Hərbçilər

 

Mehti   Idris  oğlu   Nadirov   –  1956-cı  ilin   11  sentyabr   tarixində  Göyçə  mahalının  Toxluca  kəndində   qulluqçu   ailəsin də  dünyaya  göz  açmışdır.  1963-cü  ilin  sentyabr   ayında  Toxluca   kənd   orta  məktəbinə  qəbul  edilən  Mehti,   bu  təhsil  ocağını  1973-cü  ildə   müvəffəqiyyətlə   bitirmişdir.   Mehti   nadirov   1975-ci  ildə   sovet  ordusuna   xidmətə   çağrılmışdır.  Iki  il  hərbi  xidmətdə  olduqdan  sonra   1977-ci  ildə  hərbi   xidmətini   başa  vurmuşdur.
1974 – 1980-ci  illərdə   Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunda  (indiki  Azərbaycan
Dövlət   Pedaqiji  Universiteti)   təhsil   almışdır.  İşi  ilə   əlaqədar  olaraq   sonradan  hüquq   ixtisası   üzrə   ikinci   Ali  təhsil  almışdır.
Mehti  İdris  oğlu  əmək   failiyyətinə   1978-ci  ildən   DİN-də   başlamışdır.  DİN-də  müxtəlif   vəzifələrdə   çalışmışdır.   1992-ci  ildən  isə  Ədliyyə   Nazirliyinin  Penitsiar  xidmətində   müxtəlif   vəzifələrdə   çalışmışdır.   2013-cü   ildən  Polkovnik  Leytinan   rütubəsi  ilə   ehtiyyata  buraxılmışdır.
Mehti   Nadirov   böyütdüyü   övladlarından  oğlu   iqtisadiyyat  ixtisasında  Ali  təhsil  almış  və  hazırda  öz  ixtisası  üzrə  işləyir.  Qızı  isə   hüquq  ixtisasına  yiyələnərək,   atasının  yolunu   davam  etdirərək  Ədliyyə  Nazirliyində  çalışır.

Nadirov  Məcnun  İdris   oğlu   –    1962-ci  ilin  26   noyabrın    tarixində   Göycə  mahalının   Toxluca  kəndində  qulluqçu  ailəsində   göz  açmışdır.  1969-cu  ildə  Toxluca   kənd  orta  məktəbinin  birinci  sinfinə  gedən  Məcnun   1979-cu  ildə  bu  təhsil  ocağını   yüksək  qiymətlərlə  başa  vurmuşdur.   1979-cu  ildə  Toxluca  kəndində  əmək  fəaliyyətinə  başlamışdır.   1981-ci  ilin   aprel   ayından   1983-cü  ilin   ayına  kimi  hərbi   xidmətdə  olmuşdur.    Sovet   ordusunda    xidmət  edən   Məcnun,  hərbi  xidmətini   SSRİ-nin  Ukrayna  Respublikasının   Zakarpatya    hərbi   dairəsinin  Ovruc  şəhərində  yerləşən  hərbi  hisslərin  biridə   keçirmişdir.   Məcnun   İdris  oğlu   1983-cü  ildə   Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna    (indiki  Azərbaycan   Dövlət   Aqrar  Universiteti)    daxil  olmuş,  1989-cu  ildə   həmin  Ali   təhsil  ocağını   fərqlənmə   diplomu   ilə   başa  vurmuşdur.   Təhsil  aldığı  dövrdə  parallel  olaraq    1986 – 1989-cu  illərdə   təhsil  aldığı  İnstitutunun   nəzdində  “Ümumtəyinatlı   maşınların   təmiri  və  istismarı”   üzrə   zabit  hərbi  hazırlıq   kursunu   da  təhsil  almışdır.
Məcnun   Nadirov   ali  təhsilini  başa  vurduqdan  sonar   1989-cu  ildən  1992-ci  ilin    avqust  ayına  kimi   müxtəlif   müəssisələrdə,  Bakı   şəhər   Təcrübə  Sınaq  zavodunda,  Xızı  rayon  Aqrar-Sanaye  Kombinatında,  MTT  və  MİB-də,  Azərneftyağ  İB-də  mühəndis-texnoloq,   şöbə  rəisi,  baş  mühəndis   vəzifələrində   çalışmışdır.
Ermənistan  adlanan   dövlətin  torpaqlarımaıza  qarşı   etdiyi   təcavüzə   dözə  bilməyən   Məcnun   Nadirov   1992-ci  ilin  avqust  ayından  ordumuzda  xidmətə  başlamışdır.  Məcnun   İdris  oğlu   ordumuzun  hərbi   hissələrində  texnik,  mühəndis,  hərbi  hissə  komandiri     vəzifələrində   çalışmışdır.
Məcnun   İdris  oğlu  Nadirov   2016-cı  ildə   Polkovnik – Leytinant  kimi   ehtiyata   buraxılmışdır.
İki   övlad   atası  olan    Məcnun   Nadiovun  oğlu   tibb,  qızı  isə  iqtisad  ixtisasında   ali  təhsil  almışlar.

Primov  Baxşəli  Paşa  oğlu  –  1952-cü  il  tarixində  Oğuz  yurdu  olan   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.
1959-cu  ildə  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə  daxil  olmuşdur. 1969-cu  ildə  həmin  təhsil  ocağını  uğurla  başa  vurmuşdur.  Elə  həmin  ildə  Azərbaycan  Politexnik  İnstitutuna (indili  Azərbaycan  Texniki  Unversiteti)  daxil  olmuşdur.  Bir  il  orada  oxuduqdan  sonra  müəyyən  səbəblərdən  ali  məktəbdə  təhsilini  davam  etdirməmişdir.  1970-ci  ildə  sovet  ordusuna  çağrılmışdır.  O,  sovet  ordusunun  hərbi-hava  qoşunlarının  Almaniya  Demokratik  Respublikasındakı  yerləşən  hərbi  hissədə  xidmət  etmişdir.  1972-ci  ildə   sovet   ordusu  xidmətlərindən  tərxis  olunmuşdur.
1973-cü  ildə  Bakı  şəhərində  Azərbaycan  Daxili  İşlər  Nazirliyinin  Yanğından  mühavizə  idarəsində  işləməyə  başlamışdır.  Həmin  ildə  –  1973-cü  ildə  paralel  olaraq  Azərbaycan  Politexnik  İnstitutuna  (indili  Azərbaycan  Texniki  Unversiteti)   daxil  olmuşdur.  1976-cı  ildə  DİN-nin   təqdimatı  və  göndərişi  ilə  təhsilini  Xarkov  şəhərindəki  Yanğın  Texniki  Məktəbinə  davam  etdirmişdir. 1979-cu  ildə  həmin  təhsil  ocağını  bitirmişdir.
1979-cu  ildən  2003-cü  ilə  kimi yanğından  mühavizə  idarəsində  növbə  hissəsi  rəisi  vəzifəsində  işləyib.  İşlədiyi  müddətdə  daxili  xidmət  mayoru    rütbəsinə  kimi  yüksəlmişdir.  2003-cü  ildən  istefaya  çıxarılmış  zabitdir.
Pirimov  Baxşəli  Paşa  oğlu 1974-cü  ildən  Primova  (İsmayılova)  Bənövşə  Gülməmməd  qızı  ilə  ailə  qurmuşdur.  Həyat  yoldaşı  ilə  birlikdə  Samir,  Sevinc  və  Günay  adlı  üç  övlad  tərbiyə  edib  böyütmüşlər.  Övladlarının  hər  üçü  ali  təhsillidir.

Muradov  Tofik  Mahal  ğlu  –  5  avqust  1958-ci  il  tarixində  qədim  Oğuz  yurdu  olan   Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.
İlk  orta  təhsilini    1965 -1975-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır.
1976-cı  ildə  Bakı  şəhərində  Politexnik  Texnikomuna  daxil  olmuşdur.   Elə  həmin  ilin  noyabr  ayında  sovet  ordu  sıralarına  hərbi  xidmətə  çağrılmışdır.  1978-ci  ilin   noyabr  ayında   hərbi   xidmətdən  tərxis  olunmuşdur  və  təhsilini  davam  etdirmişdir.  1980-ci  ildə  Bakı  Politexnik  Texnikumunu  bitirərək  “mühəndis  mexanik”  ixtisasına  yiyələnmişdir.
Təyinatla  Gəncə  Toxuculuq  Kombinatına  göndərilmiş  və  bu  müəssisədə  usta  koməkçisi  kimi  əmək  fəaliyyətinə  başlamışdır.  1993-cü  ilə  qədər  bu  müəssisədə  usta  köməkçisi,  usta,  mexanik,  sex  rəisi   vəzifələrində  çalışmışdır.
1986-cı  ildə   sovet  ordusuda   tədris  və  təlim  kursları  keçmiş  və   SSRİ  MN-nin  müavinin  əmri  ilə  “kiçik  leytenant”  hərbi  rütubəsi  verilmişdir.
Azərbaycan  Ermənistan  münaqişəsi  nəticəsində  yaranmış  I  Qarabağ  müharibəsində   1993-cü  ilin  iyun  ayı  tarixindən   Azərbaycan  Ordusunun   167  saylı   hərbi  hissədə  komandir  müavini  kimi  iştirak  etməyə  başlamışdır.
1994 – 1996-cı  illərdə   Azərbaycan  Respublikasının  Müdafiə  Nazirliyinin  tabeliyində  olan  Gəncə  Tank  Aqreqat  zavodunda  direktor  vəzifəsində  xidmət  etmişdir.
1997 – 2003-cü  illərdə  317  saylı  hərbi  hissədə  təlim  bölük  komandiri   vəzifəsində  xidmət  etmişdir.  Qulluq  etdiyi  dövrdə  kapitan  rütbəsinə  qədər  yüksəlmişdir.
2003-cü  ildə  kapitan  rütbəsində   MN-nin   əmri  ilə ehtiyyata  buraxılmışdır.
Ailəlidir.  Bir  oğul,  bir  qız  övladı  var.

   Haqverdiyev  Ələddin  Allahverdi  oğlu  –  15  yanvar  1964-cü   il  tarixində  qədim  Oğuz  yurdu  olan    Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.
İlk  orta  təhsilini  1971 -1981-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  almışdır.
1982-1984-cü  illərdə  sovet  ordusunun  Monqolustan  Respublikasında  yerləşən  hərbi  hissəsində  Artreliya  qoşun  hissəsində  qulluq  etmişdir.  Məhz  burada  öyrəndikləri  sonrakı  dövrlərdə  ona  çox  lazım  olmuşdur.
1985-ci  ildə  Azərbaycan  Politexnik  İnstitutunun  (indiki  Azərbaycan  Texniki  Unversitetinə)  Metallurgiya  fakultəsinə  daxil  olmuşdur.  1990-cı  ildə  bu  təhsil  ocağını  bitirərək  “Əlvan  metalların  metallurgiyası”  ixtisasını  bitirərək  “Mühəndis-metallurq”  peşəsinə  sahib  olmuşdur.  O,  həmdə  bu  ali  təhsil  ocağında  Hərbi  kafedrada  təhsil  almasına  görə  Leytnant  rütbəsini  almışdır.
Ali  təhsilini  bitirdikdən  sonra   təyinatla  Bakı  Əlvan  Metalların  Metallurgiyası  zavoduna  göndərilmiş  və  1990-cı  ilin  avqust  tarixindən   burada  Texniki-konstruktor  şöbəsində  çalışmışdır.
“hay”ların  Azərbaycana   qarşı  müharibə  nəticəsində  Ələddin  Haqverdiyev  1992-ci  ilin  22  may  tarixindən  Suraxanı  Hərbi  komisarlığından  zabit  kimi  Azərbaycan  ordusunda  qulluq  etməyə  çağrılmışdır.  O,  Azərbaycan  ordusunun  930  saylı  hərbi  hissəsinin  tərkibində  reaktiv  artilleriya  (qrad)  üzrə  komandir  vəzifəsində  Ağdam,  Cəbrayıl,  Fizuli,  Qazax,  Ağdərə  rayonları,  Murov  dağ  uğurunda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  928  saylı  Artilleriya   Təlim  Mərkəzində  qərargah  rəisinin  müavini  vəzifəsində,  922  saylı    ağır  artilleriya   hərbi  hissədə   əməlliyat bölmə  rəisi – qərarqah  rəisi  müavini  vəzifəsində  xidmət  etmişdir.
2006-cı  ildə  Milli  ordudan  tərxis  olunaraq  ehtiyata  buraxılmışdır.
25  yanvar  2012-ci  il  tarixində   yenidən  zabit  kimi  Sərhəd  qoşunlarında  xidmət  etmişdir.  2014-cü  ilin  avqust  ayından  xətəliyi  ilə  əlaqədar  istefaya  buraxılmışdır.  Xidməti  müddətində  Leytnant  hərbi  rütbəsindən  Polkovnik  hərbi  rütbəsinə  qədər  yüksəlmişdir.
1994-cü  ildə  AR  MN  tərəfindən  ilin  yekununa  görə  “Şah  İsmayıl  Xətai”  adına  təltivə  layiq  görülmüşdür.
2002-ci  ildə  AR  Silahlı  qüvvələrinin  artilleriya  komandanı  tərəfindən  fəxri  fərmanla  ilə  təltif  olunmuşdur.
2012-ci  ildə  yüksək  nailiyyətlərinə  görə  AR  Dövlət  Sərhəd  Xidməti  rəisi – Sərhəd  qoşunları  komandalığı  tərəfindən  fəxri  fərmanla təltif  olunmuşdur.
2012-ci  ilin  fevral- iyun  tarixlərində  Rusiya  Fedarativ  Silahlı  Qüvvələrinin  Ümumi  Qoşunlarının  Akademiyasını  əla  qiymətlərlə  bitirdiyinə  görə  Akademiyanın  rəisi  tərəfindən  fəxri  fərmanla  təltif  olunmuşdur.
1991-2001-ci  illər  ordunun  yaranmasının  10  illiyi,  1918-2008-ci  illərdə   Azərbaycan  ordusunun  yaranmasının  90  illiyi,  1918-2013-ci  illərdə   Azərbaycan  ordusunun  yaranmasının  95  illiyi  münasibəti  ilə   yubley  medalları  ilə  təltiv  olunmuşdur.
Qüsursuz  xidmətlərinə  görə  III  və  II  dərəcəli  medalları  ilə  (26  iyun  2003-cü  ildə);  hərbi  xidmətdə  fərqləndiyinə  görə  III  dərəcəli  medalla  (23 iyun 2005-ci ildə) təltif  olunmuşdur.

Qocayev  Allahverdi  Nağı  oğlu   –  25  oktyabr  1961-ci  il  tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   Qılclı  tayfasında   doğulmuşdur.
1969-1977-cu  illərdə Toxluca  kənd  məktəbinə  təhsil  almışdır.  1977-ci  ildə  Gəncə  İnşaat – tikinti  Texnikomuna  daxil  olmuş  və  təhsilini  burada  davam  etdirmişdir.  1980 -1982-ci  illərdə  sovet  ordusunda  hərbi  xidmətdə  qulluq  etmişdir.  Ordudan  qayıtdıqdan  sonra  təhsilini  davam  etdirmiş,  1983-cü  ildə  Gəncə  İnşaat – Tikinti  Texnikomunu  bitirmişdir.  Texnikomu  bitirdikdən  sonra  hərbiçi  olmaq  həvəsi  ilə  Leninqrad  (indiki  Sank – Peterburq)  şəhərində  Hərbi  Akadamiyanın  nəzdində  kiçik  zabit  (Gizir)  kursunu  bitirmişdir.  Kursu  bitirdikdən – 1984-cü  ildən  1992-ci  ilə  kimi  sovet  ordusunda   aviasiya  hərbi  hissəsində  rabitəçi  kimi  xidmət  etmişdir.
1992-1999-ci  illərdə  müstəqil  Azərbaycan  ordusunda  xidmət  etmişdir. Azərbaycan  ordusunda  xidməti  müddətində  Qarabağın  müxtəlif  ərazilərində  hərbi  əməliyyatlarda  olmuşdur.  Bu  əməliyyatlar  zamanı  bir  neçə  dəfə  yaralanmışdır.  1999-cu  ildə  II  qrup  Qarabağ  döyüşçüsü  əlili  kimi  ordudan  tərxis  olunmuşdur.
Qocayev  Hicran  ilə  ailə  qurmuş  və  Xaliq  adlı  övladları  var.

Məmmədov  Şahin  Sərvəz  oğlu  –  28  avqust  1971-ci  il   tarixində   Oğuz-türk  yurdu  olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  qəsəbəsində  doğulmuşdur.
1977-ci  ildə  Toxluca  orta  məktəbinə  daxil  olmuş,  1988-ci  ildə  həmin  təhsil  ocağını  başa  vurmuşdur.
Orta  məktəbin  son  sinfində   oxuduğu  müddətdə  –  1988-ci  il   tarixində   məlum  Azərbaycan-Ermənistan  münaqişəsi   başladı.  Şahin  öz  valideyinləri  ilə  birlikdə   digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  Onlar  Bakı  şəhərində  məskunlaşmışdır.
Elə  həmin  ildə  Sumqayıt  Politexnik  Texnikomuna  daxil  olmuşdur.   1989-cu  il  noyabr  ayında  sovet   ordusuna  çağrılmışdır.  1989-1991-ci  illərdə  Sovet  ordusunun   Almaniya  Demokratik  Respublikasında  yerləşən  hərbi  hissəsində  xidmət  etmişdir.
1993-cü  ildə  Sumqayıt  Politexnik  Texnikomunu  bitirmişdir   və   “Avtomobillərin  təmiri  və  istismarı”  ixtisasına  yiyələnmişdir.
1994 – 199-cu  illərdə  Azərbaycan  Texniki  Unversitetində  təhsil  almışdır  və   “Nəqliyyat”  fakultəsinin  “Avtomobillərin  təmiri   və  istismarı”  ixtisasını  bitirmişdir.
1992-ci  il  tarixində  Azərbaycan  Daxili  İşlər  Nazirliyində  polis  orqanına  işə  qəbul  olunmuş  və   2010-cu  ilə  kimi  bu  orqanda  çalışmışdır.  2010-cu  ildə   DİN-nin  polis  orqanlarından   ehtiyata  buraxılmışdır.
2010-cu  ildən  fərdi   işlə  məşğuldur.
Ailəlidir.  Nihad  və  Vüsal  adlı  övladları  var.

Novruzov  Əli  İslam  oğlu  –   29  dekabr  1973-ci   il   tarixində   Oğuz-türk  yurdu  olan   tarixi   Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində,   doğulmuşdur.
1981-ci  ildə  Toxluca  kənd  orta  məktəbinin  birinci  sinfinə  daxil  olub.  1988-ci  ildə  Toxluca   orta  məktəbinin  7-ci  sinfini  bitirib  və  Bakı  şəhərinə  gələrək    Bakıdakı  Riyaziyyat – fizika  təmayüllü  məktəbə  daxil  olub.  1988  –  1991-ci  illərdə  bu  təhsil  ocağında  təhsil  alıb.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Əli  İslam  oğlu  Novruzovun    anası  və  bacıları   digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  Onlar   ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
Əli  İslam  oğlu  Riyaziyyat – fizika  təmayüllü  məktəbə   başa  vurduqdan  sonra  1991-ci  ildə  Bakı  Dövlət   Maliyyə  İqtisad  kollecinə  daxil  olmuşdur  və  1994-cü  ildə  bu  təhsil  ocağını  uğurla  başa   vurmuşdur.  1994-1997-ci  illərdə   Azərbaycan  ordusunda   xidmət  etmişdir.
1998-ci  il  tarixindən   Azərbaycan  Daxili  İşlər  Nazirliyində  Polis  orqanına   işə  qəbul  olmuşdur.  13  iyul  2013-cü  il  tarixində   faicəli  sürətdə   vəfat  etmişdir.
Ailəli  idi.  2  qız  və  1  oğul  övladı  var. 

  Qələndərov  Əhməd  Əkbər  oğlu  – 1951-ci ilin dekabr tarixində   Oğuz-türk yurdu olan  qədim  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində   doğulmuşdur.
1969-cu  ildə  Toxluca  kənd  orta  məktəbini   bitirmişdir.  1970 – 1972-ci  illərdə  sovet  ordusunda   hərbi  xidmətdə  olmuşdur.
1972-ci  ildə   Krasnoselo  rayon polis  orqanına  işə  qəbul  olunmuşdur  və  1988-ci  ilədək  burada   çalışmışdır.
1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Əhməd  Əkbər  oğlu  da  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəlikcə  Bakı  şəhərində  məskunlaşmışdır.
Bakı  şəhərində   DİN-nin  rayon   Suraxanı  rayon  polis  şöbəsində  polis  vəzifəsinə  təyin  edilmişdir  və  200o-ci  ilədək  bu  vəzifədə  xidmət  etmişdir.
2000-ci  ildə   yaş  həddinin  çatması  ilə  əlaqədar  ehtiyata   buraxılmışdır.
Telli  Hüseyn  qızı  ilə  ailəli  olub.   2   qız,  3  oğlan  olmaqla  5  övlad  böyüdüb,  tərbiyə  etmişlər.

    İsgəndərov  Vaqif  Mehvalı  oğlu  –  01  sentyabr  1964-cü  il  tarixində    qədim  Oğuz  yurdu  olan    Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.
İlk  orta  təhsilini    1972 -1982-ci  illərdə   Toxluca  kənd  orta  məktəbində  almışdır. Həmin  ilin  payızında  o,  hərbi  xidmətə  çağrılmışdır.  Hərbi   xidmətə   SSRİ  Silahlı  Qüvvələrinin  Novosibirski  şəhərində  yerləşən  hərbi  hissələrinin  birində  başlamışdır.  Onu  hərbi  hissədən “həbçilərin  kiçik  komandir   heyrəti”  hazırlayan  təlim  mərkəzinə  –  serjantlıq (hazırda  azərbaycanda  “çavuç”  adlanır)  kursuna  göndərilmişdir.  Kursu  bitirdikdən  sonra  o,  əvvəlcə  bölüm  (otdeleniya)  komandiri,  sonra  taqım  (vzvod)  komandiri  vəzifələrində  çalışmışdır.
Vaqifin   bacarığını  qiymətləndirən  hərbi  hissə  rəhbərliyi  tərəfindən   1983-cü  ildə  Ali  hərbi  məktəbə  oxumağa  göndərilir.  1983-1987-ci  illərdə  Ali  hərbi  məktəbi  uğurla  başa  vurduqdan  sonra   SSRİ  Müdafiə  Nazirinin  əmri  ilə   ilkin   hərbi  rütbə –  “leytenant”  hərbi  rütbəsi  veilmişdir.  Vaqif  İsgəndərov  Novosibirski  şəhərində   yerləşən  hərbi  hissədə  rota  komandirinin   müavini  vəzifəsində  xidmət   etmişdir.  Hərbi  qulluğu  dövründə  Dövlət  və  hərbi  komandanlığın  müxtəlif  medal  və  fəxri  fərmanları  ilə  mükafatlandırılmışdır.
2002-ci  ildə  ixtisasını  artırmaq  üçün   Qazaxstan  Respublikasının  Milli  Təhlükəsizlik  Komitəsinin  nəzdində  fəaliyyət  göstərən  Hərbi  İnstitutuna  daxil   olmuşdur.  İnstitutu   bitirdikdən  sonra  Hərbi  hissə  komandirinin  Texniki  Hissə   üzrə  müavini  vəzifəsində  xidmət  etmişdir.  Sonra   Qazaxstan  Respublikasının  Milli  Təhlükəsizlik  Komitəsində  xidmət  etmişdir.  2010-cu  ildə  öz  ərizəsi  ilə   mayor  rütbəsində  ehtiyata  buraxılmışdır.
Ailəlidir.  Ziyafət  Məhəmməd  qızı  ilə  evlidir.  Bir  qız,  bir  oğlan  olmaqla  iki  övladı  var.  Hazırda  Qazaxstan  Respublikasında  yaşayır.  (Məlumatları  qardaşı  Müzahim  İsgəndərov  tərəfindən  verilmişdir)

    İsgəndərov   Hüsaməddin  Mehvalı  oğlu  –  1970-ci  il  tarixində  qədim  Oğuz  yurdu  olan  Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  İlk  orta  təhsilini   1977-ci  ildə  Toxluca  kənd  orta  məktəbinə  daxil  olmuş, 1987-ci  ildə   Toxluca  kənd  orta  məktəbini   uğurla  başa  vurmuşdur.
1988-1990-cu  illərdə  Sovet  ordusunda  xidmət  etmişdir.  Hüsaməddin   sovet  ordusunda  xidmət  etdiyi  dövrdə,  eyni  bayraq  altında  birləşmiş  iki   müttəfiq  Respublikası  arasında  –  Azərbaycan  və  Ermənistan  arasında  yaranan  münaqişə  baş  veri.  1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Hüsaməddin  Mehvalı   oğlunun   ailəsi  də  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəsi  Bakı  şəhərində  məskunlaşmalığa  məcbur  olmuşdur.  Hərbi  xidmətə  Göyçə  mahalının  Toxluca  kəndinən  yola  düşən  Hüsaməddin,   ordudan  tərxis  olunan  sonra  ailəsini  Bakı  şəhərində  tapmışdır.
1990-1993-cü  illərdə  DİN-nin  nəzdində  olan  Yanğınsöndürmə  idarəsinin  Bakı  şəhər  söbəsində   çalışmışdır.
O,  1993-cü  ildə  təhsilini  davam  etdirmək  üçün   Bakı  Ali  Birləşmiş  Komandalıq  məktəbinə  daxil  olur.  Oxuduğu  müddətdə  ona  birbaşa  gizir  rütbəsi  verilir  və   oxuduğu  məktəbdə   bölük komandir  vəzifəsini   icra  edir.   1997-ci  ildə  təhsili  başa  vurduqdan  sonra  komandanlığın  qərarı  ilə  və  Müdafiə  Nazirinin  əmri  ilə  oxuduğu  məktəbdə   bolük  komandiri  vəzifəsinə  təyin  edilmişdir.
1998-ci  ilin   ilk  günlərində  İsgəndərovu  cəbhə  bölgəsinə  göndərilir  və  N  saylı  hərbi  hissədə  Qərargah  rəisi  təyin  edilir.  8  aprel  1998-ci  il   tarixində  döyüşlərin  birində   düşmən  gülləsinə  tuş  gəlmiş  və  həlak   olaraq  şəhid  olmuşdur.
Ailəli   idi.  Bir  oğlu  var.  (Məlumatları  qardaşı  Müzahim  İsgəndərov  tərəfindən  verilmişdir)