Toxluca-qısa arayış

“Keçmişimizə   daş   atmayaq   ki,
gələcəyimiz   bizi  topa   tutmasın”
“Yaşadıqlarımız,  bizi   yatızdırmağa
çalışan   nənələrimizin  söylədiyi
bir  nağıl  kimidir,  amma   mən
heç   bir  nağıla  inanan  adi  bir
uşaq  deyiləm.”
Müdürük   deyimlər

Toxluca – qısa    arayış

Krasnoselo  (Çəmbərək)   rayonunda  ən  böyük  yaşayış  məntəqəsi olan Toxluca kəndinin ümumi sahəsi  55   kvadrat  kilometr,  kəndin  yerləşdiyi  ərazi   dəniz  səviyyəsindən  2000  metr   yüksəklikdə  olub,  (Göyçə   gölü  dəniz   səviyyəsindəb  1900   metrdir yüksəklikdə  yerləşir),  coğrafi   koordinatları    40˚34́  parelelində,    45˚14́ en  dairəsində  yerləşir.   Ən   hündür  zirvəsi  –   Əmirotalan    ilə   At  xalxalının  arasındakı  Çaldaş  dağının zirvəsi  (hazırda   “hay”lar    oranı   “Karktasar”  dağı  adlandırırlar)  2730  metrdir,   Kirkitli  dağı   isə  2680  metrdir.
Toxluca  kəndi  1728-ci  il  “İrəvan  əyalətinin  icmal  dəftəri”ndə  Dərəçiçək  mahalının  kəndi  kimi  qeyd  olunmuşdur.  İrəvan  xanlığı  dövründə  Göyçə  mahalının  ərazisinə  daxil  edilmişdir.  İrəvan  xanlığının  işğalından  sonra  Novo  (Nor)  Bayazid  qəzasının  tərkibinə  olmuşdur.  29  noyabr  1920-ci  il   tarixində  Ermənistan  SSRİ  yaradıldıqdan  sonra  Toxluca  kəndi  Nor  Bəyazid  qəzasının  Yelinovka  dairəsinə,  Ermənistan  SSRİ-də  rayonlaşma yaradıldığı  zaman,  1930-cu  ildən   Dilican  rayonunun,  1937-ci  ildən  isə  yeni  yaradılmış  Krasnoselo  rayonunun  tərkibində  olub.
Əhalisi   1914 –cü  ildə 1373  nəfər, 1986-cı ildə 3100 nəfər olub.*  (*Əslində  isə  bu  rəqəm  daha  çoxdur,  çünki  1985-ci  ilin   fevral   ayında   SSRİ   Ali  Sovetinə,  Ermənistan   Ali   Sovetinə,  Rayon  sovetinə  və  yerli  sovetə  seçkilər  keçrilirdi.  Mən  də   seçki   komisiyasının  üzvü  idim.  Həmin  vaxt    siyahada  1998  nəfər  seçicinin   adı   var  idi.  Və  orta   məktəb   şagirdlərini  (hər  sinifdə  25-dən  çox  uşaq  və    eyni   yaşda   üç   sinif  olurdu),  yeddi  yaşa  qədər  uşaqlar,  orduda  xidmət  edən,  təqribən   60-70   nəfər   oğlanları,    ali  və  texnikomlarda   təhsil  alanları  nəzərə   alsaq   bu   rəqəm    daha  çoxdur).

Haşiyə:  1975–ci  ildə  maraq   üçün   alınan  siyahaya   görə   Toxluca   kəndindən    Bakı   şəhərində     təqribən    180   ailə     yaşayırmış.    (buraya  ancaq   köçən  ailə  başçıları   daxil  olub.  Həmin  dövürdə   evlənib   ailədən  ayrılanlar  da  olub  ki,  onlar  sayılmayıb).  Qərbi   Azərbaycandan   Azərbaycan   respublikasına   1948-50-cı  illər   köçrülməsi   zamanı,    dövlət   tərəfindən    Toxluca  kəndindən  rəsmi  köçrülmə   olmasa  da,   Tovuz,   Qazax,   Şəmkir,  Daşkəsən    rayonlarına,   Gəncə   şəhərinə   kütləvi   şəkildə   könüllü   köçənlər   olub.    

Rayonda ilk  dəfə olaraq  kənddin  Əyriayaq  deyilən   ərazisində  Toxluca   kolxozundan   ayrı,  1952-ci  ildə   qoyunçuluq  üzrə  kompleks   sovxoz  təsərrüfatı  yaradılıb  (həmin  vaxt  yeni  salınan   yaşayış  məskəni  (lahiyədə  qarışıq  millətlərdən  ibarət   qəsəbə  tipli  yaşayış  yaratlaq  olub)   “Əyriayaq”  kimi  yox,  “Yeni   Gün”  adlansa  da,   əhali  tərəfindən   “Sovxoz”  adlanıb  və  o  adla  da  tanınıb).  Burada  dövlət  özü  evlər  tikib.  Sovxozda  həmin   vaxt   işləmək  üçün  qonşu  kəndlərdən  də   işçilər  cəlb  edilib.   Kəndin  örüşü  də  həmin  vaxt  bölünüb.  Ancaq   çox   az   müddətdən   sonra,  1955-ci  ildə  Toxluca   kənddində  mövcud  olan  kolxoz   qurluşu  sovxoz   qurluşu  ilə   əvəz  olundu. 1930-cu  ildə  yaradılmış   Toxluca  kolxozunun  əmlakı  isə  hesablanaraq  əmək  haqqı  kimi  əhali  arasında  (pul  şəklində) bölünüb kolxozçulara –  kənd  əhalisinə   paylanıb.  Əyriayaqda  yaradılan  “Yeni  Gün”   sovxozu    da   bu   yeni  yaradılan  Toxluca  sovxozuna   birləşdiriblər.
Toxluca   Respublikada  qabaqcıl   kompleks  qoyunçuluq  sovxozu    kimi  şöhrət   qazanmışdır.  Onu  da  qeyd  edim  ki,   Ern  SSR-nin  Elmlər  Akademiyasının  Kənd  Təsərrüfatı  üzrə  Zoobaytarlıq  İnstitutunun  laborotoriyası  da  fəaliyyət  göstərirdi.   Sovxoz   təsərrüfatında  11500   baş   xırda,  1200  baş  iribuynuzlu  heyvan   saxlanırdı.  Bundan   da   çox   camaatın  şəxsi   təsərrüfatında   mal-qoyun  var  idi.
İqtisadiyyatda  başlıca  sahə  heyvandarlıq,  taxılçılıq  və  tütünçülük,  kortofçuluq    sayılsa  da,  arıcılıq   da   geniş   inkişaf   etmişdi.   Kənddə  40- dan  çox  şəxsi  təsərrüfatda  arı  saxlanılırdı.  Onu  da   qeyd  edim   ki,    Toxluca   kənd  koxozunun  və  sonra  da   sovxozunun    50-ci  illər  və  60-cı  illərin  sonlarınadək   300-dən  çox  arı    ailəsi   olub  ki,  sonralar  bu   təsərrüfat  sahəsi    guya   özünü   doğrultmadığına  görə   ləğv  edilib.
Sovxozun  50-dən  artıq  maşın  və  traktor,  çoxlu  kənd  təsərrüfatı aqreqatları  var  idi.  Kənddə  1930-cu  illərin  əvvələrində   inşa  edilən   ikimərtəbəli,  1981-ci  ildə   inşa  edilən  böyük  ücmərtəbəli  orta  məktəb binası, uşaq  bağçası  (1972-ci  ildən   sonra  fəaliyyətini  dayandırmışdılar),  sovxozun  ictimai  binası,  xəstəxanası  (sonralar  ambulatoriya  kimi   fəaliyyət  göstərirdi),  aptek,  rabitə   şöbəsi,   mədəniyyət  evi,  ATS,   iki  yeməkxanası,  bir  qarışıq  mağazası,   üç  ərzaq  mağazası,  təsərrüfat  mağazası,   hamamı  və  digər ictimai   obyeklər  olub.  Kənddin  köhnə  ikimərtəbəli  orta  məktəbin  tikintisi  1929-cu  ildə   başlanılmış,  1933-cü  ildə  istifadəyə  verilmişdir.  Məktəbi   demək  olar  ki,  kənd  əhalisı  öz  gücünə   tikmişdir.   BDU–nin  kitabxanaşılıq   fakultəsinin  yaradıcısı,  əslən  qonşu  Cil  kəndindən  olan   professor   Abuzər  Xələfov,   Gəncə  pedoqoji  universitetinin    filologiya  və  pedaqogika  elmlər  doktoru,  pofessor  Abbas  Səmədov,  Texniki  Universetetinin   professoru  Rəşid  Əliyev  (mən  burada  qonşu  kəndlərdən  gəlib  oxuyanları  nəzərdə  tutmuşam)   Toxluca  kənd  orta  məktəbinin  məzunu  olmuşlar.
Toxulcada   Krasnoselo  rayonundakı  18 saylı  Yol-tikinti idarəsinin, Başkənd   (Arzvaşen)   xalçaçılıq   fabrikinin   filialları   fəliyyət   göstərib.
Toxluca  kəndi  19  aprel    1991-ci   ildən   Draxtik  (ermənicə   təcüməsi  “cənnət  dərəsi”)   adlanır   və   Ermənistanın  12 aprel  1995-ci  il   tarixindən   yaradılmış   on  inzibati  ərazi   vahidindən   biri  olan  Qeğarkunik   mərzinə  daxil   edilmişdir.
Haşiyə  1: er. əv.  VIII  əsrə  aid  Urartu  mənbələrində    Göyçə  gölü  və    onun   ətraf   əraziləri   “Qelekuni”   adlanmışdır.    Həmin   ərazidə  “Gelekuni”  dağ  adı  da  olmuşdur.  “Kelək”   qədim  türk  dillərində   “qel”   elə   “göl”  deməkdir,  “uni”  şəkilcisi  isə  Urartu  dilində  məkan   mənasını  bildir.    Qədim   erməni  və  gürcü   mənbələrində  isə  fonetik   dəyşirikliyə  uğrayaraq   Qelam  və  Qeğakuni  kimi   işlədilmişdir.   Çünki  “hay”larda  XII   əsrə  qədər  “L”  səsi  olmadığından   “ğ”   səsi  ilə  əvəz  olunaraq   “Qelakuni”  “Qeğatuni”  şəklinə  düşmüşdür.  “Kitabi – Dədə  Qorqud”  dastanında    Göyçə  gölü  “Qekcə  tenqiz”i  formasında,  Əmir  Teymurun  Qafqaza   yürüşü  zamanı  “Kökcə  tenqiz”i  kimi   adı  çəkilmişdir.  V əsr  mənbələrində  isə   Göyçə    mahalının   adı  “Qelam”  kimi   çəkilir.  Qafqaz  Albaniyası  tarixi   xəritələrində  Göyçə   gölü,   Gelami   gölü,   ərazi  isə  Gelama   dağı  kimi  göstərilir.  Hətta   XIX   əsrdə   Göycə  gölünün    cənubunda   əhalisi  təmiz   azərbaycanlılardan   ibarət   Göləqran  və  Gölkənd   adlı  kəndlər  olmuşdur.  “hay”  tədqiqatçıları    sözün   mənasını  “hay”  dilində  izah  edə   bilməsələrdə,  ancaq   özlərinki  hesab  edirlər.  Ona  görə  də  ərazinin  adını    eramızın   əvvəllərində  olduğu   kimi  adlandırıblar.   Onu  da  qeyd   edim  ki,   “hay”lar  rayon  inzibati-ərazi  vahidini  ləğv  edərək  yaratdıqları  yeni  inzibati  ərazi   vahidi   olan   mərzlərin  (qubernatorluğun)   adlarından  onundan    səkkizinin  (mənim  izah  edə  bildiyimi  görə)   qədim  türk    mənşəli    tarixi    adlardır.
Haşiyə  2:   Çənbərək   rayonunda   yerləşən   kəndlərin   Azərbaycan  adlarının  “hay”  adları   ilə   əvəz    edilməsinə  baxaq:
Qaraqaya  –  Dzoravank  (vadidə  monastr);
Yanıqpəyə  –  Antaramej  (Meşəkənd,   1978-ci  ildə  elə  kəndin  adını  “hay”  höküməti   Meşəkənd    adlandırmışdılar  ki,  sonradan  bu   adı  hay  dilində  təcümə  ediblər);
Bəryavad  –  Barepat;
Əmirxeyir  –  Kalavan  (kəl  şəhərciyi);
Gölkənd  –  Ayğut   (bağ);
Çaykənd  –   Dprabak;
Çıvıxlı  –  Civikli;
Toxluca  –  Draxtik  (Cənnət  dərəsi);
Ağbulaq  –  Ağberk ;
Şorca  –  Şorja;
Ardanış  –  Artanış  (artan  ev);
Cil  – Cil  (vətər,  görünür  azərbaycanca  olan  bu  sözləri   haylar   özlərinin  sözü  olduğunu  sübut  etmək  istəyirlər);
Yeni  Başkənd  –  Getik  (Tərsəçayın  “hay”  dilində  adı);
Orcanagidze  –  Vaqan  (qalxan,  sipər)   kəndin   1930-cu  illərə  qədər  ilk  adı  isə  Rubenkənd  olub;
Qoturbulaq – Ttucur  (turş  su);
Mörtəzənin  içində  kəndlərin   hay  dilində  mənası   verilib.
    Toxluca   (bu  məqalə   Həsən  Bayramoğluna   məxsusdur)— Göyçə  mahalında  Çəmbərək  ( Krasnoselo )  rayonunda  qəsəbə  (Çəmbərək   rayonundan  Göyçə mahalına  aid  olan  5  kənddən  biri)
    Coğrafiyası:  –  Krasnoselo  rayonunda  rayon mərkəzindən 10 km məsafədə  yerləşən  və  ən  böyük  yaşayış  mətəqəsi olan Toxluca qəsəbəsinin  ümumi  sahəsi  55,6 kvadrat kilometr olub. Toxluca qəsəbəsinin  ərazisinin  çox  hissəsini  dağətəyi  yamaclar,  təbii-tarixi, eləcə  də vulkanik və tektonik mənşəli dağlar təşkil edir. Toxluca qəsəbəsi Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Kiçik Qafqaz sıra dağlarının Göyçə silsiləsində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Gilli süxurları kəsən, nisbətən geniş çay dərələri geniş yayılmışdır. Toxluca Göyçə mahalının Qaraqoyunlu ilə ən yaxın kəndi(qəsəbəsi) olduğundan, yəni Göyçənin ucqarı olduğundan özündə hər iki elatın adət-ənənələrini birləşdirən, amma özünəqapanma və özünə güvənmə hisslərindən qaynaqlanan müstəqilliyə meylli həyat-tərzi üstünlük təşkil etmiş, əsas avtomobil və dəmiryol nəqliyyat xəttindən 3 km-lik məsafə boyunca sıralandığından qonşu kəndlərlə ünsiyyəti zəif olmuşdur. Axtamar adasından Dilican və İcevanı Toxlucadan ayıran Qanqallı dağ silsiləsi eləcə də üzü Murguza boylanan əzəmətli Kirkitli (Korkutlu-Qorqudlu- H.B.), Çal, Ocaq dağları, Dəlmə, Dərəyurd, Düzyurd, Taxca, Armudlu, Əyricə Qanqallı adlanan otlaq və əkin sahələrini yerləşmişdir. Toxluca ərazisində nəmişliyin normada olması buranın təbiətinin əsas üstünlüklərindən biridir. Yayda dağlar çən-çisəkli, səhərlər isə şeh düşən gül-çiçəkli yaşıl çəmənlər, saf sulu buz bulaqlar, min bir dərdin dərmanı olan bitkilər, Gölətrafı   “Sovxoz” deyilən ərazilərdəki kolluqlardakı giləmeyvələr, təmiz dağ havası, yayla və yamacdan ibarət təbiət möcüzəsi, dağlar gözəli Göyçə gölü ətrafında eninə 20 km-lik məsafədən dağların arasına 3 km-lik məsafəyədək uzanan kənd Qərbi Azərbaycanın ən iri yaşayış məskənlərindən olmuşdur. Bu gözəlliyin əhatəsində fiziki əməklə məşğul olmaq, ekoloji cəhətdən təmiz qida məhsulları insanı sağlam saxlayan, uzunömürlü olmasını təmin edən başlıca amillərdəndir.
     İqlimi:  –  Toxluca qəsəbəsi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +30 dərəcəyədək olur. Ən çox yağıntı may-iyun aylarında olur. Yağıntının orta illik miqdarı 350-400 mm-dir. Torpağın qumsal həm qumsal, həm dağətəyi olması ilə əlaqədar yağıntının çoxluğu Toxlucada çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Qəsəbənin (yaşayış sahəsinin) bir hissəsi qumsal,bir hissəsi çökəklikdə,əksər hissəsidə dağətəyi yamaclarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.Qəsəbənin içərisindən keçən çay və onun qolu selə səbəb olurdu. Havası yayda sərin, qışda isə soyuq olmaqla, qurudur. Ətraf ərazilər tamamilə alp və subalp çəmənlikləridir. Havanın quruluğu yüksəkliyə görə təzyiqin aşağı olmasını o qədər də hiss etdirmir. İlin yağıntılı vaxtlarında belə buludlu hava şəraiti uzun sürmür, səma isə ilin çox vaxtı açıq və günəşli olurdu. Payız və qış aylarında əsasən şimal, yaz və yay aylarında isə əsasən şimal-şərq və şimal-qərb küləkləri üstünlük təşkil edir. Yayda dağların və dərələrin qeyri-bərabər qızması səbəbilə dağ-dərə küləkləri əmələ gəlir. Gündüz mülayim küləklər dərələrdən dağlara doğru, axşam və gecə isə soyuq küləklər dağlardan dərələrə doğru əsir. Yeri gəlmişkən, el arasında – Göyçə-Qaraqoyunlu elatlarına məxsus dialekt fərqləri mövcud idi.Belə ki, Göyçə Qarabağ, Qaraqoyunlu isə Qazax dialekt zonasına daxil idi.
     Bitki örtüyü:   –  Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat və çay tikanı geniş yayılmışdı. Qeyd etmək lazımdır ki, Toxluca ərazisində əsasən kolluqlar, eləcə də gölətrafı ərazilərdə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrədək Toxlucada dağətəyi sıx meşəliklər, kəndin indiki yerində isə calalıq-sucaq yaşıllıq mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyəti nəticəsində həmin meşəliklər məhv edilib,calalıq qurudularaq evlər salınmışdır. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişmiş, bu isə öz növbəsində heyvanat və bitki aləminə təsirsiz ötüşməmişdir. Gölətrafı dağ və gagətəyi silsilədə oradakı kol bitkilərindən alaçəhrə, tuvulğu, qarağac, ardıc, qaraqoyungözü, qatırquyruğu, dovşan alması, itburnu, yemişan, dovşanalması, zirinc, gərməşov , kol armudu, meşə xirniyi, başınağacı, və s. kol meyvələri yetişir. Göyçə gölünün sahilində salınmış meşə zolağında şam, iydə, akasiya, çinar, qızıl söyüd, qarağac ağacları və çaytikanı (kol bitkisi), gəvən təbiətə xüsusi bir gözəllik bəxş edirdi.
     Heyvanat aləmi:  –  Toxluca ərazisində canavar, çaqqal, porsuq,sincab, kor siçan,tülkü, gəlincik, kirpi, dovşan, ilan, qaya kərtənkələsi və keçəmən yaşayır. Əvəllər kəndin ətrafı sıx meşəlik imiş və bu meşələrdə maral, ayı və digər heyvanlar geniş yayılıbmış. İnsan fəaliyyəti nəticəsində məhv olub və burada yaşayan heyvan növlərinin nəsli kəsilmişdir. Məməli heyvanlardan əlavə, Toxluca ərazisində çoxlu quş növü, o cümlədən kəklik (“Qırmızı kitab”a düşüb), boz sərçə, qartal, torağay, qırğı, arı quşu, sarıköynək, qarğa, sığırçın, alabaxta, bildirçin, qaranquş, şanapipik (hop-hop), çobanaldadan, ağacdələn, göyərçin, bayquş, alacəhrə və sağsağan, “Göyçə gölü”ndə qağayı, su ördəyi, qarabatdaq, mövsümlə əlaqədar olaraq hacıleylək və digər köçəri quşlar da yaşayır. Faunanın tərkib hissəsi sayılan həşəratlara gəlincə, bu sahədə vaxtilə kifayət qədər elmi-tədqiqat işləri aparılmadığından müvafiq məlumatları bu gün elmi mənbələrdən əldə etmək mümkün deyildir. Lakin müşahidələrimiz söyləməyə əsas verir ki, Toxluca ərazisindəki torpaqlarda yüzlərlə həşərat növü yaşayırdı. Torpaq növləri[redaktə] Toxlucanın əksər ərazilərində şabalıdı torpaqlar da çox yayılıb. Bu torpaqlar dağ-dərə torpaqları ilə birlikdə əkinçilik üçün olduqca yararlıdır. Tərkibində dəmir oksidinin miqdarı 15-20% olan torpaqlar sarı qonur torpaqlardır. “Ara güney”, “Ozanlar”, “Dərəyurd” və “Sarı yal” adlanan ərazi belə torpaqların formalaşdığı ərazilərdir. Düzənliklərdə isə boz və boz-qonur torpaqlar mövcuddur. Dağ-çəmən torpaqları da geniş yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Otlaq və biçənəklərdən ibarət bu ərazilər əsasən kəndin göldən Kirkitli dağından və Dərəyurdadək uzanan şimal hissəsinə aid edilir. Dağətəyi və kolluqlarda qara və boz-qəhvəyi torpaqlar geniş yayılıb. Təbii sərvətlər və faydalı qazıntılar[redaktə] Toxluca ərazisindəki meşə və su ehtiyatlarından əlavə, Qaraqoyunlu mahalının Salah kəndi ilə həmsərhəd ərazilərdə əhəng, gölətrafında isə tikinti işləri üçün qum və daş ehtiyatı da mövcuddur. Zəngin əhəng daşı ehtiyatları tikintidə bu materiala olan ehtiyacın 90-95%-ni ödəməyə imkan verirdi. Sadəcə, divarın tin hissələrində az miqdarda mişar daşına ehtiyac duyulurdu. Nəticədə ev və ya təsərrüfat tikilisi olduqca ucuz başa gəlirdi. Buradakı daş ən bahalı və keyfiyyətli qranit növlərindəndir. Çal dağında diadomit (sement istehsalında əlavə xammal), obsidian (şüşə istehsalında istifadə edilir), xromit (qara metal) yataqları var. Qonşu Cubuxlu kəndinin yaxınlığında xromit istehsalı isə hələ keçən əsrdən həyata keçirilirdi.
     Su mənbələri:  –  Toxluca ərazisi su mənbələri ilə zəngindir. Yaşlı insanların verdiyi məlumata əsasən kəndin ərazisində su mənbələri olan gözələr nəzərə alınmamaqla 200-dən çox bulaq olub. Bulaqların suyuna da iki cür ad vermişdilər: ağ su və qara su. Ağ su güneydə yerləşən bulaqların, qara su isə quzey ərazilərdə yerləşən bulaqların suyudur. Məişət və təsərrüfat əhəmiyyətli dörd çay yaşayış məntəqəsinin bilavasitə içərisindən keçir. Suvarmada və məişətdə XX əsrin 80-ci illərinə qədər bu çaylardan istifadə edilib. Əvvəllər Göyçə gölündəki balıqlar 3 km-lik məsafə boyunca bu çaylarda kürü tökər,əhali çaydan balıq tutardı.Sonralar gölətrafı nəqliyyat qovşağı genişlənərkən ermənilər bu çaylar üzərindəki körpülərin altında şluzlar yaratmaqla balıqların kənd çaylarına çıxışını bağlamışlar.
     İqtisadiyyatı:  –  Ermənistanda ilk azərbaycanlı Sovxoz təsərrüfatı olub (1956). Uzun müddət Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat sovxozu kimi fəaliyyət göstərib. 1956-61-ci illərdə Nazirliyin nümayəndələri olan alimlər Sovxoz direktoru kimi işləsələr də, Sovxoza cins qoyunçuluq birliyinin müdiri və Sovxozun partkomu olan Təşkilat Bayram kimi tanınan (Bayramov Bayram Qurban oğlu ) islahatçı gənc rəhbərlik etmişdir. Bu dövrdə Sovxoz -Elmi Tədqiqat stansiyası kimi Rusiyanın Stavropol diyarının iri qoyunçuluq təsərrüfatları və elmi-tədqiqat müəssisələri ilə təcrübə mübadiləsində olmuşdur. Təsərrüfat respublikada cins qoyunçuluq sovxozu kimi şöhrət qazanıb. Sovxoz təsərrüfatında 24500 baş xırda heyvan, 3200 baş mal-qara saxlanırdı. Bu qədər də camaatın şəxsi təsərrüfatında mal-qoyun olmuşdur.İqtisadiyyatda arıçılıq, heyvandarlıq, taxılçılıq və tütünçülük başlıca sahə sayılmışdır.Sovxozda 80-dən artıq maşın və traktor, çoxlu kənd təsərrüfatı aqreqatları var idi. Qəsəbədə Krasnoselo rayonundakı 18 saylı Yol-tikinti idarəsinin və Başkənd (Arzvaşen) xalça fabrikinin filialları fəliyyət göstərmişdir.
     Mədəniyyəti:  –  Kənddə böyük orta məktəb binası,uşaq baxçası, 24 çarpayılıq xəstəxana,4 mağaza, 3 yeməkxana, inzibati bina, məişət xidməti emalatxanası, aptek, rabitə şöbəsi, mədəniyyət evi, ATS, iri heyvandarlıq kompleksləri və digər obyektlər olub. Toxlucada uzun müddət Uvoylar tayfasından Hacı Hümbətin oğlu ” qlava Bayram “ın, yəni Qara Bayramın (onun əmiləri Hacı Əhməd,Hacı Məhəmməd adlı-sanlı, imkanlı və nüfuzlu ağsaqqallar olmuşlar- H.B.) təsis etdiyi və bu məqsədlə Təbrizdən xüsusi olaraq dəvət etdiyi Axund tərəfindən, eləcə də sonralar Məşədi Mir İsmayıl Ağa və Molla Əhməd (akademik Hüseyn Əhmədovun babası),nəhayət, mollalar tayfasının tanınmış üləmaları-Molla Zülfüqar- Qara Molla, Molla Mustafa tərəfindən davam etdirilən dini məktəblər, 1929-cu ildən isə həm də dünyəvi məktəblər fəaliyyətə başlamışdır. 1988-ci il deportasiyası ərəfəsində bu məktəbdə 100-ə yaxın müəllim, 1000-ə yaxın şagird oxumuşdur ki, bu müəllimlıərdən altı nəfəri ( Həsən Bayramoğlu, İbrahim Bayramov, Zakir Məmmədəliyev, Firudin Məmmədov, Əliyannaqi Məhərrəmov, Sara Bayramova ) elmlər namizədi olmuşlar. Qəsəbənin indiki adı Draxtikdir.
      Sonralar qəsəbənin yetirmələrindən Ağəli Əsədov,Eyvaz Məmmədov, Hacan Orucov, Sadıq Bayramov, Həsən Talıbov sovxoza rəhbərlik etmişlər. A. Əsədov həm də, müxtəlif vaxtlarda rayonda rəhbər partiya – təsərrüfat işlərində, eləcə də qonşu kəndlərdə rəhbər vəzifələrdə çalışmışdır.
    Əhalisi:   –  Tarixi qaynaqlardan bəlli olur ki, Toxluca ərazisində məskunlaşma eramızdan əvvəl III-II minilliklərə təsadüf edir. XX əsrin 70-ci illərində   dəmir  yolu  çəkilərkən,  kəndin  cənub-qərbindək i  Ara   güney    ( Araguney – Arequni, Arqun-Ərhun-H.B.) dağ silsilələri ərazisində qazıntılarda 2-3 metr dərinlikdə içi boş küpələr, müxtəlif saxsı parçaları, kiçik qarmaqlar və müxtəlif əşyalar çıxırdı. Təəssüf ki, obyektiv səbəblərdən arxeoloji qazıntılar aparmaq mümkün olmayıb. Eramızdan əvvəlki dövrlər barədə ətraflı məlumat verə bilməsək də, müəyyən tarixi mənbələri öyrənməklə, bu barədə konkret fikir yürütmək mümkündür. Tunc dövründən burada insanların yaşadığını sübut edən faktlar var. Hələ sovet dövründə rus alimləri Göyçə gölünün cənub-qərb sahillərində məskunlaşmanın tunc dövrünə aid olduğunu arxeoloji qazıntılarla sübut etmişdilər. Daha əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan ərazidə həmin dövrdə insanların məskunlaşmasına şübhə ola bilməz.Qəsəbənin müxtəlif ərazilərində qədim oğuz qəbirlərinin tapılması və bu qəbirlərdəki insan skletlərinin müasir insanın bədən ölçülərindən böyük olması bir daha burada məskunlaşmanın tarixinin qədimliyini sübut edən faktlardan biridir. Toxluca qəsəbəsinin şimal-qərb hissəsindəki (Çal ərazisində) xaçlı baş daşı olan qəbiristanlıq alban tayfalarına məxsusdur. Dərəyurd ərazisində və kəndin cənub hissəsindəki zirvədə Ocaq dağında və ətəyində alban məbədinin qalıqları XX əsrin 70-ci illərinə qədər qalırdı. Hətta buradakı qala divarları Qıpçaq elementləri ilə seçilirdi. Toxulcada dörd-beş yerdə böyük alban qəbiristanlıqları son dövrə qədər qalmaqda idi. Alban kilsəsinin ən iri qalıqları isə Adatəpə ərazisində idi. Söhbət albanlardan gedirsə, Toxluca-Şorca və başqa gölətrafı ərazilərdə yaşayan albanların sonrakı taleyi barədə elmi mülahizələrə və orta əsrlərdə əhalinin miqrasiyası məsələlərinə diqqət yetirmək yerinə düşər. Alban katalikosu Yesai Həsən Cəlalyan “Alban ölkəsinin qısa tarixi” əsərində özündən əvvəlki mənbələrə istinad edərək yazır ki, Əmir Teymur Qafqaza yürüş edərkən, 10 min albanı Qəndəhar və Xorasana köçürüb. Sonradan onlar islam dinini qəbul ediblər, lakin özlərini ağvan, yəni albanların törəmələri adlandırırdılar. Ola bilsin ki, bu ərazilərdəki albanlar da həmin sıradan olublar. Çünki adətən əhalini başqa yerə köçürüb əraziləri boşaltmaq istəyəndə birinci növbədə gözəl təbiəti və əlverişli iqlim şəraiti olan ərazilər seçilir. Ola bilsin ki, orada albanların əvəzinə məskunlaşan əhali şərqdən gəlmiş və bir neçə əsr yaşayaraq regionda o dövrdə hakim olan dili mənimsəmiş və orta əsrlərdə (XI-XII əsrlərdə) formalaşmış Azərbaycan türkcəsində danışmışlar. Müxtəlif tarixi mərhələlərdə Göyçə, o cümlədən gölətrafı ərazisində yaşayan əhalinin miqrasiyası məcburi xarakter daşımışdır ki, bu da tarixi qaynaqlarla sübut olunur. Burada müxtəlif dövrlərdəki məskunlaşma prosesi tarixçilər tərəfindən tam araşdırılmayıb və qaranlıq məqamlar qalmaqdadır. Yalnız Çar rusiyasının işğalından sonrakı dövrlərə aid demoqrafik məlumatlar daha çoxdur. Bunun üçün İran və Türkiyə mənbələrinə çıxmaq lazımdır.Bəzi məlumatlara görə, sivilizasiyalarası rəqabətlər dövründə burada XVIII əsrin əvvəllərinə qədər məskunlaşma tez-tez dəyişib. Çox güman ki, bunun səbəbini tarixdə “Böyük sürgün” adı ilə tanınan köçürmə siyasətində axtarmaq lazımdır. Belə ki, III Səfəvi-Osmanlı müharibəsi zamanı (1603-1612-ci illərdə) Səfəvi hökmdarı I Şah Abbas (1587-1629-cu illər) Osmanlı qoşunlarının hərəkət istiqamətində Səfəvilərin ənənəvi “yandırılmış torpaq” taktikası barədə əmri ilə bağlı əhali başqa ərazilərə köçürülüb, daşınması mümkün olmayan nə varsa, məhv edilib dağıdılıb. Nəticədə Naxçıvan, İrəvan və ona yaxın digər çiçəklənmiş diyarlar yandırıldı və on minlərlə əhali köçürüldü. Çox güman ki, Toxluca da həmin səbəbdən boşaldılmışdır. Ağsaqqalların da dedikləri kimi məskunlaşma olmayan dövr həmin dövrə təsadüf edir. “Toxluca” toponiminin yaranma tarixinin “Böyük sürgün”dən çox-çox əvvələ (1603-cü ildən əvvələ) təsadüf etdiyi şübhəsizdir. Son elmi qənaətlərə görə Toxluca-Toğluca-Tukluca-Tukulusca formatına söykənir və qıpçaqların tuk boyuna bağlıdır. 1603-1612-ci illərdə baş verən “Böyük sürgün”dən sonra gölətrafında məskunlaşmanın dəqiq tarixi bəlli deyil.Bunun üçün Şərq mənbələrinə baxmaq lazımdır. Buralarda sonuncu məskunlaşanlar buraya yad yer kimi baxmayıblar, bəlkə də vaxtilə öz babalarının tərk etdiyi kəndə qayıdıblar.Ümumiyyətlə, Toxluca qəsəbəsində 20-dən artıq nəslin nümayəndələri məskunlaşmışlar.    Qılıclar (Balı  Sultanlar,  QocalarŞ  Məşədiyolçular),  Dəmirçilər,  Alıkişilər (Hacı Abbaslar , Bayramlar, Hümbətlər, Vəlikişilər), Məşədismayıllılar, Arazlar, Tatlar, Tavarlar, Bədəllər, Nəcoylar, Bicoylar,Hucənnilər,Otaylılar,Mərdənlər, Adamyarımlar, Mollalar, Seyidlər və b. tayfalar məskunlaşmışlar. Çar Rusiyasının işğalı ilə gölətrafının Şərq hissəsində yerləşən Toxluca yeni məskunlaşma ilə zənginləşib.Beləki Vedi ətrafındakı Şadlinskilərin nəslindən olan Balı Soltanın qəsəbənin məskunlaşmasında xüsusi rolu olmuşdur.Qəsəbə əhalisinin məskunlaşması əsasən İrəvan ətrafındakı, Qarabağlar rayonunun  sakinlərindən olmuşdur. Bu kəndlərdə sonuncu məskunlaşmanın tarixi ermənilərin Göyçə ərazisinə kütləvi şəkildə köçürülməsindən (1828-ci ildən) əvvələ təsadüf edir. Ermənilər istəsə də bunu inkar edə bilməzlər. Əhalinin sayı barədə məlumat məskunlaşmanın tarixini və səviyyəsini əks etdirən ən səmərəli amildir. Siyahıya alınma – əhalinin etnik tərkibini, yaşını, cinsini, nikahda olanların sayını, dini mənsubiyyətini, vətəndaşlığını, təhsilini, əmlak vəziyyətini, məşğulluğunu, ölkədəki demoqrafik vəziyyəti müəyyən etmək üçün həyata keçirilən dövlət tədbiridir. BMT siyahıya alınmanın 10 ildən az olmayaraq dövri olaraq, 9 və ya 0 rəqəmi ilə qurtaran illərdə keçirilməsini tövsiyyə edir. Bəzi ölkələrdə 5, bəzilərində isə 10 ildən bir əhalinin siyahıya alınması aparılır. 1926-cı ildə Ermənistanda ilk dəfə olaraq əhalinin siyahıya alınması aparılıb. Toxluca qəsəbəsində müxtəlif illərdə əhalinin sayını əks etdirən cədvələ nəzər yetirsək, görərik ki, müəyyən tarixi proseslər və ya hadisələrlə əlaqədar bu göstərici dəyişir. İrəvan xanlığına aid olan dövrdə əhalinin siyahıya alınması barədə konkret məlumat “İrəvan dəftəri”ndə verilmişdir. Bəllidir ki, xanlıqlar dövründə mahallar üzrə vergilərin yığılması ilə əlaqədar əhalinin sayını müəyyən etmişlər. Lakin vergi toplanmasında mükəmməl qayda olmaması və mahal bəylərinin bu sahədə müəyyən əyintilərə yol vermələri, bundan əlavə, əhalinin bir qisminin həmin dövrdə bir mahaldan digərinə köçməsi prosesi tez-tez baş verdiyindən əhalinin sayının dəqiqləşdirilməsinə imkan vermirdi. 1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollej assesoru  İ.Şopen tərəfindən erməni vilayətində kameral siyahıya alınma keçirilmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” kitabında öz əksini tapıb. 1873-cü ildə əhalinin siyahıya alınması Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra aparılan ilk siyahıya alınma olub ki, həmin vaxt Toxlucada 514 nəfər yaşayıb. Zaman keçdikcə əhalinin sayı artmış, lakin müəyyən dövrlərdə müxtəlif səbəblərdən əhali sayında azalma da baş vermişdir. 1919-1922-ci illər ərzində əhali sayında baş verən azalma 1918-ci ildə ermənilərin törətdiyi məlum hadisələrlə (qəsəbə əhalisinin qaçqın düşməsi ilə) əlaqədardır. 1858-ci ilə qədər əhalinin siyahıya alınması Rusiya imperiyasında quberniyaların təftişi zamanı aparılıb. Bu isə ümumi nəticədə qeyri-dəqiqliklərə səbəb ola bilərdi. 1862-ci ildə İ. Stebnitski tərəfindən Qafqazın siyahıya alınması zamanı əhalinin etnik və dini tərkibinə əsaslanan statistik cədvəl tərtib edilib və nəticələr 1865-ci ilə aid “Kavkazskiy kalendar”da dərc edilib. Yuxarıda qeyd etdiyimiz kimi Toxluca- Tukulusca toponiminə bağlanır və Tbilisi, Tukulusu ilə eyni kökdən olmaqla Tukların-yəni qıpçakların tuk tayfalarının yaşayış yeri kimi minilliyin əvəllərinə qədər uzanır. Sovet dövründə Toxlucada da əhali 1920-1940-cı illərdə erməni təcavüzi, vətəndaş və dünya müharibəsi ilə bağlı azalmışdır. 1950-ci illərdə kənd respublikada ilk savxoz olduğunda əvvəlki kalxoz təsərrüfatının mülkiyyəti pul şəklində camaata paylanmışdır. Əhali abad evlər tikmiş,qəsəbənin infrastrukturu genişlənmiş, sosial obyektlər çoxalmışdır. Nəticədə Göyçə-Qaraqoyunlu mahalları üçün xarakterik olan köçkünlük burada baş verməmiş, qəsəbə rayon mərkəzindən sonra ən iri yaşayış məskəninə çevrilmişdir. Bəziləri qısqanclıqla Toxlucanın ərazi və əhalicə erməni kəndi olan Başkənddən kiçik olduğunu yazırlar. Əslində belə deyil. Başkənddən əhalinin İrəvan və digər iri şəhərlərə köçənləri rayon rəhbərliyi gizlədir, onları həm də Başkənddə qeydiyyatda saxlayırdılar ki, kəndin və rayonun demoqrafiq balansı ermənilərin zərərinə çox pozulmasın. Toxlucanın qəsəbə əhalisi 1914 –cü ildə 1373 nəfər, 1986-cı ildə 3100 nəfər olmuşdur. Bundan başqa deportasiyaya qədər müxtəlif vaxtlarda Gəncəbasara və Bakıya köç etmiş toxlucalıların sayı 4000-ə yaxın olmuşdur. Təxmini hesablamalara görə 2013-cü ilin sonunda Toxlucalıların sayı 7000 nəfərə yaxın olmuşdur.
   Şəxsiyyətləri
Seyid   Məşədi   Mir  İsmayıl  Ağa
Seyid   Murtəza  –  kor   Seyid
Bala   Seyid  –   Seyid   Həsən
Kərbalayı   Nəcəf
Məşədi   Yolçu
Məşədi   Məhəmməd
Hacı Abbas
Hacı Ocaqverdi
Hacı Əsgər
Hacı Əhməd
Hacı Hümbət ( Qlava Bayramın atası)
Hacı Məhəmməd
Hacı Hüseyn
Molla Əhməd
Molla Mustafa
Molla Zülfüqar
Molla Kərbalayı Məhəmmədtağı
Molla Hacı Məhəmmədəli
Molla Hacı Əlibaba
Molla Şahin
Molla İman
    Ziyalıları   və   iş   adamları
      Hüseyn Əhmədov (alim) – Pedaqoji elmləri doktoru, professor, akademik
İbrahim Məhəmməd oğlu Bayramov — Filologiya elmləri doktoru, professor, ADPU-nun doktorantura və magistratura şöbəsinin müdiri
Zakir Məmmədəliyev – Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri.Fəlsəfə üzrə elmlər doktoru, professor
Yusif Əliyev – M.Topçubaşov adına Respublika Cərrahiyə Mərkəzinin Baş həkimi.Doktor, professor
Vaqif Qələndər – Məşhur   plastik cərrah,  Beynəklxalq Cərrahlar Assosiasiyasının vitse-prezidenti, Qələndər Klinikasının və “Aybükə Qələndər” estetik mərkəzinin təsisçisi.
Müzahim Mehvalıoğlu – azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həqiqət A. Hacıyeva – Azərbaycan Dillər Universitetinin dekan müavini, Filologiya üzrə fəlsəfə doktoru
Firudin Məmmədov- Azərbaycan Texniki Universitetinin kafedra müdiri,Pedoqogika üzrə fəlsəfə doktoru, dosent
Sara Bayramova – Azərbaycan Dövlət Pedoqoji Kollecinin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru
Hümeyr Əhmədov – Təhsil problemləri İnstitunun şöbə müdiri, Pedoqogika üzrə elmlər doktoru,professor, akademik
İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri
Həsən Bayramoğlu -ADPU-nun müəllimi, Binəqədi Dairə Seçki Komissiyasının sədri
Hacı Ağaəli İsmayılov – Qasid ASC-nin vitse-prezidenti
İsmayıl İsmayılov – Gəncə şəhər Təhsil idarəsi rəisinin müavini
Hümbət Hüseynov- Göygöl rayonu Hacıkənd qəsəbə nümayəndiliyinin sədri
Qurban Həsənov – Bakı şəhər 45 saylı tam orta məktəbin direktoru
Ramin Həsənov – XİN-də şöbə müdiri
Kəmalə Hacıyeva- Binəqədi Dairə Seçki Komissiyasının katibi, məktəb direktorunun müavini
   Qabil T. Əliyev- AGEX Group – Şirkətlər Qrupunun və Turizm Televiziyasının təsisçisi və prezidenti, satira yazarı  və s.
 
 
 
 
 
 
   
 
 
                                                                   

Leave a Reply

Your email address will not be published.