimlər   sistemi”  (Bakı, 2005), “Qərbi  Azərbaycan  şivələrinin  leksikası”  (dərs vəsiti   Bakı, 2010), “Qərbi  Azərbaycan:  tarixi  həqiqətlər  və  ya   Ermənistanın   etnik   təmizləmə  siyasəti”  (Bakı, 2012)  dərs  vəsaitləri  və   monoqrafiyaları,  150-dən  çox  elmi,  elmi-metodik    məqalə  və  kitabların  müəllifidir

Bayramov Abbas Əli oğlu – 1924-cü il 18 fevralda Qərbi Azərbaycanın (indiki Ermənistan) Çənmərək (Krasnoselo) rayonu Toxluca kəndində anadan olmuşdur. Elə doğma kəndində orta məktəbi bitirərək əvvəlcə İrəvanda orta ali ixtisas, texnikumda təhsili alır.
Sovetlər birliyi ilə Almaniyanın başladığı II Dünya müharibəsi bir çox azərbaycanlılar kimi B.Abbasın da həyatında bir iz buraxmışdır. O, cəbhəyə aparılır və qızğın döyüş zonasında olan 416-cı diviziyanın tərkibində 1942-1943-cü illərdə döyüşlərdə fəal iştirak edir. 1943-cü ildə ağır yaralanaraq arxaya göndərilir. Xeyli müalicədən sonra hərbidən təris olunur. Doğma kəndində orta məktəbdə müəllim kimi fəaliyyət göstərir.
Dövrünün ziyalısı kimi fəallığı ilə seçilən B.Abbas 1945-ci ilin yanvar ayından Kommunist Partiyası sıralarına daxil olur.
B.Abbas 1949-cu ildə M.C.Bağırov adına Qazax Dövlət Müəllimlər İnstitutuna daxil olmuş, 1953-cü ildə Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almışdır.
Doğma kəndində orta məktəbdə müəllim kimi işləyən B.Abbas uzun illər təkcə Azərbaycan dili və ədəbiyyat fənnindən deyil, həmçinin kimya və biologiyadan da dərs tədris etmişdir. Bu dövrdə müəllim çatışmazlığı mövcud idi.
Bayramov Abbas həm müharibə iştirakçısı kimi, həm də təhsildə əldə etdiyi fəallığı ilə seçildiyinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur.
Məlum 1988-ci il hadisələri, mənfur ermənilərin etnik təmizləmə siyasəti Toxluca kənd sakinlərini də didərgin saldı. Bir çox ailələr kimi B.Abbasın ailəsi Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşır. Burada əsasən Göyçə kəndlərindən qacqın ailələr yerləşmişdir. Artıq fərdi təqaüdçu olan Abbas müəllim oğlu Bayramov Baba ilə bu kənddə bərabər yaşayır. Vətən həsrəti çəkən Abbas müəllim Göyçənin Toxluca kəndindən gətirdiyi arı təsərrüfatını saxlamaqla doğma yurd nisgilini yüngülləşdirirdi.
Bayramov Abbas doğma kəndindən olan Nigar Kərbəlayi Hüseyinəli qızı ilə ailə qurmuş 5 oğlu, 3 qız övladları olmuşdur. Həmin övladlarından 21 nəvəsi var. Ovladları yaxşı təhsil alaraq ali və orta ixtisas məktəbləri bitirmişlər.
1995-ci ilin 20 noyabrında həyat yoldaşı Nigarın dünyasını dəyişməsi onu bərk təsirləndirdi. Vəfalı həyat yoldaşını itirmək ona çətin oldu. Kənd içərisinə çıxmır, çox ünsiyyət yaratmaqdan qaçırdı. Övladlarının ona olan qayğısına, tez-tez yanına gəlib-getmələrinə görə bir az sakitləşmişdir. Yenə də uzun yaşaya bilmədi, 2000-ci ilin 30 aprelində dünyasını dəyişdi. Vəsiyyətinə görə Çənlibel kəndində həyat yoldaşı Nigarın yanında dəfn olundu. Qəbir daşı üzərində nəvəsi Ramin Baba oğlunun babasının xatirəsinə həsr olunan aşağıdakı şerindən bir parça yazıldı.
Toxluca yurdunda, Ulu Göyçədə,
Doğuldun, yaşadın, yaratdın, ata!
Çənlibel kəndində, bu qərib eldə,
Vətənsiz darıxıb ayrıldın, ata!
Yenə yan-yanasan anamla odur,
Ruhunuz şad olsun, son sözüm budur.
Yamanca kövrəyəm, qəlbim doludur,
Bizi tək buraxıb ayrıldın, ata!
2 may 2000-ci il.

Əhmədova  Moruq  Şaban  qızı  –  1927-ci  ildə  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (indiki  Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  göz  açmışdır.  İlk  orta  təhsilini   elə  bu  kənddə,  Toxluca  kənd  orta  məktəbində  almışdır.  Orta  təhsil  illəri  çox  ağır  illərə  –  II  Dünya  müharibəsi  illərinə  düşsə  də  o,  ruhdan  düşməmiş,  təhsilini   1945-ci  ildə  uğurla  başa  vurmuşdur.  Ağır  illər  olduğundan  təhsilini  davam  etdirə  bilməsədə  1946-cı  ildə  Məhəmməd  Hüseyin  oğlu  Əhmədovla   ailə  qurmuşdur.  Ailə  qurduqdan  sonra   təhsili  davam  etdirmək  üçün   1948-ci  ildə   Qazx  Dövlət  Müəllimlər  İnstitutuna   daxil  olmuşdur.  (Bu  seminariya  1918-ci  ildə  Firudin  bəy  Köçərlinin  xidməti  sayəsində  Qori  Seminariyasının  Azərbaycan  şöbəsinin  Qazax  şəhərinə  köçrülməsi  ilə  fəaliyyətə  başlamış,  sonra  müəllimlər  İnstitutu   adlanmış  və  1959-cu  ilədək  fəaliyyət  köstərmişdir.)
Moruq  Şaban  qızı  1950-ci  ildə  Toxluca  kənd  məktəbində  pedoqoji   fəaliyyətə  başlamış,   məktəbə  ilk  dəfə  ayaq  basan   körpə  balalara   yazı  yazmağı  və  oxumağı  öyrətməyə  başlamışdır.  Xüsusi  bacarıq  və  fəaliyyətinə  görə  dövlət  1968-ci  ildə  “Əməkdar  Müəllim”  adına  layiq  görülmüşdür.
1971-ci  ilin  17  dekabr  tarixində   xəstəlikdən  can  qurtara  bilməyərək  həyatla  vidalaşmalı  olmuşdur.
Moruq  müəllimə  həm  də  nümunəvi  həyat  yoldaşı  və  ana  olmuşdur.  O,  həyat  yoldaşı  Məhəmmədlə  birlikdə  2 qız,  5 oğlan  olmaqla,  7 övlad  böyüdüb  tərbiyə  etmişdir.

Ələsgərov  Ələsgər  Şaban  oğlu  –  1924-cü  ildə  qədim  Oğuz  yurdu   olan   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (həmin  dövrdə  Nov  Bayazid  qəzası  (1937-ci  ildən  Krasnoselo  rayonu))  Toxluca   kəndində  anadan   olmuşdur.
İlk   təhsilini  Toxluca   kənd  orta  məktəbində   almışdır.   II  Dünya  müharibəsi  dövründə   Ələsgər  Şaban  oğlu   arxa  cəbhədə  “raboçi  batolyon”  adlanan   hərbiləşdirilmiş   müəssisədə   çalışmışdır.
1949-cu   ildə   M.C.Bağırov  adına   Qazax  Dövlət   Müəllimlər   İntitutuna   daxil   olmuş  və  1953-cü  ildə   həmin  təhsil  ocağının   “təbiət  və  coğrafiya”   ixtisası  üzrə  məzun   olmuşdur.
1950-ci  il  20  avqust  tarixindən  Toxluca  kənd  orta  məktəbində  pedoqoji  fəaliyyətə   başlamışdır.  Bu  təhsil  ocağında  38  il  –  1988-ci  il  01  sentiyabr  tarixinə  qədər   fasiləsiz  olaraq   çalışmışdır.  Çalışdığı  müddətdə  həm  müəllim  kollektivinin,  həm  şagirdlərin,  həm  də  valideyinlərin   rəğbət  və  hörmətini  qazana  bilmişdir.
1988-ci  il  məlum  Azərnaycan  – Ermənistan    münaqişəsi  nəticəsində  bütün  Qərbi  Azərbaycanlılar  kimi  Ələsgər  Şaban  oğlu  da  öz  ata-baba  torpağndan  deportasiya  edilmişdir.  O,  deportasiya  nəticəsində  öz  doğma  kəndini  tərk  edərək  Bakı  şəhərində  Bayıl  qəsəbəsində  məskunlaşmalı  olmuşdur.
Ələsgərov  Ələsgər  Şaban  oğlu  14  may  2005-ci  il  tarixində  Bakı  şəhərində  dünyasını  dəyişmişdir.
Ələsgər  müəllim  Qılıclı  tayfasından  olan  Qumaş  İbrahim  qızı  ilə  ailəli  olmuşdur.  Bu  ailəlikdən  Pakizə,  Pərvun,  Sevda,  Tamara,  Şəhla,  Telman,  Qəhraman  adlı  övladları  olmuşdur.

   Hüseynov  Əmirvar  Həsən  oğlu  –  1911-ci  ildə  qədim  Oğuz  yurdu   olan   Göyçə  mahalının  (həmin  dövrdə İrəvan  quberniyasının  Nov  Bayazid  qəzasının)  Toxluca   kəndində  anadan   olmuşdur.   İlk   təhsilini  Toxluca   kənd   7  illik  məktəbində  almışdır.  Təhsilini   davam  etdirərək  İrəvan  pedaqoji   texnikumuna  daxil  olmuş  və  oranı  bitirərək  Tarix  müəllimi   ixtisasına   yiyələnmişdir.   Müəllim  kimi  fəaliyyətə  Basarkeçər   rayonunun   Şişqaya   kəndində  başlamış,  sonrakı  illərdə  rayonun   Qoşabulaq  və  Daşkənd   kəndlərində   də  müəllim  kimi  fəaliyyət   göstərmişdir.
1941-ci  ildə  alman  faşizminin   başladığı  II  Dünya  müharibəsi   ilə   əlaqədar   olaraq   müharibəyə   çağırılmış  və  1942-ci  ildə   yaralanaraq  ordudan   tərxiş  olunmuşdur.  Müharibədən   qayıtdıqdan  sonra  1954-cü   ilədək  yenidən  Basarkeçər   rayonunun   müxtəlif   kəndlərində   pedoqoji   fəaliyyətini   davam   etdirmişdir.
1949-cu   ildə   M.C.Bağırov  adına   Qazax  Dövlət   Müəllimlər   İntitutuna   daxil   olmuş  və  1953-cü  ildə   oranın    Tarix   ixtisası  üzrə  ali  təhsilli   pedaqoq   kimi   məzun   olmuşdur.
1954-cü   ildən  doğma  kəndində,   Toxluca  kənd  orta  məktəbində   pedoqoji  fəaliyyətini davam  etdirərək,  kənd   sakinlərinin   təhsil   almasında   yaxından  iştirak   etmişdir.  Əmirvar  Həsən  oğlu   Toxluca   kənd  orta   məktəbində   tarix   müəllimi   kimi  pedoqoji  fəaliyyətini   1985-ci   ilədək   davam  etdirmişdir  və  həmin  ildən   təqaüdə  çıxmışdır.
1988-ci  il    məlum    Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində        Ulu   ata-baba   torpaqlarından   didərgin   düşərək   Azərbaycan  Respublikası   Gəncə   şəhəri   inzibati   tabeliyində   olan   Hacıkənd   qəsəbəsinə  pənah  gətirmiş  və  orada  məskunlaşmışdır.   2006-cı   il   iyul   ayının   18-də   Hacıkənq   qəsəbəsində   vəfat   etmişdir   və  orada  dəfn  olunmuşdur.
Əmirvar  müəllim   1951-ci  ildə  Toxluca  kənd  sakini   Əhmədova   Şövkət   Əli   qızı  ilə   ailə  qurmuş,   həmin  nigahdan   7   övladı   dünyaya   gəlmişdir:   Dilarə,  Nurman,  Narıngül,  Tərgül,  Hümbət,  Surxay,  Heybət.  Şövkət  xanımla  birlikdə   bu  övladlara  nümunəvi  tərbiyə  vermiş  və  övladlarından   5-i  ali  təhsil  almışdır

Aslanov   Səfər   Şirin   oğlu   –  1914-cü  ildə  Qərbi  Azərbaycanın  Göyçə  mahalının (həmin  dövrdə  İrəvan  quberniyasının  Nov – Bayazid  qəzasının)  Toxluca   kəndində   anadan  olmusdur.  1936-ci ildə kənd   7 illik   məktəbini   bitirmisdir.
1939-cu  ildə   Qazax  Pedeqoji  Məktəbini  bitirmişdir. 1939-40-ci  illərdə  Basarkeçər rayonunun   Pəmbək   kəndində   müəllim  isləmisdir.
1941-ci   ildə  II Dünya  müharibəsində  Almaniya  SSRİ-yə  qarşı  başladığı  vaxt  hərbi   xidmətə   çağrılmışdır.  Bakidaki  hərbi  məktəbdə  oxuyub   leytenant   rütbəsi   alaraq  Şimali  Qafqaz   piyadalarin   atici   batalyonunda   taqım (vzvod)   komandir  kimi vurusmusdur.   1942-ci  il   28  dekabr  tarixində  Mozdok  döyüşlərində  sol  qolundan   yaralanmiş   va   Kislovodsk  hərbi  hospitalinda  müalicə  alaraq  yendən  cəbhəyə   getmişdir.  20 noyabr  1943-cü  il  tarixində  Taqanroq  döyuşlərində   ayağının  diz  qapağından   yaralanmiş  və   Dilican  şəhərində  hərbi  hospitalinda  müalicə   almişdir.   Səfər   Şirin  oğlu   Simali  Qafqaz   ugrunda   gedən   döyüşlərdə   bir  komandir  kimi   fəal  iştirak  etmiş,  çoxlu   orden  və  medallarla  təltif  olunmusdur.  Döyülər   zamanı   9 dəfə   yaralaniş  və  1944-cü  ilin 28 iyun   tarixinda  0356  saylı  əmrlə  evə  buraxilmişdir.
1944-46-ci  illərdə  Krasnoselo  rayonu  Çaykand  orta  məktəbində  hərbi  müəllim,   1945-46-ci  illərdə  Basarkeçər   rayonunun   Sətənəxac   kənd  orta  məktəbində  direktor  işləmişdir.  1949-cu ildə  Qazax  Dövlət  Müəllimlər  İnstitunun  qiyabi  şöbəsinə daxil  olmuş,  1954-cü  ildə  H Zərdabi  adina  Gəncə  (həmin  dövrdə  Kirovabad)   Pedeqoji   İnstitunun  Nuxa  (Şəki)  filialinda  tarix müəllimi  ixtisasini  bitirmişdir.
Toxluca  kənd  orta  məktəbində  işlədiyi  müddətdə   körpə  balaların  təlim-tərbiyəsinə,  davranışına,  ilk  əlifbanı,  saymağı,  oxumağı,  elm   öyrənməyə  həsr  etmişdir.  Məktəbdə  çalışdığı  dövrdə  öz  bilik  və  bacarığını  heç  bir  şagirddən  əsirgəməmişdir.  Səfər  müəllim  toxluca  orta  məktəbində  hərbi,  tarix, ibtidai  sinif  müəllimliyi  ilə  yanaşı  həm  də  uzun  müddət  məktəbin  ilk  partiya  təşkilat  katibi  kimi  ictimai  vəzifənində  çalışmışdır.
Səfər  Şirin  oğlu  pedoqoji  fəaliyyətlə  bərabər  özünün  böyük  arı  təsərrüfatı  ilə  də   məşğul   olurdu.
Səfər  müəllim   ömrünün  59-cu  ilində  –  1973-cü  ilin  sentyabrında  xəsəlikdən  can  qurtara  bilməyərək  həyatla  vidalaşmalı  olmuşdur.
Səfər  müəllim  həyat  yoldaşı  Fatma  xanımla birlikdə  4 qız, 4 oğlan  olmaqla 8 övlad böyüdüb  tərbiyə  etmişdir.

İsmayılov  Əli  Rüstəm  oğlu  –  4  fevral  1930-cu  il  trixində    Oğuz  yurdu  olan    Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  İlk  orta  təhsilini   Toxluca  kənd  orta  məktəbində  almışdır.
Təhsilini  davam  etdirmək  üçün   1951-ci  ildə  H.B.Zərdabi  adına  Gəncə  Dövlət  Pedoqoji  İnistitutuna  daxil  olmuşdur.   1957-cı  ildə  ali  təhsilini  başa  vurub   “Tarix  və  Coğrafiya   Müəllimi”  ixtisasına  yiyələnmişdir.   Öz  doğma  kəndinə   qayıdıb  pedoqoji  fəaliyyətə  başlamışdır.  Kəndin  körpə  balalarının  təhsil   almasında   təlim-tərbiyəsində  fəal  iştirak  etmişdir.  Əli  Rüstəm  oğlu  1971 – 1982-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində   Dərs  hissə   müdrü  vəzifəsində  çalışmışdır.
1988-ci  il   Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsindən    sonra  digər  soydaşları  kimi  Əli  müəllim  də  öz    ata-baba   torpağını   tərk  etməli  olmuşdur.  Ailəlikcə  Bakı  şəhərinin  Xətai  rayonunda  məskunlaşmışdır.  Həmin  dövrdən  Bakı  şəhər  Xətai  rayonunda  yerləşən  63  saylı  orta  məktəbdə  pedoqoji  fəaliyyətini  davam  etdirmişdir.
Əli  müəllim  ömür – gün  yoldaşı  Nazlı  xanımla  birlikdə  5  övlad  böyüdüb  tərbiyə  etmişdir.
1995-ci  il  28  oktyabr  tarixində  oğlu  Nazimi  facilə  sürətdə  itirmişdir.  Özü  isə  xəsəliyə  və  oğul  dərdinə  tab  gətirməyərək   1997-ci  il  22  avqust  tarixində   vəfat  edmişdir.

Hacıyev  Ramazan  Kərbalayı  İbrahim  oğlu  –   1937-ci  ilin  noyabr  tarixində  qədim  oğuz – türk  yurdu  olan  Qərbi  Azərbaycanın Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində,  dindar  ailədə  doğulmuşdur.
Uşaqlıq  illəri  II  Dünya  müharibəsinin ağır  dövrünə  düşən  Ramazan,  müharibə  qurtaran  kimi,  1945-ci  ilin  sentyabrında  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə  daxil  olmuşdur.  1955-ci  ildə  bu  təhsil  ocağını  uğurla  başa vurmuşdur.
1956-cı  ilin  oktyabrında  sovet  ordu  sıralarına  çağrılmışdır.  1959-cu  il  dekabr  tarixind  ordu sıralarından tərxis  olunmuşdur.  Toxluca kənd  sovxozunda  çalışmışdır.
1960-cı  ildə  İrəvan  Azərbaycan  Sovxoz  Texnikumuna  daxil  olmuş,  1963-cü  ildə  bu  təhsil  ocağının  “Zootexnik”   ixtisası  üzrə  bitirmişdir.  1963-1964-cü illərdə  Toxluca  sovxozunun  süd  məhsulunu  uçotu  vəzifəsində  çalışmışdır.
1964-cü  ildə  Ali  təhsil  almaq  üçün  Azərbaycan Dövlət Pedoqoji İnstitutuna –  ADPİ (indiki  Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti – ADPU)  daxil  olmuşdur.  1968-ci  ildə  bu  təhsil  ocağının  “İbtidai  təhsilin  pedoqokikası  və  metodikası”  ixtisası  qzrə  müəllim  peşəsinə  yiyələnmişdir.
1968-ci  ildə  Toxluca  kənd  orta  məktəbində pedoqoq  kimi  fəaliyyətə  başlamışdır.  çalışdığı  müddətdə  yüzlərlə   uşaqlara  ilk  dəfə  yazmağı  və  oxumağı  öyrətdi.  Ramazan  Kərbalayı  İbrahim  oğlu  işlədiyi  müddətdə həm  valideyinlərin  və  şagirdlərin  sevimlisinə  çevrilmiş,  həm  də  kollektiv  və  rəhbərliyin  hörmətini  qazana  bilmişdir.ona  görə  də  uzun  müddət  Toxluca  kənd  orta  məktəb  direktorunun  ibtidai  siniflər  üzrə  direktor  müzvini  vəzifəsində  də  çalışmışdır.  Ramazan  müəllimin  ilk  dəfə  yazı  yazmağı  və  oxumağı  öyrətdiyi  şagirdlər  sonradan orta  ixtisas təhsili və  ya  ali  təhsil  alaraq  müxtəlif  ixtisas  və peşəyə  sahib  olmuşlar.
1988-ci  il  məlum  Azərbaycan-ermənistan  münaqişəsi  zamanı  Azərbaycanlıların ata-baba  yurdu  olan  oğuz-türk  yurdundan  axırıncı  deportasiyası zamanı  Ramazan  müəllim  də  ailəsi  ilə  birlikdə  öz ata-baba  yurdunu  tərk  etməli  olmuşdur. Ailəsi  ilə  birlikdə  Bakı  şəhərində məskunlaşmışdır.
1989-cu  il   sentyabr  tarixindən Səbail  rayonunda  yerləşən  150  saylə  tam  orta  mətəbində ibtidai  sinif  müəllimi  kimi  pedoqoji  fəaliyyətə  başlamışdır.  20  il  –  2009-cu  il  sentyabr  tarixinə  qədər  bu  təhsil  ocağında  çalışmışdır. Toxluca  kəndində  olduğu  kimi  bu  kollektivin və  şagird-valideyinlərin sevimlisinə  çevrilmişdir. Sevdiyi  peşəsi  olan  pedoqoji  fəaliyyətdən  ayrılan  Ramazan  müəllim  çox  yaşaya  biləyərək  2011-ci  il  16  sentyabr  tarixində  dünyasını  dəyişmişdir.
Ramazan  müəllim  həm  də  yaxşı  ata  və  baba  olmuşdur. O, 11  övlad  böyütmüşdür.

Novruzov  Azad  Əli  oğlu  –  1942-ci   il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   doğulmuşdur.  O,  anadan  olanda  atası  Əli  Novruzov  II  Düya   müharibəsinə  yollanmışdır.  Atası  müharibədə  həlak  olduğundan  ata  üzü  görməmişdir.
İlk  təhsilini   1950 – 1960-cu  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır. 1960 – 1965-cı  illərdə   Azərbaycan   Pedoqoji   Xarici  Dillər  İnstitunun   (indiki  Azərbaycan  Dövlət  Dillər  Unversiteti)   Alman  və  Fransız  dili  fakultəsində   “Alman  dili”   ixtisası  üzrə  təhsil  almışdır.  Təhsili  başa   vurduqdan  sonra   1965-cı  ildə  Toxluca  kənd  orta  məktəbində   Alman  dili  müəllimi  kimi  pedoqoji  fəaliyyətə  başlamışdır. 1966 – 1967-ci  illərdə  sovet  ordusunun   Xmelinski   şəhərində  yerləşən   hərbi  hissəsində  kəşfiyyatçı   kimi   xidmət  edmişdir.  Ehtiyatda  olan  baş  leytinant   rütbəsində   ehtiyata  buraxılmışdır. Sonrakı  dövrlərdə  sovet  ordusunda   dəfələrlə  qıza  təlimlərdə  iştirak  etmişdir  və  moyor  rütbəsinə   qədər  yüksəlmişdir.
1967-ci  ildə  ordudan  tərxis  olunduqdan  sonra  Toxluca  kənd  orta  məktəbində   uzun  müddət  Alman  dili  müəllimi  kimi  çalışmışdır.
1976 – 1982-ci  illərdə  qiyabi  olaraq  İrəvan   Kənd  Təsərrüfatı  İnstitunun  rus  bölməsində  təhsil  alaraq
1983 – 1985-ci  illərdə  Toxluca  qəsəbə  sovetinin  sədri  vəzifəsində  çalışmışdır.  1985-ci  ildən  yenidən  Toxluca  orta  məktəbində  pedoqoq  kimi  çalışmışdır.  1986-ci  ildə  Donetski  şəhərinə  köşmüşdür.  Burada   Pedoqoji   fəaliyyətini  davam  etdirmiş,  nüəllim,  direktor  müavini  vəzifələrində  çalışmışdır. Donetski  şəhərində   müəyyən  müddət   Mebel  fabrikində   sahə  müdrü  vəzifəsində   də   çalışmışdır.
20  mart  2015-ci  il  tarixində  dünyasını  dəyişmişdir.
Nəcəfi  Tahirə  Ziyat  qızı  ilə  ailəli  olub  və   Qalib,  Mütalib,  Natiq  adlı  övladları   var.

      Bayramov Baba Abbas oğlu   –  1951-ci ilin 5 fevralında Qərbi Azərbaycanın (İndiki Ermənistan) Göyçə mahalında, Krasnaselo rayonunun (keçmiş Çənmərək) Toxluca kəndində ziyalı ailəsində anadan olmuşdur. Toxluca kənd orta məktəbinin birinci sinfinə 1957-ci ildə daxil olaraq hələ tam yaşı çatmasa da zirəkliyi, zəkalılığı ilə seşilmişdir. 1967-ci ildə orta ümumtəhsil məktəbini bitirmiş, ali təhsil almaq üçün ilk dəfə bəxtini Bakı Dövlət Universitetinin tarix fakultəsində sınamışdır. İlk təşəbbüsü uğursuz olsa da gənc ruhdan düşməmişdir. Gənclik şəhəri olan Sumqayıtda 5№-li Texniki Peşə məktəbinə daxil olmuş, oranı fərqlənmə attestatı ilə bitirmişdir. Gənclik şəhərində böyük Kimya Kombinatının 82№-li sexində operator kimi əmək fəaliyyətinə başlamış və eyni zamanda ali təhsil almaq üçün çalışmışdır. Əmək sahəsində çalışqanlığı, səmərəli təklifləri ilə secilən gənc 1970-ci ildə Naxcıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakultəsinə daxil olur. Birinci kursu tamamlayan gənc ordu sıralarına çağrılır və 1971-1973-cü illərdə keçmiş sovet ordusunda nümunəvi xidmət edir. Baş çavuş kimi ordudan təxris olan gənc təhsilinı yenə davam etdirir. 1973-cü ildə doğma kəndi Toxlucada kənd orta məktəbində o dövrün aparıcı gənclər təşkilatı sahəsində-pioner baş dəstə rəhbərliyində pedaqoji fəaliyyətə başlayır.
Baba Abbas oğlu Bayramov 1977-ci ildə Naxçıvan Dövlət Universitetini bitirir və Azərbaycan dili və ədəbiyyat müəllimi kimi doğma kəndində işləyir. Gənc nəslin tərbiyəsində xüsusi həvəslə çalışaraq yaradıcılığa meyl edən gənc digər həmvətənləri kimi 1988-ci ilin 26 noyabrında məcburən ata-baba yurdunu tərk etməli olur. Göyçə mahalının ən böyük yaşayış yeri olan Toxluca kəndinin erməni siyasəti ilə köç etməyi onun qələminə təsir edir. “Göycə” şerində yazır:
Sənin həsrətinlə, sənin niskilin,
Yandırır qəlbimi, yandırır, Göyçə.
Ulu nəslimizin məskəni idin,
Kimlərə qalmısan, kimlərə, Göyçə.
On səkkiz bəndlik doğma yurd həsrətli “Göyçə” şeiri onun qələmində Vətənə necə bağlı olduğunu, erməni vəhşiliyinin nəticələrini əks etdirir.
Məcburən köç edən ailə Azərbaycanın Şəmkir rayonu Çənlibel kəndində məskunlaşır. İlk əvvəl Gəncə şəhərində qohum evində qalan ailə məcburən Çənlibel kəndində yaşamalı olur, çünki ata-baba yurdu mənfur erməni əlində qalır, evində yaşayan erməni ilə evini dəyişməyə məcbur olur.
1988-ci ilin dekabr ayından Şəmkir rayonu Çənlibel kəndində məktəbin təşkili işində, şagirdlərin məktəbə cəlb olunmasında ən fəal çalışan Baba müəllim keçmiş erməni təhsil ocağını yeniləşdirməkdə xüsusi xidmət göstərir. Öz bacarığı, əl qabiliyyəti ilə sinif otaqları,  fənn kabinetləri üzrə tədris vəsaitləri stentlərinin hazırlanmasında xüsusi rolu olur. Bu ərəfədə ata və ana itkisi onun həyatında dərin izlər buraxır. Atası Abbas müəllim Toxluca kəndinin ilk ziyalılarından biri idi. Vətən həsrəti və övladlarının müxtəlif yerlərdə məskunlaşması yaşlı nəslin tez dünyasını dəyişməsinə səbəb olurdu.
Çənlibel kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətini davam etdirən  Baba müəllim həmin kənddə bir ziyalı kimi hörmət qazanır. Rayon Təhsil İdarəsi tərəfindən metodist kimi məktəblərə göndərilir, öz pedaqoji iş təcrübəsini həvəslə gənc nəslə çatdırır.Dörd övlad atası olan Baba müəllim cətin şəraitdə övladlarının təhsil almasına qayğı ilə yanaşır. Onların ali təhsil almasına nail olur. Belə ki, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib elə həmin universitetlərdə həkim və müəllim kimi fəaliyyət göstərən övladlarının Bakı şəhərində daimi yaşayacağını bilən ailə yenidən məskunlaşmaq üçün  paytaxta üz tutur. Beləliklə 2002-ci ildə ailə Bakı şəhəri Badamdar qəsəbəsinə köcür. Baba müəllim bu qəsəbədəki 236№-li tam orta məktəbdə ixtisası üzrə müəllim işləyir. Qısa bir zamanda Səbail rayonunun təhsil sahəsində tanınır, özünün metodiki mərüzələri ilə diqqəti cəlb edir, fəxti təltiflərə layiq görülür. 2003/2004-cü tədris ilində işlədiyi 236№-li tam otra məktəbdə tədris işləri üzrə drektor müavini təyin edilir. Məktəb işində fəaliyyəti dövründə nüfuz qazanır və bu məktəb Səbail rayonu üzrə öndə gedən məktəb kimi tanınır. Hal-hazırda həmin məktəbdə tədris işləri üzrə drektor müavini işləyir. 2 oğlu, 2 qızı və 11 nəvəsi var.
Göyçə
 Sənin həsrətinlə, sənin niskilin,
Yandırır qəlbimi, yandırır, Göyçə.
Ulu nəslimizin məskəni idin,
Kimlərə qalmısan, kimlərə, Göyçə.
Sınaqlı seyidin məzarı hanı,
Belə dağ olarmı, belə dağ tanrı.
Qalx mənim millətim, özünü tanı,
Sızlayır qəlbimin hər teli Göyçə.
Sənin hər daşını, qayanı gəzdim,
Qonaqlı elini, obanı gəzdim.
Yuxuydu deyəmməm, haranı gəzdim,
Oğuzlar yurdunun vüqarı Göyçə.
Sənin sazlı-sözlü oğlun hanı?
Ələsgərin hanı, İmanın hanı?
O nankor yağıya qan udduranın,
Neynədin, dinsənə, din barı Göyçə.
Düşmən öz oxunu sinəmə çaldı,
Yağıya babamın məzarı qaldı.
Arxalı köpəklər gülzarı aldı,
Cığalın, Orucun diyarı Göyçə.
Qarabağ adıyla başlandı savaş,
Soxuldu evlərə “dığalar” birbaş.
Qədim Oğuz eli qalmışdı çaşbaş,
Olmusan tülkülər şikarı Göyçə.
Vedibasar getdi, Göyçə talandı,
Düşünməz rəhbərlər vara aldandı.
Görən bu yuxudu, yoxsa yalandı,
Siyasət zərinin “naharı” Göyçə.
Toxluca, Ağbulaq, o yanda Şorca,
Qeyrət qalasıydı, düşməzdi borca.
Daşnak töküntüsün əzib doyunca,
Əyilməz ərlərin de hanı, Göyçə.
Topaşan yurdudu qədim Ardanış,
Cil, Babacanı öt, Pəmpəkdən danış.
Üzüdönük çıxıb indi Hayqanuş,
Olardı süfrənin zinharı, Göyçə.
Babacan, Dərə güney kəndləri,
Şişqaya, Göysuyun nər igidləri.
Dünyaya səs salıb hər igidləri,
İgidlər birliyi pozuldu, Göyçə.
Məzrələr bu yandan, o yandan Zod,
Düşmənin başına ələrdi bir od.
Qorbaçov planıyla ayıldı “narod”,
“Perestroyka” adıyla dağıldı Göyçə.
Kəsəmən, Canəhməd, İnək dağını,
Zirvədə yerləşən Şorcalarını.
Ələsgər yurdunu, qibləgahını,
Tarixlər cəngində əymisən, Göyçə.
Ruhlarmı cəkəcək yurda keşiyi,
Qızılvəng-Alının məzar beşiyi.
Qaraimanda soyuq ev-eşiyi,
Görəndə utanma, utanma, Göyçə.
Yaddan çıxmaz Göyçə eli heç, qardaş,
Qoşabulaq, Daşkənd, Qanlı, Kərkibaş.
Çoxları süfrədə qurardı bardaş,
Qapını qonaqlar acırmı, Göyçə.
Ağkilsə koç etdi, talandı Zərkənd,
Niskildən göz yaşım qurumur hərçənd.
Yağmalandı elim, qalmadı bir kənd,
Sellənən göz yaşım silsənə, Göyçə.
Göyçə şöhrət tapıb sənətü-şerdə,
Şah Xətayi izi vardı o yerdə.
Sarıyaqub kəndi, Miskinlilərdə,
Möhürlü imtiyaz qalırmı, Göyçə.
Qayabaşı, sən ha belə deyildin,
Qaya vüqarınla sən də əyildin.
Çarmıxa vurulub, dara cəkildin,
Bu çərxi-fələyə əyilmə, Göyçə.
Baba Eloğlunun qəmli ürəyi,
Doludur çalınır o qəm tütəyi.
Tanrının bir anda dönə fələyi,
Bizi öz yurduna götürə, Göyçə.

Bayramov  Həsən  Bayram  oğlu  –  1953-cü  il  01  may  tarixində   Oğuz –türk  yurdu  olan  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSRİ-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   qulluqçu  ailəsində  doğulmuşdur.
İlk  təhsilini  1960 – 1970-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  alaraq   əla  qiymətlərlə  başa  vurmuşdur.
1971 – 1975-ci  illərdə  Azərbaycan  Dövlər  Pedoqoji  İnstitunun  (indiki  Azərbaycan  Dövlər  Pedoqojo  Unversitetinin)  Filologiya  fakultəsini   fərqlənmə  diplomu  ilə  bitirmişdir.
Təhsilini  başa  vuran  Həsən  Bayramoğlu  Toxluca   orta  məktəbində  müəllim,  Toxluca   sovxoz  komsomol  komitə  katibi,  Toxluca  qəsəbə  sovetinin  sədri,  Toxluca  orta  məktəbində  təlim-tərbiyə  üzrə  direktor  müavini  vəzifələrində  çalışmışdır.  O.  bu  işlərdə  işləyə-işləyə  həmdə  Azərbaycan  Dövlər  Pedoqoji  İnstitunun  (indiki  Azərbaycan  Dövlər  Pedoqojo  Unversitetinin)   aspiranturasında  təhsil  almışdır.  1986-1990-cı  illərdə  Naxçıvan  Dövlət   Unversitetində   müəllim  işləmişdir.
1989-cu  ildə  “Azərbaycan  Sovet  Pedoqoji  Elminin  təşəkkülü  və  inkişafı  (1920 – 1931-ci  illər)”   mövzusunda  namizədlik    dissertasiyasını  müdafiə  etmişdir.
1990-cı  ildən  ADPU-nin   “Ümumi  pedoqogika”    kafedrasında    müəllim,   1995-ci  ildən   dosent  vəzifəsində  işləmişdir.
2017-ci  il  13  iyun   tarixində   “Çar  Rusiyasının  Azərbaycandakı  təhsil  siyasətinin  əsas  istiqamətləri”  mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  edərək  pedaqogika  üzrə  elmlər  doktor  elmi  dərəcəsi  adını  almışdır.
2014-cü  ildə  Dəmir  Yolu  və  Metropoliten  üzrə  Bakı  Dövlət  Peşə   Təhsil  Mərkəzinin  direktoru  vəzifəsində  çalışır.  O,  həmdə  ictimai-siyasi  fəaliyyəti  ilə  də  fəaliyyət  göstərir.  Bu   çəhətdən   2012-cü  ildən   Bakı  şəhər  9  saylı  Binəqədi  seçki  dairəsi  üzrə  Dairə  Seçki  Komisiyasının  sədri  vəzifəsini  həyata  keçirir.
O,   5  dərsliyin,  10-dan  çox   tədris  metodiki  vəsaitin,   100-dən  şox  elmi-publistik,  100-dən  çox  elmi-pedoqoji  məqalələr  müəllifidir.  Onun  əsərləri  Avropa,   Asiya,  xüsusilə  MDB  ölkələrinin  nüfuzlu  jurnallarında  rus,  başqırd,  türk,  ingilis,  qazax,  sloven,  alman  və  s.  dillərdə  nəşr  edilmişdir.
Ailəlidir,  3  övladı  var.  Hər  üç  övladı  ali  təhsillidir.  Oğlu   Qüdsi   Bayramov  da   elm  sahəsində   atasının  yolunu  davam  etdirərək  pedaqogiya   sahəsi  üzrə  müdafiə  edərək  Pedaqogiya  üzrə  fəlsəfə  doktorudur.

Əliyənnağı Məhəmmədtağı oğlu Məhərrəmov      –    1957 – cü il iyunun 20-də Göyçə   mahalının  Toxluca  kəndində   anadan  olub.   1964 – 1973-cü  illərdə  Toxluca  kəndində  təhsil  almış,   1974 – cüildə   B.Əfəndiyev   adına   Çaykənd   orta   məktəbi   bitirib.   1980-cı   ildə  V.İ.Lenin  adına  Azərbaycan  Dövlət  Pedaqoji İnstitutunun Biologiya   fakultəsini   bitirib.   1992-ci   ildə   “Azərbaycan   Respublikasında   Ali Pedaqoji   Təhsilin   inkişafı  (1961-1981-ci illər)”  mövzusunda namizədlik dissertasiyasını  müdafiə  edərək   Pedaqogikanın  nəzəriyyəsi  və  tarixi  üzrə pedaqoji   elmlər   namizədi   alimlik   dərəcəsini   alıb.
1980-1988-ci illərdə Göyçə   mahalının Krasnoselo rayonu Toxluca kənd orta məktəbində   biologiya   müəllimi,   direktor   müavini.
1989-1992-ci illərdə V.İ.Lenin adına APİ-də “Pedaqogikanın nəzəriyyəsi və tarixi” üzrə  əyani   aspirant.
1992-1995-ci   illərdə   APİ-nin   “Ümumi   Pedaqogika”   kafedrasında   müəllim
1995-1999-cu   illərdə   APİ-nin  “Ümumi   Pedaqogika”   kafedrasında   baş   müəllim
1999-2002-ci illərdə “Ümumi Pedaqogika” kafedrasında dosent, 2002-ci ildən “Biologiyanın   tədrisi   metodikası”  kafedrasında   dosent.
2002-2011-ci   illərdə   ADPU-nun   Biologiya   fakültəsinin   dekanı
2011-ci   ildən   ADPU-nun   “Biologiyanın   tədrisi   metodikası”   kafedrasında dosent   vəzifələrində   işləmişdir.
Ailəlidir. İki  qızı,  bir  oğlu  var.

Məmmədalıyev  Zakir  Qurban  oğlu   –  23  dekabr  1957-ci il   tarixində   Qərbi   Azərbaycanın    Göyçə   mahalının   (Ermənistan  Respublikası  Krasnoselo  (Hazırda  Çəmbərək)   rayonunun)   Toxluca   kəndində   anadan   olub.
1965-ci  ildə   Toxluca  kənd  orta  məktəbinin  birinci   sinfinə  daxil  olan   Zakir  Qurban  oğlu,  1975-ci  ildə   həmin  təhsil  ocağını  uğurla   bitirmişdir.
1975-ci  ildə   Azərbaycan   Dövlət   Pedoqoji  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət   Pedoqoji   Unversiteti)   Riyaziyyat   fakultəsinə  daxil  olmuş  və  1979-cu  ildə  bu   ali   təhsil  ocağını   bitirib   və   təyinatla   öz  dogma   kəndində –  Toxluca   kənd  orta   məktəbinə    riyaziyyat   müəllimi   işləmişdir.
1981-1985-ci   illərdə   Azərbaycan   SSR   Elmlər   Akademiyasının   Fəlsəfə   və   Hüquq   İnstitutunun   dissertantı   olub,   1987-ci  ildə   fəlsəfə   üzrə   namizədlik   dissertasiyasını    müdafiə   etmişdir.
1988-ci  il   Azərbaycan – Ermənistan  münaqişəsi    hadisələri  ilə  əlaqədar  olaraq  Bakı  şəhərində   məskunlaşmışdır.
1989-cu  ildən   Azərbaycan   Xalq   Təsərrüfatı   İnstitutunun  (indiki   Azərbaycan   Dövət   İqtisad   Universiteti)   “Fəlsəfə”   kafedrasında   müəllim   işləyib.
2007  illərdə   həmin   kafedranın   müdiri   vəzifəsində   çalışır.
2004-cü  ildə   fəlsəfə   elmləri  doktoru  alimlik   dərəcəsi  almaq   üçün   dissertasiya  işini    müdafiə    edib.
2009-cu  ildən  “Fəlsəfə”  (hazırda “Humanitar   fənlər”)   kafedrasının   professorudur.
100-ə  yaxın  elmi  və  tədris-metodiki  əsərin   müəllifidir.   Rusiyada    (Moskva),    Türkiyədə   (İstanbul),   Yunanıstanda   (Afina)   və   Almaniyada   elmi   əsərləri   çap   olunub.   XXI,   XXIII   Ümumdünya   Fəlsəfə   Kongreslərinin   və   IV Rusiya   Fəlsəfə   Kongresinin   iştirakçısı   olub.
2007-ci  ildən   Azərbaycan   Respublikası   Prezidenti   yanında   Ali   Attestasiya   Komissiyasının   Fəlsəfə,   Sosoilogiya,   Psixologoya,   Pedaqogika   və   Dinşünaslıq   üzrə   ekspert   şurasının  üzvüdür.
Ailəlidir,   iki   övladı   var.

  Bayramov  Əziz   Avdı  oğlu  –  1918-ci  il  tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (İravan  quberniyasının   Nov – Bayazid   qəzasının  (sonrakı  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   doğulmuşdur.
Ilk  təhsilini   Toxluca  kənd  orta  məktəbində  aldıqdan  sonra,   təhsilini   1934 – 1937-ci  illərdə   Qazax  Pedoqoji  Texnikomunda   davam  etdirmişdir.  1937-ci  ildən  Toxluca  kənd  orta  məktəbində  pedoqoji  fəaliyyətə  başlamışdır.
1941-ci  il  Alman   faşizimi   SSRİ-i  üzərinə   hücumu   etdi.  Bu  səbəbdən  1942-ci  ilin  noyabr  tarixində  Almaniya  ilə  SSRİ  arasında  gedən  müharibəyə  yollanmışdır.  Müxtəlif  döyüş  və  əməliyyatlarda  iştirak  etmişdir.  Bu  döyüş  və  əməliyyatlarda   bir  neçə  dəfə  yaralansa  da,  müalicə  olunub,  yenidən  ön  cəbhəyə  getmişdir.  Sonuncu  ağır  yaralanması  nəticəsində    müalicə  olunduqdan  sonra  1944-cü  ilin  avqust  ayında  ordudan  tərxis  olunmuşdur.
1945-ci  ildən  yenidən  Toxluca  kənd  orta  məktəbində  yenidən  pedoqoji  fəaliyyətə  başlamış  və  1978-ci  ilə  kimi   bu  təhsil  ocağında   pedoqoq  kimi   çalışmışdır.
1982-ci  il   sentyabr  tarixində  Bakı  şəhərinə  köçmüşdür.
1944-cü  ildə  Bayaz  Ayvaz  qızı  ilə  ailə  qurmuş  və  5  oğlan  övladı  böyüdüb   tərbiyə  etmişlər.
1993-cü  ilin  12  iyun  tarixində   dünyasını  dəyişib.

   Əhmədova  Bafta  Mir  İsmayıl  qızı  –  1923-cü  ildə  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (indiki  Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  göz  açmışdır.  İlk  orta  təhsilini   elə  bu  kənddə,  Toxluca  kənd  orta  məktəbində  almışdır.
1941-1945-ci  illər  ağır  illər  olduğundan  təhsilini  davam  etdirə  bilməsədə  1949-cu ildə  İsa  Abbas  oğlu  ilə  ailə  qurmuşdur.  Təhsili  davam  etdirmək  üçün  1948-ci  ildə   Qazx  Dövlət   Müəllimlər  İnstitutuna  daxil  olmuşdur.  (Bu  seminariya  1918-ci  ildə  Firudin  bəy  Köçərlinin  xidməti  sayəsində  Qori  Seminariyasının  Azərbaycan  şöbəsinin  Qazax  şəhərinə  köçrülməsi  ilə  fəaliyyətə  başlamışdır,  sonradan  Müəllimlər  institutu  adlanmış  və  1959-cu  ilədək  fəaliyyət  köstərmişdir.)
Bafta   Mir  İsmayıl  qızı  1950-ci  ildə  Toxluca  kənd  məktəbində  pedoqoji   fəaliyyətə  başlamış,   məktəbə  ilk  dəfə  ayaq  basan   körpə  balalara   yazı  yazmağı  və  oxumağı  öyrətməyə  başlamışdır.  1977-ci  ildə  ailəlikcə  Bakı  şəhərinə  köçənə  kimi  öz  həyatı  ilə  bərabər  çiyin-çiyinə  Toxluca  kənd  orta  məktəbində  çalışmışdır.
Bafta  müəllim  və  İsa  müəllimin    Zakir,  Mahizər,  Zeynəb  (Tamilə),  Vahid,  Nazim,  Ziyafət,  Natellə  adlı  övladlar  böyüdüb,  tərbiyə  etmişlər.  Bu  şəxlər  öz  övladlarından  başqa  İsə  müəllimin  qardaşı  Həbullanın,  həmdə  Bafta  müəllimənin  bacısı  Məryəm  xanımım  5  övladını  da  öz  övladları  kimi  himayələrində  böyütmüşlər.
Bafta  Mir  İsmayıl  qızı  2000-ci  ildə  Bakı  şəhərində  dünyasını  dəyişmişdir.

     Seyidov  Mirəli  Məşədi  Mir  Ismayıl  oğlu   –  1922-ci  ildə  Tovuz  rayonunun  Aşağı  Quşçu  kəndində  anadan  olmuşdur.  Toxluca  kənd  orta  məktəbini  bitirmişdir.  Təhsilini  sonradan  Azərbaycan  Pedoqoji  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti)  “Tarix  və coğrafiya”  fakultəsinin   Coğrafiya  ixtisası  üzrə  bitirmişdir.
1965-ci  ilə  kimi  Toxluca  kənd  məktəbində  Coğrafiya  müəllimi  işləmişdir.  1965-ci  ildə  Bakı  şəhərinə  köçmüşdür.  Bakı  şəhərinə  köçdükdən  sonar  Neft  Daşlarında  Fəhlə-Gənclər  məktəbində  Coğrafiya  müəllimi,  Maarif  Nazirliyində  metodist-inspektor  vəzifəsində  işləmişdir.
Mirəli  bibisi  Pərvinin   qızı  Məhbarə  Avıl  qızı  ilə  ailə  qurmuşdur.  Bu  evlilikdən  Üzeyir,  Azər,  Coşqun,  Şəhla  adlı  övladları  olub.
31.05.1977-ci  il  tarixində  Haqq  dərgahına  qovuşmuşdur,  Bakı    şəhərində  dəfn  olunmuşdur.

     Hacıyeva  Mehbarə  Avıl  qızı  –   Tovuz  rayonun  Ağdam  kəndində  anadan  olmuşdur.  Ilk  təhsilini   doğulduğu  kənddə  səkkizillik  məktəbində  və  sonra  tam  orta  təhsilini  Qovlar  kənd  (indi  şəhər)  orta  məktəbində  almışdır.
Sonra  Azərbaycan  Pedoqoji  İnstitunun   (indiki Azərbaycan  Dövlət  Pedoqoji   Unversiteti)   “Kimya-bialogiya”  fakultəsini  bitirmişdir. 1965-ci  ilə  ki9mi  Toxluca  kənd  orta  məktəbində  “Bialogiya”  və “Kimya”   müəllimi  kimi  pedoqoji  fəaliyyət  göstərmişdir.   Həyat  yoldaşı  Mirəli  Seyidovla  birlikdə  çiyin-çiyinə  Toxluca  kənd  orta  məktəbində  çalışmışlar.  1965-ci  ildə   ailəlikcə  Bakı  şəhərinə   köçmüşlər.  həmin  dövrdən  Bakı  şəhərində  126  və  53  saylı  orta  məktəbində  “Bialogiya”  fənnini   tədris  etmişdir.
Mehbarə   Avıl  qızı  öz  dayısı  oğlu  ilə  ailə  qurmuşdu.  Bu  evlilikdən  Üzeyir,  Azər,  Şəhla,  Coşqun  adlı övladlar  böyüdüb,  tərbiyə   etmişlər.

Əhmədov  Cabbar  Əli  oğlu  – 1909-cu  ildə  Qərbi  Azərbaycanın Göycə  mahalının  (həmin  dövrdə  İrəvan  quberniyasının  Nor – Bayazid  qəzasının)   Ağzıbir  kəndində  göz  aşmışdır. 1918-ci  ildə  “hay”ların   Azərbaycanlılara  qarşı  törətdikləri  hücumlar  nəticəsində  Cabbarın  atası  Əli  Yusif  oğlu   Göyçə  mahalının  (Nor – Bayazid  qəzasının)  Toxluca  kəndinə  pənah  gətirmiş  və  bu  kənddə  məşkunlaşmışdır.
Cabbar  Əli  oğlu  ilk   təhsilini   Toxluca  kənd  7  illik  məktəbində  almışdır.  Təhsilini  davam  etdirmək  üçün  İrəvan  Pedoqoji  Məktəbinə  (Texnikumuna)   daxil  olmuşdur.  Bu  təhsil  ocağında  “Piyaziyyat  müəllimliyi”   ixtisasına  yiyələnmişdir.
1932 – 1935-ci  illərdə  Krasnoselo  (həmin  dövrdə  Dilican)  rayonunun  Ardanış  kəndində  pedoqoq  kimi  çalışmışdır.
1935-ci  ildən   pedoqoji  fəaliyyətini   öz  doğulduğu  kənddə  –  Toxluca  kənd  orta  məktəbində  davam  etdirmişdir.  II  Dünya  müharibəsi  zamanı  Faşist  Almaniyasının  SSRİ-yə   hücumunun  ilk  günündən  –  1941-ci  il  10  sentyabr  tarixində  cəbhəyə  çağrılmışdır. Cəbhədə  802,  203,  610  saylı  atıcı  polklarında   vuruşmuşdur.  1943-cü  ilin  may  ayında  yaralanmış,  və  müalicə  olunduqdan  sonra  1943-cü  ilin  avqust  ayı  tarixində  ordudan  tərxis  olunmuşdur.
Ordudan  qayıtdıqdan  sonra  yenidən  Toxluca  kənd  məktəbində  pedoqoji  fəaliyyətə  başlamışdır.
1960-cı  illərdən  isə  Cabbar  Əli  oğlu  Toxluca  kənd  sovxozunun   təsərrüfat  işlərində  müxtəlif  vəzifələrdə  – təsərrüfat  briqadiri,  anbardar  və  s.  işlərində  çalışmışdır.
Cabbar  Əhmədov  1988-ci  il  3  mart  tarixində  vəfat  etmişdir  və  Toxluca  kəndində  dəfn  olunmuşdur.
Cabbar  Əli  oğlu  ilk  dəfə  Tərlan  xanımla  ailə  qurmuş,  ondan  4  qız  övladı  olmuşdur.  Ikinci  dəfə  Gövhər  xanımla  ailə  qurmuş  və  bu  nigahdan  2  oğlan,  5  qız  olmaqla 7  övladı  olmuşdur.  Öz  həyat  yoldaşları  ilə  11  övlad  böyüdüb  tərbiyə  etmişdir.

Qəhrəmanova  Yasəmən   İbrahim  qızı  –  1963-cü  il  4-ü  yanvar   tarixində   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  Toxluca  kəndində   ziyalı  ailəsində   anadan  olmuşdur.  1970-ci  ildə   Toxluca  kənd  orta  məktəbinin   birinci  sinfinə   gedib  və  1980-ci  ildə   bu  təhsil  ocağnın  10-cu  sinfini   uğurla   bitirmişdir.  1981-ci  ildə   Azərbaycan  Pedoqoji  institutunun  (indiki  Azərbaycan   Dövlət  Pedoqoji  Unversitetinin)   Fizika  fakultəsinə  daxil  olmuş  və  1985-ci  ildə   bu   fakultəni  bitirmişdir.
1985 – 1988-ci  illərdə  təhsil  aldığı   təhsil   ocağında  –  Toxluca  kənd  orta  məktəbində   fizika  fənnini  tədris  etmişdir.
1988-ci  il   məlum     Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində    hadisələrlə  əlaqədar  Yasəmən  müəllimə   öz  ailəsi  ilə   Bakı   şəhərində  məskunlaşmağa  məcbur  olmuşdur.
1990 – 1998-ci  illərdə   Bakı  şəhəri  Suraxanı   rayon  269  saylı  uşaq   bağçasında  tərbiyəçi   vəzifəsində   çalışmışdır.  1998-ci  ildən  Bakı  şəhər   Suraxanı   rayon  282  saylı  tam  orta  məktəbdə   fizika  müəllimi  işləyir.
Yasəmən   Qəhramanova   İsgəndorova   Müzahim   Mehvalı  oğlu  ilə  ailə  qurmuşdur  və  bir  oğlan,  bir   qız   övladları  var.  Hər  iki  övladları  ali  təhsillidir.

   Aslanov   Əli  Həsən  oğlu  –  01  may  1960-cı il  tarixində   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin  Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   ailəsində  göz  açıb.  1967 – 1977-ci   illərdə   Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.  Təhsilini  İrəvan  Azərbaycanlı  Kənd  Təsərrüfatı  Texnikomunda  “Kənd  təsərrüfatının  mexanizasiyası”  fakultəsində  davam  etdirmişdir.  Sonradan  V.İ. Lenin  adına  Azərbaycan  Dövlət  Pedoqoji  İnstitutunda  (ADPİ)  (indiki  Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti (ADPU))  təhsil  almışdır.
1988-ci  ilə  kimi  Toxluca  kənd  orta  məktəbində  “Mexanizasiya”  fənni  üzrə  müəllim  işləmişdir.
1988-ci  ildə   məlum  Qarabağ  hadisələri  ilə
əlaqədar  olaraq  Əli  Həsən  oğlu  da  öz  ailəsi ilə birlikdə öz doğma Toxluca  kəndini  tərk  etməli  olub. O, ailəlikcə Bakı şəhərində məskunlaşmışdır.
1995-ci  ildən  Bakı  şəhərində  238  saylı  tam  orta  məktəbində  Fizika  və  Həyat  bilgisi  fənlərini  tədrisi  üzrə  pedoqoji  fəaliyyət  göstərir.
Sədaqət  Əli  qızı  ilə  ailə  qurmuşdur.  Bu  evlilikdən  iki  oğlu,  bir  qız  övladları  var.

    Məmmədov  Xaliddin  Hwseyn  oğlu  –  11  noyabr  1955-ci  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin  Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  ailəsində  göz  açıb.  1963-1973-cu  illərdə  Toxluca  kənd  orta  məktəbində   təhsil  almışdır.
1973-cü  ildə  Azərbaycan  Dövlət  Pedoqoji  İnstitutunun  (indiki Azərbaycan  Dövlət  Pedoqoji  Unversitetinin)  “Ümumi  Texniki  fənlər”   fakultəsində  daxil  olmuşdur.  1979-cu  ildə  bu   ali  təhsil  ocağını  uğurla  başa  vurmuşdur.
Ali  məktəbi  bitirdikdən  sonra  onu  təyinatla   Ağdaş  rayonunda  Pirəzə  kənd  orta  məktəbinə  göndərilmişdir.  1979-1982-ci  illərdə  burada  pedoqoq  kimi  çalışmışdır.  1982-ci  ildə  öz  doğma  kəndinə  qayıtmış,  pedoqoji  fəaliyyətini  ilk  təhsil  aldığı  Toxluca  kənd  orta  məktəbində  davam  etdirmişdir.
1988-ci  il  məlum  Azərbaycan-ermənistan  münaqişəsi  zamanı  Azərbaycanlıların ata-baba  yurdu  olan  oğuz-türk  yurdundan  axırıncı  deportasiyası zamanı  Xaliddin  Hüseyn  oğlu  də  ailəsi  ilə  birlikdə  ata-baba  yurdunu  tərk  etməli  olmuşdur.  Ailəsi  ilə  birlikdə  Bakı  şəhərində   məskunlaşmışdır.
O,  ilk  dövrlərdə  Bakı  şəhərində  müxtəlif  müəssisələrdə  çalışmışdır.  Ancaq  pedoqoq  peşəsinə  segisi  onu  1992-ci  ildə  yenidən  öz  peşəsi  ilə,  Bakı  şəhərində  yerləşən  214  saylı  tam  orta  məktəbdə  pedoqoji  fəaliyyətə   başlamışdır.  O,  müəyyən  müddət  direktorun  təli-tərbiyə  üzrə  müavini  vəzifəsində  də  çalışmışdır.  xəstəliyi  ilə  əlaqədar  bu  işdən  öz  ərizəsi  ilə  uzaqlaşmış,  müəllim  kimi  çalışmışdır.  ancaq  amansız  xəstəlik  yaşamağa  imkan  vermədi.  2018-ci  il  16  avqust  tarixində  dünyasını  dəyişdi.
Xaliddin  Hüseyin  oğlu   Səmayə  Hacan  qızı  ilə  ailəli  olmuşdur.  Bu  cütlüyün  Elmir  və  Elmira  adlı  övladları  var.

    Hüseynova  Dilarə  Əmirvar  qızı  –  14  fevral  1956-cu  il   tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   doğulmuşdur.   İlk  təhsilini  1963-1973-cu  illərdə  Toxluca  kənd  orta  məktəbində  almışdır.
1973-1978-cı  illərdə   Azərbaycan   Dovlət  Rus  dili  və  Ədəbiyyatı  İnstitutunu  (indiki  Bakı  Slavyan   Unversiteti)  təhsil  almışdır.
1977-cü  ildən  öz  dağma  Toxluca  orta  məktəbində  pedoqoji  fəaliyyətə  başlamışdır.  1988- ci  il   Dağlıq  Qarabağ  hadisələri  ilə  əlaqədar  Dilarə  xanım  digər  həmvətənləri  kimi  öz  vətənindən   deportasiya  edildi.  Öz  ailəsi  ilə  birlikdə  Bakı  şəhərində  məskunlaşdı.
Bakı  şəhərində  239  saylı  tam  orta  məktəbdə  pedoqoji  fəaliyyətlə   məşğuldur.
Ailəlidir.  Əliyannaqi  Məhəmmədtağı  oğlu  ilə  evlidir  və  bu  evlilikdən  bir  oğlu  iki  qızı  var.

Hacıyeva  Kəmalə  Hüseyn qızı  –  20  noyabr  1963-cü il  tarixində   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin  Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  ziyali  ailəsində  göz  açıb.  1971-ci  ildə  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə  daxil  olub  və  1981-ci  ildə  bu  təhsil  ocağını  yüksək  qiymətlərlə  uğurla  bitirib.  Elə  ildə  V.İ. Lenin  adına  Azərbaycan  Dövlət  Pedoqoji  İnstitutunun  (ADPİ)  (indiki  Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti (ADPU))  fizika  fakultəsinə  daxil  olub.  1986-cı  ildə  bu  təhsil  ocağını  bitirib  öz  doğma  kəndində – Toxluca  kənd  orta  məktəbində  fizika  müəllimi  vəzifəsində  çalışmağa  başlayıb.
1988-ci  ildə   məlum   Azərbaycan – Ermənistan  münaqişəsi    hadisələri  ilə  əlaqədar  olaraq  Kəmalə  xanım  da  öz  ailəsi  ilə  birlikdə  öz  doğma  Toxluca  kəndini  tərk  etməli  olub.  O, əvvəlcə  Şəmkir  rayonunda,  1994-cü  ildən  isə  Bakı  şəhərində  köçüb.
1988 – 1994-cü  illərdə  Şəmkir  rayonunda,  1994-2004-cü  illər  tarixində  Bakı  şəhər  Binəqədi  rayonunda  yerləşən  99  saylı  tam  orta  məkəbdə  müəllim  işləyib.  2004-cü  ildən  isə  Binəqədi  rayonunda  yerləşən  100  saylı  tam  orta  məkəbdə  pedoqoji  fəaliyyətini  davam  etdirir.  O,  bu  məktəbdə  iptidai  siniflər  üzrə  direktor  müavini  vəzifəsində  çalışır.
Kəmalə  xanım  1998-1999-cu  illərdə  ikinsi  ixtisas  kimi  iptidai  sinif  müəllimi  təhsilini  də  alıb.
Kəmalə  xanım  Hacıyeva  həm  də  Binəqədi  II  dairə  seçki  mətəqəsinin  katibi  vəzifəsində  çalışır.
Ailəlidir.

   İsmayılov  Hümbət  Sadıq  oğlu  –  12  fevral  1959-cu  il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   doğulmuşdur.   İlk  təhsilini  1966-1976-cu  illərdə Toxluca  kənd  orta  məktəbində  almışdır.
1978-1983-cı  illərdə   Azərbaycan   Dovlət  Unversitetində   (indiki  Bakı  Dövlət   Unversiteti)  təhsil  almışdır.
1983-cü  ildən  pedoqoji  fəaliyyətə  Krasnoselo  rayon  Cil  kəndində  başlamışdır.  Sonra  Ardanış  və  Toxluca   kəndlərində   pedoqoji  fəaliyyətini  davam  etdirmişdir.
1988- ci  il   Dağlıq  Qarabağ  hadisələri  ilə  əlaqədar  Hümbət   müəllim  digər  həmvətənləri  kimi  öz  vətənindən   deportasiya  edildi.  Öz  ailəsi  ilə  birlikdə  Bakı  şəhərində  məskunlaşdı.
O,  əvvəlcə  Bakı  şəhəri   Lökbatan  qəsəbəsində,  2001-ci  il  tarixindən  isə  Xətai  rayonunda  59  saylı  tam  orta  məktəbində  pedoqoji  işində  çalışb
Ailəlidir.  Təranə  İsmayıl  qızı  ilə  ailəlidir.  Iki  qızı  bir  oğlu  var.

Əhmədov  Vahid  İsa  oğlu  –  19  may  1952-cu  il  trixində    Oğuz  yurdu  olan    Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   qulluqçu   ailəsində   anadan  olub.  İlk  orta  təhsilini    1959 – 1969-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  alıb.
1969-cu  ildə  Gəncə  Pedoqoji  İnstitutunun  (indiki  Gəncə  Dövlət  Unversitetinin)  Riyaziyyat  fakultəsinə  daxil  olmuş,  1974-cü  ildə  bu  ali  məktəbi  uğurla  başa  vurmuşdur.  Elə  həmin  il   Toxluca  kənd  orta  məktəbində  pedoqoji  fəaliyyətə  başlamışdır.
1976 – 1977-ci  ildə  Sovet  ordusunda  hərbi  xidmətdə  olmuşdur.  1977-ci  ildə  ailəlikcə  Bakı  şəhərinə   köşmüşlər.  Həmin  ildən  Bakı  şəhərinin   Nizani  rayonun   227  saylı  orta  məktəbində  pedoqoji  fəaliyyətini  davam  etdirmişdir.  1992-ci  ildən  Vahid  İsa  oğlu   Bizneslə  məşğul  olmuşdur.
Vahid  Əhmədov  1973-cü  ildə  Qızılgül  Yusif  qızı  ilə  ailə  qurmuşdur.  Qızılgül  Yusif  qızı  da  ixtisasca  pedoqoqdur,  əvvəlcə  Toxluca  kənd  orta  məktəbində,  sonra   isə   Bakı  şəhəri   Xətai  rayonunda  204  saylı  məktəbdə   pedoqoq  kimi  çalışmışdır.
Vahid   Əhmədov   və  Qızılgül  Məhərrəmova   Aynurə,  Rəşad  və  Elşad  adlı  övladlar  böyüdüb  tərbiyə  etmişlər.  Övladlarından  Aynurə  və  Elşad   tibb,  Rəşad  isə  valideyinləri  kimi   pedoqoq   üzrə   ali  təhsil   almışlar.
Qeyd:  Məqalənin   hazırlanmasında  Nazim  İsa  oğlunun  “Əhmədovlar,  soykökü  və  nəsil  şəcərəsi”  kitabından  istifadə  edilmişdir.

    Məhərrəmova  Qızılqül   Yusif  qızı   –  02  may  1954-cü  il  tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının (Erm  SSR-nin  Basarkeçər  rayonunun)  Dərə kəndində   doğulmuşdur.  İlk təhsilini 1961-1971-ci  illərdə  Dərə  kənd  orta  məktəbində  almışdır.
1971-1975-ci  illərdə   İrəvan  Dovlət  Pedoqoji   İnstitutunda   təhsil  almışdır.
1975-cü  ildən   Toxluca  orta  məktəbində  pedoqoji  fəaliyyətə  başlamışdır. 1977-ci  ildə  ailəsi  ilə  birlikdə  Bakı  şəhərinə  köçmüşdür.
Bakı  şəhərində   204  saylı  tam  orta  məktəbində  pedoqoji  fəaliyyətlə  məşğul  olub.
Ailəlidir. Toxluca  kənd  sakini  Vahid  İsa  oğlu  ilə  ailəlidir.  Iki  oğlu,  bir  qız  övladları  var.

Bayramova  Zeynəb  Aslan  qızı – 1953-cü il sentyabr tarixində  Oğuz yurdu olan  Qərbi  Azərbaycanın Göyçə  mahalının (Erm  SSR-nin Krasnoselo  (Çəmbərək) rayonunun) Toxluca  kəndində anadan  olub.
1960-cı  ildə  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə  daxil  olmuşdur. 1970-cu  ildə  həmin  təhsil  ocağını  uğurla  başa  vurmuşdur.  Elə  həmin  ildə  Azərbaycan   Dövlət  Pedoqoji  İnstitutuna  (indiki  Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti)  daxil  olmuşdur.
1972-1975-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  pedoqoji  fəaliyyətə  başlamışdır.  1975-ci  ildə  ailə  qurması  ilə  əlaqədar  olaraq  Bakı  şəhərinə  yaşamışdır.  Bakı  şəhərinə  köçdükdən  sonra   Bakı  şəhəri  8-ci  mikrorayonda   yerləşən  135  saylı  orta  məktəbində   pedoqoji  fəaliyyətlə  məşğul  olmuşdur.  O,  ibtidai  sinif  müəllimi  kimi  çalışmışdır.  Yaşayış  yerini  Bakı  şəhərində  Yeni  Günəşli  qəsəbəsinə   dəyişdiyinə  görə  o,  pedoqoji  fəaliyyətini  279  saylı  orta  məktəbində  ibtidai  sinif  müəllimi  kimi  davam  etdirmişdir.
Zeynəb  Aslan  qızı  2003-cü  il  fevral  tarixində  facivi  şəkildə  vəfat  etmişdir.
Zeynəb  xanım  Sərvəz  Şamilovla  evli  olub.  Bir  qızı,  iki  oğlu  olmaqla  üç  övladı  olub.

      Həsənov Qurban Hidayət oğlu   –  1946-cı ildə  qədim  Oğuz  elində  –    Qərbi  Azərnaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  1953-cü   ildə   Toxluca   kənd   orta   məktəbinin   I  sinfinə   getmiş,   1961-ci   ildə   ailə   üzvləri   Bakı   şəhərinə   köçdüyünə   görə   orta   təhsilini  1964-cü   ildə   Binəqədi   rayonunun  30  nömrəli   tam  orta  məktəbində   tamamlayıb. V.İ.Lenin  adına  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  (indiki   Azərbaycan  Dövlət  Pedaqoji  Unversitetinin  –   (1964-1969)   riyaziyyat  fakültəsini   bitirib.
1969-1973-cü illərdə   Bakı   şəhərinin   95, 30   saylı   məktəblərində   riyaziyyat   müəllimi   işləyən   Qurban  Həsənov,   1974-cü  ildən   1982-ci   ilədək   olan  müddətdə  Respublika   Müəllimlər   Təkmilləşdirmə   İnstitutunda  (indiki  Azərbaycan  Müəllimlər  İnstitutu)   metodist   vəzifəsində   çalışmışdır. 1982-1988-ci  illərdə  Azərbaycan  Respublikası   Maarif   Nazirliyinin   Baş   Məktəblər  İdarəsində  riyaziyyatın   tədrisi  ilə   bağlı   inspektor   vəzifəsində  çalışmış,  həmin  dövrdə  10-a  yaxın   riyaziyyat   müəllimlərinin   qabaqcıl   iş   təcrübəsini   respubilikada   öyrənilib- yayılmasına   nail   olmuşdur.
1988-1993-ci illərdə Nəsimi rayonu 5 və 19 nömrəli tam orta məktəblərin direktoru, 1993-1997-ci illərdə Nəsimi Rayon Təhsil Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Sonra  Bakı şəhəri Nərimanov rayonundakı 212 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli 2468 nömrəli Sərəncamı ilə Həsənov Qurban Hidayət oğluna “Əməkdar Müəllim” fəxri adı ilə təltif edilib.
Ailəlidir.Üç övladı, beş nəvəsi var.

   Əsədova  Tərminə  Ağəli  qızı  –  03  aprel 1961-ci  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  qulluqçu  ailəsində  göz  açıb.
1978-ci  ildə  Toxluca  kənd  orta  məktəbinin yüksək  qiymətlərlə  uğurla  bitirib.
1979-cu   ildə  Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun  –  ADİİ (indiki  Azərbaycan  Dövlət  İncəsənət  Unversiteti  – ADİU)  Mədəni-marif  fakultəsinə  daxil  (qiyabi)  olmuşdur.  Ali  təhsil  almaqla  bərabər  Toxluca  kənd  orta  məktəbində  lobarant  vəzifəsində  çalışmışdır.  Eyni  zamanda  Toxluca  kəndində  yerləşən  peşə  məktəbində  “Estetika”  fənnini  tədris  etmişdir.   1984-cü  ildə  həmin  institutu  bitirərək   “təşkilatçı  metodist”  ixtisasına  yiyələnib.
1985-ci  ildə  ailə  qurması  ilə  əlaqədar  olaraq  Mingəçevir  şəhərində  yaşamışdır.  Burada  Mingəçevir  Mədəniyyət   şöbəsində   metodist  vəzifəsində  işləmişdir.
1997-ci  ildə  ailəsi  ilə  birlikdə  Bakı  şəhərinə  köçmüşdür.  Həmin  ildən  Bakı  şəhər  162  saylı  məktəbdə  kitabxanaçı,  sonra  isə  kitabxanaçılıqla  bərabər,  həm  də  “Təsfiri  incəsənət”  fənnindən  dərs  deməyə  başlamışdır.
Hələ  uşaqlıqdan  arzuladığı  müəllimlik  peşəsini  reallaşdırmaq  üçün  2002-ci  ildə  Azərbaycan  Dövlət   Pedoqoji  Unversitetini  bitirərək  ikinci  ixtisas  kimi  “İptidai  sinif  müəllimi”  ixtisasına  yiyələnmişdir.
2002-ci  ilkdən  Səbail  rayonunda  49  saylı  “İntellekt  məktəb-liseydə”  ibtidai  sinif  müəllimi  işləmişdir.   Tezliklə  əsl  pedoqoq  kimi  müəllim-şagird-valideyn  kollektivinin  hörmətini  qazanmışdır.
2011-ci  ildə  Təhsil  Nazirliyinin  03.05.2011-ci  il  tarixli  717  saylı  əmri  ilə  “IV  sinif  dərslik  komplektləri  üzrə  qiymətləndirmə”yə  cəlb  olunmuş   ekpert  müəllim  kimi  IV  sinif  komlektlərinin  qiymətləndirilməsində  iştirak  etmişdir.
2012-ci  il  tədris  ilində  Təhsil  Nazirliyi   tərəfindən  keçrilən  “Ən  yaxşı  müəllim”  müsabiqəsinə  qoşulmuş   və  Prezidentin  sərəncamı  ilə  “Ən  yaxşı  müəllim”  müsabiqəsinin  qalibi   adına  layiq  görülərək   mükafatlandırılmışdır.   seçilib.
2012 – 2107-ci  illərdə  Səbail  rayon  Badamdar  qəsəbəsində  yerləşən  329  saylı  tam  orta  məktəbin  direktoru  vəzifəsində  çalışıb.
2013-cü  ildə  Təhsil  Nazirliyi   tərəfindən  keçrilən  “Ən  yaxşı  müəllim”  müsabiqəsi    iştirakçısının  sınaq  dərslərini  qiymətləndirən  ekspert  qrupuna  (Təhsil  Nazirliyinin  46-14-17-24/16  nömrəli  06.03.2013-cü  il  tarixli  məktubuna  əsasən)  üzv  seçilmiş  və  sınaq  dərslərini  qiymətləndirmədə  iştirak  etmişdir.
2017-ci  il  sentyabr  ayından  Binəqədi  rayonunda  yerləşən  126  saylə  tam  orta  məktəbdə  direktor  vəzifəsinə   təyin  edilmişdir.
Tərminə  Ağəli  qızı Çobanov   Məhəmməd  Məcid  oğlu  ilə  1985-ci  ildən  ailəlidir,   iki  övladı  var.

Salmanova  Vüsalə   Dilqəm  qızı  1983-cü  ilin   3-ü  iyun  tarixində   Qərbi  Azərbaycanın  Göyçə   mahalının  (Erm.  SSR-nin   Krasnoselo  (indiki  Çəmbərək)  rayonu)   Toxluca  kəndində   ziyalı  ailəsində   anadan  olub.  Daşnak  “hay”   seperatçılarının   1988-ci   ildə   Azərbaycanlıları  öz  dədə – baba  yurdundan  departasiya    nəticəsində    Vüsalə  Salmanovanın     ailəsi   əvvəlcə   Neftçala  rayonunun  Xıllı  qəsəbəsində,   1990-cı  ildən  isə    Bakı  şəhərinin  Yeni  Güəşli  qəsəbəsind    məskunlaşmışlar.  Bu  səbəbdən  də  Vüsalə   xanım   Toxluca  kənd  orta  məktəbində  təhsil alamaq  qismət  olmamışdır.
Vüsalə   Dilqəm  qızı   ilk  təhsilini  1989-cu  ildə  Xıllı  qəsəbəsinin   1  saylı  məktəbində  alsa  da,  1990-cı  ildən    Bakı  şəhər   Yeni  Günəşli  qəsəbəsində  yerləşən  278  saylı   tam  orta  məktəbdə  davam   etdirmişdir.  1998-ci  ildə   9-cu   sinfi  bitirən  Vüsalə    sonrakı   təhsilini    Azərbaycan  Dövlət  Pedoqoji   Kollecində    davam  etdirməyə  başlamışdır.   2002-ci  ildə   Kolleci   uğurla   başa  vuraraq   “İbtidai  sinif  müəllimliyi”  ixtisasına    yiyələnmişdir.
2002-ci  ildə  Suraxanı  rayon  Yeni  Günəşli   qəsəbəsində   2  saylı  Uşaq   Evində   ibtidai  sinif  müəllimi   kimi   pedoqoji  fəaliyyətə  başlamışdır.
2007-ci  ildən  282   saylı  tam  orata  məktəbdə  ibtidai  sinif  müəlimi   işləmiş,  2009-cu  ildən  isə  318   saylı  tam  orta  məktəbində   ibtidai  sinif  müəlimi   işləyir.
Vüsalə   Dilqəm  qızı  Həsənova  (Salmanova)   Yol  tikinti   mühəndisi   Həsənov   Mübariz  Mehman  oğlu  ilə  ailə   qurmuşdur,  bir  oğlan,  bir  qız   övladları   var.

    Əsədova  Təhminə  Ağəli  qızı  –  19  avqust   1957-ci  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  qulluqçu  ailəsində  anadan   olmuşdur.
1964-cü   ildə  Toxluca  kənd  orta  məktəbinin   birinci  sinfinə   daxil  olmuş,  1974-cü  ildə  həmin  məktəbi   yüksək  qiymətlərlə  uğurla  bitirib.
Y.Məmmədədəliyev  adına   Naxçıvan  Dövlət  Pedoqoji  İnstitutunun   Filologiya  fakultəsini   bitirmişdir.  Pedoqoji   fəaliyyətə  1981-ci  ildən  başlamışdır.
1999-cu  ildə  tədris  prosesində  interaktiv  təlim  metodlarından  səmərəli  istifadəsinə  görə  AR  TN-nin   “Təşəkkür”ünə  layiq   görülmüşdür.  AR  TN-nin  2002-ci  ildə  keçirdiyi  Respublika  Pedoqoji  Mühazirələrinin  qalibi  olmuşdur.
AR  Prezidentinin  18  iyun  2001-ci   il  tarixli  506  saylı  “Dövlət  Dilinin  Tətbiqi  işinin  təkimləşdirilməsi  haqqında”  fərmanının    təhsil  sistemində  icrasını   təmin  etmək   məqsədi  ilə  fəaliyyət  göstərən  işçi   qrupunun  üzvü  olmuşdur.
AR  TN-nin   Elmi  Metodik   Şurasının  Azərbaycan  dili  və  ədəbiyyatı  bölməsinin   üzvüdür.
2002-ci  ildə  işlənmiş   “Ümumtəhsil  məktəblərində  V-XI  siniflər  üçün  Azərbaycan  dili  proqramı”nın  müəlliflərindən  biridir.
2003-cü  ildən  Ümumtəhsil  məktəblərinin  VIII   və  IX  siniflərində  tədris  edilən  “Azərbaycan  dili”  dərsliyinin  müəllifidir.   Dövlət  və  qeyri-dövlət  təşkilatları,  KİV  tərəfindən  bir  çox  diplom  və  fəxri  fərmanlarına  layiq  görülmüşdür.  Mətbuatda   müntəzəm  olaraq  məqalələri  ilə  çıxış  edir.
2000-ci  ildən   Bakı  şəhər  Səbail  rayonunda  yerləşən   49  saylı   “İntellekt”  məktəb-liseyin  direktiru  vəsifəsində  çalışır.  Rəhbərlik  etdiyi   məktəb  müsabiqədə  uğur  qazanıb    və  AR   Prezidentinin  sərəncamı  ilə  “İlin  ən  yaxşı  Məktəbi”   adına  layiq  görülmüşdür.
Ailəlidir.  Üç  övladı  var.  Övladları   ali  təhsillidir.

    Seyidova  Zərifə   Mir  Həmid  qızı  –  1936-cı  ildə  Gədəbəy  rayonununda  anadan  olmuşdur  (atası  Mir  Həmid  ağa  1929-cu  ildə  sürgün  olunmuş,  ailə  isə  qaynatası  Hacı  Seyid  Əhməd  kişinin  himayəsinə  sığınmışdır).  1952-ci  ildə  Toxluca  kənd  orta  məktəbini  bitirib.  Təhsilini  davam  etdirmək  üçün  Bakı  Pedoqoji  Texnikomununa  daxil  olmuşdur.  Buranı   bitirdikdən  sonra  Toxluca  kəndinə  qayıtmışdır,  ancaq   qilə  qurması  səbəbindən  pedoqoji  fəaliyyətlə  məşğul  olmamışdır.
1967-ci  ildə  ailəlikcə  Bakı  şəhərinə  köçmüşlər.  Zərifə  xanım  pedoqoji  fəaliyyətlə  1977-ci  ildən  Bakı  şəhərinin  Nərimanov  rayonunun  məktəbində  “Əmək  təlimi”  fənnini  tədris  etməklə  başlamışdır.
Zərifə  xanım   atasi  Mir  Həmid  ağadan  həm  də  dini  təhsil  almışdır.  “Quranı-Kərin”  kitabını  çox  əla  oxuyub.   Zərifə  müəllimə  sovet  hakimiyyəti  dağıldıqdan  sonra  Məşhəd,  Kərbala,  Məkkə  və  Mədində  ziyarətgahlarda  olmuşdur.
Zərifə  Həmid  qızı  əmisi  oğlu  Mir  Əzizi  Məşədi  Mir  İsmayıl  ağa  oğlu  ilə  ailə  qurmuşdur.  Bu  evlilikdən  Fazil,  Mirdamət,  Kamilə,  Şayəstə,  Həbibə  adlı  övladları  olmuşdur.

    Primova Bənövşə  Gülməmməd  qızı  –   1953-cü  il  tarixində  Oğuz  yurdu  olan   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  İlk  orta  təhsilini   1960 -1970-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır.
1970-ci  ildə Gəncə  Dovlər  Pedoqoji  İnstitutuna  (indiki Gəncə  Dövlət  Unversitetinin – GDU)  daxil  olmuşdur.  1974-cü  ildə  həmin  ali  təhsil  ocağının  Filologiya  –  Azərbaycan  dili  və  Ədəbiyyatı  fakultəsini  bitirmişdir.
1980-ci  ildə  Bakı  şəhər  Nizami  rayonda  yerləşən  220  saylı  məktəbdə  pedoqoq  kimi  fəaliyyətə  başlamışdır.  Yaşayış  yerini  dəyişdiyinə  görə  1990-cı  ildən  Xətai  rayonunda  55  saylı  məktəbdə  işləmişdir.
Ali  məktəbi  bitirdiyi  ildə  1974-cü  ildən  Pirimov  Baxşəli  Paşa  oğlu  ilə  ailə  qurmuşdur.  Həyat  yoldaşı  ilə  birlikdə  Samir,  Sevinc  və  Günay  adlı  üç  övlad  tərbiyə  edib  böyütmüşlər.  Övladlarının  hər  üçü  ali  təhsillidir.

     Məmmədov  Fəxrəddin  Məmməd  oğlu  –  05  iyul  1964-cü  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  ailəsində  göz  açıb.  1971-1981-cu  illərdə  Toxluca  kənd  orta  məktəbində   təhsil  almışdır.
Azərbaycan  Dövlət  Pedoqoji  İnstitutunun  (indiki Azərbaycan  Dövlət  Pedoqoji  Unversitetinin)  “Ümumi  Texniki  fənlər”   fakultəsində   ali  təhsil  almışdır.
1986-cı  ildə  Toxluca  kənd  məktəbində  pedoqoji  fəaliyyətə   başlamışdır.
1988-ci  il  məlum  Azərbaycan-ermənistan  münaqişəsi  zamanı  Azərbaycanlıların ata-baba  yurdu  olan  oğuz-türk  yurdundan  axırıncı  deportasiyası zamanı  Fəxrəddin  Məmməd  oğlu  də  ailəsi  ilə  birlikdə  ata-baba  yurdunu  tərk  etməli  olmuşdur. Ailəsi  ilə  birlikdə  Bakı  şəhərində məskunlaşmışdır.
Bakı  şəhər   Sabunçu  rayon  307  saylı  tam  orta  məktəbdə  Əmək  hazırlığı,  Rəsmxət,  Təsviri  incəsənət,  Texnologiya  fənlərini  tədris  edir.
Ailəlidir.   Iki  oğlu  var.

      Məmmədov  Sultanəli  Məmməd  oğlu  –  02  avqust  1969-cu  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  ailəsində  göz  açıb.  1976-1986-cu  illərdə  Toxluca  kənd  orta  məktəbində   təhsil  almışdır.
Azərbaycan  Bədən  tərbiyəsi  və  İdman  Akademiyasında   ali  təhsil  almışdır.
1988-ci  il  məlum  Azərbaycan-ermənistan  münaqişəsi  zamanı  Azərbaycanlıların ata-baba  yurdu  olan  oğuz-türk  yurdundan  axırıncı  deportasiyası zamanı  Fəxrəddin  Məmməd  oğlu  də  ailəsi  ilə  birlikdə  ata-baba  yurdunu  tərk  etməli  olmuşdur. Ailəsi  ilə  birlikdə  Bakı  şəhərində məskunlaşmışdır.
1990-cı  il  tarixindən   Bakı  şəhər   Sabunçu  rayon  307  saylı  tam  orta  məktəbdə  Fiziki  tərbiyə  fənni   müəllimi  kimi  çalışır.
Arzu  Mahal  qızı  ilə  ailəlidir.  Bir   qız  var.

     Həsənov  Vidadi  Səməd  oğlu  – 12  noyabr  1959-cu  il   tarixində  qədim  oğuz – türk  yurdu  olan  Qərbi  Azərbaycanın Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   müəllim   ailədə  doğulmuşdur.
Ilk  orta  təhsilini  Toxluca  kənd  orta  məktəbində  almışdır.  1970-ci  ildə  ailəlikcə  Bakı  şəhərinə  köçmüşdür.  Orta  təhsilini  Bakı  şəhər  30  saylı  orta  məktəbində  davam  etdirmişdir.  1977-ci  ildə  orta  təhsilini  başa  vurduqdan  sonra  Azərbaycan  Pedoqoji  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti)   Filologiya  fakultəsində   təhsil  almışdır.
1982-ci  ildən  30  saylı  tam  orta  məktəbində  Azərbaycan  dili  və  Azərbaycan  Ədəbiyyatı  fənnini  tədris  edir.
Ailəlidir.  Bir  oğlu,  iki  qızövladı  var.

    Həsənov  Vilayət  Səməd  oğlu – 10 avqust   1961-ci  il   tarixində  qədim  oğuz – türk  yurdu  olan  Qərbi  Azərbaycanın Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   müəllim   ailəsində  doğulmuşdur.
Ilk  orta  təhsilini  Toxluca  kənd  orta  məktəbində  almışdır.  1970-ci  ildə  ailəlikcə  Bakı  şəhərinə  köçmüşdür.  Orta  təhsilini  Bakı  şəhər  30  saylı  orta  məktəbində  davam  etdirmişdir.  1978-ci  ildə  orta  təhsilini  başa  vurduqdan  sonra  Azərbaycan  Pedoqoji  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti)   Bialogiya  fakultəsində   təhsil  almışdır.
1983-ci  ildən  270  saylı  tam  orta  məktəbində  Bialogiya  və  Həyat  bilgisi   fənnini  tədris  edir.
Ailəlidir.  İki  övladı  var.

      Aslanov   Sədaqət  Əli  qızı  –  11  oktyabr  1963-cü  il  tarixində   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin  Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  ailəsində  göz  açıb.  1971-1981-ci   illərdə   Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.
Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti (ADPU)  təhsil  almışdır.
1988-ci ildə  məlum  Qarabağ  hadisələri ilə əlaqədar olaraq  Sədaqət xanım  da  öz  ailəsi  ilə  birlikdə öz doğma  Toxluca  kəndini tərk  etməli  olub. O, ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
1997-ci  ildən  Bakı  şəhərində  238  saylı  tam  orta  məktəbində  İbtidai  sinif  müəllimi   pedoqoji  fəaliyyət  göstərir.
Əli   Həsən  oğlu  ilə  ailə  qurmuşdur.  Bu  evlilikdən  iki  oğlu,  bir  qız  övladları  var.

       Hacıyeva Fazilə  Hüseyn  qız –  26  aprel  1954-cü  il  tarixində  Qərbi  Azərbaycanın Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək) rayonun)  Toxluca  kəndində  ziyalı  ailəsində  doğulmuşdur. 1961-ci il  tarixində  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə  daxil  olmuşdur  və  həmin  məktəbi  1971-ci  ildə  uğurla  başa  vurmuşdur. 1972-ci  il   yarixində  Azərbaycan  Dövlət  Pedoqoji  İnstitutunun –ADPİ  (hazırkı Azərbaycan  Dövlət  Pedoqoji Unversitetinin – ADPU)  daxil  olmuşdur.   1976-cı  ildə  ali  məktəbi  başa  bitirmişdir.
1992-1997-ci  illər  tarixində  Nərimanov  rayonu  207  saylı  orta  məktəb,  1997-ci  il  tarixindən  Nizami  rayonu  242  saylı  tam  orta  məktəbdə  pedoqoji  fəaliyyətlə  məşğul  olmuşdur

     Hacıyeva  Fəxriyyə  Hüseyn  qızı  –  03  yanvar 1952-ci  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  qulluqçu  ailəsində  göz  açıb.  1959-1969-cu  illərdə  Toxluca  kənd  orta  məktəbində   təhsil  almışdır.
Gəncə  Dövlət  Pedoqoji  İnstitutunun  (indiki Gəncə  Dövlət  Unversitetinin)  Filologiya  fakultəsində   ali  təhsil  almışdır.
1972-ci  ildən  Bakı  şəhər  Nərimanov  rayonunda  36  saylı  tam  orta  məktəbində  pedoqog  kimi  çalışır.

     Məmmədova  Pərvun  Məhərrəm  qızı –  29 iyul  1968-ci  il  tarixində  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm SSR-nin Krasnoselo (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  ailəsində  anadan   olmuşdur.
1975-cü  ildə Toxluca  kənd  orta məktəbinin   birinci  sinfinə   daxil  olmuş,  1985-cü  ildə  həmin  məktəbi  uğurla  bitirib. Elə  həmin  ildə  H. Zərdabi  adına  Gəncə  Dövlət  Pedoqoji  İnstitutunun (indiki  Gəncə  Dövlət  Unversiteti)  “İbtidai təhsilin pedaqogikası və metodikası”  fakultəsinə  daxil  olmuşdur. 1990-cı  ildə  bu  ali  təhsil  ocağını “Orta  məktəblərdə sinif  müəllimi” ixtisası  üzrə  bitirib.  2005-ci  il  tarixində  isə  ikinci  ixtisas  kimi  Azərbaycan  Müəllimlər  İnstitunun Gəncə filalının  “Riyaziyyat  və  İnformatika”  ixtisasını  bitirmişdir.
1990-1992-ci  illərdə  Göygöl  rayonunun Xasabağ  kənd  natamam orta  məktəbində ibtidai  sinif  müəllimi  kimi  pedoqoji  fəaliyyət  göstərmişdir.
1992-ci  ildə  ailəlikcə  Bakı  şəhərinə köçmüşdür. 1992-ci  il  tarixindən  Nadir  Əliyev  adına  282  saylı  orta  məktəbdə  ibtidai  sinif  müəllimi,  2007-ci  il  tarixindən  isə  İnformatika  müəllimi  işləmişdir.
Ailələlidir,  iki  oğlu  var.