Elm adamları

                    Elm  adamları

Əhmədov   Hüseyn  Mustafa  oğlu –  Pedoqoji  elmlər   doktoru,   akademik
Bayramov  İbrahim  Məhəmməd  oğlu –  filoloq-dilçi,   professor
Bayramov  Həsən  Bayram  oğlu –  pedoqoji  elmlər  üzrə  professor
Əhmədov  Şövqü   Həbullah  oğlu  – tarixçi
Əhmədov   Akif   Həbullah  oğlu  –  çoğrafiya
Əhmədov  Hümeyir  Hüseyn  oğlu –  Pedoqogika üzrə elmlər doktoru,  professor,  akademik
Həsənov  Vaqif  Səməd  oğlu  –  kimyaçı
Məhərrəmov  Əliyənnağı  Məhəmmədtağı  oğlu  – Biologiya  üzrə   pedoqoji  elmlər
Məmmədəliyev Zakir  Qurban  oğlu –   fəlsəfə   elmlər  doktoru,   prfessor
Nadirov  Rasim  Abbas  oğlu
Nadirov  Nazim    Abbas  oğlu  –  texniki   elmlər
Nadirov  İlqar  İsgəndər  oğlu  –  texniki    elmlər
Ismayılov Fazil  Ələsgər  oğlu – iqtisad  elmləri  üzrə   fəlsəfə  doktoru
Məmmədov  Məhəmməd  Abbas  oğlu – iqtisad   elmləri  üzrə   fəlsəfə  doktoru
Məmmədov  Firudin   Zirəddin  oğlu –  pedoqogika  elmlər üzrə  fəlsəfə   doktoru
Bayramov  Sara  Məhəmmədtağı  qızı  – pedoqogika  elmlər   üzrə   fəlsəfə   doktoru
İmanov  Rizvan  Məhəmmədəli  oğlu   –  fizik.
Nadirov Abbas Kərəm  oğlu -Alman  dili  üzrə  filoloq-dilçi
Əhmədov  Nazim  İsa  oğlu  –  fizka – riyaziyyat  üzrə  fəlsəfə  dok.
Hacıyeva  Həqiqət  Aslan  qızı  – Alman  dili  üzrə   filoloq – dilçi, Filologiya   üzrə fəlsəfə doktoru
Həsənov  Məhəmməd  Hidayət oğlu   –  fizika- riyaziyyat   üzrə  fəlsəfə
doktoru
Məmmədov Telman Cəfər oğ – müəllim, təcüməci (puşti (əfqan), fars dilləri   üzrə)
Əliyev  Yusif  Qəmət  oğlu  –  tibb  elmlər  doktoru,  proffesor
Qələndərov  Vaqif  Məhərrəm  oğlu  –  tibb   elmlər   doktoru,  plastik   cərrah,   Beynəlxalq   Cərrahlar   Assosiyasının  üzvü
İsgəndərova  Elyanə  Müzahim  qızı – ATU-də  mikrobologiya  kafedrasında  baş  labarant

Əhmədov  Hüseyn  Mustafa  oğlu –  1926-cı ilin iyul ayının 17-sində Qərbi Azərbaycanın Krasnoselski   rayonunun Toxluca kəndində anadan olmuşdur. Uşaq yaşlarından müəllimliyə dərin hörmətlə yanaşan Hüseynə  VII sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs deməyi tapşırırlar. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu “əla” qiymətlərlə bitirən Hüseyn H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna daxil olur və 1951-ci ildə oranı bitirir. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır.
1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olan H.Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada – əlverişli elm aləmində az vaxt içərisində çox şey öyrənir.
H.Əhmədov aspirantura dövrünü başa vurduqdan sonra (1957-1958-ci illərdə) Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki APTPİ) kiçik elmi işçi vəzifəsində işləmişdir
H.Əhmədov 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri, professor Əhməd Seyidovun rəhbərliyi ilə “İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları” mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin məsləhəti ilə “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, axtarışlarında, pedaqogika tarixçisi kimi, üstünlüyü milli pedaqogikanın incilərini üzə çıxarmağa vermişdi. O, Azərbaycan maarifçilərinin, pedaqoji fikir nümayəndələrinin, xüsusilə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, N.Nərimanov, Ü.Hacıbəyov, R.B.Əfəndiyev, R.Əfəndizadə, Ə.Seyidov və başqalarının ideyalarını öyrənib ümumiləşdirmiş, müasir dövrdə gənc nəslin tərbiyəsində onların ideyalarından istifadənin əhəmiyyətini dəyərləndirmişdi.
Azərbaycan xalqının böyük dövlət xadimi, maarifçi Nəriman Nərimanov pedaqoji irsinin tədqiqi H.Əhmədovun axtarışlarının parlaq səhifələridir. Xüsusi məhəbbətlə bu tədqiqata qoşulan alim hər cür əziyyətə qatlaşaraq Nəriman Nərimanovun təhsil aldığı Qori Seminariyasındakı, ilk dəfə müəllimlik etdiyi Borçalının Qızılhacılı kəndindəki fəaliyyətini öyrənmək üçün Tbilisi arxivində, başqa yerlərdəki fəaliyyətini öyrənmək üçün İrəvan, Həştərxan, Leninqrad, Moskva arxivlərində araşdırmalar aparmış, onun pedaqoji fikirlərinə həsr olunmuş iki kitab çap etdirmişdir.
O  “XIX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və məktəb” (1967), “XIX əsrin 40-cı illərində Azərbaycanda xalq maarifi və məktəb” (1968), “Azərbaycanda “rus-tatar” məktəbinin tarixinə dair” (rus dilində, 1969), “Ana dili” dərsliyi tərtibində ilk mərhələ (1930-1980)” (1970), “Azərbaycanda kənd ümumtəhsil məktəbləri tarixi” (1970), “Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi tarixinə dair” (1970), “XIX əsrdə Azərbaycanda qadın təhsili vəsaitləri tərtibi tarixinə dair” (1970), “XIX əsrdə Azərbaycan dilində dərslik və tədris vəsaitləri tərtibi tarixindən” (1970), “Azərbaycanda sənət məktəblərinin təşkili tarixinə dair” (1971), “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” (1972) və s.  kitabların  müllifidir.
Hüseyn Əhmədov 1973-cü ildə “Azərbaycan SSR qabaqcıl maarif xadimi”, 1977-ci ildə “SSRİ maarif əlaçısı” döş nişanları ilə təltif edilmişdir. 1981-ci ildə ona “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” fəxri adı verilmiş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. O, 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın “Y.A.Komenski adına Böyük Qızıl Medalı” ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmet” qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə “El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına “Əsrin Akademiyası”na həqiqi üzv qəbul olunmuşdur. Həmin ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən pedaqogika elminin məharətli bilicisi elan edilmişdir.

Həsənov   Vaqif  Səməd  oğlu  – Kimya   elmləri   üzrə  fəlsəfə   doktoru,  dosent    ADPU-nun   Kimya fakültəsinin  dekanı  1950-ci il avqustun 1-də  Qərbi   Azərbaycanın    Göyçə   mahalının   Toxluca    kəndində   müəllim   ailəsində   anadan   olmuşdur.   1957-1967-ci   illərdə   Toxluca   kənd   orta   məktəbində   oxumuş   və  orta   məktəbi qızıl   medulla   bitirmişdir.   1967-ci ildə   V.İ.Lenin   adına    Azərbaycan Dövlət   Pedaqoji   İnstitutunu    (indiki   Azərbaycan   Dövlət   Pedaqoji Universiteti)   kimya   fakültəsinin   kimya   ixtisasına   qəbul   olmuş,   Lenin təqayüdçüsü   olmuş    və  1971-ci ildə   İnstitutu   fərqlənmə   diploma   ilə bitirmişdir.
1971-ci ildə gənc mütəxəsisi kimi ADPU-nun üzvi kimya və kimya texnologiyası kafedrasında saxlanmış və kafedranın  qiyabi aspirantı olmuşdur.
ADPU nun”Üzvi kimtya və kimya texnologiyası” kafedrasının laborantı
1976-1989-ADPU-nun ”Üzvi kimtya və kimya texnologiyası” kafedrasının laboratoriya müdiri
1989-1991- ADPU-nun ”Üzvi kimtya və kimya texnologiyası” kafedrasının nəzdində olan “Yeni bioloji aktiv birləşvələr ETL-in laboratoriya müdiri
1991-1993- ADPU-nun ”Üzvi kimtya və kimya texnologiyası” kafedrasının baş müəllimi
1993-1999-ADPU-nun ”Üzvi kimtya və kimya texnologiyası” kafedrasının dosenti
1999-2004- ADPU- nun elmi katibi
2000-2004- ADPU- nun tədris-metodika şöbəsinin müdiri
2002- ADPU- nun biologiya fakültəsinin dekan əvəzi
2004-2011- ADPU -nun ”Üzvi kimtya və kimya texnologiyası” kafedrasının müdiri
2006-2013 ADPU- nun kimya fakültəsinin dekanı
Evlidir.  İki   oğlu   və   bir   qızı  var.

Həsənov  Məhəmməd  Hidayət  oğlu  –   1951,   Göyçə  mahalının   Toxluca kəndində   anadan  olmuşdur.   1973-cü  ildə    ADU-nin   Fizika   ixtisası   üzrə   təhsilini   başa   burmuşdur.   1973 – 1976-cı  illərdə   Laçın   rayonu  müəllim,  1976-1989-ci  illərdə  BDU   Elmi   hissə,  1989 – 2005-ci  illərdə   BDU-nin  „Amorf   təbəqələr“    ETL-da   elmi   işçi,   2005-ci  ildən   BDU-nin   Yarımkeçiricilər Fizikası şöbəsi  elmi işçində   işləyir.    Əsas   tədqiqat  işi   Yarımkeçiricilər  fizikası,   Metal-yarımkeçirici  sahəsidir.
Müxtəlif   Beynəlxalq  seminarlarda,  simpozimlərdə  və  konfranslarda   iştirak   etmişdir.

  Əhmədov  Hümeyir  Hüseyn  oğlu  –  əslən   tarixi   Oğuz –türk  yurdu  olan  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSRİ-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   “Qara  Mollar”   adlanan  tayfadandır.  14  avqust  1958-ci  il  tarixində  Bakı  şəhərində  ziyalı  ailəsində  göz  açmışdır.
Ilk   təhsilini    Binəqədi  rayonunda    yerləşən   30  və  246  saylı  orta  məktəbində  almışdır.   1965-ci  ildə  Bakı  şəhərində  30  saylı  orta  məktəbində   birinci  sinfinə  getmişdir.  1975-ci  ildə  236  saylı  orta  məktəbi  bitirmişdir.  1975-ci  ildə  Azərbaycan  Dövlət  Pedoqoji  İnstituna  (indiki    Azərbaycan  Dövlət  Pedoqoji  Unversiteti)  Piyaziyyat  fakultəsinə   daxil  olmuşdur.  1979-cu  ildə  bu  təhsil  ocağın  fərqlənmə  diplomu  ilə  başa  vurmuşdur.
Hümeyir  İnstitutda  oxuduğu  müddətdə   paralel  olaraq  1976-cı  ildə  Zakavkaziya  komsomol  məktəbinin,  1976-1977-ci  illərdə  İnstitutda  fəaliyyət  göstərən  içtimai  peşələr  fakultəsinin  jurnalistika  şöbəsinin  dinləyicisi    olmuşdur.
O,  təyinatla  Xacmaz  stansiyası  45  saylı  Dəmir  Yolu  orta  məktəbinə  göndərilmiş  və  burada  ilk  pedoqoji  fəaliyyətə  başlamışdır.   Sovet  ordu  sıralarına  çağrılmış  və   1980-1981-ci  illərdə   Uzaq  Şərqdə  Xabarovski  diyarında  yerləşən  sovet  hərbi  hissələrin  birində   xidmət  etmişdir.  Ordu  sıralarından  tərxis  olunduqdan  sonra  pedoqoji  fəaliyyətini  Saatlı  stansiyasında  33  saylı  Dəmir  Yolu  orta  məktəbində  davam  etdirmişdir.   1983-cü  ildə  C. Naxçıvanski  adına  hərbi  təmayüllü  məktəbdə   tərbiyəçi  müəllim,  1984-cü  ildə  A.S.Makeronko  adına  12  saylı  rus  dilli  təmayüllü  internat  məktənində  riyaziyyat  müəllimi  işləmişdir.
1984-cü  ildə  Azərbaycan  Elmi-Tədqiqat  Pedoqoji  Elmlər  İnstitunda  pedaqogika   nəzəriyyəsi  və  tarixi  şöbəsində   aspiranturiyaya  daxil  olmuşdur.  1988-ci   ildə  “Azərbaycan  SSR-də  hamılıqla  təhsilə  keçrilməsinə  hazırlıq  və  onun  həyata  keçrilməsi”   (1961 – 1977-ci  illər)  mövzusunda  dissertasiyasını  müdafiə  edərək  pedoqoji  elmlər  namizədi  elmi  dərəcəsi  adına  layiq  görülmüşdür.
1987-ci   ildən    Azərbaycan  Elmi-Tədqiqat  Pedoqoji  Elmlər  İnstitunda  pedaqogika   nəzəriyyəsi  və  tarixi  şöbəsində  kiçik  elmi  işçi,  1989-cu  ildən  baş  elmi  işçi,  1994-cü  ildən   aparıcı  işçi  vəzifəsində  çalışmışdır.  2000-ci  il  dekabr  ayından  yeni  yaradılmış  Təhsil  Problemləri  İnstitutunda  Elmi-pedoqoji  kadrlar  hazırlığı  şöbəsinə  müdür   təyin  edilmişdir.
2011-ci  il  05  mart  tarixində   “Qloballaşma  şəraitində  Azərbaycan  Respublikasında  ali  təhsilin  modernləşdirilməsi”  mövzusunda   doktorluq  dissertasiyası  müdafiə  etmiş  və  pedaqogika  üzrə  elmlər  doktoru  elmi  dərəcəsi  elmi  dərəcəsinə  layiq  görülmüşdür.
Hümeyir  Hüseyn  oğlu  müxtəlif  Beynalxalq  Pedaqoji   Elmlər  Akademiyasının  fəxri  üzvüdür.   O,  müxtəlif  dövlət  və  Beynəlxalq   təşkilatlarlar  tərəfindən  mükafat  və  adlarla  təltif  olunmuşdur.
250-dən  artıq   elmi  əsəri:  monoqrafiya,  kitab,  dərslik,  dərs  vəsaiti,  metodik  vəsait,  proqramların  və  məqalələrin  müəllifidir.   Əsərləri  ruz,  gürcü,  ingilis,  türk  və  s.  dillərdə  təcrübə  olunmuş  və  nəşr  edilmişdir.

Əhmədov  Nazim  İsa   oğlu  –   4   sentyabr   1954-cü   ildə   Göyçə  mahalının   Toxluca  kəndində   müəllim  ailəsində  anadan  olmuşdur.    Hər  iki    valideyini   Toxluca   kənd  orta   məktəbində   müəllim    işləmişdir.   1961 – 1971-ci   illərdə   Toxluca  kənd  orta  məktəbində  təhsil   almışdır.   1971-ci  ildə  Aəzərbaycan   Dövlət   Universitetinin  (indiki   BDU)     təhsil   almışdır.
AMEA    akademik   H.Ə.Əliyev   adına    Coğrfiya   İnstitutunda   aparıcı   elmi  işçi       və  BDU-də   Baş   müəllim    vəzifəsində   işləyir.
“Atmosferin suyanı qatı ilə külək dalğalarının dənizin məsafədən zondlanması nəticələrinə   təsir   göstərən   dinamik   qarşılıqlı  əlaqələri”     mövzusunda   müdafiə  edərək   Fizika   Riyaziyat    üzrə  fəlsəfə    doktoru   elmi   dərəcəsi  adı  almışdır.
Müxtəlif   elmi  kitabları   və  məqalələr   müəllifidir.

Əhmədov  Şövqi   Həbullah  oğlu  –  13  oktyabr  1934-cu  il  trixində    Oğuz  yurdu  olan    Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  İlk  orta  təhsilini   çox  ağır  bir  dövrdə,  1941-1951-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır.  Sövqinin  atası  Həbullah  Qasım  oğlu  II  Dünya  müharibəsində  Kerç  uğurunda  döyüşlərdə  həlak  olmuşdur.  Bu  səbəbdən  evdar  qadın  olan  anası  Məryəm  xanım  Məşədi  Mir  İsmayıl  qızına  kömək  məqsədi  ilə  orta  təhsilini  başa  vurduqdan  sonra  Toxluca  kəndində  müxtəlif  təsərrüfat  işlərində  çalışmışdır.
1961-ci  ildə  ordu  xidmətindən   tərxis  olunduqdan  sonra  Bakı  şəhərində  Kitabxanaçılıq  Texnikomuna  daxil  olmuşdur.  1963-cü  ildə  təhsilini  başa  burub  kənd  kitabxanasında  və  klubunda  çalışmışdır. İşləyə – işləyə  1963 – 1967-cu  illərdə  Azərbaycan  Dövlət  Unversitetinin  “Jurnalistika”   fakultəsində  təhsil  almışdır.
1967-1969-cu  illərdə  Marksizim – Leninizm  Unversitetində  təhsil  almışdır.
1965-ci  ildə  Bakı  şəhərinə   köçmüş  və  Nüft  daşları  qəsəbəsində  kitabxanaçı,  Cilov  adasında  klib  müdrü,  Əzizbəyov  rayon  partiya  komitəsində  “Bilik  Cəmiyyət”nin  məsul  katib  vəzifələrində  çalışmışdır.  Şövqi  Əhmədov  həm  də  elmi  işlə  məşğul  olmuş,  müdafiə  edərək  Tarix  elmlər  namizədi  dərəcəsini  almışdır.
Şövqi  Əhmədov  13  kitab,  10  monoqrafiya,  çoxlu  elmi  və  ədəbi-publistik  məqalələrin  müəllifidir.  Işlədiyi  müddətdə  dövlət  tərəfindən  çoxlu  mükafat  və  medallarla  təltif  olunmuşdur.
Şövqi  Həbullah  oğlu  1988-ci  ildə  qəflətən  vaxtsız  vəfat  etmişdir.
Şövqi  Əhmədov  1968-ci  ildə  ailə  qurduğu  Çiçək  xanımla  birlikdə  2  qız,  3  oğlan  olmaqla  5  övlad  böyüdüb  tərbiyə   etmişdir.  Övladları   Elşən,  Arzu,  Elçin,  Könül,  Həbib   hər  biri  ali  təhsil  almışdır.
Qeyd:  Məqalənin   hazırlanmasında  Nazim  İsa  oğlunun  “Əhmədovlar,  soykökü  və  nəsil  şəcərəsi”  kitabından  istifadə  edilmişdir.

Əhmədov  Akif  Həbullah  oğlu  –  1940-cu  il  trixində    Oğuz  yurdu  olan    Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  İlk  orta  təhsilini   Toxluca  kənd  orta  məktəbində  almışdır.  Təhsilini  davam  etdirmək  üçün  İrəvan  Kənd  Təsərrüfatı  Texnikomuna  daxil  olmuşdur.   Bu  təhsil  ocağını  bitirdikdən  sonra  Toxluca  kənd  xəstəxanasında   təsərrüfat  işləri  üzrə  müdür  vəzifəsində   çalışmışdır.
1964-cü  ildə  Bakı  şəhərinə  köçmüş,  həmçinin   Azərbaycan  Dövlət  Unversitetinin   “Geoloji – Coğrafiya”   fakultəsinə  daxil  olmuşdur.  1969-cu  ildə  bu  təhsil  ocağını  fərqlənmə  diplomu  ilə  bitirmişdir.
Azərbaycan   Elmlər  Akademiyasının  Coğrafiya  İnstituna  təyinat  göndərilmişdir.
1970-1972-ci  illərdə  Sovet  ordusunda  zabit  kimi  xidmətdə  olmuşdur.
Hərbi  xidməti  başa  vurduqdan  sonra  aspiranturaya  daxil  olmuş,  1976-cı  ildə  “Azərbaycan  palçıq  vulkanları  landşaftlarının  geokimyəvi  xüsusiyyətləri”  mövzusunda  dissertasiya  müdafiə   etmişdir.
Akif  Həbullah  oğlu  AEA-nın  Coğrafiya  İnstitutunda  elmi   işçi,  böyük  elmi  işçi,  şöbə  müdri  vəzifələrində  çalışmışdır.  3  kitab,  70-ə  yaxın  elmi  məqalənin  müəllifidir.  O,  həmdə   pedoqoji  fəaliyyətlə  də  məşğul  olmuşdur.
Akif  Əhmədob  2008-ci  il  dekabr  ayında  vəfat  etmişdir.
1962-ci  ildə  Donara  xanımla  ailə  qurub  və  Şaiq  və  Emin  adlı  övladları  olub.
Qeyd:  Məqalənin   hazırlanmasında  Nazim  İsa  oğlunun  “Əhmədovlar,  soykökü  və  nəsil  şəcərəsi”  kitabından  istifadə  edilmişdir.

Bayramov Razim Baba oğlu   –     Razim Baba oğlu Bayramov 1982-ci ilin  3 sentyabr tarixində  Qərbi Azərbaycanın (İndiki Ermənistan) Göyçə mahalında, Krasnaselo (Çənmərək)  rayonunun   Toxluca kəndində ziyalı  ailəsində  anadan  olmuşdur. Toxluca kənd orta məktəbinin birinci sinfinə yaşı catmadığı  üçün  götürülmür, digər həmvətənləri  kimi 1988-ci ilin 26 noyabrında məcburən   Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində   ata-baba yurdunu tərk etməli olur. Aailəsi ilə birgə Azərbaycanın Şəmkir rayonu Çənlibel kəndində məskunlaşır. 1989-cu ildə Çənlibel kənd 1 saylı orta məktəbinin birinci sinfinə daxil olur. 2000-ci ildə orta ümumtəhsil məktəbini fərqlənmə   atestatı ilə bitirmiş, elə həmin ili ali təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizika müəllimi” ixtisasına qəbul olmuşdur. 2004-cü ildə həmin universiteti bitirmiş, elmi sahəyə marağı olduğu üçün həmin universitetin Fizika fakultəsinin “yarımkeçiricilər fizikası” ixtisası üzrə magistraturasına daxil olmuş və 2006-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Universitet əməkdaşları arasında bilik və bacarığı sayəsində hörmət qazanmış Razim müəllim 2007-ci il 26 fevral tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Elektrik və optika” kafedrasında baş laborant kimi fəaliyyətə başlamışdır. Universitetin həm elmi, həm də ictimai işlərində böyük zəhməti vardır.
Elmi sahəyə olan marağı ilə o, 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstituna doktorant kimi qəbul olunmuşdur. Həmin institutun 2.1 saylı “Quruluş və quruluş çevrilmələri” laboratoriyasında elmi fəaliyyətini davam etdirmişdir. 2016-cı ilin dekabr ayının 13-də “2223.01-Kristalloqrafiya, kristallar fizikası” ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “K1-xRbxNO3 və K1-xCsxNO3 (x=0,015; 0,035; 0,045) monokristallarında quruluş faza çevrilmələri” adlı mövzu üzərində üzvi və qeyri-üzvi birləşmələrin kristallarında polimorf çevrilmələrin mexanizminin araşdırılması, polimorf çevrilmələrin morfologiya və kinetikasının tədqiqi, polimorf modifikasiyaların kristal quruluşunun rentgenoqrafik tədqiqi sahəsində elmi tədqiqat işləri apararaq müdafiə etmişdir. 40-dən cox elmi məqalənin (onlardan 4-ü impakt faktorlu elmi jurnalda dərc olunmuşdur), 1 metodik vəsaitin (“Fizika” abituriyentlər üçün metodiki vəsait) müəllifidir.  2014-cü ildə Qafqaz Universitetinin “Fizika” kafedrasında müəllim, 2016-ci ilin fevral ayından Bakı Mühəndislik Universitetinin “Fizika” kafedrasında müəllim, işləyir. Evlidir, 2 övladı var.

İmanov  Rizvan  Məhəmmədəli  oğlu  –  04  may  1971-ci  il  tarixində  Daşkəsən  şəhərində  qulluqçu  ailəsində   doğulmuşdur.  Əslən  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  Toxluca  kəndindəndir.
1978-ci  ildə   Daşkəsən  şəhər  6  saylı  orta  məktəbinin   birinci  sinfə  daxil  olub,   1988-ci  ildə   həmin  məktəbi  medalla  bitirmişdir.   Elə  həmin  il,  1988-ci  ildə  Bakı  Dövlət   Unversitetinin  fizika  fakultəsinə  daxil  olub.   1993-cü  ildə   oranı  bitirib  “Nəzəri  fizika”  ixtisasını  alıb.
1993 – 1994cü  illərdə  Daşkəsən  rayonun  Quşçu   kəndində  orta  məktəbində   fizika   müəllimi  kimi  pedoqoji  fəaliyyətə  başlayıb.
1994 – 1996-cı  illərdə  Azərbaycan  ordusunda  hərbi  xidmətdə  olub.  Hərbi  xidmətdən  tərxis  olunduqdan  sonra  yenidən  orta  məktəbdə  pedoqoji  fəaliyyətə  başlayıb.
1998-ci  il  tarixindən  Gəncə  Dövlət  Unversitetində   Fizika  kafedrasında  çalışır. Rizvan  İmanov  burada  əvvəlcə  müəllim,  baş  müəllim,   dosent   vəzifələrində  işləyib.
2003-cü  ildən  AMEA-nın  Fizika   İnstitutunun  dissertantı  olmuş,  2011-ci  idə  müdafiə  edərək  fizika  üzrə  fəlsəfə  doktoru,  dosent  adını  alıb.   Hazırda  elmi  faliyyətini  davam  etdirir.
Müxtəlif   Beynalxalq   seminar,  simpozium  və  konfanslarda  iştirak  etib.
Dərslik,  2  metodik  proqram,   müxtəlif  məqalələri  çap  olunub.
Ailəlidir,  3  övladı  var.

   Sərdarov  İntizar  Köçəri  oğlu   –   31  may  1959-cu   il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   doğulmuşdur.
İlk  təhsilini   1966 – 1976-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  almış  və  məktəbi  əla  qiymətlərlə  bitirmişdir.  Təhsil  illərində  oxumağı,  davranış  və  hərəkətləri  ilə  həm  müəllimlərin,  həm  də  sinif  yoldaşlarının  və  bütün    məktəb  şağirdlərin rəğbət  və  hörmətini  qazana  bilmişdir.  Məktəbin  bütün  ictimai  və  tədbirlərində   iştirak  edirdi.  Məktəbdə  oxuduğu  müddətdə  məktəb  ilk  komsomol  təşkilat  katibi  ictimai  vəzifəsində  çalışmışdır.
1976-cı  ildə  Azərbaycan  Dövlət  Unversitetinin  (indiki  Bakı  Dövlət  Unversiteti)  “Kimya”   fakultəsinə  daxil  olmuşdur.  1981-ci  ildə  bu  təhsil  ocağını  “Kimyaçı”  ixtisası  üzrə  uğurla  başa  vurmuşdur.  Təyinatla   Azərbaycan  Elmlər  Akademiyasının  akademik  Y.Məmmədəliyev  adına  Neft-kimya  prosesləri  İnstitutuna   göndərilmiş  və  1984-cü  ilə  kimi  burada  çalışmışdır.
1985-ci  ildən    Azərbaycan  Elmlər  Akademiyasının  Xlir  Üzvü  Sintez  İnstitutunda  (1991-ci  ildən  AMEA  Polimer  Materialları  İnistitutu  adlanır)  çalışmışdır.  O,  1982-ci  ildə   Aşqarlar  Kimyası  İnstitutunda  “Üzvü  kimyası”  ixtisası  üzrə  “Lyuis  turşularının  katalizatorlar  ilə  aromatik  karbohidrogenlərin  alil  əvəzli  xloroksidantlara  kondensləşməsi”   mövzusunda  disetrasiya  müdafiə  edətək  “kimya  üzrə  fəlsəfə  doktoru”  adını  almışdır.  Onun  elmi  rəhbərləri  Kimya  elmlər  doktoru,  professor  İdris  Əhmədov  və  Kimya  elmlər  doktoru  Misir  Əhmədov  olublar.
Onun   apardığı  tədqiqtları  5  elmi  məqalə  və  1  müəlliflik  şəhadətnaməsinin  müəllifi  olmuşdur.  Onun  məqalələri  SSRİ  Elmlər  Akademiyasının  “Üzvü  Kimya”  jurnalında  çap  olunmuşdur.
Ancaq   vaxtsız  ölüm   onun  elmi  araşdırmalarını  davam  etdirməyə  imkan  vermədi.  İntizar  Köçəri  oğlu   25  oktyabr  1996-cı  il  tarixində   37  yaşında  həyatdan  köçdü.

Məmmədov  Telman  Cəfər  oğlu  –  1940-cı  ildə   Baharın  son   günlərin  birində  Qərbi  Azərbaycanın   Göyçə  mahalının   (Erm  SSR-nin   Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində  dünyaya  göz  açmışdır.  Orta  məktəbi  Toxluca   kənd  orta  məktəbində   almışdır.  1961 – 1964-cü  illərdə  Moskva  şəhərində  hərbi  xidmətdə  olmuşdur.
1964 – 1968-ci  illərdə  Bakı  şəhərində  Gəmi  Təmiri  zavodunda  cilingər,  Neft  buruqlarının  təmiri  sexində  usta  köməkçisi  işləmişdir.
1968 – 1971-ci  illərdə  S.M.Kirov  adına  Azərbaycan  Dövlət  Unversitetinin  (indiki  Bakı  Dövlət  Unversitetinin)  Şərqşünaslıq  fakultəsinin  “Fars  dili”   şöbəsində  təhsil  almışdır. 1971 – 1972-ci  illərdə  Bakı  şəhərində  161  saylı  orta məktəbdə  Fars  dili  müəllimi  işləmişdir.
1972 – 1975-ci  illərdə  Əfqanıstan  Respublikasına  təcüməçi – referent  vəzifəsinə  ezam  olunmuşdur.  1976 – 1981-ci  illərdə  Azərbaycan  Neft – Kimya  İnstitunda  xarici  vətəndaş  tələbələrinin   hazırlıq   kursunda   tərbiyəçi  müəllim   vəzifəsində  çalışmışdır.
1981 – 1984-cü  illərdə  İran  İslam  Respublikasında  təcüməçi  işləmişdir.
1985 – 1993-cü  illərdə  Azərbaycan  Rabitə  Nazirliyində   çalışmışdır.
1993 – 2003-cü  illərdə  Xətai  rayon  təhsil  şöbəsinə  aid  olan  məktəblərdə  müəllim   işləmişdir.  2003-cü  ildən  təqaüdə  çıxmışdır.
Telman  Cəfər  oğlu   Murtuzayeva  Xavər  Əliəşrəf  qızı  ilə   1971-ci  ildə   ailə  qurmuşdur.  Bu  cütlüyün  3  övladı  – iki  oğlu  (Ədalət  və  Vüqar)  və  bir  qızı  (Nəzakət)  olmuş  və  onları  çox  şərəflə  tərbiyə  etmişlər.

Həsənov Qurban Hidayət oğlu   –  1946-cı ildə  qədim  Oğuz  elində  –    Qərbi  Azərnaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  1953-cü   ildə   Toxluca   kənd   orta   məktəbinin   I  sinfinə   getmiş,   1961-ci   ildə   ailə   üzvləri   Bakı   şəhərinə   köçdüyünə   görə   orta   təhsilini  1964-cü   ildə   Binəqədi   rayonunun  30  nömrəli   tam  orta  məktəbində   tamamlayıb. V.İ.Lenin  adına  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  (indiki   Azərbaycan  Dövlət  Pedaqoji  Unversitetinin  –   ADPU)   (1964-1969)   riyaziyyat  fakültəsini   bitirib.
1969-1973-cü illərdə   Bakı   şəhərinin   95, 30   saylı   məktəblərində   riyaziyyat   müəllimi   işləyən   Qurban  Həsənov,   1974-cü  ildən   1982-ci   ilədək   olan  müddətdə  Respublika   Müəllimlər   Təkmilləşdirmə   İnstitutunda  (indiki  Azərbaycan  Müəllimlər  İnstitutu)   metodist   vəzifəsində   çalışmışdır. 1982-1988-ci  illərdə  Azərbaycan  Respublikası   Maarif   Nazirliyinin   Baş   Məktəblər  İdarəsində  riyaziyyatın   tədrisi  ilə   bağlı   inspektor   vəzifəsində  çalışmış,  həmin  dövrdə  10-a  yaxın   riyaziyyat   müəllimlərinin   qabaqcıl   iş   təcrübəsini   respubilikada   öyrənilib- yayılmasına   nail   olmuşdur.
Q.Həsənov   keçmiş   Ukrayna   SSRİ-nin   Nikolayev   vilayətində   Şatalov   metodu   ilə   işləyən   riyaziyyat   müəllimlərinin  iş   təcrübəsini   öyrənmiş,   nəticələri   baradə   Respublika   riyaziyyat   müəllimlərinə   öz   tövsiyələrini  bildirmişdir.   İlk   dəfə   olaraq   orta   təhsil   kursu   üzrə   riyaziyyatdan   buraxılmış   imtahanlarının   televiziya   vasitələri   ilə   aparılmasına   nail   olmuş   və   Azərbaycan   Respublikasının   ümumtəhsil   məktəblərində   buraxılış   imtahanlarının   məsələ  və   misallar   kitabını   tərtib   edib.
1984-1988-ci   illərdə   “fizika  və  riyaziyyat   tədrisi”   jurnalının   redaksiya   heyətinin   üzvü   olmuş   və   həmin   jurnalda   riyaziyyat   müəllimlərinin   qabaqcıl  iş   təcrübəsinə,   riyaziyyatın   tədrisi,   yeni   proqram   və   dərsliklərdə   işin   təşkilinə   aid   onlarla   məqalə   dərc  etmişdir.  ”Azərbaycan   məktəbi”,   “Azərbaycan   müəllimi”   qəzeti   və   digər  mətbuat   səhifələrində   50-dən   artıq   məqaləsi   dərc   olunmuşdur.  İşlədiyi   müddətdə   dəfələrnən   fəxri   fərmanlar   və  digər   mükafatlarla   təltif   edilmişdir.  O,  Azərbaycan   Respublikasının   maarif   əlaçısıdır.  1986-cı  ildə  Respublika   Maarif   Nazirliyinin   “Qabaqcıl   Maarif   Xadimi”   adı   ilə   təltif   olunmuşdur.   Onun   təşəbbüsü   və   təklifi   ilə   Bakı   şəhəri   üzrə   2 saylı   fizika  və   riyaziyyat   məktəbi   yaranmış  və   hazırda   Mahmudbəyov  adına   Texniki   Humanitar   Təmayüllü   Lisey   kimi   fəaliyyət   göstərir.   Respublikada  ilk   dəfə   informatika   təhsili   ilə   bağlı   işin   təşkilinə   rəhbərlik   etmiş,  BDU-nun   professoru,  R.Mahmudzadə   ilə   birlikdə   keçmiş   ittifqın   Moskva   və   digər   şəhərləri   iş   təcrübələrinin   yayılmasına   nail   olmuşdur.
1998-ci ildə    Təsil   Nazirliyinin  Təhsil   Qanunvericiliyinin   İcrasına   və   Təhsilin Dövlət   Standartlarına   Nəzarət   İdarısində   aparıcı   mütəxəssis,   informatikanın   tədris   metodikası kabinetində müdir vəzifəsində çalışmışdır. 1976-cı ildən başlayaraq, keçmiş ittifaqın Moskva, Leninqrad, Kiyev və digər şəhərlərində akademik Kolmoqorov tərəfindən yazılmış riyaziyyat, Podoqelovun həndəsə dərsliklərinin müzakirəsində yaxından iştirak etmiş, bu sahədə respublikada aparılan nəticəsinə dair dərin məzmunlu çıxışlar etmişdir.O, 1980-1988-ci illərdə ardıcıl olaraq, respublikada olimpiada təşkilatçılarından biri olmuş və 8 il məsul katib vəzifəsində çalışmışdır. Həmin olimpiada nəticələrinə dair , eləcə də orada verilən çalışmaların həlləri ilə birlikdə mərhum akademik Fərəməz Maqsudov və professor F.Abdullazadə ilə birlikdə iki metodik vəsaitin müəllifi olmuşdur. Bir neçə dəfə riyaziyyat fənni üzrə respublika komandasına ümumittifaq yarışmasında rəhbərlik etmişdir.
Qurban Həsənov 1985-1997-ci illərdə Təhsil Nazirliyinin riyaziyyat üzrə Elmi-Metodik şurasının üzvü olmuşdur. 1988-1993-ci illərdə Nəsimi rayonu 5 və 19 nömrəli tam orta məktəblərin direktoru, 1993-1997-ci illərdə Nəsimi Rayon Təhsil Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda Bakı şəhəri Nərimanov rayonundakı 212 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Q.Həsənov təhsilin müxtəlif problemləri ilə bağlı beynəlxalq simpozium və seminarların iştirakçısı olmuş, hazırda respublika təhsil islahatlarının həyata keçirilməsi sahələrində bir sıra komissiya və işçi heyətlərinin üzvüdür. Ailəlidir.Üç övladı, beş nəvəsi var.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli 2468 nömrəli Sərəncamı ilə Həsənov Qurban Hidayət oğluna “Əməkdar Müəllim” fəxri adı ilə təltif edilib.

Bayramov  Həsən  Bayram  oğlu  –  1953-cü  il  01  may  tarixində   Oğuz –türk  yurdu  olan  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSRİ-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   qulluqçu  ailəsində  doğulmuşdur.
İlk  təhsilini  1960 – 1970-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  alaraq   əla  qiymətlərlə  başa  vurmuşdur.
1971 – 1975-ci  illərdə  Azərbaycan  Dövlər  Pedoqoji  İnstitunun  (indiki  Azərbaycan  Dövlər  Pedoqojo  Unversitetinin)  Filologiya  fakultəsini   fərqlənmə  diplomu  ilə  bitirmişdir.
Təhsilini  başa  vuran  Həsən  Bayramoğlu  Toxluca   orta  məktəbində  müəllim,  Toxluca   sovxoz  komsomol  komitə  katibi,  Toxluca  qəsəbə  sovetinin  sədri,  Toxluca  orta  məktəbində  təlim-tərbiyə  üzrə  direktor  müavini  vəzifələrində  çalışmışdır.  O.  bu  işlərdə  işləyə-işləyə  həmdə  Azərbaycan  Dövlər  Pedoqoji  İnstitunun  (indiki  Azərbaycan  Dövlər  Pedoqojo  Unversitetinin)   aspiranturasında  təhsil  almışdır.  1986-1990-cı  illərdə  Naxçıvan  Dövlət   Unversitetində   müəllim  işləmişdir.
1989-cu  ildə  “Azərbaycan  Sovet  Pedoqoji  Elminin  təşəkkülü  və  inkişafı  (1920 – 1931-ci  illər)”   mövzusunda  namizədlik    dissertasiyasını  müdafiə  etmişdir.
1990-cı  ildən  ADPU-nin   “Ümumi  pedoqogika”    kafedrasında    müəllim,   1995-ci  ildən   dosent  vəzifəsində  işləmişdir.
2017-ci  il  13  iyun   tarixində   “Çar  Rusiyasının  Azərbaycandakı  təhsil  siyasətinin  əsas  istiqamətləri”  mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  edərək  pedaqogika  üzrə  elmlər  doktor  elmi  dərəcəsi  adını  almışdır.
2014-cü  ildə  Dəmir  Yolu  və  Metropoliten  üzrə  Bakı  Dövlət  Peşə   Təhsil  Mərkəzinin  direktoru  vəzifəsində  çalışır.  O,  həmdə  ictimai-siyasi  fəaliyyəti  ilə  də  fəaliyyət  göstərir.  Bu   çəhətdən   2012-cü  ildən   Bakı  şəhər  9  saylı  Binəqədi  seçki  dairəsi  üzrə  Dairə  Seçki  Komisiyasının  sədri  vəzifəsini  həyata  keçirir.
O, 5  dərsliyin,  10-dan  çox   tədris  metodiki  vəsaitin,   100-dən  şox  elmi-publistik,  100-dən  çox  elmi-pedoqoji  məqalələr  müəllifidir.  Onun  əsərləri  Avropa,   Asiya,  xüsusilə  MDB  ölkələrinin  nüfuzlu  jurnallarında  rus,  başqırd,  türk,  ingilis,  qazax,  sloven,  alman  və  s.  dillərdə  nəşr  edilmişdir.
Ailəlidir,  3  övladı  var.  Hər  üç  övladı  ali  təhsillidir.  Oğlu   Qüdsi   Bayramov  da   elm  sahəsində   atasının  yolunu  davam  etdirərək  pedaqogiya   sahəsi  üzrə  müdafiə  edərək  Pedaqogiya  üzrə  fəlsəfə  doktorudur.

Ibrahim Məhəmməd oğlu Bayramov – 25 yanvar 1954-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1971-ci ildə Toxluca kənd orta məktəbini, 1975-ci ildə İrəvan şəhərindəki Ermənistan Dövlət Pedaqoji  İnstitutunun filologiya fakültəsinin Azərbaycan şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1981-ci illərdə Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında oxumuşdur. 1975-1988-ci illərdə Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi və məktəb direktoru vəzifəsində işləmişdir. 1986-cı ildə «Müasir Azərbaycan ədəbi dilinin xalq danışıq dili hesabına zənginləşməsi yolları (leksika və frazeologiya)» mövzusunda namizədlik, 2007-ci ildə «Ermənistanın türk mənşəli toponimlərinin tarixi-linqvistik təhlili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri doktorudur. 1995-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında işləyır. 2009-cu ildə həmin kafedranın professoru vəzifəsinə seçilmişdir. 2003-cü ildən ADPU-nun magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir. 2009-cu ildən ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası» (kollektiv, Bakı, 1995),  «Истoрическая география Заподного Азербайджана» (kollektiv, Bakı, 1998), «Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi yolları» (dərs vəsaiti, Bakı, 1999), «Qərbi Azərbaycan toponim¬lə¬rinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti» (Bakı, 2000), «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» (Bakı, 2002),  «Qərbi Azərbaycanın toponimlər sistemi» (Bakı, 2005), «Qərbi Azərbaycan şivələrinin leksikası» (dərs vəsiti Bakı, 2010), “Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti” (Bakı, 2012) dərs vəsaitləri və monoqrafiyaları, 150-dən çox elmi, elmi-metodik  və  publisistik  məqalələri  çap  olunmuşdur.

Əliyənnağı Məhəmmədtağı oğlu Məhərrəmov      –    1957-cü il iyunun 20-də Göyçə   mahalının  Toxluca  kəndində   anadan  olub.   1964-1973-cü  illərdə  Toxluca  kəndində  təhsil  almış,   1974-cü   ildə   B.Əfəndiyev   adına   Çaykənd   orta   məktəbi   bitirib.   1980-cı   ildə  V.İ.Lenin  adına  Azərbaycan  Dövlət  Pedaqoji İnstitutunun Biologiya   fakultəsini   bitirib.   1992-ci   ildə   “Azərbaycan   Respublikasında   Ali Pedaqoji   Təhsilin   inkişafı  (1961-1981-ci illər)”  mövzusunda namizədlik dissertasiyasını  müdafiə  edərək   Pedaqogikanın  nəzəriyyəsi  və  tarixi  üzrə pedaqoji   elmlər   namizədi   alimlik   dərəcəsini   alıb.
1980-1988-ci illərdə Göyçə   mahalının Krasnoselo rayonu Toxluca kənd orta məktəbində   biologiya   müəllimi,   direktor   müavini.
1989-1992-ci illərdə V.İ.Lenin adına APİ-də “Pedaqogikanın nəzəriyyəsi və tarixi” üzrə  əyani   aspirant.
1992-1995-ci   illərdə   APİ-nin   “Ümumi   Pedaqogika”   kafedrasında   müəllim
1995-1999-cu   illərdə   APİ-nin  “Ümumi   Pedaqogika”   kafedrasında   baş   müəllim
1999-2002-ci illərdə “Ümumi Pedaqogika” kafedrasında dosent, 2002-ci ildən “Biologiyanın   tədrisi   metodikası”  kafedrasında   dosent.
2002-2011-ci   illərdə   ADPU-nun   Biologiya   fakültəsinin   dekanı
2011-ci   ildən   ADPU-nun   “Biologiyanın   tədrisi   metodikası”   kafedrasında dosent   vəzifələrində   işləmişdir.
Ailəlidir. İki  qızı,  bir  oğlu  var.

Məmmədalıyev   Zakir   Qurban  oğlu  –  1957-ci    ildə   Göyçə   mahalının  Çəmbərək   rayonunun   Toxluca    kəndində   anadan   olmuşdur.
1965-1975-ci   illərdə   Toxluca   kənd   orta   məktəbində   təhsil   almışdır.
1979-cu   ildə    Azərbaycan   Dövlət   Pedaqoji   İnstitutunu   (indiki    Azərbaycan Pedaqoji    Universitetini)    Piyaziyyat   fakultəsini    bitirmişdir.
1981-1985-ci   illərdə    Azərbaycan    SSR    Elmlər    Akademiyasının   Fəlsəfə    və Hüquq    İnstitutunun    dissertantı    olmuşdur.
1987-ci   ildə   fəlsəfə   üzrə   namizədlik   dissertasiyası   müdafiə   etmişdir.
1989-cu   ildən   indiki    Azərbaycan   Dövlət   İqtisad   Universitetinin    «Fəlsəfə» kafedrasında   müəllim    işləyir.
2004-cü    ildə   fəlsəfə   elmləri   doktoru   alimlik   dərəcəsi   almaq   üçün   dissertasiya   müdafiə   etmişdir.
2009-cu    ildə   “Fəlsəfə”   kafedrasının    professoru    seçilmişdir.
70-ə   yaxın   elmi    və   tədris-metodiki   əsərin    müəllifidir.
XXI   Ümumdünya   Fəlsəfə   konqresinin,   IV   Rusiya   Fəlsəfə   Konqresinin   və   çoxlu   sayda    elmi   konfransların   iştirakçısı   olmuşdur.
2007-ci    ildən    AR   Prezidenti   yanında   Ali   Attestasiya   Komissiyasının   Fəlsəfə, Sosiologiya,   Psixologiya,    Pedaqogika   və    Dinşünaslıq    üzrə    ekspert    şurasının   üzvüdür.
Ailəlidir, iki övladı var.

       Məmmədov  Firudin  Zirəddin  oğlu  –  12  avqust  1961-ci  il  tarixində   Göyçə  mahalının   (Erm  SSR-nin  Krasnoselo  (indiki  Çəmbərək)  rayonunun)  Toxluca    kəndində   anadan  olmuşdur.  1968-ci  ildə   Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə   daxil  olmuş,  1978-ci  ildə   həmin  məktəbdə təhsilini  başa  vurmuşdur.
1979-1983-cü  illərdə   Azəebaycan  Dövlət  Bədən  Tərbiyəsi  İnstitutunda  (indiki   Azəebaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyası)  təhsil  almışdır.
Dövlət  göndərişi  ilə  (təyinatla)  1983-1988-ci  illərdə   İmişli  rayonunun  Rəsullu  və  Yalavac  kəndlərində  Bədən  tərbiyəsi  müəllimi  işləmişdir.
1990-cı  ildən   Azərbaycan  Texniki  Unversitetinin  “Bədən  Tərbiyəsi  və  İdman”  kafedrasında  müəllim  işləmişdir.
1998-ci  ildə  ADPU-nin   Ümuli  pedaqogikası  kafedrasının  dissertantı  olub.  2005-ci  ildə   “Pedaqogikanın  nəzəriyyəsi  və  tarixi”   ixtisası  üzrə  müdafiə  edərək  pedaqogika  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  adına  layiq  görülmüşdür.
2018-ci  ildən  ADPU-nin   “Ümuli  pedaqogikası  kafedrası”nda  müəllim  işləyir
Ailəlidir.  Bir  qızı,  bir  oğlu  var.