Vəzifəli şəxslər və iş adamları

    Vəzifəli  şəxslər  və  iş  adamları
Ismayılov  Ağəli   Şirəli   oğlu   –  Qasid   ASC-nin   vitse-prezidenti
İsmayılov   İsmayıl   Aboz  oğlu  –  Gəncə    şəhər   Təhsil   idarəsi
Əsədov  Əli  Qasım  oğlu  –   müəssisə   rəhbəri
Əsədova Tərminə  Ağəli qızı –  məktəb  direktoru
Əsədova Təhminə  Ağəli qızı – məktəb  direktoru
Mamedov  Məhəmməd  bbas  oğlu
Həsənov Məhərrəm  İsrail  (Həsən)  oğlu – iş  adamı
İsgəndərov  Müzahim   Meyfalı   oğlu – iş  admı,  şair
Arazov Saleh Əmrah oğlu – ş  adamı
Hacıyeva   İradə   Hüseyn  qızı – Dövlət  qulluqçusu,  Mərkəzi Seçki
Komissiyasının Hüquq  şöbəsinin  müdiri
Hacıyev  Etibar   Aslan  oğlu    –  Müəsissə  rəhbəri
Nadirov  İsgəndər   Kərəm  oğ   –  Maarif  Nazirliyidə  mütəxəssis
Alıyev   Fərhad   Əsgər  oğlu     –  iş  adamı,   həkim
Mamedov  Ələsgər  Sultanəli oğlu   –   iş  adamı
Məmmədova  Cəmilə   İsgəndər  qızı   –   iş  adamı
Tağıyev  Tofiq  Həsən  oğlu             –  iş  adamı
Əhmədov  Elman  Əhməd  oğlu    –  iş  adamı
Hacıyev   Tanırverdi   Teymur   oğlu  –  dövlət  qulluqçusu   müəssisədə
şöbə  rəisi
Seyidov   Fazil   Mir   Əziz  oğlu   –   iş  adamı
İsmayılov   Xaliq    İsmayıl  oğlu    –  müəssisə  rəhbəri
Aslanov   Zahid   Həsən  oğlu     –     iş   adamı
Əhmədov  Şakir  Oruc  oğlu            –  iş  adamı
Ramazanov  Ağalar  Əsgər  oğlu   –  iş  adamı
İsmayılov  Vaqif  Sadıq  oğlu     –  iş  admı
Aslanov   Vahid   Həsən  oğlu       –   iş  adamı
İbrahimov  Vahid   İbrahim  oğlu     –  Dövlət  qulluqçusu
İbrahimov   Nizami  Nəbi  oğlu       –  iş  adamı
Allahverdiyev  Vahid   İsmayıl  oğlu  –  iş  adamı
Muradov   Zirəddin   Məhəmməd   oğlu   –  DİN   zabiti
Hacıyev  Allahverdi  Teymur oğlu – iş adamı
Bayramov   Qüdsi   Həsən  oğlu    –   dövlət   qulluqçusu
Bayramov   Coşqun   Məhəmməd   oğlu    –  dövlət   qulluqçusu
Hüseynov   Hümbət  Əmirvar  oğlu –     dövlət   qulluqçusu
Həsənov  Qurban  Hidayət   oğlu –   Bakı    şəhər   45   saylı   tam   orta
məktəbin   direktoru
Həsənov  Ramin   Müzənfər  oğlu   –  AR  XİN   səlahiyyətli   Səfiri
Hacıyeva  Kəmalə  Hüseyn  qızı  –  Binəqədi  Dairə   Seçki
Komissiyasının  katibi,  məktəb  direktorunun    müavini
Hacıyeva  Məlahət  Aslan  qızı – iş  adamı

Sadiqov   Idris  Əsəd  oğlu  –  1900-cu  ildə  Qərbi  Azərbaycanın   Göyçə  mahalının  (İrəvan  quberniyasının  Nor – Bayazid  qəzasının)  Hacı  Muxanlı  kəndində  göz  açmışdır.
Çar  Rus  İmperiyası  1828-ci  ildə  İrəvan   xanlığının  işğal  etdikdən  sonra    Osmanlı   İmperiyasının  Bəyazid  ərazisindən  qaşqın  kimi  “hay”  adlandırılan  etnosu    qədimdən  Türk  yurdu  olan   bu  əraziyə   köçrülüb  məskunlaşdırdı.  Rusiya  Çarı  Rusiyada  baş  verən  1905-ci  il  inqilabının  əyalətlərdə   yayılmasının  qarşısını  almaq  məqsədi  ilə  yerlərdə  milli  münaqişələr  yartdı. Car  Rusiyasına  arxalanaraq   1905-ci  il  mart  ayında  daşnak  “hay”lar    Göyçə  gölünün  qərb  hissəsində  yaşayan  azərbaycanlılara  qarşı  hücum  edərək  əhalini  öz  ata-baba  yurdundan  didərgin  saldılrar.  Suyu  donmuş   Göyçə  gölünün  üzəri  ilə  gölün   şərq  hissəsində  yerləşən  kəndlərə  pənah  gətirdilər.  Bu  hücuma  məruz  qalan  ailələrdən  biri  də  İdris  Sadıqovun  ailəsi  idi.  Bu  ailə  Toxluca  kəndinə  pənah  gətirib  məskunlaşdılar.
İdris  ilk    təhsilini  Toxluca  kənd  mollaxanasında  almışdır.  Təhsilini  davam  etdirmək  üşün  o,  Qori  şəhərinə  üz  tutmuşdur.  Sovet  dövründə  Bakı  şəhərində  Unversitetin  Tarix  fakultəsində  və  Pariya  məktəbində  təhsilini  davam  etdirmişdir.
İdris  Sadiqovun  Rus,  “hay”,   azərbaycan  dillərini  mükəmməl  bilməsi,  bacarıq  və  səritəliliyi   onun  öndə  getməsinə  səbəb  olmuşdur.  Belə  ki,  əvvəlcə  Dilican  qəzasında,  30-cu  illərdə   rayonlaşma  olduqdan  sonar   Dilican,  Krasnoselo, Basarkeçər  rayonlarında  hüquq  mühavizə   və   partiya  orqnlarında   milis  rəisi,  Partiya    komitələrinin   katibi  və  birinci  katibləri,  payon  icarəyyə  komitəsinin  sədri   vəzifələrində   çalışmışdır.
SSRİ-də   repreiyalar  başladığı  dövrdə   İdris  Sadiqov   Basarkeçər  rayonunda  rəhbər  vəzifədə  çalışdığı  vaxda   rayonun  Qaraiman  kəndində  48  “hay”a  hökm  oxutdurub  gülləyən  İdris  Sadiqovdan  “hay”lar  Moskvaya  şikayətlər  etmişlər.  Şikayətlərin  çoxluğunu  nəzərə   alan  Moskva  işi  araşdırmaq  üçün    şəxsən  Molotovu  tapşırmışdır.  Molotovun  sayəsində  İdris  Sadiqov  böyük  cəzadan  qurtarmış,  partiya  töhməti  və  yüksək  vəzifədən  çıxarılmışdır.
Bu  hadisədən  sonar  İdris  Krasnoselo  rayonunda  Tədarük  məntəqəsinin  direktoru  vəzifəsində  şalışmışdır.  Ancaq   yağı  düşmən  daima  intiqam  hissi  ilə  yaşadığından  İdris  Sadiqovu  şərləyərək   tutdurmağa  nail  olmuşlar.  Bu  səbəbdən  də  ömrünün  bir  hissəsini   islah  olunma  müəssisələrində  keçirmişdir.  Tutularkən  bütün  təhsil  sənədlərini   “saxlamaq”  adı  ilə  əlindən  alındığından,   azadlığa  çıxdıqdan  sonar  digər  işlərdə  çalışmağa  icazə  verilməmişdir.  İdris  Sadiqov   sonrakı  dövrlərdə  Toxluca  kəndində  kolxozçu  və  fəhlə  kimi  çalışmışdır.
1988-ci il  departasiyasından  sonar  öz  ailəsi  ilə  Bakı  şəhərində  məşkunlaşmışdır.   4  oğlan,  4  qız  böyüdən  İdris  Sadiqov   28  may  1994-cü  il  tarixində   Bakı  şəhərində   dünyasını  dəyişmişdir.

       Bayramov  Qüdsi Həsən oğlu –  1 noyabr  1981-ci  ildə Qərbi Azərbaycanın Göyçə mahalının   (Erm.  SSR-nin Krasnoselo  (indiki  Çəmbərək)   rayonunun )  Toxluca kəndində müəllim  ailəsində  anadan  olub.  İlk  təhsilini Toxluca  kənd  orta  məktəbində başlayan Qüdsi  Bayramov  1988-ci  il məlum  Azərbaycan – Ermənistan  hadisələr  zamanı ailəlikcə  öz  ata – baba   torpaqlarından departasiya olunaraq ailəlikcə Bakı şəhərində  məskunlaşmışlar.  Orta təhsilini Bakı  şəhərində  davam  etdirərək 1998-ci  ildə  bitirmişdir.
1998-2003-cü   illərdə   Azərbaycan   Beynəlxalq   Universitetinin    Stomatologiya   fakültəsinə   təhsil  almışdır.  2003-2004-cü   illərdə  Azərbaycan  Dövlət  Tibb  Universitetində  həkim-stomatoloq  ixtisası  üzrə  İnternaturanı   fərqlənmə   diploma  ilə  bitirib. 2004-cü  ildə  Azərbaycan  Beynəlxalq  Universitetində   stomatologiya  fakültəsinin   profilaktik-təbabət  kafedrasına   müəllim,     noyabrayında   fakültənin   dekan  müavini   vəzifəsinə   təyin   olunub.  2006-2012-ci     illərdə   Azərbaycan   Dövlət   İqtisad  Universitetinin     “İqtisadiyyatın  dövlət  tənzimlənməsi”   fakültəsinə   ikinci   ixtisas   üzrə   bitirib.  1 avqust   2008-ci  iltarixdən   30 iyun   2017-ci  iltarixədək   Binəqədi  rayon    Gənclər  və  İdman  İdarəsinin  rəisi  vəzifəsində   işləyib.  Hal-hazırda  Binəqədi   Rayon  İcra  Hakimiyyəti  başçısı  Aparatının  Rayon   təsərrüfatı  şöbəsinin   müdiri  vəzifəsində   işləyir.
I dərəcə   dövlət   qulluqçusudur.
2005-ci  ildə  Yeni  Azərbaycan  Partiyası  Gənclər   Birliyinin  ikinci,   2011-ci    ildə  üçüncü   qurultayında  şura  və  idarə   heyətinin   üzvü  və   Binəqədi   rayon   Gənclər  Birliyinin   sədri   seçilib.
2011-2017-ci   illərdə   Yeni   Azərbaycan  Partiyası   Binəqədi   rayon    Təşkilatının  idarə  heyətinin  üzvü,     Yeni  Azərbaycan  Partiyasının   dörd  və  beşinci  qurultaylarına   nümayəndə  olaraq    seçilib.   2004-cü     ildən  Yeni  Azərbaycan  Partiyasının   üzvüdür.

            Hacıyeva  Məlahət  Aslan  qızı  –  12  aprel   1975-ci  ildə   Göyçə   mahalının   Toxluca  kəndində   anadan  olub.   1988-ci  ilə   qədər   Toxluca  kən  orta  məktəbidə   oxumuşdur.  Sonra   Bakı   şəhərinə   köçərək    Bakıda  88   saylı   orta  məktəbi  1992-ci  ilə   bitirmişdir.    1997-ci  ildə   İstanbul   Univerisetinin   Siyasi  biliklər   fakultəsini   bitirmişdir.   Sonra   Texas   Unuversitetində   İntensiv  İngilis   proqramı   üzrə   təhsil  almışdır.
Ailəlidir.

     Hacıyeva Nərminə Aslan qızı  1971-ci il 30-u  noyabr  tarixində   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (indiki  Erm.  SSR-nin   Krasnoselsk rayonu)   Toxluca  kəndində anadan  olmuşdur.   İlk  təhsilini   Toxluca  kənd  orta  məktəbində   almışdır.  1988-ci  ildə   Azərbaycanlıların  öz   torpaqlarından  departasiya  olunması  nəticəsində  Nərninə  Aslan  qızı   ailəlikcə  Bakı  şəhərində  məskunlaşmağa   məcbur  olmuşlar.  Təhsilini   Bakı  şəhəri  Xətai  rayonundakı  263  saylı  orta  məktəbində  davam  etdirərək  1988-ci  ildə   bitirmişdir.
Azərbaycan  Texniki  Universitetinin  avtomatika  fakültəsində  bitirmişdir.
1997-1999-cu  illərdə  həmin  universitetin   magistratura  pilləsində  təhsilimi  davam    etdirmişdir.  Eyni   zamanda   AMEA-nın   Kibernetika  İnstitutunda  kiçik  elmi  işçi   kimi   çalışmışdır.  Universiteti   bitirdikdən  sonra  Xətai  rayon   Xətai  bələdiyyəsində   proqramist   vəzifəsində   işləmişdir.
1998-ci  ildə  “AZQUR”   s/f-nın  3-№ BMQJ-də  mühəndis  vəzifəsində  çalışmışdır.   2000-ci   ildə  həmin  idarədə  baş   mühasibin  müavini  vəzivəsində   işləmişdir.
2003-cü ildən    yenidən   Xətai   rayon   Xətai  bələdiyyəsində   kompyuter-proqramist   vəzifəsində  işləmişdir.
2004-cü  ildə  ikinci   bələdiyyə  seçkilərində,  2009-cu  ildə  üçüncü  bələdiyyə   seçkilərində  və   2014-cü   ildə  dördüncü   bələdiyyə   seçkilərində   iştirak  edərək   Xətai   rayon  Xətai  bələdiyyəsinin   üzvü   seçilmişdir.
Hal-hazırda   bələdiyyə  sədrinin  müavini  vəzifəsində  çalışır.
Ailəlidir,  iki    övladı   var.

          Həsənov  Ramin  Müzəffər  oğlu  1977-ci  ilin  7-si  noyabr  tarixində  ziyalı  ailəsində  anadan  olmuşdur.  Ramin   ilk  təhsilini   Toxluca  kənd  orta  məktəbində  almışdır.   1988-ci  il  hadisələrindən  sonra   ailəlikcə  Bakı  şəhərində   məskunlaşmış  və  1994-cü  ildə   orta  məktəbi  Bakı  şəhərində  bitirmişdir.  1994-cü  ildə   Bakı  Dövlət  Unversitetinin   “Beynalxalq  münasibətlər  və  beynalxalq  hüquq”   fakultəsinə  daxil  olmuşdur.  1998-ci  ildə  bu   fakultəni   bakalavr  pilləsini  uğurla  bitirmişdir.   1998 – 2000-ci  illərdə  eyni  fakultənin  magitatura  pilləsini  də  təhsil  almışdır.  Magistaturada  oxuduğu   müddətdə   Almaniya  Xarici   İşlər  Nazirliyinin         xarici  diplomatlar  kursun   dinləyicisi   olmuşdur.
Ramin  Həsəsnov  1999 – 2000 –ci  illərdə  Azərbaycan  Respublikasının   XİN-nin  Avropa  və  Kanada  idarəsində  referent  və  attaşe   vəzifələrində   çalışmışdır.
2000 – 2003-cü  illərdə   Azərbaycan  Respublikasının  Almaniya  Səfirliyində    çalışmışdır.   2003 – 2005-ci  illəedə   XİN-də,  2005 – 2009-cu  illərdə  AR-nın  İsveçrə   Konfederasiyasındakı  Səfirliyində  ikinci  katib,  birinci  katib,  müşavir  vəzifələrində   çalışmışdır.
2009 – 2016-ci  illərdə  AR  XİN-nin  Beynalxalq  Hüquq   və  Müqavilər  idarəsində  şöbə  müdiri,  idarə  rəisinin  müavini,  rəisi   vəzifələrində  çalışmışdır.
    2016-ci  ilin  7  sentyabr  tarixindən  Azərbaycan  Prezidentinin  sərəncamı  ilə   Azərbaycan  Respublikasının  Almaniyadakı   fövqəladə  və  səlahiyyətli   səfiri  təyin  olunmuşdur.
Diplomatik   xidmətlərinə    görə   Ramin  Həsənov   2009-cu  ilin   24  iyul  tarixində  Azərbaycan  Prezidentinin  sərəncamı  ilə  “Diplomatik  xidmətdə  fərqlənməyə  görə”  medalı  ilə  təltif  olunmuşdur.
Azərbaycan,  alman,  rus,  ingilis,  türk  dillərini  bilir.
Ailəlidir,   iki  övladı  var.

Həsənov Məhərrəm   İsrail oğlu    1962-ci il iyulun 16-da Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində anadan olub.
1969-1979-cu illərdə Toxluca kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mexanikləşdirmə fakültəsinə daxil olub.
1985-ci ildə ali məktəbi qırmızı diplomla bitirərək təyinatla Binə qəsəbəsi 101 saylı Texniki Peşə Məktəbində (TPM) ixtisas fənn müəllimi kimi peşə fəaliyyətinə başlayıb.
1988-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olub.
1988-1991-ci illərdə isə komsomol orqanlarında çalışıb.
1991-1995-ci illərdə yenidən 101 saylı TPM-də pedaqoji fəaliyyətlə   çalışıb.
1995-2004-cü illərdə isə ölkə xaricində biznes fəaliyyəti ilə məşğul olub.
2004 və 2009-cu illərdə keçirilən bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinə üzv seçilib.  Xətai Bələdiyyəsində üzv kimi hüquq məsələləri daim komissiyasının sədr müavini vəzifəsində çalışıb.
2014-cü ildə üçüncü dəfə Xətai rayon bələdiyyəsi üzv seçilmişdir. Hüquq məsələləri daimi komissiyasının sədr müavinidir.
Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür.
Ailəlidir. 3 övladı var.

     İsgəndəron   Müzahim    Mehbalı   oğlu  – 1961-ci   ildə  Göyə   mahalının   Toxluca   kəndində  anadan  olmuşdur.  !978-ci  ildə   Toxluca  orta  məktəbini   bitirdikdən  sonra   İrəvan   şəhərində   İrəvan  Kəd   təsətüüfatı   texnikomunda   təhsil   almışdır.   Toxluca   sovxozunda   təsərrüfat   birqadiri,   baş   aqronom  vəzifələrində   işləmişdir.  Gəncə   şəhərində  Azərbaycan  Kənd  Təsərrüfatı   İnstitunun    Aqronomluq   fakultəsində    təhsili  alaraq   “Aqronom-alim”   ixtisasına  yiyələnmişdir.
Azərbaycan  Yazıçılar  Birliyinin,     Azərbaycan   Jurnalistlər   birliyinin  üzvüdür.
“Bu obanın sahibləri hardadır”, “Ocaq dağı”, “Atam mənə deyərdi”, “Məni çağır”  kitabları işıq üzü   görüb.

Mehman  İdris  oğlu  Nadirov   3  fevral  1967-ci  il tarixində   Göyçə  mahalının  Toxluca  kəndində   qulluqçu   ailəsində   anadan   olmuşdur.  1974-cü  ildə  Toxluca  kənd  orta  məktəbinə  birinci   sinfinə   daxil  olmuşdur.  Məktəbdə  əla  qiymətlərlə  oxuyan  Mehman,  təhsilini   1982-1984-cü   illərdə    Bakı  şəhər   Fizika – riyaziyyat   təmayüllü   məktəbdə   davam  etdirmişdir.
1984-cü  ildə   Azərbaycan  İnşaat  Mühəndisləri  İnstitutuna (indiki  Azərbaycan Memarlıq və İnşaat  Unversiteti) daxil  olmuş, 1991-ci  ildə oranı  müvəffəqiyyətlə  başa vurmuşdur. 1985 – 1987-ci  illərdə  sovet  ordusunda  hərbi xidmətdə  olmuşdur.
Ali  təhsilini   başa   vurduqdan  sonra  öz  ixtisası  üzrə  qıs  bir  müddət   işlədikdən   sonra   fərdi  shibkarlıq   məşğul  olmağa  başlamışdır.  Hazırda   iş   adamı  kimi   fəaliyyətini   davam   etdirir.

         Nemət  İdris  oğlu  Nadirov   27  dekabt   1970-ci  il  tarixində   Göyçə  mahalının  Toxluca  kəndində   qulluqçu   ailəsində   anadan   olmuşdur.  1978 – 1986-cı  illərdə  Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.  Toxluca  kənd  orta  məktəbində  əla  qiymətlərlə  oxuyan  Nemət,  təhsilini   1986-1988-ci   illərdə    Bakı  şəhər   1  saylı  Fizika – riyaziyyat   təmayüllü   məktəbdə   davam  etdirmişdir.
1988-cü  ildə   Azərbaycan  İnşaat  Mühəndisləri  İnstitutuna  (indiki   Azərbaycan  Memarlıq  və  İnşaat  Unversiteti)   daxil  olmuş,   1993-ci  ildə   oranı  müvəffəqiyyətlə   başa  vurmuşdur.
1993 – 1996-cı  illərdə   Sənaye – İnvestisiya səhmdar  kommersiya   Bankında   mühəndis,  iqtisadçı  vəzifələrində   çalışmışdır.
1996-cı  ildən  isə  iş  adamı  kimi  fəaliyyət   göstərir.

Əliyev   Əbülhəsən  Qəmət  oğlu   
Əliyev   Əbülhəsən  Qəmət  oğlu    1957-ci  ilin   mart  ayının  10-da   Göyçə  mahalının   Toxluca   kəndində    müəllim    ailəsində    anadan    olmuşdur.   1963-cü   ildə    Toxluca   kənd  orta  məktəbinə   daxil  olmuş,   1973-cü  ildə   həmin   məktəbi   yüksək   qiymətlərlə   bitirmişdir.
Ilk   əmək   fəaliyyətinə   1975-ci  ildə   Toxluca  kənd   orta  məktəbində   Pioner  baş   dəstə  rəhbəri   vəzifəsində    başlamışdır.
Əblühəsən   Qəmət  oğlu    1975-ci  ildə   Azərbaycan   Politexnik  İnstitutunun    Texnelogiya   fakultəsinə   daxil  olmuş,  1980-ci  ildə    həmin   ali   məktəbi   bitirərək   “Trikotaj   istehsalı     texnologiyası”  ixtisası  üzrə  mühəndis – texnoloq  ixtisasına    yiyələnmişdir.   Ali   təhsil   aldığı  illərdə  paralel  olaraq  hərbi   tədris  və  təlim  kursu  keçərək   zabit   rütbəsi  almışdır.
Əblühəsən   Əliyev   1980-ci  ildən   1995-ci   ilədək   Bakı  Trikotaj   İstehsalat   birliyində   növbə   rəisi,  mühəndis – texnoloq,   böyük  mühəndis,    sex    rəisi,   birliyin   istehsalat   rəisi   vəzifələrində    çalışmışdır.  Işlədiyi  müddətdə   istehsalatdan   ayrılmamaqla   Azərbaycan  KP  MK  yanında  ali   partiya   təhsili    almışdır.  Əbülhəsən    Əliyev   bununlada   ikinci   peşə  kimi    Siyasi  icmalşı   və     Politoloq   kimi   də  fəaliyyət   göstərmişdir.
1995 – 1998-ci   illərdə  “TƏBRİZ-ATAM”  İKF-nin   direktoru,  1998 – 1999-cu   illərdə  “Bakıxanov  Tikiş”  ATSC-də   mühəndis – texnoloq,     1999 – 2006c-  illərdə  “Danis  Apparl   Manufakturers  LTD”   müəssisəsində  kadr,  inzibati,  idarəetmə   məsələləri  üzrə  direktor  müavini   vəzifələrində   çalışmışdır.
2006-cı  ildən   “RAM  Beynəlxalq   Nəqliyyat  Ticarət  LTD”  MMM-də  növbə  rəisi?  Hazırda  isə  Sex  rəisi   vəzifəsində  çalışır.
Əblühəsən   Qəmət  oğlu    həyat  yoldaşı  Mətanət   xanımla    ailədə    iki  qız,   bir  oğlan   övladı   böyütmüşlər.   Hər   üç  övladı   ali   təhsillidir.
Əblühəsən   Qəmət  oğlu   Əliyev   yaradıcılıqla  da    məşğuldur.  Yazdığı   şerlər   kitab    şəklində   çap  olunmasa   da,   mətbuatda   tez-tez  çap  olunur.

Əhmədov  Şakir  Oruc  oğlu  –  5  yanvar  1963-cu  il  tarixində    Oğuz  yurdu  olan    Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   qulluqçu   ailəsində   anadan  olub.  İlk  orta  təhsilini    1970 – 1980-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  alıb.
Təhsilini   davam  etdirmək  üçün  Gəncə  şəhərinə  üz  tutur  və  həmin  il,  1980-ci  ildə  Azərbaycan  Texnologiya  İnstitutuna  (indiki  Azərbaycan Texnologiya  Unversiteti)   mexanika   fakultəsinə   daxil  olur.  1985-ci  ildə  bu  ali  təhsil  ocağının  “texnoloji   avadanlıqların   mexanizasiyası”   ixtisasını  bitirir.
Ali  təhsili  başa  vurduqdan  sonra  göndərişlə  (təyinatla)  Naxçıvan  Üzümçülük – Şərəbçılıq   Kombinatında   mexanik  kimi  əmək  fəaliyyətinə  başlayır.  1988-ci  il  hadisələri  ilə  əlaqədar  Şakir  Oruc  oğlunun  ailəsi  ata-baba   yurdu  olan  Göyçə  mahalının  Toxluca  kəndindən   “hay”lar  tərəfindən  deportasiya  olunmuşdur.  Ailə   Bakı  şəhərinə  məskunlaşdığından  Şakir  Əhmədov  da  iş  yerini  dəyişərək  Bakı  şəhərinə  gəlib.  1988 – 1990-cı  illərdə  Bakı  şəhər  Xəzər  rayonunda  Meyvə-Tərəvəz  bazasında  baş  mühəndis  vəzifəsində  işləyib.
1991-ci  ildən  isə  bizneslə  məşğuldur.
Şakir  Oruc  oğlu  1984-cü  il  tarixində   Toxluca  kənd  sakini  Səlminaz  Həsən  qızı  ilə   ailə  qurmuşdur.  Bu  cütlüyün   Amar,  Afina    və  Aytən adlı  bir  oğlan,  iki  qız  övladları  var.
Şakir  2012-ci  ildə  Həcc  ziyarətində  olub.
Qeyd:  Məqalənin   hazırlanmasında  Nazim  İsa  oğlunun  “Əhmədovlar,  soykökü  və  nəsil  şəcərəsi”  kitabından  istifadə  edilmişdir.

Imanov  Məhəmmədəli   Qurban  oğlu  –  04  sentyabr  1939-cu  il  tarixində   Qərbi  Azərbaycanın   Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   Yoloğullar  tayfasınd  anadan  olmuşdur.  Uşaqlığı  II  Dünya  müharibəsinə  düşmüşdür.  Təhsilini  ilk   illərini   Toxluca  kənd  orta  məktəbində  oxumuşdur.   1948-ci  ildə  Azərbaycan  Dağ-Mədən  Filizsaflaşdırma  kombinatının  tikintisi   başlayanda  ailəsi  Daşkəsənə   köçmüşdür.  Bu  səbəbdən  də  o, 1950-ci  ildə  əmisigildə  yaşayaraq   təhsilini   Tovuz  rayonunun  Şamlıq  kəndində   davam  etdirmişdir.  1951-ci  ildə  isə  ailəsinin  yanına,  Daşkəsənə  gəlmiş  və  təhsilini  burada  davam  etdirmişdir. 1958-cı  ildə   orta  təhsilini   Daşkəsəndə  uğurla  başa  vuran  Məhəmmədəli  Qurban  oğlu   elə  həmin  il  Azərbaycan  Politexnik   İnsititutunun  (AzPİ)  (indiki  Azərbaycan  Texniki  Unversitetinin  ATU)  Avtonəqliyyat   fakultəsinə  daxil  olmuşdur.
1963-cü  ildə  ali  təhsilini  uğurla  başa  vurduqdan  sonar  göndərişlə  (təyinatla)  Sabirabad   rayonunda  mexanik  vəzifəsində  işə  başlamışdır.  1963-cü  ilin  noyabr  ayında  ordu  sıralarına  çağrılmışdır.  1963-1965-ci  illərdə   Gürcüstan  SSR-nin  Batumi  şəhərində   hərbi  xidmətdə  olmuşdur.
Ordudan  tərxis  olunan  Məhəmmədəli  İmanov  Daşkəsən  Filizsaflaşdırma  kombinatında   dəmir  filizin  konsentratının  elektro-maqnit  üsulu  ilə  quru  halda  alınması  sahəsində   mexanik  kimi  işə  başlamışdır.  Sonar  Kombinatın   təhcizat  şöbəsində  Söbə  müdrü  vəzifəsində  çalışmışdır.
1971-ci  ildə   kombinatın   qarajının  müdrü,  əməyin  mühavizəsi  vəzifələrində  çalışmışdır.
1975-1980-ci  illərdə  kombinatın  direktor  müvini  vəzifəsində  çalışmışdır.
1981-1984-cü  illərdə  Daşkəsən  rayon  Avtonəqliyyat  trestinin   müdrü  vəzifəsində  işləmişdir.
1984-1998-ci  illərdə   Daşkəsən  Filizsaflaşdırma  Kombinatının   Baş  direktoru  vəzifəsində  işləmişdir.
Məhəmmədəli  Imanov  işlədiyi  müddətə   Dağ-Mədən  və  Filizsaflaşdırma  ixtisası  üzrə   iki  illik  kürsu  bitirmişdir.  Həmçinin   1983-86-cı  illərdə   Bakı  Partiya  məktəndə  təhsil  almışdır.
1998-ci  ildən   isə  təqaüdə  çıxmışdır.
12  mart  2010-cu  il  tarixində  dünyasını  dəyişmiş  və  Gəncə  şəhərində  dəfn   olunmuşdur.
Nabat  Səfər  qızı  ilə  ailə  quran  Məhəmmədəli   iki  oğul,  iki  qız  övladı  böyütmüşdür.

     İmanov  Elman  Məhəmmədəli  oğlu  –  09   aprel  1974-cü  il  tarixində   Daşkəsən  şəhərində   qulluqçu  ailəsində   anadan  olmuşdur.   Əslən  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  Toxluca  kəndindəndir.
1980-1990-cı  illərdə   Daşkəsən   şəhər  1  saylı  orta  məktəbində  təhsil  almışdır.
1991-ci  ildə  Azərbaycan  Neft  Akademiyasının  – AzNA   (indiki  Azərbaycan  Sənaye  Unversitetinin  – ASU)    Geoloji-kəşfiyyat  fakultəsinə  daxil  olmuş,   1996-cı  ildə  buranı  uğurla  bitirmişdir.
1996-cı  ildə  DİN-i  orqanına  daxil  olaraq  əmək  fəaliyyətinə  başlamışdır.
2005 – 2011-ci  illərdə  “Nurgün  Holding”   Şirkətlər  qrupunda  Təhlükəsizlik  şöbəsinin  rəisi  vəzifəsində  çalışmışdır.
2011 – 2015-ci  illərdə  “ExpressBank”  ASC-də  Təhlükəsizlik  departamentinin  direktoru   vəzifəsində   işləmişdir.
2015-ci  il  tarixindən  “Bank  Avrasiya”  ASC-də  Təhlükəsizlik  və  Problemli  aktivlərlə   iş  departamentinin  direktoru  vəzifəsində  çalışır.
Elman  İmanov  idmanla  məşğuldur  və  idmanda   müxtəlif  uğurlara  imza  atmışdır.  2013-cü  il  aprel  ayında   “Budo”  döyüş  növü  üzrə  Avropa  çempionu,  həmin  ilin  oktyabr  ayında  Dünya  çempionu,    2014-cü  il  oktyabr  ayında  yenidən  Avropa  şempionu   olmuşdur.
Ailəlidir.  Iki  qız,  bir  oğul  övladı  var.

Həsənov Qurban Hidayət oğlu   –  1946-cı ildə  qədim  Oğuz  elində  –    Qərbi  Azərnaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  1953-cü   ildə   Toxluca   kənd   orta   məktəbinin   I  sinfinə   getmiş,   1961-ci   ildə   ailə   üzvləri   Bakı   şəhərinə   köçdüyünə   görə   orta   təhsilini  1964-cü   ildə   Binəqədi   rayonunun  30  nömrəli   tam  orta  məktəbində   tamamlayıb. V.İ.Lenin  adına  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  (indiki   Azərbaycan  Dövlət  Pedaqoji  Unversitetinin  –   ADPU)    (1964-1969)   riyaziyyat  fakültəsini   bitirib.
1969-1973-cü illərdə   Bakı   şəhərinin   95, 30   saylı   məktəblərində   riyaziyyat   müəllimi   işləyən   Qurban  Həsənov,   1974-cü  ildən   1982-ci   ilədək   olan  müddətdə  Respublika   Müəllimlər   Təkmilləşdirmə   İnstitutunda  (indiki  Azərbaycan  Müəllimlər  İnstitutu)   metodist   vəzifəsində   çalışmışdır. 1982-1988-ci  illərdə  Azərbaycan  Respublikası   Maarif   Nazirliyinin   Baş   Məktəblər  İdarəsində  riyaziyyatın   tədrisi  ilə   bağlı   inspektor   vəzifəsində  çalışmış,  həmin  dövrdə  10-a  yaxın   riyaziyyat   müəllimlərinin   qabaqcıl   iş   təcrübəsini   respubilikada   öyrənilib- yayılmasına   nail   olmuşdur.
Q.Həsənov   keçmiş   Ukrayna   SSRİ-nin   Nikolayev   vilayətində   Şatalov   metodu   ilə   işləyən   riyaziyyat   müəllimlərinin  iş   təcrübəsini   öyrənmiş,   nəticələri   baradə   Respublika   riyaziyyat   müəllimlərinə   öz   tövsiyələrini  bildirmişdir.   İlk   dəfə   olaraq   orta   təhsil   kursu   üzrə   riyaziyyatdan   buraxılmış   imtahanlarının   televiziya   vasitələri   ilə   aparılmasına   nail   olmuş   və   Azərbaycan   Respublikasının   ümumtəhsil   məktəblərində   buraxılış   imtahanlarının   məsələ  və   misallar   kitabını   tərtib   edib.
1984-1988-ci   illərdə   “fizika  və  riyaziyyat   tədrisi”   jurnalının   redaksiya   heyətinin   üzvü   olmuş   və   həmin   jurnalda   riyaziyyat   müəllimlərinin   qabaqcıl  iş   təcrübəsinə,   riyaziyyatın   tədrisi,   yeni   proqram   və   dərsliklərdə   işin   təşkilinə   aid   onlarla   məqalə   dərc  etmişdir.  ”Azərbaycan   məktəbi”,   “Azərbaycan   müəllimi”   qəzeti   və   digər  mətbuat   səhifələrində   50-dən   artıq   məqaləsi   dərc   olunmuşdur.  İşlədiyi   müddətdə   dəfələrnən   fəxri   fərmanlar   və  digər   mükafatlarla   təltif   edilmişdir.  O,  Azərbaycan   Respublikasının   maarif   əlaçısıdır.  1986-cı  ildə  Respublika   Maarif   Nazirliyinin   “Qabaqcıl   Maarif   Xadimi”   adı   ilə   təltif   olunmuşdur.   Onun   təşəbbüsü   və   təklifi   ilə   Bakı   şəhəri   üzrə   2 saylı   fizika  və   riyaziyyat   məktəbi   yaranmış  və   hazırda   Mahmudbəyov  adına   Texniki   Humanitar   Təmayüllü   Lisey   kimi   fəaliyyət   göstərir.   Respublikada  ilk   dəfə   informatika   təhsili   ilə   bağlı   işin   təşkilinə   rəhbərlik   etmiş,  BDU-nun   professoru,  R.Mahmudzadə   ilə   birlikdə   keçmiş   ittifqın   Moskva   və   digər   şəhərləri   iş   təcrübələrinin   yayılmasına   nail   olmuşdur.
1998-ci ildə    Təsil   Nazirliyinin  Təhsil   Qanunvericiliyinin   İcrasına   və   Təhsilin Dövlət   Standartlarına   Nəzarət   İdarısində   aparıcı   mütəxəssis,   informatikanın   tədris   metodikası kabinetində müdir vəzifəsində çalışmışdır. 1976-cı ildən başlayaraq, keçmiş ittifaqın Moskva, Leninqrad, Kiyev və digər şəhərlərində akademik Kolmoqorov tərəfindən yazılmış riyaziyyat, Podoqelovun həndəsə dərsliklərinin müzakirəsində yaxından iştirak etmiş, bu sahədə respublikada aparılan nəticəsinə dair dərin məzmunlu çıxışlar etmişdir.O, 1980-1988-ci illərdə ardıcıl olaraq, respublikada olimpiada təşkilatçılarından biri olmuş və 8 il məsul katib vəzifəsində çalışmışdır. Həmin olimpiada nəticələrinə dair , eləcə də orada verilən çalışmaların həlləri ilə birlikdə mərhum akademik Fərəməz Maqsudov və professor F.Abdullazadə ilə birlikdə iki metodik vəsaitin müəllifi olmuşdur. Bir neçə dəfə riyaziyyat fənni üzrə respublika komandasına ümumittifaq yarışmasında rəhbərlik etmişdir.
Qurban Həsənov 1985-1997-ci illərdə Təhsil Nazirliyinin riyaziyyat üzrə Elmi-Metodik şurasının üzvü olmuşdur. 1988-1993-ci illərdə Nəsimi rayonu 5 və 19 nömrəli tam orta məktəblərin direktoru, 1993-1997-ci illərdə Nəsimi Rayon Təhsil Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda Bakı şəhəri Nərimanov rayonundakı 212 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Q.Həsənov təhsilin müxtəlif problemləri ilə bağlı beynəlxalq simpozium və seminarların iştirakçısı olmuş, hazırda respublika təhsil islahatlarının həyata keçirilməsi sahələrində bir sıra komissiya və işçi heyətlərinin üzvüdür. Ailəlidir.Üç övladı, beş nəvəsi var.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli 2468 nömrəli Sərəncamı ilə Həsənov Qurban Hidayət oğluna “Əməkdar Müəllim”  fəxri adı ilə təltif edilib.

Hüseynov  Məhərrəm  Sərvəz  oğlu  –  15  iyul  1961-ci  il  tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində  doğulmuşdur.
1968ci  ildə  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə   qəbul  edilmişdir.  Təhsilini  1978-ci  ildə həmin  təhsil  ocağında  uğurla  başa  vurmuşdur.  Həmin  ildə   İrəvan  Azərbaycanlı  Kənd  Təsərrüfatı  Texnikumuna  daxil  olmuşdur.  1981-ci  ildə  həmin  təhsil  ocağının  Mexanika  fakultəsini  bitirərək  “Texnik – mexanik”  ixtisasına  sahib  olmuşdur.
1981 – 1983-cü  illərdə  sovet  ordusu  sıralarında  hərbi  xidmətdə  olmuşdur.
1983-cü  il  sentyabr  tarixindən  SSRİ  Əmənət  Bankının  Krasnoselo  rayon  şöbəsinin  Toxluca  kənd  filalında,  filal  müdürü   kimi  əmək  fəaliyyətinə  başlamışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Məhərrəm  Sərvəz oğlu  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəsi  ilə  birlikdə  Bakı  şəhərində  məskunlaşmışdır.
1989-cu  il  mart  ayından  2009-cu  il  fevral  ayı  tarixinədək   Əmanət  Bankında,  BUSB  və  Kapital  Bankda  baş  nəzarətçi,  xəzinə  müdiri,  final  müdiri  vəzifələrində  çalışmışdır.  2012-ci  il  iyun  ayından  Kapital  Bank  əmanətçilərinə  fərdi  və  birdəfəlik  ödəmələrin  verilməsi  mərkəzinin  2  saylı  Xətai  rayon  filalı  üzrə  məsul  şəxs  vəzifəsində  çalışmışdır.
Məhərrəm  Sərvəz  oğlu  Şəfiqə  Həsən  qızı  ilə  birlikdə  Anar  və  Məlahət  adlı  övladlar  böyüdüb  tərbiyə  etmişlər.

    Məmmədov  Mayıl  İsgəndər  oğlu  –  18  iyun   1957-ci  il  tarixində  əzəli  Türk-oğuz  yurdu  olan   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.
İlk  orta  təhsilini   1964 -1974-cü  illərdə  Toxluca  kənd  orta  məktəbində  almışdır.  Sovet  ordusunun    Kuybışev  şəhərində  yerləşən  hərbi  hissəsində  qulluq  etmişdir.  Azərbaycan  İnşaat  İnstitutunda  (indiki  Azərbaycan  Memarlıq  və  İnşaat  unversiteti)  təhsil  almışdır  və   “İnşaatçı-mühəndis”   ixtisasını  almışdır.
O,  Ev  tikmə  kombinatında,  Sabunçuda  Maşınqayırma  zavodunda   usta,  mühəndis,  sex  rəisi  vəzifələrində  çalışmışdır.
2  avqust   2005-ci  il  tarixində   ürək  infaktından  dünyasını  dəyişmişdir.
Səyyarə  (Naibə)  Cəfər  qızı  ilə  ailə  qurmuşdur.  2  övladları  var.

Məmmədova  (qızlıq  soyadı  Qocayeva)  Dursun  İbrahim  qızı  –  1932-ci  il  tarixində  Oğuz  yurdu  olan   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   Qılıclı  tayfasında   anadan  olub.  İlk  orta  təhsilini   Toxluca  kənd  orta  məktəbində  almışdır.

Dursun  İbrahim  qızı  İsmayıl  Hüseyn  oğlu  ilə  ailə  qurmuş  və  bu  cütlükdən  Vahid  adlı  övladları  olmuşdur.  İsmayıl  Hüseyn  oğlu  çox  cavan  dünyasını  dəyişdiyindən  bu  cütlüyün  ömrü  uzun  sürməmişdir.  Dursun  İbrahim  qızı  ikinci  dəfə  İsgəndər  Xəlil   oğlu  ilə  ailə  qurmuşdur.
Dursun  İbrahim  qızı  əmək  fəailiyyətinə  Toxluca   sovxozunda  fəhlə  işləmişdir.  1972-ci  ildə  Başkənd   kəndində  Xalçaçılıq  fabrikinin  Toxluca  kəndindəki   filalında  xalçaçı,  sex  ustası  vəzifəsində  çalışmışdır.
1988-ci  ildə    məlum  Qarabağ  hadisələri   nəticəsində   Dursun  İbrahim  qızı  da  “hay”  daşnaklarının  hücumları  nəticəsində  öz   ata-baba  torpaqlarını  tərk  etməli  olmuşdur.  O,  öz  övladları  ilə  birlikdə  Bakı   məskunlaşmışdır.
2007-ci  il  may  ayının  28-də  dünyasını  dəyişmişdir.
Dursun  ibrahim  qızının  Vahid, Mayıl,  Ələkbər, Cəmilə, Nailə, Mehriban  adlı  övladları  olmuşdur.

  Məmmədova  Cəmilə  İsgəndər  qızı  –  4 mart  1959-cü  il  tarixində  əzəli  Türk-Oğuz  yurdu  olan   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.
İlk  orta  təhsilini   1966 -1976-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır.  O.  təhsilini  Bakı  Koperativ  Texnikomunda  (indiki  Koperasiya  kollecində)   davam  etdirmişdir.
Təyinatla  Qazax  rayonuna  göndərilən   Cəmilə  xanım   Qazax  rayonunda  maliyyəçi  kimi  çalışmışdır.
Sonradan   öz  doğma  Toxluca  kədinə  qayıtmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Cəmilə  İsgəndər  qızı  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
O,əvvəlcə  müəssisədə  maliyəçi  kimi  çalışmıdır.  Sonra  isə  biznes  sahəsində  çalışmış,  öz  biznesini  qura  bilmişdir.
1980-ci  ilən  ailəlidir. Aynurə  və  Vəfa  adlı  övladı  var

     Əsədov  Əbülfət  Ağəli  oğlu   –  05  avqust  1950-ci  il  tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   qulluqçu  ailəsində   doğulmuşdur.
İlk  təhsilini   1957-1967-cu  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır. 1967-ci  ildə  Çingiz  İldırım  adına   Azərbaycan   Politexnik   İnstitununa   (indiki  Azərbaycan  Texniki  Unversiteti)    daxil  olmuşdur.  Həmin  İnstitutun  mexanika  fakultəsini  bitirib,  “Mühəndis  mexanik”  ixtisasına  yiyələnmişdir.
Əmək  fəaliyyəti  əsasən   Xəzər  Dəniz  Neft  Donanma  İdarəsinin   Gəmi  Təmiri  zavodu  olmuşdur.  O,  əvvəlcə  usta,   sonra   böyük  usta  kimi  çalışmışdır.  1981-ci  ildə   Xəzər  Dəniz  Neft  Donanma  İdarəsinin   Gəmi  Təmiri  zavodunun  zəhmətkeşlərinin  ümumi  konfrasının  qərarına  uyğun  olaraq  zavod  Azad  Həmkarlar  Komitəsinin   sədri  vəzifəsinə  seçilmişdir.  O,  bu  vəzifədə  uzun  müddət  çalışmışdır.     1991-cü  ildən   İxtisaslaşdırılmış  Xüsusi  Texnika  idarəsində  rəis  müavini  işləmişdir.  1994-cü  ildən   Xəzər  Dəniz  Neft  Donanma  İdarəsinə  pullu  xidmət  və  xalq  malları  şöbəsinə  rəis  vəzifəsində  çalışmışdır.
Əbülfər  Əsədov  1996-cı  ildən  yenidən  Gəmi  Təmiri  zavodunun  Azad  Həmkarlar  Komitəsinin  sədri  vəzifəsinə  seçilmişdir.  2003-cü  ildən  baş  mühəndisin  əməyin  mühavizəsi  və  texniki  təhlükəsizlik  üzrə  müavini  vəzifəsində  işlışmışdır.
Əbülfət   Əsədov  elinə-obasına  bağlı  bir  insandır.  O,  əlindən  gələn  köməkliyi  heç  kəsdən  əsirgəməmişdir.  Bakı  şəhərinə  təhsil  almağa  və  ya  işləməyə  gələn  və  ona  müraciət  edən  hər  kəsə  əl  tutmuş  və   köməklik  etmişdir.
Əbülfət  Ağəli  oğlu  Rabiyə  xanımla  ailəlidir  və  üç  övladı  var.
    Əsədov  Əhməd   Ağəli  oğlu   –  1962-ci  il  tarixində  Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   qulluqçu  ailəsində   doğulmuşdur.
İlk  təhsilini   1969-1979-cu  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır.
Əhməd  Ağəli  oğlu   sovet  ordusunda  hərbi  xidmətdən   qayıtdıqdan  sonra   Azərbaycan   İnşaat   Mühəndislər   İnstitununa   (indiki  Azərbaycan  memarlıq  və  İnşaat  Unversiteti)  daxil  olmuşdur.  1990-cı  ildə  həmin  Ali  məktəbi  bitirərək  “İnşaatçı  mühəndis”  ixtisasına  yiyələnmişdir.
Əmək  fəaliyyətinə  Bakıda  XXI  Qurultay  adına  Gəmi  Təmiri  zavodunda  başlamışdır.  Zəhmetkeşlili   və  dəqiqliyi  ilə  zavodda  ona  tapşırılan  və  həvalə  edilən   bütün  çətin  işlərin  öhdəsindən  gələ  bilmişdir.
Hazırda  Metal  Qaynaq  Sınaq  Firmasında  iş  icraçısı  vəzifəsində  çalışır.
Əhməd  Əsədov   düzlüyü,  vicdan  təmizliyi,  şəffaflığı,  ideal  insan  olması  ilə  həmişə  ətrafdakılardan  fərqlənir.
Əhməd  Ağəli  oğlu  Rahilə  Əsəd  qızı  ilə  ailəlidir.  Bir  oğlu  və  bir  qız  olmaqla  iki  övladları  var.

      Çobanov   Məhəmməd   Məcid  oğlu  –  1960-ci  il  tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   dünyaya  göz  açmışdır.  1967-1977-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  təhsil  almış  və  təhsilini  yüksək  qiymətlərlə  bitirmişdir.
1978-ci  ildə  Azərbaycan  Xalq  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  İqtisadiyyat  Unversiteti)  Əmtəşünaslıq   fakultəsinə  daxil  olmuşdur.   1982-ci  ildə  həmin  ali  təhsil  ocağını  yüksək  qiymətlərlə  başa  vuraraq  təyinatla  Mingəçevir  şəhər  İctimai İaşə  Birliyinə  göndərilmişdir.    1993-cü  ilədək   Mingəçevir  şəhər  İctimai İaşə  Birliyində  mühəndis-texnoloq,  birliyə  tabe  olan  İttifaq  əhəmiyyətli  Olimpiya  Kompleksində  baş  mühasib  vəzifələrində  işləmişdir.  1993-cü  ildə  könüllü  olaraq  Azərbaycan  ərazi  bütövlüyünü  qorumaq  üçün  Qarabağ  döyüşlərində  iştirak  etmişdir.  1995-ci  ildə  ordudan  tərxis  olunmuşdur.
1996-cı  ildə  ailəlikcə  Bakı  şəhərinə  köçmüşdür.
1996-2007-ci  illərdə  müxtəlif  təşkilatlarda  mühasib  işləmişdir.
2007 – 2010-cu  illərdə  Dövlət  Səhəd  Xidməti  Poliknikasının  baş  mühasibi  vəzifəsində   çalışmışdır.
2010-cu  il  tarixindən  AtaSığorta  ASC  Mərkəzi  filalında  baş  mühasib  vəzifəsində  işləyir.
Məhəmməd  Məcid  oğlu  Tərminə  Ağəli  qızı  ilə  ailəlidir.  Iki  övladları  var.  Oğlu  Namiq   iqtisadçı,  qızı  Ülviyyə  həkim-radioloqdur.