Tayfalar və şəcərələr

Balı  Sultan  1722-1728-ci   il   Səfəvi – Osmanlı    müharibəsi  nəticəsində   boşalmış  Toxluca  kəndinə,   təqribən  1736-1742-çi   illərdə    gələrək  orada  yaşayışı  bərpa  edib.    Bundan    sonra   müxtəlif   yerlərdən  gəlib   məskunlaşanlaın  hesabına   kənd  böyüyüb.  Kəndə  gəlib  məskunlaşan  insanlar,   müxtəlif  səbəblərdən   və  müxtəlif  dövürlərdə  gəlib  məskunlaşıblar.  Məncə  kəndə  gəlib  məskunlaşan   əhalinin  bəzisinin  babaları   1728-ci   ildə   kənd    boşalan   dövrə   qədər   kənd   ərazisində  yaşamış  insanlar   olub.   Baziləri   “hay”   və   rusların  (malakanların)   Zaqafqaziyaya   köcürülməsi   nəticəsində,  bəziləri  isə  öz  yaşadığı  kənddə   hansısa   tayfa   və  ya  qan  düşmənciliyi  nəticəsində   qacıb   və  Toxulca  kənddində   sığınıblar.  (əlbətdə   sakitliyl  gözləmək  şərti  ilə,  heyif  ki,  bu   sakitliyə  axıra  kimi  tam   riayyət  olunmayıb)
Kənddəki  tayfaları  məskunlaşmasına    görə  təqribən  aşağıdakı  qruplara bölmək  olar.
I   qrup  –    1728-ci   ildəki   dövrə    qədər   babaları  əvvəlcə  bu  kənddə  yaşamış  (bunları   həm   Balı  Sultan  özü axtarıb  taplb,  həm  də  həmin  adamlar  kənddə  yaşayışın   yenidən  bərpa  olduğunu   biliblər )  və   Balı  Sultanın  dostları  (bəlkədə   döyüş   yoldaşları)    daxildir.   Ola  bisin  ki,   babaları   və  ya   ataları   “Toxlucanın   tarixi”    bölməsində    yazdığımız   toponimlər  olan   müxtəlif   ərazilərdə   yaşayıblar   və   Balı  Sultan   kənddəki    yaşayışı   bərpa  etdikdən  sonra   birlik  olsun  deyə  bir   yerə  yığışıb  məskunlaşıblar.
II  qrup  –  bura   1830-1880-ci  illərdə  əsasən  çar  Rusiyasının  1830-cu  illərdən  sonra  Zaqafqaiyaya   erməni  və  rusların     (malakanların)   köcürülməsi   nəticəsində  gələniər  daxildir.
III  qrup  – 1880-ci  ildən sonra  gələnlər.  Buraya    həmin   dövürlərdə    hansısa  düşmənçilik  və  ədavət    nəticəsində    öz   yaşadığı   ərazini   tərk  edənlər,   1905-ci  illərdə   ermənlərin    Kəvərdən  və   İrəvan  qəzasının    digər   kəndlərindən    qovduqları    insanlar,    kənddə   bunlara    “otoylular”    deyirdilər.
Saitdən   istifadə  edən   şəxslərin   nəzərinə:
–  əvvəllər    bir   tayfa  olub,   sonradan    qollara     bölünmüş    tayfaları    bir     bölmədə    yerləşdirilib;    Məsələn    Qılıclılar,  Alıkişilə   və   Vəlikişilkər,    Talıflar,   Şavıllar   və  s.   özləri  ayrı-ayrı  tayfa  və  bir  neçə   qollardan   olmasına  baxmayaraq    bir   bölmədə   yerləşdirilib
–   bəzi    tayfaların   bir   neçəsini  bir  bölmə  altında  verməli  məcburiyyətində  olmuşam.  Məsələn:
Dəli  Kalı,   Qara  Namaz,   Arazlar,   Mədətlər   (Qara   Abdullalar);
Pirimlər,  Bakoylar,   Abutalıblar,  Əmirəhmədlər;
Hallaclar,  Sərdərlər,  Pirvəklər;
Qələndərlər,    Nədirlər,    Nəbilər:
-1905-ci  illərdə    və   ondan  sonra   Kəvərdən    və    İrəvan  qəzasının    digər   kəndlərindən    gələnlər    “Otoylular”    bölməsində   yerləşdirilib.
Xahiş   edirəm   ki,   bu  haqqda  əlavə    sual   verilməsin.   Ancaq   digər   səhvlər  haqqda    Sizlərin       təkliflərinizi   məmuniyyətlə     gözləyirəm   və   buna   görə  də   əvvəlcədən   öz  TƏŞƏKKÜRÜMÜ   bildirirəm.