Qarabağ Müharibəsində həlak olan və itkin düşənlər

Qarabağ  Müharibəsində  həlak  olan  və  itkin  düşənlər

-Aslanov  Vüqar  Əmiraslan oğlu.
-İsmayılov  Arif  Sadıq  oğlu.
-Əliyev  Kamil  Qəmət  oğlu  (həkim).
-Məmmədov  Şahin  Səməd  oğlu.
-Bəhmənov   Zakir  Yusif  oğlu.
-Məmmədov  Məhəmməd   Müzənfər  oğlu.
-Mansırov  Rafiq   Bayram  oğlu.
-Ələkbərov  Nizami  Xıdır  oğlu.
-Qasımov  Nizami  Mehralı  oğlu
-Qasımov  Yolçu  Mehralı  oğlu.
-Bayramov  Allahverdi  Əli  oğlu.
-Bayramov  Məhərrəm  Hüseyn  oğlu.
-Hacıyev  Bəxtiyar  Yunis  oğlu
-Mansırov Zakir Xıdır  oğlu
-Isgəndərov Hüsaməddin Mehfalı oğlu
-Ələsgərov Fərhad Məhəmməd oğlu (atası Qələndərlərdən, anası Molla Cəfərlərdən).
-Hüseynov Zülfüqar (Elman) Hüseyn oğlu.

Əliyev  Kamil  Qəmət  oğlu:   1964-cü  ildə  Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   müəllim  ailəsində  anadan olub.   1980 – ci  ildə  Toxluca  kənd  orta  məktəbini  bitirdikdən  sonra  Azərbaycan  Politexnik  İnstitutuna  daxil  olub,  bir  təhsil  aldıqdan  sonra   yenidən  Azərbaycan  Tibb  İnstitutuna  (Azərbaycan  Tibb  Unverstetinə )   daxil  olub.  1990-cı  ildə  oranı  fərqlənmə  diplomu  ilə  bitirib.  Təhsilini  Respublika  Onkoloji  Elmi  Mərkəzində  “radioterepiya”   ixtisası  üzrə  kliniki  ordinatoriyada   davam etdirir.  1992-ci  ildə  oranı  da  uğurla  baça  vurur.  1992-cü  ilin  oktyabrında  könüllü  olaraq  cəbhəyə  getmişdir.  701  saylı  həbi  hissənin  tibb  bölüyündə  hospital  taqım  komandiri  bəzifəsində  fəaliyyət   göstərmişdir.  1993- cü  ildə  Murov  dağı  uğrunda  gedən  döyüşlərdə  həlak  olmuşdur.  Bakıda  Şəhidlər  Xiyabanında  dəfn  olunub.

Aslanov  Vüqar  Əmiraslan  oğlu:  1975-ci  ilin  25  avqustunda  Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   Zülfiyyə  adlı    bacısı  ilə   qoşa   dünyaya    göz  açıb.   1982-1988-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  oxumuşdur.  Bakıda  Nəsimi  rayon  19  saylı  orta   məktəbində,  106  saylı  fəhlə – gənclər  məktəbində  təhsil  amışdır.  1994-cü  ilin  aprel  ayında  həqiqi  hərbi xidmətə  cağrılmışdır.  174  saylı  hərbi  hissədə  xidmət  etnişdir.   Sonra  701  saylı  hərbi  hissəyə  göndərilmişdir.  1996-cı  ilin  may  ayında   tərtər  rayonunda  gedən  döyüşlərdə  həlak   olmuşdur.

İsmayılov  Arif   Sadıq  oğlu:   1974-cü  ildə Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub. 1981-1988-ci   illərdə  Toxluca  kənd  orta  məktəbidə   təhsil  almışdır.  Milli   münaqişədən   sonra  ailəlikcə  Bakı  səhərində   məskunlaşdıqdan  sonra  56  saylı  orta    məktəbdə   oxumuşdur.   1989-cu  ildə  4  saylı  texniki – peşə  məktəbində  təhsilini  davam  etdirərək   1992-ci  ildə  birinci  dərəcəli  motorçu – gəmi  təmiri  çilingəri   ixtisasına  yiyələnmişdir.  1992-ci ilin  iyun  ayında  hərbi  xidmətə  çağrılmışdır.   O,  əvvəlcə  Lənkəranda  820  saylı  hərbi  hissədə   xidmətə  başlamışdır.  Sonra  Fizuli   və  Laçın  bölgələrində  döyüşlərdə  iştirak  edmişdir.  Laçın  döyüşlərində  fərqləndiyinə  görə   serjant  (cavuş)  rütbəsinə  layiq  görülmüşdür.  Laçında  fevralın  7-də   Çaldıran  və  Artunaqomer  arasında    yüksəkliklər  uğrunda  gedən  döyüşlərdə  həlak  olmuşdur.  Bakı  şəhərində   Şəhidlər  xiyabanında   dəfn  olunmuşdur.  Səbail  rayonunda  adına  küçə  var.

Məmmədov  Şahin  Səməd  oğlu:  1965-ci  ilin    sentyabrın  18-də   Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub.  Toxluca  kənd  orta  məktəbini    bitirdikdən  sonra   Bakı  şəhərində  Plan – uçot  texnikumuna   daxil  olmuş,   1985-ci  ildə  texnikum  bitirib  hərbi  xidmətə  getmişdir.  1987-ci  ildə  ordudan   geri  döndükdən  sonra  çilingər  peşəsinə  yiyələnmişdir.  Montin  adına  maşınqayırma  zavodunda  çilingər  kimi  çalışmışdır.   1993-cü  ilin  may  ayında   Qarabağda  gedən  döyüş   zonasına  yollanmışdır.  1994-cü   ilin  yanvar  ayında  Fizuli  bölgəsinin   Aşağı  Əbdilrəhmanlı   kəndində  gedən  döyüşlərdə   qəhrəmancasına  həlak  olmuşdur.   Ailəli  idi,  bir   qızı  var.

Bəhmənov    Zakir   Yusif   oğlu :    1962-ci  ilin  iyunun  8-də   Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub.  1979-ci  ildə  Toxluca  kənd  orta  məktəbini    bitirib.   1980 – 1982-ci  illərdə   sovet  ordusunda  xidmət    etmişdir.   1988-ci  ildə   öz  doğma  kəndindən   qovulduqdan  sora   Bakı  şəhərində  məskunlaşmışdır.  Sabuçu  rayon  nəqliyyat  mexanikləşdirmə   idarəsində  sürücü    işləyirdi.  1993-cü  ilin  noyabrında   190  saylı   Sabunçu   könüllü  batalyonunun  tərkibində  Ağdam   bölgəsində  döyüşə  getdi.   Elə     həmin  bölgədə  Qaravənd   kənddi  yaxınlığında  döyüşlərdə  düşmən   gülləsinə  tuş  gəlir. Evli  idi,  bir   oğlu,  bir  qızı   var.   Sabunçu  rayonunda  68  saylı    tam   orta  məktəb  onun  adını   daşıyır.

Ələkbərov  Nizami  Xıdır  oğlu:   1961-ci  ildə     Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub.  1978-ci  ildə  Toxluca  kənd  orta  məktəbini    bitirib.  1980-1982-ci illərdə  sovet   ordusunda  xidmət   edib.   1988-ci  ildə  bütün  Qərbi   Azərbaycan   vətəndaşları  kimi   o  da   öz  doğma   vətənindən   qovulub   və  Bakı   şəhərində     məskunlaşmışdır.   1994-cü  ilin   yanvar   ayında   könüllü  olaraq   Dağlıq   Qarabağda   gedən  döyüşlərdə   Azərbaycan   torpaqlarını   qorumağa   gedir.   Aprel  ayının  14-də  isə  Ağdam  bölgəsində  Güllücə   kəndi   uğrunda  gedən  döyüşlərdə   düşmən   gülləsinə  tuş  gəlir   və  qəhrəmancasına    həlak  olur.   Ailəli  idi.   İki  övladı  var.

Məmmədov    Məhəmməd   Müzəffər  oğlu:   1975-ci  ilin  oktyabrın   14-də  Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub.  1988-ci  ildə   məlum  hadisədən  sonra    ailəlikcə  Gəncə   şəhəridə  məkunlaşdılar.  Gəncə  şəhərində   texniki – peşə  məktəbini   bitirdikdən  sonra   1993-cü  ilin   aprel  ayından   709   saylı  hərbi  hissədə  xidmətə    başlamışdır.   1993-cü  ilin   avqust  ayının   13-də     Ağdam   bölgəsinin  Qaravən   kəndi   uğrunda   gedən   döyüşlərdə   igidcəsinə   həlak  oldu.

   Mansurov   Rafiq   Bayram  oğlu:    1977-ci ilin  sentyabrın   19-da  Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub.   Toxluca  kənd  orta   məktəbində  dörd  il  oxuya  bildi.   1988-ci  il   hadisələrindən  sonra  ailəlikcə   Şəmkir  rayonunun   Çənlibel  (Çardaqlı)    kəndində  məskunlaşdılar.   1995-ci  ilin  oktyabrında   ordu   sıralarına   çağrılməş,  16   dekabrında  isə  düşmən   gülləsinə   tuş   gəlmişdir.

Bayramov   Allahverdi  Əli  oğlu:   1970-ci  ildə   Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub.  1987-ci  ildə  Toxluca  kənd  orta  məktəbini    bitirib.  1988-ci  ilin   noyabrında  sovet   ordusuna   xidmətə   çağrılmışdır.   Elə  həmin   vaxt    ailəsini   də    sovet  ordusunun    köməyi   ilə    erməni    işğalcıları  doğma    vətənindən   didərgin   saldılar.  Allahverdi   sovet   ordusundan   yarımçıq   gələrək    Azərbaycan   uğrunda   döyüşlərə   yollandı.   Döyüşlərdə   ola -ola    1992-ci  ildə   ailə   qurdu.   Sanki   indi  olmasa   sonralar   sevgisinə  qovuşa   bilməyəcəyini    hiss   etmişdir.   Son  döyüşləri    Kəlbəcər   bölgəsində  Yanşaqda  vuruşub.  1993-cü  ilin  14   fevralından   sonra  ondan  xəbər   yoxdur.   Ruslan  adlı   bir  oğlu     var.

Qasımov   Nizami  Mehralı  oğlu :  1955-ci  ilin   may  ayının   19-da   anadan  olub.   Atası   gec  evləndiyindən    ilk   övladı   olanda    42  yaşı   olub.  Həmin  vaxt   Ceyran   müəllimə  Toxluca  kənd  xəstəxanasında  tibb  baçısı   işləyirmiş,  “Nizami”  adının  da  onun  təklifi  ilə   qoyulub.  1962-ci  ildə    Bayramov  Abbas  müllimin   sinfində   birinci  sinfə  gedib,  1972-ci  ildə  Toxlica   kənd  orta  məktəbini   bitirib.  1973-1975-ci   illərdə   sovet  ordusunda   xidmətdə  olub.  1976-1981-ci  illərdə  Gəncədə   Azərbaycan  Kənd  Təsərüfatı  İnstitunun   Zoobaytarlıq   fakultəsinində   təhsil   alıb.  1976-1981-cu  illərdə  İrəvan   Zoobaytarlıq   elmi – tədqiqat   İnstitunun  Toxluca   qoyunçuluq  sovxozunun  laborotoriyasında  labarant,  1981-1985-ci  illərdə   Krasnoselo   rayonunda  Zoobaytarlıq   idarəsində   süni  mayalanma  üzrə   mütəxəsis,  1985-1988-ci  illərdə,  yəni  qaçqınlıq  dövrünə  qədər   Toxluca  sovxozunda   maldarlıq   sahəsində   müdür   vəzifəsində  işləmişdir.   Qacqınlıq  dövründən   sonar   ailəsi  ilə  birlikdə    Bakı  şəhərində   məskunlaşmışdı.  1989-cu  ildən   Azərbaycan  Dəmir  Yolu  İdarəsində   sərnişin  vaqon   bələdçisi   vəzifəsində  çalışıb.
Nizami  Mehralı  oğlu   “hay”ların   Azərbaycana  qarşı   növbəti  təxribatı   nəticəsində   30  may   1991-ci  il  tarixində    Dağıstan   Respublikasının   Xasav – Yurd  (Karlanyurd)   stansiyasında   partladılan  Moskva – Bakı   qatarinda  həlak  olub.   Həmin  təxribatda   7  qadın,  5  kişi  olmaqla   12  nəfər  həlak  olmuş,   onlarla  insan   yaralanmışdır.
Bir  qızı,  iki  oğlu  var.

   Yolçu  Mehralı   oğlu  Qasımov :   1974-cü  ilin    4   fevralında    Ulu  Göyçə  mahalının   Toxluca  kəndində  anadan  olmuşdur.   Ata  babası  Məşədi  Yolçunun   adı   ilə  adlandırdılar   adını.   1981-ci  ildə  birinci  sinifə  getmişdir.  1988-ci  ildə  səkkizinci  sinifdə  oxuyanda   qacqınlıq  həyatı  yaşadı.  Ailəlikcə   bir  necə  ay  Tovuz   rayonunda  yaşadıqdan   sonar   1989-cu  ilin  mart  ayından   Bakı  şəhərində   məskunlaşdılar.   1991-ci    ildə   Nəsimi  rayon   5  saylı   orta  məktəbi   bitirdikdən  sonar   Bakı  şəhərində  yerləşən  20  saylı  texniki  peşə   məktəbində   “dərzilik”  peşəısi   üzrə   təhsil   almışdır.   1992-ci  ilin  iyulun  30-da   Binəqədi  rayon  hərbi    komisarlığı  tərəfindən  hərbi   xidmətə  çağrılmışdır.  701  saylı  hərbi  hissənin  tərkibində   “hay”lara  qarşı  vuruşmuşdur.   1992-ci ilin  9  oktyabrında   Laçın   şəhəri   ətrafında   döyüşdə   itgin  düşmüşdür.  Bundan  sonar  heç  bir   xəbər   yoxdur.    Ailə   qurmamışdır .

  Bayramov   Məhərrəm   Hüseyin  oğlu:   1975-ci  ildə    Göyçə  mahalının  Krasnoselo  (Çəmbərək )  rayonunun  Toxluca  kəndində   anadan  olub.  1988-ci  il   məlum    hadisələrdən   sonra     ailəlikcə   Bakı   şəhərində   məskunlaşdılar.  1992-ci  ildə   ordu   sıralarına    çağrılır.  Ilk   döyüşləri   Ağdam    bölgəsində   gedən  olur.  Döyüşlərin   birində   yaralanır.   Bakı  şəhərində   qospitalda   müalicə   olunduqdan   sonra    yenidən   döyüşlərə   qayıdır.  Fizuli   bölgəsində   gedən   döyüşlərdə   yenidən   yaralanır.   Müalicə   olunduqdan  sonra   yenidən  hərbi   hissəyə  qayıdır.  Bu  dəfə   Tərtər   bölgəsinə   göndərilir.   Burada   Marquşavan   və  Seyid  Sultanlı  kəndləri   uğrunda    gedən   döyüşlərdə   girir.   Ancaq   bir  daha  ondan   xəbər    olmur.

Ələsgərov  Fərhad   Məhəmməd  oğlu –  1975-ci  il  18   oktyabr   tarixində   indi  Ermənistan  adlanan  tarixi   Azərbaycan   torpağının   Göyçə   mahalının  (Krasnoselo  (hazırda   Çəmbərək)    rayonunun   Toxluca   kəndində   doğulmuşdur.  Azərbaycan – Ermənistan  arasında  baş   vermiş   məlum  hadisə  zamanı  Fərhad  ailəlikcə   1988-ci  ilin   soyuq    payız- qış  aylarında   Daşkəsən   rayonunun   Kəmərqaya   kəndinə  gəlib,  elə   orada  da   məskunlaşdılar.  Fərhad    həmin   vaxt   hələ   orta   məktəbin  7-cı   sinifində   oxuyurdu.
1992-ci  ildə   orata    təhsilini   başa  vuran   Fərhad   böyük    qardaşı  İman  və  anasının  məsləhəti  ilə  ali   məktəbdə  oxumaq   üçün   imtahan  versə  də,   bu  arzusunu   həyata   keçirə  bilmədi.   Bu   dövrdə   Dağlıq   Qrabağda  qızğın  müharibə   gedirdi.  Ali   məktəbə    daxil   ola   bilməyən   Fərhad   məskunlaşdığı   kəndə  qayıtmalı  oldu.  Ancaq   Qarabağ   uğurunda    döyüşlər   gedirdi ,   doyunca   gəzə   bilmədiyi,   ancaq   unuda   bimədiyi,  Göyçə  mahalında  qoyub   gəldikləri   Toxluca   kəndinə geri   qayıtmaq   arzusu   ilə   Daşkəsən  rayon   Hərbi   komisarlığına    müraciət   etsə  də  Fərhadı   orduya   götürmədilər.   Fərhad   1992-ci  ilin   dekabr   ayında    könüllü  olaraq   həmin  dövürdə  yaranmış   “Daşkəsən  könüllər   batolyonu”nda   xidmət   etməyə   başladı.
Fərhad   Ələsgərov  “Daşkəsən   könüllər  batolyonu”nun   tərkibində    Ağdam  və  Ağdərə  istiqamətində   gedən  döyüşlərdə   vuruşmuşdur.
Daşkəsən  rayon   hərbi   komisarlığı  tərəfindən   həqiqi   hərbi  xidmətə   çağrılan   Fərhad   Ələsgərov   1993-cü  ilin  20  oktyabr   tarixindən   N  saylı   hərbi   hissədə  xidmətə  başladı.  Şuşanın   Malıbəyli,  Fizuli   rayonunun     Horadiz  qəsəbəsi,    Alıxanlı,   Şükürbəyli    və  ş.  kəndləri   uğurunda   gedən  döyüşlərdə   iştirak  etmişdir.
1995-ci   ilin   18   oktyabr   tarixində   Şükürbəyli   uğurunda   gedən  döyüşdə   Fərhad  Ələsgərov    düşmən  gülləsindən   qurtula   bilmədi.   Döyüşlərdə   öz  şücaəti,  qəhramanlığı  ilə  fərqlənən  Fərhad   Məhəmməd  oğlu  elə   QƏHRAMANCASINA  da   həlak  oldu.
Hərbi  hissə  komandirləri   tərəfindən  dəfələrlə   fərqlənmə  və   tərifnamələrə  layiq   görülmüşdür.   Hazırda   Daşkəsən  rayon   Kəmərqaya  kənd  tam  orta  məktəbi   Fərhad   Məhəmməd  oğlu  Ələsgərovun  adını  daşıyır.
Daşkəsən   rayon  Prokroru   Yusif   Xəlilov   Qarabağ   müharibəsində  iştirak  etmiş  ŞƏHİD  və  İTGİN  DÜŞƏNLƏRİN  xatirəsinə   həsr   etdiyi  kitabda   da  Fərhad   Ələsgərovun  adı   xüsusi  ilə   qeyd  olunub.
Fərhadın   dərdinə   dözməyən   anası  Zeynəb   Camal  qızı  Ələsgərova  1998-ci  ilin  4  oktyabr  tarixində   “Fərhad”  deyə-deyə  gözlərini  yumdu.
Qardaşları   İman,  Nəcəf,  Əziz,   bacıları  Mehriban,  Elmira,  Səlminaz,   Sədaqət  daima   Fərhadla  fəxr  edir,  qəlblərindən   heç  vaxt   unutmurlar.

Hüseyinov   Zülfüqar  (Elman)  Hüseyin  oğlu  –  1973-cü  ili  11  iyun  tarixində   Qərbi  Azərbaycanın  Göyçə  mahalının   (Erm  SSR-nin  krasnoselo  (indi  Çəmbərək) rayonunun)  Toxluca  kəndində   anadan  olub.   Zülfüqar  (Elman)   hələ  uşaqkən   ailəlikcə   1976-cı  ildə  Bakı  şəhərinə   köçmüşlər.   Zülfüqar  (Elman)   uşaqlığını   Bakı  şəhərində  keçirsə  də  1988-ci  ilə  qədər  yay  aylarında   valideyinləri   və  ya  böyük   bacı  qardaşları  ilə  Toxluca  kəndinə  gəlir,  istirahət  edir,  Göyçə  kölündə   çimərdi.
Zülfüqar  (Elman)  Hüseyin  oğlu   orta  təhsilini    Xətai  rayonu   NZS    qəsəbəsində   yerləşən   194  saylı  orta  məktəbində  almışdır.
1988-ci  ildə  məlum   hadisələr  zamanı  Toxluca  kəndində   yaşayan  qohumlar  öz   ata-baba  yurdlarından  didərgin   salındılar.  Qarabağa  hadisələri  zamanı   Bakı  şəhərində   başlayan  nümayişər   və  etiraz  aksiyaları   hələ  orta  məktəbdə  oxuyan  gənc   Zülfüqarda  (Elmanda)   “hay”lara   qarşı   kin-küdrət   yaratmışdır.
1992-ci  il   iyul   ayında   hərbi   komisarlığa   çağrılan   Zülfüqar  (Elman)    Cəlilabad  rayonunun   Göytəpə   qəsəbəsində   yerləşən   “Lənkəran   batalyonu”  adlanan  hərbi   hissədə  xidmətə  başlayır  və  burada   Tankla   döyüş   üsullarını  mənimsəyir.
1992-ci  ilin  noyabr  ayında   Zülfüqar  (Elman)   Hüseyinov   döyüşün   qızğın   yerlərindən  olan    Fizuli  rayonu   ərazisinə   göndərilir.   Bir  neçə  ay  burada   öz   döyüş   texnikası  ilə   düşmənin   həmlələrinin  qarşısını  alır.  Ancan   döyüşlərin  birində  Zülfüqar  (Elman)   yaralanır  və  Ələt  qəsəbəsində  yerləşən   hərbi   qospitalda   müalicə  olunur.  Müalicədən  sonar   Zülfüqar  (Elman)   yenidən  ön   cəbhəyə,  bu  dəfə  Laçın – Kəlbəcər   zonasına  göndərilir.  Öz   şücaəti  ilə  fərqlənən   Zülfüqar  (Elman)   daima   öz   texnikası  ilə   irəlidə   gedirdi.  1993-cü  ilin  28  mart  tarixində   Kəlbəcər   rayonunda      Murovdağ   dağ  silsiləsinin  ətəyində   yerləşən   Bağlıpəyə   kəndi  uğrunda   gedən   döyüşdə   itkin   düşmüşdür.

Hacıyev  Bəxtiyar  Yunis  oğlu  –  14  yanvar  1971-ci  il   tarixində  oğuz – türk  yuedu  olan  Qərbi  Azərbaycanın  Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselski  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  doğulmuşdur.   1978-ci  ildə  Txluca  kənd  orta  məktəbinə  daxil  olan  Bəxtiyar,  1988-ci  ildə  elə  bu  təhsil  ocğını  uğurla  başa  vurmuşdur.
1988-ci  il  elə  bir  il  idi  ki,  artıq “hay”lar   Azərbaycanlılara  qzrşı  həm  Azərbaycan  SSR-nin  tərkib  hissəsi  olan  Dağlıq  Qarabağa  müstəqillik  statusu  ideyasını  qaldırmışlar,  həm  də   azərbaycanlıların  tarixi  torpağı  olan  oğuz-türk  yurdu  olan,  sovet  hakimiyiyyəti  tərəfindən  Ermənistan SSR  adlandırılan  ərazidən  tamamilə azərbaycanlıları  təmizləmək ideyasını  fikirləşirdilər. Və  deportasiyanı  məhz  1988-ci  ilin  payız  –  noyabr  ayında  həya  keçirm əyə  başladılar.
Bəxtiyar  məhz  bu  ildə  orta  məktəbi  bitirmiş,  təhsilini  davam  etdirmək  qçqn  ali  məktəbə  sənəd  versə  də  arzusuna  çata   bilməmişdir. Təhsil  almaq  həvəsi  onu  Bakı  şəhər  Binə  qəsəbəsində  yerləşən  101  saylı  mexanikləşdirilmiş  texniki   peşə  məktəbinə  apardı.  O. 1989-cu  ildə   bu  texniki  peşə  məktəbində  təhsil  alaraq  “traktorların  və  avtomobillərin  elektrik  avadanlıqları  üzrə  təmiri – cilingər”  ixtisasını  almışdır.
1988-ci  il   məlum  hadisələr  zamanı  Bəxtiyarın da  ailəsi  digər  soydaşları  kimi  öz   ata-baba  yurdundan  deportasiya  edilmişdir  və  onlar  Bakı  şəhərində  məskunlaşmalı  olmuşlar. El-obası  öz  yurdundan  deportasiya  olunmuş  Bəxtiyarı SSRİ  adlanan  dövlət  1989-cu  il  may  ayında  sovet ordu  sıralarına qulluq  etməyə  çağırmışdır.  Əlbətdə  bu  böyük  təzad idi,  –  sovet  ordusu nəzarəti  altında  el-oban  deportasiya  olunsun,  özün  iosə  həmi  ölkəni  qorumağa  get!!??  Uzaq  şərqdə  – Ulan-Ude  şəhərində  yerləşən  ordunun  tərkibində  qulluq  edən  Bəxtiyar,  orada  rabitəçi  peşəsini  çox  gözəl  mənimsəyə  bilmişdir.
1991-ci  ilin  may  ayında  sovet  ordu  sıralarından tərxis  olunan  Bəxtiyar  sentiyabr  ayında Bakı  şəhərində  yerləşən  75  saylı  Texniki  Peşə  məktəbində  “barmen,  bufetçi”  peşəsinə  yiyələnmişdir.
Artıq  “hay”  ördusu  Azərbaycanın  müxtəlif  bölgələrinə  hücumları  güclənmişdir.  Bunu  hiss  edən  Bəxtiyar yeni  yaranan  Azərbaycan  ordusunun hərbi  rabitəçiyə  ehtiyacı  olduğunu  görüb  ordu  sıralarına  yollandı  və  rabitəçi – kəşfiyyatçı  kimi  qulluğa  başladı.  Onun  qulluq  etdiyi  hərbi  hissə  Xocavənd  rayonu  ərazisində döyüşlərdə  vuruşurdu.  Ancaq  2  oktyabr  1992-ci  il  tarixində  Xocavənd  rayonuun  Əliralılar  kəndi  uğurunda  döyüşlərdə Bəxtiyar  itgin  düşmüşdür.

Mansırov  Zakir  Xıdır  oğlu   – 6 yanvar  1965-ci  il  tarixində  Oğuz – türk  yürdu  olan  Qərbi  Azərbaycanın   Göyçə  mahalının  (Erm  SSR-nin  Krasnoselski  (Çəmbərək)  rayonunun)  Toxluca  kəndində  doğulmuşdur.  1972-1982-ci  illərdə  Toxluca  kənd  orta  məktəbində  təhsil  almışdır.  1983-1985-ci  illərdə  Soet  ordusuda  xidmət  etmişdir.  1985-ci  ildə   sovet  ordusundan  tərxis  olunduqdan  sonra  Krasnodar   şəhərinə  getmiş  və  işə  düzələrk  müvəqqəti  olaraq  orada  məkunlaşmışdır.
1988-ci  il  Qarabağ  münaqişəsi  nəticəsində  digər  soydaşları  kimi   Zakirin  el-obası,  valideyinləri  və  ailəsi  də  öz  doğma  yurdundan  deportasiya  olunmuşdur.  Onun  ailəsi   Bakı  şəhərində  məskunlaşmış   və  özü  də  Krasodar  şəhərindən  Bakı  şəhərinə  köçməli  olmuşdur.  1993-cü  il  tarixində   Səbail  hərbi  komisarlığından  Azərbaycan  ordusuna  çağrılmış   və   702  saylı  hərbi  hissədə  xidmət  edtmişdir.  Bu   hərbi  hissədə   “hay”  ordusuna  qarşı  müxtəlif   döyüş  əməliyyatlarında  iştirak  etmişdir.
Sonrakı   dövrlərdə  101  saylı  hərbi  hissənin  tərkibinə  keçrilmiş  və  burada  da  müxtəlif   döyüş  əməliyyatlarında  iştirak  etmişdir. 19  yanvar   1994-cü  il  tarixində  Fizuli  rayonu   ərazisində  döyüş  əməliyyatları  zamanı  itkin  düşmüşdür.
101  saylı  hərbi  hissənin   22  yanvar   1997-ci  il  tarixli  məktubuna  əsasən  Səbail  məhkəməsi   Mansırov  Zakir  Xıdır  oğlunun  döyüş  əməliyyatları  zamanı  ölmüş  (həlak)  olması  haqqında  Qətnamə  qəbul  etmişdir.
Zakir  Xıdır  oğlu  Mansırov  öz  bibisi  qızı  Telli  Mustafa  qızı  ilə  ailə  qurmuşdur.  Anar  və  Sevic  adlı  iki  övladı  yadigar  qalmışdır.

     İsgəndərov   Hüsaməddin  Mehvalı  oğlu  –  1970-ci  il  tarixində  qədim  Oğuz  yurdu  olan  Qərbi   Azərbaycanın   Göyçə   mahalının   (Erm  SSR-nin  Krasnoselo  (Çəmbərək)  rayonunun)   Toxluca  kəndində   anadan  olub.  İlk  orta  təhsilini   1977-ci  ildə  Toxluca  kənd  orta  məktəbinə  daxil  olmuş, 1987-ci  ildə   Toxluca  kənd  orta  məktəbini   uğurla  başa  vurmuşdur.
1988-1990-cu  illərdə  Sovet  ordusunda  xidmət  etmişdir.  Hüsaməddin   sovet  ordusunda  xidmət  etdiyi  dövrdə  eyni  bayraq  altında  birləşmiş  iki   müttəfiq  Respublikası  arasında  –  Azərbaycan  və  Ermənistan  arasında  yaranan  münaqişə  baş  veri.  1988-ci  il  məlum  Azərbaycan-Ermənistan  münaqişəsi  zamanı  Hüsaməddin  Mehvalı   oğlunun   ailəsi  də  digər  soydaşları  kimi  öz  ata-baba  yurdunu  məcburi   tərk  etməli  olmuşdur.  O,  ailəsi  Bakı  şəhərində  məskunlaşmalığa  məcbur  olmuşdur.  Hərbi  xidmətə  Göyçə  mahalının  Toxluca  kəndinən  yola  düşən  Hüsaməddin,   ordudan  tərxis  olunan  sonra  ailəsini  Bakı  şəhərində  tapmışdır.
1990-1993-cü  illərdə  DİN-nin  nəzdində  olan  Yanğınsöndürmə  idarəsinin  Bakı  şəhər  söbəsində   çalışmışdır.
O,  1993-cü  ildə  təhsilini  davam  etdirmək  üçün   Bakı  Ali  Birləşmiş  Komandalıq  məktəbinə  daxil  olur.  Oxuduğu  müddətdə  ona  birbaşa  gizir  rütbəsi  verilir  və   oxuduğu  məktəbdə   komandir  rota  vəzifəsini   icra  etməyə  təyin  edilir.  1997-ci  ildə  təhsili  başa  vurduqdan  sonra   öz  vəzifəsini  davam  etdirir.
1998-ci  ilin   ilk  günlərində  İsgəndərovu  cəbhə  bölgəsinə  göndərilir  və  N  saylı  hərbi  hissədə  Qərargah  rəisi  təyin  edilir.  8  aprel  1998-ci  il   tarixində  döyüşlərin  birində   düşmən  gülləsinə  tuş  gəlmiş  və  həlak   olaraq  şəhid  olmuşdur.
Ailəli   idi.  Bir  oğlu  var.