Həkimlər

Həkimlər

Toxluca  kəndindən  olan  həkimlər:
Qələndərov  Məhərrəm   Əli   oğlu
Məmmədov  Tofiq  Məhərrəm  oğlu
Haqverdiyev    Mürsəl  Allahverdi  oğlu
Əliyev  Yusif  Qəmət  oğlu
Əliyev    Vidadai  Qəmət  oğlu
Əliyev   Kamil   Qəmət  oğlu  (I  Qarabağ  müharibəsində  Şəhid  olub)
İbrahimov  Vahid  İbrahim  oğlu
Haqverdiyev   Ələkbər  Allahverdi  oğlu
Daşdəmirov   Elbəyi    Səlim  oğlu
İbrahimov  Firdovsi   Nəbi  oğlu
Bəhmənov   Kamil  Nəsib  oğlu
Alıyev    Fərhad  Əsgər  oğlu
Alıyev   Faiq   Əsgər  oğlu
Məmmədov  Şəhrəbanı  Məhərrəm  qızı
Qələndərov  Vaqif  Məhərrəm  oğlu
Həsənov    Əbülfət   İslam  oğlu
Həsənov   Qədir  İslam   oğlu
Bayramov   Ramin   Baba  oğlu
Isgəndərova  Elyanə   Müzahim  qızı

Tibb  bacıları:

Əsədova  Fatma  Ağəli  qızı  (mamaça)
Qəhrəmanova  Səmayə   Cabbar  qızı  (mamaça)
Kazımova  Minayə  Səfər  qızı
Novruzova   Tahirə
Sarıyeva  Məhəbbət  Heydər  qızı
Musayeva  Sürayə   Oruc  qızı
İsmayılova  Solmaz   Rza  qızı

   Qələndərov  Məhərrəm  Əli  oğlu  –  1944-cü   il   tarixində   Oğuz-türk  yurdu  olan   tarixi   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   doğulmuşdur.
1951-1962-ci  ildə  Toxluca  kənd  orta  məktəbini  bitirmişdir.  Həmin  ildə  N.Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  (indiki  Azərbaycan  dövlət  Tibb  Unversitetinin)  müalisə – profilaktika  fakultəsinə  daxil  olub.  1968-ci  təhsilini  bitirib  Toxluca  kənd   xəstəxanasında  baş  həkim  kimi  fəaliyyətə  başlamışdır.
1968-1988-ci  illərdə  nəinki  Toxluca,  həmçinin   bacarıqlı  həkim  kimi  qonşu  kəndlərin   də   əhalisinin   hörmətini  qazanmışdır.
1986-cı  ildən   Ali  dərəcəli  həkim  terapevdir.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Novruzon  Abbasqulu   da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
   1988-ci  ilin   oktyabrından    2002-ci  ilə  qədər  Bakı  şəhər  11  saylı  Poliknikasında  müalicə  həkimi,  2002-ci  ilin  iyunundan   2011-ci  ilin   oktyabrına  kimi  Bakı şəhər 6 saylı poliknikasında Baş həkim  kimi  çalışmışdır.
2011-ci  ildə  “Qələndər  klinikası”nda   baş  həkim  işləyir.
2000-ci  ildə  Azərbaycan  Respublikasının  “Əməkdar  həkimi”   fəxri  adına  layiq  görülmüşdür.

Haqverdiyev  Mürsəl  Allahverdi  oğlu  –  5  yanvar  1958-ci  il  tarixində   Göyçə  mahalının   (Erm  SSR-nin  Krasnoselo  (indiki  Çəmbərək)  rayonunun)  Toxluca    kəndində   anadan  olmuşdur.  1965-ci  ildə   Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə   daxil  olmuş,  1975-ci  ildə   yüksək  qiymətlərlə  həmin  məktəbdə təhsilini  başa  vurmuşdur.  Gənc   Mürsəl   böyük  ideyalarla   1975-ci  ildə   Bakı  şəhərinə  gələrək  N. Nərimanov  adına  Azərbaycan  Tibb  İnstitutunun  (indiki  Azərbaycan  Tibb  Unversiteti)  Müalicə-Profilaktika  fakultəsinə   daxil  olmuşdur.  1981-ci  ildə   AzTU-ni   fərqlənmə   diplomu  ilə   bitirərək   təyinatla   Rusiyanın  Tatarıstan  Muxtar  Respublikasının  Bavli  yrayonuna   göndərilir.  1981 – 1984-cü  illərdə  burada   Terapevt   şöbəsində  həkim,  şöbə  müdrü  vəzifələrində  çalışmışdır.
1984-cü  ilin  payızında  öz  doğma  kəndi  olan  Toxluca  kəndinə  qayıtmış  və  həkim  kimi  öz  həmkəndlərinə  xidmət  etməyə  başlamışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Mürsəl  Haqverdiyev  də  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  əvvəlcə  ailəlikcə  Şəmkir  rayonunun  Çənlibel   kəndində  məskunlaşmışdır.  Iki  il  burada  yaşadıqdan  sonra  Bakı  şəhərinə  köçmüşdür.  Mürsəl  həkim  Şəmkir  rayonunda  da  öz  bacarığı  ilə  fərqlənmişdir.  Bakı  şəhərinə  köçdükdən  sonra  Sabunçu  rayonunun  Zabrat  qəsəbəsində  yerləşən  21  saylı  poliknikada  çalışmışdır.
Hazırda  Sabunçu  rayonunun  Zabraq  qəsəbəsində  yerləşən   Diaqonostika  mərkəzində  terapiya  şöbə  rəisi – baş  həkimin  müavini  vəzifəsində  çalışır.
2008-ci  ildən  Ali  dərəcəli  həkim  terapevdir.
Mürsəl  Haqverdiyev  Elnarə  Həsən  qızı  ilə  ailəlidir.  2  oğlan,  1  qız  olmaqla  3  övlad  böyüdüb  tərbiyə  etmişlər.  Övladları  da  ataları  kimi  həkimlik  peşəsinə  yiyələnmişlər.

Vaqif   Qələndər (Qələndərov   Vaqif   Məhərrəm  oğlu)   — Tibb  elmləri   doktor,   Azərbaycan   Plastik   Cərrahlar Assosiasiyasının   sədri,   Beynəlxalq   Plastik   Cərrahiyyə    Assosiasiyasının   həqiqi üzvü     plastik   və   rekonstruktiv    cərrah
Vaqif    Məhərrəm  oğlu   Qələndərli   1969-cu   ildə   Ulu   Göyçə  mahalının  Toxluca kəndində   həkim   ailəsində   anadan   olmuşdur.   Atası   Məhərrəm   dərin   bilikli  və bacarıqlı  bir  həkim,   müdrik   bir   ağsaqqal   kimi   elin-obanın   hörmətini qazanmışdır.
Vaqif   orta  məktəbi  qızıl  medalla  qurtarmış,  bir  imtahan  verərək  “əla”   almış  və   Azərbaycan  Tibb  Universitetinin   müalicə   profilaktika   fakültəsinə  qəbul  olmuşdur.  1988- 1990-cı  illərdə   Sovet  ordusunun  Macarıstandakı  hərbi  hissəsində  xidmət  etmişdir.  Tibb  Universitetində  Hacı   Zeynalabdin   Tağıyev   mükafatı   ilə   oxumuş   və   4-cü  kursu  bitirdikdən  sonra,   1993-cü   ildə   müsabiqə   yolu  ilə  Türkiyənin  İstanbul  Universitetinin  Cərrahpaşa  Tibb  fakultəsin    göndərilmişdir.
1995-ci  ildə  İstanbul  Unversitetinin  Capa  Tibb  fakultəsinin  Plastik  və  Rekonstruktiv  mikrocərrahiyyə  mərkəzində  uzmanlıq  imtahanı  verərək  təhsilini  davam  etdirmişdir.  2000-ci  ildə  Plastik  və  Rekonstruktiv  cərrahiyyə  Uzmanı  adını  almışdır.
2003-cü  ildə  “İnternal mammariyan arteryaya dayalı yeni ada flebi”  adlı  disertasiya  müdafiə  edərək   Plastik  və  Rekonstruktiv  cərrahiyyə  üzrə  fəlsəfə  doktoru  adını  almışdır.
Universiteti   bitirdikdən  sonra  Vaqif Qələndərliyə   məşhur   ÇARA   xəstəxanasında   qalıb  işləmək   təklif  olunmuşdur.
Vaqif   doktoranturada   apardığı   elmi   araşdırmaları,  plastik  və  rekonstruktiv cərrayhiyyəyə   təqdim   etdiyi  7  yeni   metodu   maraq   doğurduğundan   Dünya Plastik   Cərrahiyyə   Konqresinə   dəvət   almışdır.  Həmin  elmi   kəşfə   görə Beynəlxalq   Cərrahiyyə   Konqresinin  I  dərəcəli   diplomunu  və  özəl  mükafatına  sahib   olmuşdur.
Vaqif   Qələndər  1990-cı  ilin   yay   günlərindən   birində  Türkiyənin   televiziya  kanalları,   nüfuzlu   qəzetləri   belə   bir   sensasiyalı   xəbər   yaydılar:
“Qolunu    dəzgah   qoparmış   28  yaşlı    Mustafa   Əkər   adlı   bir   xəstəni   məşhur   xəstəxanaların   heç   biri   qəbul   etmədikdən   sonra    Çara   xəstəxanasına gətirmişlər.   Gənc   həkim   Vaqif   Qələndərli   bu   ağır   işi   öz   öhdəsinə   götürmüş  və   9  saat    xəstə   üzərində   işləmiş,   misilsiz,   analoqu   olmayan   qələbə  qazanmışdır”.
Vaqif   Qələndər   indi   İPRAS   ( İnternational Plastik-Reconstruktiv Suergary Sosiety)   kimi   mötəbər   beynəlxalq    təşkilatda    ən   yüksək   səviyyədə   təmsil olunmaqdadır.   O   həmin   təşkilatın   İdarə   Heyətinin    üzvüdür.
Tibb   elmləri    doktoru   V.Qələndərli    hazırda    respublikada   yaratdığı   “Qələndər Plastik   və   Rekonstruktiv   Klinikası”nda   çalışır.
Azərbaycan  Dövlət  Tibb  Universitetində   “Yumşaq   toxumaların   böyük   defektlərinin   rekonstruksiyasının   yaxşılaşdirılmasi   yolları”  adlı    disertasyasını   yekunlasdırmış  və   Ali   Atestasiya   Komisyasina   tərəfindən  12.07.2017 ci  ildƏ  tibb uzrə   Elmlər   Doktoru   elmi   dərəcəsi   verilmişdir.

Əliyev  Yusif  Qəmət  oğlu  –  08  iyul  1967-ci  il  tarixində  Qərbi  Azərbaycanın   Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselsk  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  ziyalı  ailəsində   dünyaya  göz  açıb.
1874-cü  ildə  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə  gedib  və  1984-cü  ildə  həmin  təhsil  ocağını  əla   qiymətlərlə  bitirib.  Həmin  ildə  –  1984-cü  ildə  N.Nərimanov   adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  – ADTİ  (indiki  Azərbaycan  Tibb  Unversitetinin  –  ATU)  II  müalicə – profilaktika  fakultəsinə   daxil  olub.  1986- 1988-ci  illərdə  sovet  ordusunun   Macarıstan  Respublikasının  paytaxtı  Budapeşt  şəhərində   yerləşən  hərbi  hissəsində  hərbi  xidmətdə  olub.  1992-ci  ildə   Azərbaycan  Tibb  Unversitetini  (ATU)   “Lenin  təqaüdü”  və   fərqlənmə  diplomu  ilə  bitirb.
1992-1994-cü  illərdə  ATU-nin   III  cərrahi  xəstəliklər  kafedrasına  kliniki  ordinaturanı  bitirib.   1992-1997-ci  illərdə  isə  həmin  kafedrada  “cərrahiyyə  ixtisası  üzrə  aspiranturanı  bitirib.  1998-ci ildə   “Eksperimental  peritonitin   gedişində   müsariqə  limfa  düyünlərinin   morfofunksional   vəziyyəti   və   onların   tənzimlənmə   yolları”   mövzusunda   namizədlik   dissertasiyası   müdafiə   edərək   tibb   elmləri   namizədi   dərəcəsi   alıb.
2012-2014-cü  illərdə  Rusiya  Xalqlar  Dostluğu  Unversitetində  (Moskva,  Rusiya  Federasiyası)   “Cərrahiyyə”  ixtisası  üzrə  doktoranturanı  bitirmişdir.  2014-cü  ildə  “Xирургическое   лечение  больных  с  заболеваниями  желчевыводящих  путей”  mövzusunda  doktorluq  dissertasiyaı  müdafiə  edərək  tibb  üzrə  elmlər  doktoru  alimlik  dərəcəsi  alıb.
2002- 2013- cü   illərdə   M.Əfəndiyev   adına   2  saylı   Bakı  şəhər  Klinik  xəstəxanasının  (BŞKX)   cərrahiyyə   şöbəsinin   müdiri   vəzifəsində   çalışıb.
2013-cü   ildən   ak. M. Topçubaşov  adına   Elmi  Cərrahiyyə  Mərkəzinə  (ECM)  baş   həkimi  təyin  edilib.  2013-cü  ildən   də   ATU-nin  II  cərrahi  xəstəliklər  kafedrasında  dossent,   2018-cü  ildən  isə  professor   vəzifəsində   çalışır.
Doktor  Yusif  100-dən  çox  elmi  məqalənin,  2   ixtiranın,  bir  monoqrafiyanın,  bir  dərsliyin  müəllifidir.
Yusif  Qəmət  oğlu  Əliyev   geniş  profilli  cərrah  olub,  bu  gün  qarın  boşluğu  orqanları  üzərində  ən  mürəkkəb  əməliyyatları  çox  uğurla  icra  edir.  O,  respublikada  hepatobiliyar  cərrahiyə  sahəsində  tanınmış  mütəxəssisdir.  Bir   sıra  dünya  cərrahlar  cəmiyyətlərinin  üzvüdür.
Ailəlidir.  2  övladı  –  bir  oğlu,  bir  qızı  var.

İbrahimov   Firdovsi  Nəbi  oğlu  –   Göycə   mahalının  Toxluca  kəndində   müəllim  ailəsində  anadan  olmuşdur.   1988-ci  ilə  qədər  Toxluca   kənd  orta  məktəbində   təhsil  almışdır.  Ermənistan –  Azərbaycan  münaqişəsindən  sonra   ailəsi  Bakı  şəhərində   köçmüşdürlər.     Orta    təhsilini   Bakı  şəhərində    başa  vurduqdan  sonra    1993-cü   ildə   Azərbaycan   Tibb   Universitetinə   daxil   olmuş   və   1999-cu   ildə  oranı    müvəffəqiyyətlə    bitirmişdir.   1994-2004-cü   illərdə    Ondokuz    Mayıs Universitetinin    Tibb    fakultəsinin   Xəstəxanasında   çalışaraq   Uzman   Kardioloq   adını   almışdır.    2005-ci   ilin   fevral   ayından    Mərkəzi    Klinikanın    Kardiologiya   şöbəsində    Kardioloq   vəzifəsində    çalışır.
Tibb  elmi  üzrə   fəlsəfə  doktoru   Uzmanıdır.   Rus,  Türk,   İngilis  dillərini  bilir.

Həsənov  Qadir  İslam  oğlu  –  12  fevral  1964-cü  il  tarixində  Göyçə  mahalının   (Erm  SSR-nin  Krasnoselo  (indiki  Çəmbərək)  rayonunun)  Toxluca    kəndində   anadan  olmuşdur.  1971-ci  ildə   Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə   daxil  olan  Qadir,  1981-ci  ildə  yüksək  qiymətlərlə  həmin  məktəbdə   təhsilini  başa  vurur.
1982 – 1984-cü  illərdə   Leninqrad  (indiki  Sankt – Peterburq)  şəhərində  hərbi  xidmətdə  olmuşdur.
1984-cü  ildə  hərbi  xidməti  başa  vuran   Qadir  elə  həmin  ildə   N. Nərimanov  adına  Azərbaycan  Tibb   İnstitutunun  (indiki  Azərbaycan  Tibb  Unversiteti)   Müalicə – profilaktika  fakultəsinə   daxil  olur.  1990-ci  ildə   AzTU-ni   qırmızı   diplomla    bitirir.   Bir  il  internatura  keçdikdən  sonra  1992-ci  ildən   “Azərsu  tikinti”  trestinin  nəzdində  olan  xəstəxanada   həkim  kimi   fəaliyyətə  başlayır.  1992 – 1993-cü  illərdə   qısa  müddət   ərzində  I Qarabağ  müharibəsində  könüllü  olaraq  Xocavənd  rayonunun   Əmirallar  ərazisində   yaralı  əsgərlərimizin   xidmətində  durub.
Qadir  Həsənov  “Azərsu  tikinti”  trestinin  nəzdində  olan  xəstəxanada   çalışmaqla  paralel  olaraq   “Təcili  yardım”  tibb  müəssisəsində  də  həkim – kordialoq   kimi  çalışmışdır.  Qadir  Həsənov   2012-ci  ildən  Medera  Hospitalında  Ali  dərəcəli  həkim  – kordialoq   işləyir.
Qadir  həkim  ailəlidir,  iki  övladı  var.

    Həsənov  Əbülfət  İslam  oğlu  –  5  iyul  1958-ci  il  tarixində   Göyçə  mahalının   (Erm  SSR-nin  Krasnoselo  (indiki  Çəmbərək)  rayonunun)  Toxluca    kəndində   anadan  olmuşdur.    1965-ci  ildə   Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə   daxil  olan  Əbülfət,  1975-ci  ildə   yüksək  qiymətlərlə  həmin  məktəbdə təhsilini  başa  vurur.  Gənc   Əbülfət   böyük  ideyalarla   1975-ci  ildə   Bakı  şəhərinə  gələrək  N. Nərimanov  adına  Azərbaycan   Tibb   İnstitutunun    (indiki  Azərbaycan  Tibb  Unversiteti)   Stomatologiya   fakultəsinə   daxil  olur.  1981-ci  ildə   AzTU-ni   fərqlənmə   diplomu  ilə   bitirərək   təyinatla   Vartaşen  (indiki   Oğuz)  rayonuna  göndərilir.  1981 – 1985-ci  illərdə  Oğuz  rayonunda    stomatoloq – həkim   kimi  çalışıb.  1985-ci  ildə  Bakı  şəhərinə  gəlib  və   1985 – 1990-cı  illərdə   Bakı  şəhər   10  saylı  Tibbi  Sanitar  Hissədə  (TSH)  (hazırda  bu  tibb  ocağı  15  saylı  birləşmiş   şəhər  xəstəxanası  adlanır)  stomatoloq-həkim   işləyib.  Həmin  illərdə  həm  də  ATU-nin   aspiranturasında  təhsilini  davam   etdirib.  1987-ci  ildə   müdafiə  edərək   Tibb  elmlər  namizədi   olub.
Azərbaycan  Ermənistan   arasında  başlayan  münaqişə  zamanı   yaranan   I  Qarabağ   döyüşlərində  Əbülfət   Həsənov   könüllü   olaraq    1990 -1992-ci  illərdə   Qarabağın   Ağdərə   ərazisində  əsgərlərimizə  tibbi  xidmət  edib.   Əbülfət  İslam  oğlu  1990-cı   ildən  9  saylı   Stomotoloji   poliknikada   stomotoloq-həkim  işləyir.
Əbülfət   Həsənov   iki   övlad  –  bir  qız,  bir  oğlan   böyüdüb.  Övladlarının  hər  ikisi   atalarının  yolu  ilə  gedərək  həkim  ixtisasına  yiyələniblər.

    Xamoyeva  (Həsənova)  Aytən  Əbülfət  qızı  –  1987-ci  ildə   Bakı  şəhərində   həkim  – stomotaloq   Əbülfətin  ailəsində   anadan  olmuşdur.  Aytən  Əbülfət  qızı  2005-ci  ildə   Bakı   şəhərində  tam  orta  məktəbi  bitirib.   2006-cı  ildə  Azərbaycan  Tibb   Unverisitetinin   stomotalogiya  fakultəsinə   daxil  olmuş,  2013-cü  ildə  uğurla  başa  vurmuşdur.  Hazırda   həkim – stomatoloq  kimi   çalışır.
Aytən  Əbülfət  qızı  Göyçə  mahalının  Toxluca  kəndindən   olan   Ruslan  Azər  oğlu  Xamoyevlə  ailə  qurmuşdur  və  hazırda   iki  övlad  anasıdır.

Həsənli  Babək   Əbülfət  oğlu  –  1991-ci  ildə  bakı  şəhərində  doğulmuşdur.  Orta  təhsilini  Bakı  şəhərində  Xarici  Dillər   Təmaytüllü  Gimnaziyada  almışdır.
2007-ci  ildə  Azərbaycan  Tibb  Unversitetinə   daxil  olan  Babək  Əbülfət   oğlunu   Azərbaycan  Təhsil  Nazirliyi   tərəfindən   Samara   Dövlət   Tibb  Unversitetinə  göndərilmiş  və  orada  Stomotologiya   üzrə   təhsil  almışdır.   Ali  təhsilini  başa  vuran   Babək,  2013 – 2015-ci  illərdə  Azərbaycan  ordusunda  çalışmışdır.  O,  əvvəlcə   Tərtər  ərazisibdə  hərbi   hissədə   həkim,   sonra  isə  Ağdam   Hərbi   Hospitalında  həkim – stomatoloq   kimi   əsgərlərimizə   xidmət  etmişdir.
2015 – 2016-cı  illərdə  Türkiyə  Respublikasının  Trabzon   şəhərində   həkim-stomatoloq  kimi  kurs-staj  keçmişdir.  Hazırda   Özəl  Klinikada  həkim – stomolok  kimi  çalışır.

Ramin Baba oğlu Bayramlı  –  Tibb  üzrə  fəlsəfə  doktoru,  dosent
20  noyabr   1979-cu  ildə  Göyçə   mahalının  Toxluca  kəndində    Müəllim  ailəsində  anadan  olmuşdur.  Babası   Bayramov  Abbas   və  atası  Bayramov   Baba  Toxluca  kənd    orta  məktəbində    müəllim  işləyərək   kəndin  yetirmələrinə   elm  öyrətmişlər.  Azərbaycan – Ermənistan   münaqişələri  ilə    əlaqədar  olaraq   1988-ci  ildə   Şəmkir   rayonunun   Çənlibel  kəndində    məskunlaşmışlar. 1996-cı  ildə   Çənlibel   kənd  1  saylı   orta  məktəbini   bitirib    elə  həmin  il   Azərbaycan Tibb Universitetinə   (ATU)  daxil  olmuşdur.      2001-ci   ildə   ATU-ni   bitirmişdir.
ATU   oxuduğu   müddətdə   1998-2001-ci  illərdə    Mərkəzi   Hərbi   Klinik  Hospital, Travmatologiya  və  ortopediya   bölməsində,   tibb  qardaşı   (feldşer)  işləmişdir.
2001-2005-ci  illərdə   ATU   Mikrobiologiya   və   immunologiya   kafedrası   baş laborant   işləmişdir.
2005-ci   ildən  ATU   Mikrobiologiya   və   immunologiya   kafedrasında   assistent,   baş müəllim,   dosent   vəzifələrində  işləmişdir.
Ətrafların   odlu   silah   yaralarının   mikrobioloji   xarakteristikası  (PhD)       dissertasiya   mövzusu  müdafiə  etmişdir.
“Nozokomial infeksiya törədicilərinin molekulyar-genetik xüsusiyyətləri və müalicə-profilaktika prinsipləri ”   doktorluq   dissertasiyası  yerinə   yetirmişdir.

    Haqverdiyev  Ələkbər    Allahverdi   oğlu   31  iyul  1974-cü  ildə   Göyçə  mahalının   (Erm  SSR-nin  Krasnoselo  (indiki  Çəmbərək)  rayonunun)  Toxluca    kəndində   anadan  olmuşdur.   1981-1988-ci   illərdə   Toxluca  kənd   orta  məktəbində   təhsil   almışdır.  1988-ci  il   Azərbaycan  –  Ermənistan   münaqişəsindən   sonra   ailəsi  əvvəlcə   Şəmkirin  Çənlibel  kəndində,   sonra  isə   Bakı   şəhərində    məskunlaçmışdır.   Bu  səbəbdən  də  Şəmkir  rayon  Çənlibel   orta  məktəbində,  sonra  isə  Suraxanı  rayon  281  saylı  tam  orta  məktəbində   təhsili  davam  etdirmiş  və  1991-ci  ildə  orta  məktəbi   yüksək  qiymətlərlə  başa  vurmuşdur.
1992-ci  ildə  Azərbaycan  Respublikası  ilə   Türkiyə  Respublikası   arasında  bağlanmış  müqaviləyə  əsasən   test  üsulu  ilə  imtahan  verərək   Ankara  Unversutetinin  Diş  həkimliyi  fakultəsinə  daxil  olmuşdur.
1992 -1998-ci  illərdə   Ankara  Unversitetində  Diş   Həkimliyi   fakultəsində   təhsil   almışdır.
1998-2001-ci  illərdə   “TürküAz  Dental”  özəl  stomatologiya  klinasında   həkim-stomatolaq  işləmişdir.
2001-ci  ildən  Mərkəzi  Klinik  xəstəxanada  həkim-stomatoloq  vəzifəsində  çalışıb.
2017-ci   il  tarixindən   Caspian  İnternotional  Hospitalda  Stomatologiya  Nərkəzinin  müdrü  vəzifəsində  çalışıb.
2018-cil  tarixindən  Bakı  Sağlamlıq  Mərkəzində  həkim-stomatoloq  vəzifəsində  çalışır.

Əsədova   Fatma  (Nəcibə)  Ağaəli  qızı  –  1948-ci  ildə  Qərbi   Azərbaycanın   Göyçə   mahalının  (Erm  SSR-nin   Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   qulluqcu   ailəsində  dünyaya  göz   açmışdır.  1956-cı  ildə   Toxluca  kənd   orta  məktəbinin  birinci  sinfinə  daxil  olmuş,  1966-cı  ildə  bu  təhsil  ocağını  uğurla  başa  vurmuşdur.
Fatma  Əsədova   sonrakı   təhsilini   1966-cı   ildə   Az SSR  Səhiyyə   Nazirliyinin   Qazax   Tibb  məktəbinə   daxil  olaraq   davam  etdirmişdir.   1969-cu   ildə  bu  təhsil  ocağını   uğurla   başa  vuraraq   “Mamalıq”  ixtisasına  yiyələnmişdir.
Fatma  (Nəcibə)   Ağaəli  qızı  əmək   failiyyətinə 10.04.1969-cu  il  tarixində  Toxluca  kənd  xəstəxanasında   öz  ixtisası  ilə   Mamaçı  kimi    başlamışdır.  Fatma  xanım   həyat   yoldaşı  Sənhan  Yolçuyevin   işi  ilə  əlaqədar  olaraq   10.04.1979-cu  il  tarixindən   01.05.1981-ci  il  tarixinə  kimi   öz  işini  Qərbi   Qaərbaycanın   Qaraqoyunlu   mahalının  (Erm  SSR-nin   Krasnoselo  (Çəmbərək)  rayonun)  Yanıqpəyə  (Meşəkənd)   kəndində   Tibb  Ammulatoriya  məntəqəsində    davam  etdirmişdir.
01.05.1981-ci  il  tarixindən   Qərbi   Azərbaycanlıların   öz VƏTƏNLƏRİNDƏN  deportasiya  olunana  qədər  – 1988-ci  il  tarixinə  kimi  yenidən  Toxluca   kənd  Tibb  məntəqəsində   çalışmışdır. Fatma  (Nəcibə)  xanım   işlədiyi   müddətdə   öz  əməli,  bilik  və  bacarığı  ilə  kənd   əhalisinin   sevgi  və   məhəbbətini   qazana  bilmişdir.
Fatma  (Nəcibə)   xanım   1988-ci  il  Azərbaycan – Ermənistan  münaqişəsi  nəticəsində   öz  VƏTƏNindən  deportasi  olunduqdan  sonra   öz  ailəsi  ilə   Bakı   şəhərində  məskunlaşmışdır.  01.12.1989-cu  il  tarixindən  22.03.1990-cı  il  tarixinə  kimi   tibb  bacısı  kimi  çalışmışdır.  23.03.1990-cı  il  tarixindən   10.08.2016-cı  il  tarixinə  kimi   Bakıxanov  qəsəbəsində   Doğum  evinin  nəzdində   olan   Qadın   Məsləhətxanasında   öz  sənəti  üzrə  –  mamaçı   kimi  çalışmışdır.  Burada  işlədiyi  müddətdə  də  həm  kollektivin,  həm  də  xəstələrin   sevimlisinə   çevrilmişdir.

Nəcəfi  Tahirə  Ziyat  qızı –  1946-cı  ildə  Cənubi  Azərbaycanda  –  Azərbaycan  Demokratik  Firqəsində  doğulmuşdur.  (Bu  firqə  1945-ci  il  12  dekabr  tarixində  21  Azəri  hərəkatı  adı  ilə  qurulmuşdür.  Ancaq  xarici  qüvvələrin  köməyi  ilə  1946-cı  il  dekabr   tarixində  ADF-ni  məğlub  etdilər  və  onun  qurucuları  və  idarə  edənləri  ölkədən  çıxardılar).  Tahirə  xanımın  valideyinləri  və  digər  yaxın  qohumları  digər  soydaşları  kimi  Şimali  Azərbaycana  –  Azərbaycan  SSR-yə  pənah  gətirmişlər  və  Bardə  şəhərində  məskunlaşmışlar.
Tahirə  xanım  ilk  orta  təhsilini  Bərdə  şəhərində  aldıqdan  sonra   Bakı  şəhərində  1  saylı  Tibb  Texnikumunda  təhsilini  davam  etdirmişdir.  Bu  təhsil  ocağında  təhsil  aldığı  müddətdə  öz  gələcək  həyat  yoldaşı  ilə  tanış  olmuşlar.  Ailə  quraraq   Toxluca  kəndinə  gəlmişlər.   Burada  əvvəlcə  kənd  xəstəxanasında,  sonra  isə  Toxluca  kənd  tibb  məntəqəsində  (“hay”lar  mərkəzləşdirilmiş  rayon  xəstəxanası  adı  ilə  əsasən  azərbaycanlılar  yaşayan  kənlərdə  olan   xəstəxanaları  ləğv  edərək  “tibb  mətəqəsi”  adlandırmışlar)  tibb  bacısı  kimi  çalışmışdır.  1986-cı  ildə  ailəlikcə  Ukrayna  SSR-nin  Donetski  şəhərinə  köçmüşlər.  Tahirə  xanım  burada  da  tibb  bacısı  kimi  çalışmışdır.
Azad  Novruzov  ilə  birlikdə  3  övlad  böyüdüb  tərbiyə  etmişlər.