Toxluca kəndinin adət – ənənələrindən

Toxluca    kəndinin   tarixi   tədqiqatçılar   tərəfindən   araşdırılmasa  da,   orada  olan   toponimlərdən   görünür   ki,  kəndin   tarixi   qədimdir.   “Gəncə   yolu”   toponimi    kəndin  tarixini    er.  əv.  IV-III əsrə əvvələ  aparıb  çıxarır.  Bu  toponim “Qanzax eli”  ifadəsinin  təhrif  olunmuş   formasıdır.
Ərəb   mənbələrində   “Gənzə”,   qədim  fars   mənbələrində   “Gəncə”,  qıpcaqların   qarqar   tayfalarının   yazılı   mənbələrində   “Qandzak” / “Kandzak”   formasında   olan   Atropatena   hökümdarlarının   yay   iqamətgaı  olan   şəhər,   yunan  mənbələrində   “Qazaka”   kimi   ifadə   olunur.   Qazaka   şəhəri   şərqdə   Zərdüştiliyin    əsas   ibadətgahlarından,   inkişaf   etmiş   mədəniyyət   mərkəzi  idi.   Demək   oar   ki,   Zərdüştilik   dini   buradan  idarə  olunurdu.  Tarxçi-etnoqraf    Q. Qeybullayevin  fikrincə   er. əv. VIII-VII əsrlərdə  ATA yurda Sakların tərkibində  qayıdan   Uti, Qarqar, Quqar, Şirak, Alban, Şamak,  Quqar, Pasian, Şarvan  türkdilli tayfaları   ilə  birlikdə  Qanzax / Gəncik  tayfası  da  olmuşdur.  Bu   tayfa Azərbaycanın  Cənubunda   Qanzak,   şimalında  isə   Gəncə  kimi    iqtisadi  elmi  çəhətdən  inkişaf  etmiş   böyük  şəhərlər  yaratmışlar.  Atəşpərəstlik  dininin  yaradıcısı  sayılan   Zərdüşt  məhz  bu  tayfanın  nümayəndəsi  olub.
Türkdilli   xalqların   yayıldığı    ərazilərdə,  Qazaxlarda   (Qazaxstanda),  Qırğızlarda,   Türkmənlərdə   indi   də  “Gəncək”,  “ gənjə “    tayfa,  yer,  çay    adlarına   rast   gəlinir.  Həm  Şimalı   Azərbaycanda,   həm   də   Qərbi   Azəbaycanda  (indi  Ermənistanda)  Qanzax / Gəncik   tayfasının   adı   ilə  bağlı    çoxlu   toponimlərə    rast   gəlinir.  “Gəncə   yolu” / “Ganzak  eli”  toponimi  də   məhz   bu   toponimlərdən   biridir.  Toxluca   kəndində  yerləşən  “Gəncə   yolu” / “Ganzak  eli”  adlı   ərazinin   yaxınlığında  yerləşən   “Quş  qayası”   toponimi,   kənddə  olan   “Ocaq  təpəsi”  (“Ocaq   dağı”)   və   həmin   təpənin  (dağın)  şimali-şərq   hissəsində  olan   qəbirstanlıq   Atəşpərəstlik  (Zərdüştilik)   dininin   bu   kənddə   yaşadığını   bariz   sübutudur.
“Gəncə   yolu” / “Ganzak  eli”  ərazisində   yerləşən   düzənlikdə   40 – 50  kv. m.   sahə   var  idi  ki,   ora   daş   topasından   ibarət   idi   və   əkilmirdi.  Bu   ərazi   əhalinin   yaddaşlarından  silindiyi    Zərdüştlük   dininə   xas   olan   məbədin   qalıqlarının   yeri   idi.
Zərdüştilik   dininə    görə  insan  əti   murdar   olduğu   üçün,  insan   vəfat   edərkən  onun   cəsədini  qayalığa  (və  ya  daşların  üzərinə)  qoyulur,   meyidin  ətini   vəhşi   quşlar   yedikdən   sonra,  skleti  (sümükləri)   küpün  içərisinə   şaquli   (ayaq   üstə   dik)   qoyulur   və  küpü   də   şaquli   istiqamətdə    dəfn   edirmişlər.
Toxluca   kəndində  də   vəfat   edən   insanın   meyitini    “Quş  qayası”    ərazisində   yerləşən   qayaların  üzərinə   qoyulub,   quşlar   meyitin  ətini   yedikdən   sonra   “Ocaq   təpəsi”  (“Qcaq  dağı”)   adıanan  ərazinin   şimali-şərqində   dəfn  ediblər.   “Ocaq   təpəsi”  (“Qcaq  dağı”)   şimali-şərqində   yerləşən   qəbirstanlığın   ərazisində   1930-ci  illərdən   sonra   evlər   tikilmişdir.   1970-ci  illərdə  bu   ərazidə  kənd  sakini  Qələndərov  Hüseyn   ev  tikərkən  evin  himini  (özülnü)   qazan  fəhlələrin   söyləməklərinə   görə   oradakı   qəbirlərdəki   küplər   məhz   şaquli   dəfn   olunubmuş.
Çox   ehtimal   ki,   “Ocaq   təpəsi”  (“Qcaq  dağı”)    Zərdüştilik   dövründə   inanc   və   sitayiş    (ziyarətgah)   yeri   olubmuş.   Sonrakı   dövrlərdə  bu   dağa   “Ocaq”,   “Pir”   kimi  ziyarət    edilmirdi.   Ancaq    yaşlı   insanlarda   bu  dağa   bir   inanc   hiss   olunurdu.  Bəzən  bu  dağa  And   icərdilər.
Qafqaz   Albaniyası   ölkəsində   yayılan  xiristianlıq   dininin  izləri  Toxluca   kəndində   qalmışdır.  Əhalinin   təhrif  olunmuş   şəkildə   “Arxac”   adlandırdığı   ərazi   əslində  “Ağ  Xac”   olub   ki,  bu   xristianlığın   bu   kənddə   yayıldığını   sübut   edir.  Bu   ərazidə  də  qəbirstanlıq   aşkar  olunmuşdur.
Kənddə   olan   toponimlərə    əsasən   deyə   bilərik   ki,   Toxluca   kəndinin   yaşı   ən   azı   er.  əv.  IV   əsirdən  əvvəllə  gedib.   çıxır  ki,  bu  da  Saklarla  birlikdə  Qafqaza   ATA  yurda  qayıdan  biri  olduğunu  deməyə  haqq  verir.   Əgər   Toxluca   kəndinin  ərazisində   yerləşən   “Dəlmə”   toponimini    araşdırılsa   bu   tarix  ola   bilər   ki,  daha   qədimə   gedə    bilər.
Toxluca  kənd   toponimlərin   təhlili   göstərir   ki,   kənddə    ilk   məskunlaşan  er.   əv.   VIII – VII   əsrdə    Sakların  tərkibində   ATA   yurda  qayıdan   Gəncək / Qanzax / Ganzak   tayfası   olub.  Bu   tayfaların   nə  vaxtdan   məskunlaşması   məlum  olmasa  da,  er.  əv.   IV – III   əsrlərdə  geniş   bir  ərazidə   yayılan    Zərdüştilik   dinin    artıq   həmin  dövrdə   Toxluca   kəndində  də    yayılmışdır.
Toponimlərdən   tədqiqatı   göstərir   ki,  Toxluca  kəndinin   ərazisindəki  Gəncək / Qanzax / Ganzak   tayfasından   başqa   digər   tayfalar  da   məskunlaşmışlar.   Bunlardan   Qıpcaqların  Tuk,   Aşnak / Eşnək   (“Eşşək  təpəsi”  bu  tayfa  ilə  bağlıdır),   Oncalı / Ancalı  (“Yoncalıq”   bu  tayfanın   adı  ilə  bağlıdır),  Qamışlı /  Komuşlu   (Qızılbaşların   bir   qolunun  adındandır),   Səlcuqların   Kanqlı,   (Qanqallı   toponimi   ya   bu  tayfanın  adı  ilə   bağlıdır,  ya  da  Peçeneklərin  Kəngərli   tayfasının  adı   ilə  bağlıdır).  Toponimlərdə   izi   qalmasa  da   Toxluca   kəndində  məskunlaşan   tayfalardan  biri   də  Qıpçaqların   Qılıclı   tayfası  olub.  Bu   tayfaların   hər   biri   müxtəlif   vaxtlarda   Toxluca   kəndinin   ərazisində   məskunlaşsa   da,  eyni   vaxtda    kəndin   müxtəlif   yelərində   yaşamışlar.   Hətta   mən   düşünürəm  ki,  “Düz   yurd”   və  “Dərə yurd”   adlı   yerlərdə   adı   bizə   gəlib  çatmayan   və   ya  məlum   olmayan   tayfa   və  ya   tayfalar   yaşamışlar.   Bunu   kəndin   ərazisinin  müxtəlif   yerlərində   aşkar   olunan   qəbirlər   və  qəbirstanlıqlar   da   sübut   edir.
Kəndin   ərazisində  olan  “Dəlmə”   toponimi  ya   Hunların   Tele  adlı   tayfasının   adı  ilə  bağlıdır,  ya  da   Toxluca   kəndi   ərazisində   ilk   məskunlaşma   ərazisidir.  Burada    hansı  tayfaların  və  nə   vaxtdan   məskunlaşması  toponimlərlə   müəyən  etmək  mümkün  deyil.   Bunu  ancaq   oradakı   qəbirlərin   tədqiqatından    sonra   müəyyən  etmək   olar.
“Dana  Damı”  toponiminin    tədqiqatı   isə   onu   müəyyən   etmək   olur  ki,   ərazidə   güclü   dini  mərkəz   olub.   Bu   isə   həmin   dövrdə    elmin   inkişafı   deməkdir.
Qədim  Türk   ailəsi  dillərinin  çoxunda  “danla”  sözü   “sabah”,  “sübh  tezdən”  kimi  işlənirmiş.  İslamaqədər  isə  “çəhənnəm”  sözü  türk  dillərində  “damu”  və  ya  “Tamu”  kimi  ifadə  olunurmuş.   Bu   ifadələrlə   demək  olar  ki,   kənddə  olan  din  və  elm  adamlarını   sübh  tezdən   bir  yerə  yığaraq   (ola   bilsin  ki,  aldadaraq)    məhv   etmişlər.  Hadisə  ya  Zərdüştilikdən   xristanlığa,  ya  da  xristanlıqdan   islama   keçid  dövründə  baş  verməsini  ehtimal  etmək  olar.  Mənim   fikrimcə   bu  hadisə   Zərdüşt   din  alimlərinin  (din  xadimlərinin)  məhvindən  sonra    yaranmışdır.  Həm   də   burada    söhbət   bir   neçə   insanın   ölmündən   yox,   kütləvi   şəkildə   insanların   ölmündən   (məhvindən)  gedir.   Bunu   ərazidə  olan   qəbirstanlıq  da  sübut  edir.   Həmin  qəbirstanlıq   Kirkitli  dağının  cənubi-şərq   yamacında,  “Dana  Damı”  adlanan  ərazinin   şimalı-qərbində   yerləşirdi.  Kirkitli   dağının   ətəkləri   qayalıq  olduğundan  Ilk   baxışda   həmin  qəbirstanlığın  daşlarını   qayalığın   davamı   kimi   hiss   edirsən.  Toponimin  tədqiqatından  sonra   həmin  “qayaların”   qəbir   daşları   olduğunu   dərk   edə   bildim.
Müharibələr   nəticəsində   kənd  ərazisində   olan   yaşayış   məskənləri   dağılmış   və  yenidən   formalaşmışdır.  Axırıncı  dağılma   və   boşalma   isə   1722 – 1727-ci  il   Səfəvi – Osmanlı   müharibəsi   nəticəsində   olmuşdur.   4  oktyabr  1727-ci  il  tarixində   Həmədan  sülh  müqaviləsinə  əsasən   Səfəvi   torpaqlarının   şimali-qərb   hissəsi,  o   cümlədən   Cuxur  Səəd  ərazisi   Osmanıların   tabeliyinə   kecdi.   Osmanlıların   1728-ci   ildə   tərtib   etdiyi   “İrəvan   əyalətinin   icmal  dəftəri”nə  əsasən  demək  olar  ki,  Toxluca   kəndi   həmin   dövrdə,   yəni  1727-ci  ildə   boşalmışdır.   Boşalmanın   səbəbi  isə   belədir.  Səfəvilər   şiə,   Osmanlılar  isə   sünnü   təriqətli   idilər.   Həmin  dövrdə   qırğınlara   məruz   qalmaması   və  ya   yüksək  vergi   verməməsi  üçün   şiə   təriqətinə   etiqad   edənlər   ya   sünnü   təritini   qəbul   edir,   ya   qədim  dinə –  xristianlığa   qayıdır,  ya   yüksək   vergi   verməykə   razılaşır,   ya  da   kəndi   tərk   edirdilər.   Bu   səbəbdən  də  işğal  olunmuş    ərazilərdəki  öz  yaçayış  yerlərini  boşaldmış    kəndlərdən  biri  də  Toxluca   kəndinin   əhalisi  olub  və   onlar  öz  kəndlərini   kəndlərini   tərk  edərək   boşaltmağı  üstün   tutublar.
Toxluca   kəndinin   yenidən  və   son   bərpası   təqribən   1740-cı   illərdə,  Nadir    şahın   dövründə    olub.
Səfəvi  ordusuna  rəhbərlik  edərək  tam  əla   ala  bilən  Nadir,  1732-ci   ilin  sentyabrında  II  Şah  Təhmasibi   taxtan  salaraq,   hələ   bir  yaşı   olmayan  II  Şah  Təhmasibin  oğlu  III  Şah  Abbası  taxta   çıxardı   və   dövləti   onun  adı  ilə   idarə   etməyə  başladı.   1733-1736-cı  illərdə   Səfəvilərin  bütün  torpaqlarını   qaytararaq   köhnə   sərhədləri  bərpa   etdi.   1936-cı  ilin  əvvələrində   İstanbul   sülh  müqaviləsini  bağlayaraq   Səfəvilərin   əvvəlki   sərhədlərini   bərpa   etdi.  1733-1736-cı  illər   Səfəvi –Osmanlı   müharibəsində   Balı   Sultan  da   minbaşı  komandiri  kimi   Nadir  şahın  ordusunda   iştirak  edirdi.   Xüsusi  şücaətinə   görə   Nadir  şah   minbaşı   Balıya   “Sultan”   titulu   verərək   xüsusi   torpaq   mülkü   də  bağışlamışdır.   Balı   Sultan   anasının   məsləhəti   ilə   bağışlanmış   torpaq  mülkiyyəti   kimi   öz   kəndlərini – 1727-ci  ildə   boşaldılmış   Toxluca   kəndini   istəmişdir.  Beləliklə   Balı   Sultan   1740-cı  illərdə   Toxluca   kəndinə  gələrək   1727-ci   ildən  boş  qalmış   və  xarabalığa   çevrilmiş   kəndi  yenidən  şenləndirmişdir.
Toxluca   kəndinin   1740-cı   illərdə  bərpasından   sonra   ora   yenidən   məskunlaşmağa   gələn  və  ya   qayıdan  əhali     yalnız   “Tuk”   tayfasının   yaşadığı   yurdda     məskunlaşaraq    yaşamışlar.    Digər   yurd   və  yaşayış   yerlərindən   otaraq,   əkənək   və   s.  kimi   istifadə   edilmişdir.   Mənim  fikrimcə   kəndin  yenidən  bərpasından  sonra   orada  həm   əvvəllər   yaşamış   əhalinin   özləri  və  ya  övladarı,   həm   də   digər   yerlərdən    gələn   insanlar   məskunlaşmışlar.
Toxluca  kəndi   dəniz  səviyyəsindən   təqribən  2100   m  yüksəklikdə   yerləşib,   ən   hündür  zirvəsi  –   “Əmirotalan”    ilə   “At  xalxalı”nın  arasındakı   Çaldaş   dağının   zirvəsi  (hazırda   “hay”lar   oranı   Karktasar  dağı  adlandırırlar)  2730  metr,   Kirkitli  dağı   isə  2680  metrdir.    Kəndin  ümumi  ərazisi   55  kvadrat  kilometrdən  çox  idi.  Kənd  dağlıq  ərazidə  yerləşdiyindən  qışda  tempratur    kiçik  çilədə   10-15   dərəcə şaxta,   yayda    temperatur  15-30  dərəcə   isti  olurdu.   Dekabr  ayının   ortalarında   yağan   qar,   mart  ayının  sonlarında  –  Novruz  bayramından  sonra  əriyirdi.
Kəndin  ərazisinin   torpaqları,  örüşləri,  relyefi    tamamilə   dağlardan  və  dərələrdən   ibarət   idi.  Düzənlik   sahə    demək   olar  ki,   yox  idi.   Əhalinin   məskən  saldığı   sahə  (ərazi)  isə   hər   bir   tərəfdən   dağlarla   əhatələnmişdir.   Kənd   özü   sanki   “teş”tin   içərisində    tikilmişdir.  Kənd   yalnız    cənubi-qərb   tərəfdən,   Uzundərə   çayının   Göycə   gölünə   töküldüyü   istiqamətdə,   təqribən   200-250  m  məsafədə   açıq   idi,  yəni   dağlarla    əhatə  olunmamışdır.   Həmin  açıq   hissədə   də  dağlar   spiral   şəklində    bir-birinin   bağlayırdı.  Yəni  açıq  sahə   düz   yox,  döngəli     idi.
Kəndin   Əyriayaq   (1952-ci  ildən  sonra  “Sovxoz”  adlanmışdır)   adlanan  hissəsi  isə   şimal,  şimali-qərb  və  şimali- şərq  tərəfdən   dağlarla   əhatələnmiş,   digər   tərəfləri   Göycə   gölünə   doğru   acıq  idi.   Kəndin   ərazisində  olan   bütün  sular   dərələrlə   axaraq   müxtəlif   istiqamətdə   kəndin   içindən   keçərək   Uzundərə    çayına   birləşib,   Göycə   gölünə   tökülürdü.  Yalnız   Dana  Damı   adlanan   ərazidən   sular   Dəlmədən  keçərək,  Ağbulaq  və   Toxluca   kəndlərinin   örüşləri   arasından  keçərək   Toxluca  kəndinin   ərazisi   olan  Əyircə   (1728-ci  ilə  kimi   burada   yaşayış   olub)  adlanan   ərazidə   Göycə   gölünə   tökülürdü.   Bu  çay  Əyircə   çayı   adlanırdı.
Toxluca  kəndi   ərazisində  yerləşən  toponimlər: – örüş,  dərə  dağ,  bulaq  adları:  Qanqallı,  Məmşətolan,  İmamqulu  düşən,   Pərditökülən,    Düz  yurd,   Çeyil,    Dərə  yurd,  Sarı  dərə,  Sarı  qaya,   Ağıllı,  Ağıllı  dərəsi,  Tanırverdinin  boynu  (və  ya  qayası),  Əmirətolan,  Çaldaş,   Kalvayı  (Kərbalayı)  Əsədin  yurdu,  Parıldayan,  At  xalxalı,   Kirkitli,  Dana  damı,   Elçi  daşı  (sonralar  sovxozun  qoyun  sürüləri  avqust  və  sentyabr  aylarında   güneydən  bu   əraziyə  gətirərək  yataq  saldığından  bura  “qoyun  yataqı”  da  deyirdilər),  Gödək  güney,   Qoruxçu  biçən,  Molla  Prim  düşən,  Məşədi Yolçunun  kalafalığı,  Çaldağ,  Bavacanın  (Balakənin)  boynu,   Gözəlli,  Qafarın  dərəsi,  Qumlu  dərə,  Kəmənd  qaya  (bu  qaya  “Qatar  qaya  da  deyirdilər),  Arxaç  (Ağ  xaç),  Böyük  Lələ,  Kiçik  Lələ,  Seyidölən,  Əsətolan,  Çətin  dərə,  Qara  Güney,  Qarbasan,  Dəmirçıxan,    Araba  enən,  At  yeyən,  Ocaq   dağı,  Kərəmbiçən,  Qara  qaya,  Qamışlı,  Əyriayaq  (1954-cü  ildən  bura   “Yeni  gün”  adlı   qarışıq  millətlərdən  ibarət  (azərbaycanlı,  rus  (molakan)  və  “hay”lardan  inarət)  yeni  sovxoz – qəsəbə  salmaq  istəsə  də  plan  alınmayıb  və   əhali   buranı   “Sovxoz”  adlandırıb),  Əyricə,   Əyricənin  sarı  yalı,  Zilfiölən,   Arcıdlı  dərəsi  (Ağbulaqla  Toxlucanın  arası),  Güzey,   İldırımvuran,  Qoyun   yolu,  Ayıdərəsi,  Armudlu,   Nədirin  qayası,  Döş  payı,  Dəlmə,  Həsən  ağanın  dərəsi,  Dana  damı,  Yoloğullar  qayası,   Gəncə  yolu,  Molla  dərəsi,  Arı  damı,  Eşşək  təpəsi  (əsli  Aşnak  tayfası / Aşnak  eli)   və  s.
Bulaqlar: Beşbulaq,   Novçalı  bulaq,  Sonaxanımın   bulağı,  Əsədin  bulağı,  Kiçik  Lələnin  bulağı,  Böyük  Lələnin  sinəsindəki  bulaq,  Arxac  bulağı,  Məşədi  Yolçunun  kalafalığının  bulağı,  Calın  güzeyindəki  bulaq,  Əmirolan  gölü  (bu  göl  süni  yaradılmışdı,  belə  ki,  ən  yüksək  yerdə  suyu  az  olan  bulağın  ətrafını  qazaraq   süni  göl   yaratmışlar  ki,  su  dolsun,  bura  gələn  sürü  və  naxırları  həmin  ərazidə  otaranda  oradan  su  içsinlər),   Kalvayı  Əsədin  yurdundakı  bulaq,  Dana  damındakı  qaya  bulaq,  Dana  damında  cala  bulağı,  Gözəllinin  bulaqları  (bu  bulaqların  suyu  1956-cı  ildə   kənddə  sovxoz  qurulduqdan  sonra  sovxozun  gəliri  hesabına  kəndin  cənub  qutaracağında  tikilən  hamama  çəkilmişdir),  Ağ  bulaq,   Atlı  bulaq,   Yarpızlı  bulaq,  Lilparlı  bulaq,   Nazik  su,   Kor  bulaq  (bu  bulağın  suyu  gah   çıxır,  gah  da  batdığından  bu  adı  vermişlər),   Qaya  bulağı,   Məşədi  İsmayılın  bulağı,  Duzlu  bulaq,  Məsimin  bulağı   və  adı  olmayan   saysız-hesabsız  bulaqlar.  Kəndin  güneyində  yerləşən  sovxozun  fermalarının  və  orüşlərin  adları:  Əyircədə  ərazisində  yerləşən  Əyircə  komu  və  Həvil  Qasımın  komu,   Əyriayaq  ərazisində  iki  ferma,  Taxça  kom,  Dərə  kom,  Məşədi  Yolçunun  qayası,  Sulu  dərə  komu  (ferması),   Anağızoğunda   iki  ferma,   Hacı  Mehtinin  komu   və  ondan  yuxarıda  yerləşən  yeni  salınmış  ferma,  Seyidölən  ferması,  Qafarın  dərəsindəki  (və  ya  Uzundərədəki)  ferma  və  s.
Kəndin   elə  bir   yerdə   yerləşməsi,   heyvanlar   üçün   yem  tədarükünün  və    digər   məhsulların   yığılıb,  daşınması   üçün  əlverişli  idi.  Belə  ki,   yığılan   məhsullar     yuxarıdan   aşağıya   doğru   daşınırdı   ki,   bu   da   arabaların   və  digər   yük  daşıyan   nəqliyyatın   hərəkəti   üçün  rahat    idi.
Kənd   dağlıq   ərazidə  yerləşdiyindən   burada  əhali  əsasən  heyvandarlıqla   məşğul   olurdu.   Istehsal   olunan  məhsullar   da    heyvandarlıq   əlaqədar   idi.  Toxluca  kəndində   qoyunçuluğun  inkişafı  ilə  əlaqədar  olaraq   kənddə  keşəçilik,  palazşılıq,  xalçaçılıq  inkişaf  etmişdir.
Xalçaçılıq  sənəti  ilə   əsasən  qadınlar  məşğul  olurdu  və  bu    sənəti   bilməyən   qız,  gəlin  yox  idi.  Hər  bir  evin  divarlarını   və   döşəmələrini   xalca  və  palazla    bəzəyərdilər.  Hər  evdə   xalça  toxumaq  üçün   hana  dəzgahı  olardı.   Müxtəlif  çeşidli  xalı-xalça,  şuval,  xurcun,  heybə,  fərməş,  palaz,  kilim,   at  yəhəri  üçün  yəhəraltı   və  s.  toxunardı.   Kənddə   keçəçilik   sənəti  də   inkişaf   etmiş  sənətlərdən  idi.  Bu  sənədin  sənətkarları  kişilər  idi.   Kənddə  olan  “Hallaçlar”   tayfasının  adı  elə   keçəçiliklə   bağlı  idi.  Hallaş   “keçəçi”  deməkdir.   Yoloğular   tayfasının  bir  qolu  olan  Muradlar   tayfasından  Rəşid   Murad  oğlu,  Şavıllar   tayfasından bir  qolu  olan  Bədələrdən   tayfasından  Şərif   Bədəl  oğlunun   əl  işləri  olan,  hər  birinin   ayrı-ayrılıqda   işlədikləri  kecələr    bizim   evdə  1988-ci  ilə   kimi   dururdu   və  onları  hətta   Bakı  şəhərinə   də   gətirmişdik.   Sonradan   yayda   güvə   düşdüyündən   saxlaya   bilmədik.   Keçəçilik   sənətinə   yapıncılar ,   dəyələr    qurmaq    üçün,  evin  içini   dösəmək   üçün   material   toxunurdu.   Keçənin  üzərində  müxtəlif  naxışlar salınırdı.  Çox  vaxt   salınma  tarixi,   adlar   da   (kim  tərəfindən,  kimin  sifarişi   ilə,  və ya  kiminsə   doğum  tarixi  və  s.)   yazılırdı.   Keçə   havanı    qışda   isti,  yayda  isə   sərin   saxlayırdı.
Toxluca   kəndində   evlərin   əksəriyyətində   qoyun  yunundan   ip   əyirmək  üçün,  yun   darağı,   cəhrə,  cəhrə  üçün  iy   var  idi.   Yazın   son  aylarında    qoyunların  qırxılmasından   sonra   yunlar  yuyulur  və   qurudulurdu.   Yayda  təmizlənmiş   yundan,   payızda   ev  və  ya  qızların  gələcək   cehizləri   üçün  yorğan  döşək   hazırlanır,   bir   hissəsi   ev  və  ya  qızların   gələcək   cehizlərinə   xalça – palaz    toxumaq  üçün  yun  daranır,  ip  hazırlanır  və   müxtəlif   bitkilərdən   hazırlanmış   boyalarlada   rənglənirdi,   bir   hissəsi   dayanıb,  ip  hazırlanaraq   yun   corab,  əlcək,   köynək  və  digər   geyim   toxunurdu.   Geyim   əşyalarını   toxumaq   üçün  hər   bir  evdə  müxtəlif   formada  və   müxtəlif    ölçüdə   toxuma   milləri   olurdu.  Bu   işi  bacarmayan   qız-gəlin  yox  idi.
Toxluca  kəndində   son   dövrlərdə   gəbə  toxuma   sənəti   davam   etdirilsə  də,  xalçaçılığın   digər   qolları  olan  palaz   və  kilim   toxuma   sənəti   az  istifadə   olunur,  çuval,  xurcun,  heybə,  fərməş,   xara,  at   üçün  yəhər   altı   və  yəhərüstü   çox  az   toxunurdu.  Bu  əsasən  artıq   həmin   əşyalardan  az istifadə  olunmasından  irəli  gəlirdi.
Xalçaçılıqda    əriş,  arişağacı,   arğac,   ilmə,   xov  darağı,  həvə   və  s.   əşya  və  ləvazimatlar    istufadə   olunurdu.
Yundan  hazırlanan  əşyaların  toxunması  və  hazırlanması   əsasən  qış  aylarında    –  oktyabrın   ortalarından  başlayırdı,  yaz  girənə  kimi   görülürdü.  Yayda   isə   əsasən   məhsul   toplamaq   və  onu  qışda   istifadə   etmək  üçün   lazım  olan  işlər  görülürdü.
Novruz   bayramından  sonra   əvvəlcə   qoyunlar    örüşə   çıxarılırdı.   Hava   şəraitindən  aslı  olaraq   “qarının   borcu”   çıxdıqdan   sonra  (bu  10 – 14  aprel   arasında  olurdu)  iribuynuzlu  heyvanlar  örüşə  çıxırdı.   Həmin  dövrdən  başlayaraq   nənə  və  analarımız   süd  (ağartı)  məhsullarından   qış  azuqəsi    tədarükünü   etməyə   başlayardılar.   Əvvəlcə  yağ,   sonradan   pendir,  qurud   və  s.  hazırlanırdı.
Bizim   Toxluca  kəndində   südü   sağdıqdan  sonra   südü   “süd  maşını”nda    çəkərək  qaymağını  ayrırdılar.   Müəyyən   müddətdə  yığılan  qaymaq   nehrəyə  tökülərək  çalxalanır,   alınan  yağı  əridərək   küplərə   doldururdular.  Nehrədən   çıxarılmış   yağı   düzlayıb   qarına  (əsasən  qoyun  və  ya  quzu  qarnına)  dolduraraq  saxlayanlar  da  olurdu.   Ancaq  bunu   bizim  kənddə  çox  az   adam  edirdi.  Yağın  bu  formada   saxlanılma   forması  qonşu  Qaraqoyunlu  mahalında  daha  çox  yayılmışdır.   Nehrədən  çıxan  ayranın  isə   xüsusi   ləzzəti  və  dadı  olurdu.
Nehrə   silindik   şəkilli  olub,  uzunluğu  1,5-1,8  m,   diametri   0,5 -0,6  m   olan   ağacın   içi  ovularaq   hazırlanırdı.   Içi  ovulub  çıxarılmış  ağacın   hər  iki   təpəsi   yastı  taxta   ilə  örtülərək  bərkidilirdi.  Silindirik   oval   şəklində  olan  nehrənin   üst   hissəsinin    ortasında   diametri   40-45   sm  olan    açıq   yer   olurdu  ki,  qaymaq   oradan  nehrəyə   doldurulur,  alınan  yağ  və  yağın  ayranı   oradan   çıxarılırdı.  Nehrə  yüxarıdan  asılırdı   və   əsasən  iki  nəfər   tərəfindən   çalxalayırdı.
Pendiri   ya   şirəli  qabalarda   saxlanılırdı,  ya  da   qoyun  (əsasən  quzu)   dərisində  saxlanılırdı.  Qoyun  dərisində   çox   vaxt   şor   da   saxlanılırdı.  Toxluca  kəndində  qoyun  dərisində  saxlanıla   pendir   və  şora   “motal  pendiri”   və  “motal   şoru”  deyirdilər.
Qurudun  hazırlanma  qaydası  isə  belə  idi:  süddən   qatıq    hazırlanırdı.  Həmin  qatıq   bezdən  tikilmiş   torbalara   töküb  süzürdülər.  Qatq    bez   torbalarda  bir   neçə  gün  qalaraq   süzülürdü.  Həmin   süzülmüş   qatığı   sonradan   yenidən   teştə   tökər,   müəyyən  miqdarda  duz  qatar  və    yuğururaraq   qarışdırırdılar. Yuğurulmuş  qatığı   kündələyirdilər   (yumrulayırdılar).  Kündələnmiş   qatıq    günəş   altında   yox,   kölgəli   yerlərdə   qoyardılar.   5-7  gün  ərzində  həmin   qatıq  yumrusu  quruyub   bərkiyərdi.   Qurudun   istifadə   qaydası  isə   belə  idi:  daş  kimi   bərkimiş   qurudun  üzərinə  isti  su   tökərdilər,  su  bir  az   ilıq  olduqdan   sonra  suda    əzilirdi.  Xəngəl,   xəşil   və  digər   xəmirli   xörəklərdə   istifadə   edilirdi.  Zövqə  uyğun  olaraq  bəzi  insanlar  digər  yeməklərdə  də  istifadə  edərdilər.
Nənə   və  analarımızın  qış  azuqəsi   üçün  məhsul  tədarüklərindən  biri  də  əriştə  kəsmək  idi.  Bu  tədarük   işi   sentyabr   ayının  sonu,  oktyabr  ayının  əvvələrində   olurdu.   Axşamdan   xəmir   təhnələrində   xəmir  yuğrulurdu.   Yaxın  qonşu  və  qohum   qadınlardan    7-10   nəfəri   köməkləşərək    xəmiri  yayaır,   nazik-nazik   doğrayır,   doğranmış   xəmir  dəstələyərək  nazikləşdirilir   və   uzadılırdı.  Dəstələnmə  prosesində  xəmir   həm  də  bərkiyirdi.   Dəstələnib     uzadılan    xəmir    nazikləşdirilir,   sonra   isə   əvvəlcədən  hazırlanmış    kəndirlərlərdə   sərilirdi.   Sərilib  qurudulan   əriştə   sacda   qovrulurdu.  Qovrulmuş   əriştə    xüsusi   qablarda   saxlanılırdı.   Qovrulmuş   əriştədən  “əriştə  aşı”  (əriştə   plovu)  bişirilirdi.
Qış  azuqə   tədarüklərindən  biri  də  qovurma  idi.   Qovurma   üçün   erkək  və  ya   qısır   qoyun  seşilirdi.  Onu  xüsusi   bir  neçə  gün   bordadıqdan   (kökəltdikdən)  sonra  kəsilərək   bişirirdilər.   Qovurmanı   qaba  yığarkən  elə  edirdilrə  ki,  ətin   öz   yağı   əti   örtsün.
Məişətdə   işlətmək  üçün   Toxluca   kəndində   hər  bir   evdə  bu  alət  və   əşyalar   olurdu:  qazma    bel,  çömçəli   bel,  kürək,   yaba,   külüng,   şana,   dırmıq,  kərənti  (dəryaz),  oraq  (son  dövrlərdə  bu  alətdən   az   istifadə   edilirdi),  çəkic,   zindan,   bülöv,  mişar,  rəndə,  kərki,  burğu,   isgənə,  dəstər  (kirkirə),   oxlov,    vərdənə,    sacayağı,  sac,   tabaq,  xəmir   təknəsi,   teşt,   aftafa,  aşsüzən,   ələk,   xəlbir,   şadara,  küpə,  dolça,  səhəng,  duvax  (yuxayayan),  həvənkdəstə,  örkən,  çatı,  sicim,   asma  lanpa,   çıraq,  fitil,   piltə,  maşa,  və  s.  Metal   qaşıq   və  çömçələr  çıxana  qədər   ağac   çömçə   və  qaşıqdan,   xəmir  yuğurmaq  üçün   ağac   təhnədən,   ağacdan  hazırlanmış   tavax,  ağac   kasa    istifadə    edilirdi.   Xış,  vəl  (taxıldöyən),   xış  və   arabanı   öküzə   qoşmaq  üçün  boyunduruq.   Sontalar   xış  və  vəl   aradan  götrülmüşdür.
Kənddə   kartof,  buğda,   arpa,  pərinc,   vələmir,  çoxillik   bitkilərdən  yonca,  qorunca   əkilirdi.  Əvvələr   kənddə   qida  məhsulu  kimi  istifadə  etmək  üçün   buğda   və  pərinc  əkib   becərilirmiş.  Çörək  bişirmək   üçün   “yazlıq  buğda”  sortundan  istifadə  olunurdu.  Bu  buğdanı   kəndin  güney  ərazilərində,  əsasən  Çal  dağın  güneyindəki  ərazilərdə  yetişdirilərmiş.  Yayda  taxıl  biçildikdən  sonra  sahələr  şumlanmağa  başlayarmış.  Qışda  yağan  qar  şumlanmış  ərazini  yaxşıca  sulayarmış.   Yaz  girən  kimi toxulmar  şumlanmış  yerlərə  səpilərmiş.  1950-ci  illərdən  sonra  həmin  ərazilər  otaraq  kimi  istifadə  edilirdi.  Ancaq  əkin  yerləri   bilinirdi.  Son  dövrlərdə  isə   dövlət   tərəfindən  buğdanın   qida  üçün  elə  də  yararlı  olmayan  növü  becərilirdi,  pərinc  isə   ümumiyyətlə  əkilmirdi.
Kənddə  bağçılıq  nəyə   görəsə  çox  az  inkişaf   etmişdi.  Ancaq   70-ci  illərin  sonu, 80-ci   illərin   əvvələrindən  əhali   öz   həyətyanı  sahələrində  bu  sahəni   inkişaf   etdirməyə   başlamışdır.
Kənddə   arıçılıq  da  inkişaf   etmiş   sahələrdən  idi.   50-ci  və  60-cı  illərdə   kəndin   sovxozunun  350 – 400   arı  ailəsindən  ibarət  təsərrüfatı   olub.  Sovxozun  arıçılıq  təsərrüfatına   İsgəndər  Xəlil  oğlu,  Seyfəli   Cabbar  oğlu,   Məhərrəm  Şiralı  oğlu,    Mirqasım  Mirhəmid  oğlu  və  s.   idarə  ediblər.  Ancaq   iqtisadi   cəhətdən   səmərə   vermədiyini  bahanə   edərək  ləğv  edilib.   Ancaq  kənd   əhalisinin   təqribən  40 – 45  nəfəri   özünün   xüsusi   arı   təsəsərrüfatını   vardı.
Kənddə  əhali  qida   kimi   təbiətdə   bitən   bitkilərdən  də  istifadə   edirdilər.   Qar  əriyib  qurtaran  kimi   yazın  ilk  günlərində   bulaqların  başında   lilpar  baş   qaldırırdı.   Bu  bitki   ancaq   bulaq  başında   (ətrafında)   bitirdi.  Həm  də  hər   bulağın   ətrafında   bitmirdi.   Gövdəsi  boş,  başında   sarı   çiçəyi  olan  bitki  idi.  Lilparın   yarpağı  təmizləndikdən  sonra  gövdəsinin   acı  suyunu  sıxıb  çıxarır,   qovrularaq   bişirilir    və   sarımsaqla  yeyilirdi.  Onun      xüsusi  dadı   və   ləzzəti   olurdu.   Yemək   bişirmək  üçün   bu  bitkini  körpə  ikən  yığmaq   lazım  idi.  Vaxtı   keçdikdən   sonra   onu  qida   kimi   istifadə   etmək  olmurdu.  Ancaq   bulaq  baçına  gələnlər  ondan  su   içmək  üçün  istifadə   edirdilər.  Lilpardan  turşu  qoyanlar  da  var  idi.
Kənddə  istifadə  edilən  və  yemək  bişirilən   bitki,   bizim   sadəcə  olaraq   pencər  adlandırdığımız   quşəppəyi   idi.   Bu   bitkini   Gəncə – Qazax  zonası   yolotu,   Qarabağ  zonası  isə  qırxbuğum   adlandırırlar.   Bu  bitkini  nəinki   körpə  ikən  təzə-təzə  bişirib   yeyirdilər,  hətta   onu  körpə  ikən  yığıb   qurudaraq  saxlamaq  mümkün  idi.  Qurutduqdan  sonra  isə  istədiyin  vaxt    bişirmək  olurdu.   Quşəppəyini   bişirməmiş,  çiy-çiy  duzla   ovulub  yeyilirdi.
Əvəlik  adlanan  bitkini   yığıb  qurudurdular.  Bu   bitki  ilə   bişirlən  sulu  yemək  soyuqdəymənin  dərmanı   idi.  Əvəliyi   qovrulmamış  əriştə   (təzə   hazırlanmış)  və  ya  umac  ilə   bişirirdilər.
Əmənkömənci  yazda  bitirdi  və  körpə  ikən  yığılıb  bişirilirdi.  Acı   suyu  çıxarıldıqdan  sonra  həm  sulu  yeməkdə,  həm  qovrularaq   bişirilir,   bitkidən   həm  də  dadlı   kətə  və  qutab  da   bişirilirdi.
Pərpətöyün  qovrularaq     sarımsaqla   yeyilirdi.
Dəvədabanı  (bəzən  düyədabanı  da  deyilirdi)  körpə  ikən  yığıb  elə  yerində  qabiğı  soyularaq    yeyilirdi.
Qanqal  (bu  bitki  tikanlı  olduğundan   bəzən   sadəcə  “tikan”da   deyirdik)   körpə  ikən  yığıb  elə  yerindəcə  qabiğını   soyub  yeyilirdi.
Baldırğan  qabığı  soyularaq   yeyilirdi.   Bacaranlar  turşu  da   qoyurdular.   Dərələrdə, sulu  yerlərdə   bitirdi.
Çaşır   Toxluca  ərazisində   Göycə  gölünün  sahili  boyu  uzanan  Güney   dağnda,  əsasən   qayalıq   yerlərdə  bitirdi.
Qımı   deyilən  bitki   isə   əkənək  sahələrində  bitirdi.  Hər  iki  bitkini  əsasən  turşu   üçün  yığırdılar.
Cincilim   yazın  ilk  günlərində  bitirdi.  Əsasən  kətə    bişirilirdi.
Yemlik   və   qazayağı   yığılb  elə  yerindəcə   duzla  ovub  yeyilirdi.
Quzqulağı    turş   bitki   idi.  Elə  birbaşa  yığıb  yeyilirdi.   Ancaq   duzla  daha  dadlı  olurdu.
Gicitkən  əsasən  çəpər   diblərində   bitirdi.  Əlimizi  dalasa  da  yığıb  duzla  ovub  yeyirdik.   Kətə   bişirmək  üçün  geniş  istifadə   edilirdi.
Yarpız  bitkisi   əsasən  çay  kənrında   bitirdi.  Onu  yığaraq   qurudurdular.  Xörəklərə   ətir   vermək  üçün,  çay  dəmləmələrində  istifadə   edilirdi.
Kəkotu   daşlı   ərazilərdə  bitirdi.   Onu  da    yığaraq   qurudurdular.  Xöyəklərə   tam  vermək  üçün,  çay  dəmləmələrində  istifadə   edilirdi.
Sarıçiçək,  itburnu,  çalxatayı    və  s.  bitkilərdən  çay  dəmləmək   üçün  yığıb  istifadə   edilirdi.
Kənddə   əsasən   bozartma,   çolpa,  çolpa  qızartması,  xəşil,  əriştə,  əriştəli  aş,  umac,  yarpaq  xəngəli,  sulu  xəngəl,  çəkmə,  soğanca  (və  ya  buna  bəzən  işgənə  də  deyirdilər),   qaysəvə,    südlü   aş,   kələm   dolması,  və   s.   xörəklər   bişirilirdi.
Toxluca  kəndində  əsasən  odun  sobasından  (peçindən)   istifadə   edilirdi.  Kəndin   “Armudlu”   və   “Ayı  dərəsi”  adlanan   ərazisi   əvvələr   meşəlik  olub.  Yanacaq  kimi   istifadə   edərək   meşəni   məhv   edilmişdir.  Yanacaq  kimi   odun  və  kərmədən  (təzəkdən)    istifadə   edilirdi.    Odun   Qaraqoyunlu   mahalının  meşələrindən   gətirilirdi.   Qaraqoyulu    mahalından  odunu  əsasən   toy   və   yas   mərasimləri  vaxtı   gətirib  istifadə   edilirdi.   Sonralar  evləri  isitmək  üçün   ən  çox   kömür,  bəzi  evlərdə   dizel   yanacağından  (solyarkadan)   istifadə   edilirdi.
Kənddə    armud   ağacı  meşəsinin   izləri   kəndin  qəbirstanığını   iki  yerə   bölən  dərədə  qalmışdır.  Həmin  dərədə  iki  iri   gövdəli   armud  ağacı  var  idi.  Meyvəsi   xırda  meşə   armudundan  ibarət   idi  ki,  yaxın  ərazidə  yaşayan  uşaqlar  meyvəni  yetişməyə   imkan  vermirdi,  elə  kal-kal  yığıb   yeyirdi.   O,  ağaclardan   biri    təqribən    1976-1977-ci  illərdə,  digəri  isə  1980-ci  illərin   ortasında   kökünü  sel  sularının  yuması   nəticəsində  məhv   oldu.  Məhv   olmasının  digər   səbəbi  isə   həddindən  çox   yaşlı   olmaları   idi.
Kənddə   çörək  təndirdə   bişirilirdi.   Bizim  kənddə   təndir   yerlə   bərabər  basdırılaraq   hazırlanırdı.   Ocaq   dağının  şimal-şərq   hissəsində   təqribən   200  kvadrat  metr   sahədə   sarı   torpaq   çıxırdı  ki,   təndir  həmin  torpaqdan  hazırlanılrdı.  Torpağı   gətirilir,   su  tökərək   qıcqırdılır,   ayaqlanıb   qarışdırılırdı.  Bu   proses   bir  həfdədən  çox   vaxt   aparırdı.   Sonradan   xüsusi   adamlar  (sənətkarlar)    təndiri   hazırlayırdılar.   Təndiri  hazırlayarkən   bir  yerində   qövsvari   açıq   hissə   saxlayırdılar.   Hazırlanmış   təndir   quruduqdan   sonra,   təndirin   diametrindən   geniş   diametrdə  əvvəlcədən   qazılmış   çalaya   sallayırdılar.  Torpaqla   təndirin  arasında  qalan  boşluğa  isə   orta   ölçüdə   xırda   çay   daşları   tökülürdü.   Həmin  çay   daşları   təndirin   uzun  müddət    isti   qalmasına  səbəb  olurdu.  Təndirin    aşağı   hissəsində    saxlanılmış   qövsvari    hissədən   çəpinə,   təndirdən   1,5 – 3  m  aralı   dairəvi  boru   olurdu  ki,  buna   biz   külfə   deyirdik.   Təndirin  tüstüsü   bu  külfədən   (bacadan)  cıxırdı.  Xəmiri  “rəfətə”    deyilən   lavazimatın   üstünə   qoyaraq   təndirə   yapırdılar.   Çörək  bişirilərkən  istifadə  edilən  digər   lavazimat    “ərşin”  adlanırdı.   Bu  lavazimatı   dəmirdən  hazırlanırdı  ki,   onun  bir  tərəfi  qarmaq   olurdu,  digər  tərəfi    kürək   əvəzi   yastı   olurdu.
Əvvələr   təndiri    insanlar  elə    yaşadığı   yerlərdə   (otaqlarda)   qoyurdular.   Təndirdə   çörək  bişdikdən  sonra   isti  qalan  təndirin  üstünə   kürsü   qoyub  orada   oturar  və  söhbətləşərdilər.   Təndirin  qırağı   çay  daşları  ilə   doldurulduğundan   uzun  müddət   istiliyi  saxlayırdı.
Toxluca   kəndində   əsasən    təndir   çörəyi   bişirilirdi.  Bəzən  təndirdə  fətir  də  bişirərdilər.  Fətirin   xəmirinə   əlavə  olaraq  yağ,  yumurta,  xoşlayanlar   şəkər   tozu  qataraq   yoğrulurdu.  Toy   və   yas   mərasimlərində   əsasən   lavaş   (buna  yuxa   da   deyirdik)  bişirilərdi.  Lavaşı  bişirmək  üçün  ocaq  yeri  kimi   evin  bir   tərəfində   buxarı    tikilərdi.   Lavaşı   yayaraq    sacın  üzərində   bişirilirdi.   Bu  işi   bir  neçə   qadın  köməkləşərək   həyata  keşirərdi.  Sac   üzərində   fəsəli   də  bişirilərdi.  Fəsəli   elə  lavaşın   xəmirindən  bişirərdilər.  Belə  ki,  6-8   qat   yayılmış   lavaşın  arasını  yağlayardılar,  zövqə  uyğun  şəkər  tozu   və  s.  da  qataraq   bişirərdilər.    Sonralar   təndir   və  buxarı   ayrıca   bir  yerdə   tikilirdi   və  ona  təndirlik  deyirdik.
Kənddə   oğlanı   evləndirərkən  qızı  oğlan  üçün   əsasən   nənə,  ana,  bibilər,  xalalar  və  ya  bacılar   seçib  bəyənərdi.   Sonra   evlənəcək   oğlanla    tanış  edər,  bəyəndirərdilər.  Oğlan   evi   öz  aralarında   namizəd  qızı   bəyəndikdən  sonra   ilk  öncə  xeyir  işi   qız  anasına   (və  ya   qızın  ən  yaxın  qadın  qohumlarından  birinə)    deyərdilər   və   qız  anası  bu  xəbəri   qızın   atasına  və  digər   ağsaqqal  və  ağbircəklərinə   bilirərdi.   Qız  anası  tərəfdən   “razılaşdıq”   xəbəri  gəldikdən  sonra   artıq   əsas   işə,  “hə”  almaq,  sonra   isə  “nişan”  və  s.  işlər  həyata  keçrilirdi.   Ona  görə  də   boşanma  da  olmazdı,  olsa  da  təsadüfü   hallarda.   Toylar   mağarda  keçrilərdi.   Mağarın   necə   qurulmasında    ev   yiyəsinin   xəbəri  olmazdı.  Bunu   elə   yaxın  qohumlar   və  qonşular   edərdi.   Son  dövrlərdə    kənddə   tövlələr   böyük   tikilirdi  ki,   mağar  qurmağa  ehtiyac   olmurdu.   Toy  günü   heyvanlar  kəsilər,   qazanlar   asılardı.  Toxluca   kənd   toylarında    bozbaş   və   kələm   dolması   bişirilərdi.
Toy  günü   gəlin  ata   evindən  çıxarkən   at   çaparaq  oğlan   evinə   xəbər   aparardılar.   Oğlan   evinə  ilk  çatan   çapara   ev  sahibi  tərəfindən   nəmər  verilərdi.  Toy  zamanı  cavanlar   qursaq   tutub   bir-biri  ilə   güləşərdilər.  Texnikanın  inkişafı   ilə  əlaqədar   və  digər  səbəblərdən    bu  adətlər   1970-cı   illərin  əvvələrində   ləğv   olunmuşdur.
Kəndimizdə  toylar  çox  təmtəraqlı  keçrilərdi.  Toya  demək  olar  ki,  tayfanın   hamısı   kömək   edərdi.  Qız  doğulan   günündən   onun   cehizi,   yorğan-döşəyi,  xalça-palazı   və  s.   hazırlanardı.
Toylar   əsasən   payız   vaxtı,   məhsul   yığımının   son  mərhələsində   başlayardı.  Gəlini   zurna-balabanla   gətirərdilər.  Toyxana  adlanan  mağarda  isə   toyu   aşıqlar   idarə   edərdi.   Aşıqsız   toy   keçməzdi.  Yeməkdən   sonra   qız-gəlinlər   də   mağara   gələrək   aşığa   qulaq   asardılar.  Oyun   havalarının   sədaları  altında   hərə  öz   məharətini   göstərərdi.   Toylarda  tərəkəmə,  yallı,  Qoçəli,  heyvagülü,  uzundərə,  qaytağı,   vağzalı   və  s.  rəqs   havaları   oynalılardı.   Toy   etmək  imkanı   olmayan   və   digər  səbəblərdən    cavanlar   bəzən  onun   üçün   bəyənilən   və  ya  özünün   bəyəndiyi   qızı  elə   toylardan   “götürüb  qaçardılar”.
Toxluca  kəndində   ta   qədimdən   evlər  elə   tikilirdi  ki,   onun  yarsı   yerin   altında  olurdu.  Buna    qazma  evlər   də   deyirdilər.   Oradan  çıxarılan  torpaq   isə   evin  üstünə   atırdılar.   Bu   torpaq   qar  və   yağış   sularının   içəriyə    hopmasına   imkan  vermirdi.  Həm  də   evi   az   istilik   ilə  isti   saxlayırdı.  Yayda   isə   sərin  saxlayırdı.   evlər   həm  də   hündür  tikilərdi.  Həmin  evlərdə   bəzən   arakəsmələr  də  olmazdı.  Evlər   palıd   kərən   və  dirəklər   üzərində   tikilirdi.   Evin  tavanında   palıd   ağaclar    elə  döşənirdi   ki,  sanki  mişardan  çıxmış  taxta   ilə   döşənib.   Evin  ortasında   havanın   təmizlənməsi  və  işıq  düşməsi   üçün   bacalar   qoyardılar.
II  dünya  müharibəsindən  sonra   kənddə    bir  və  iki  mərtəbəli  müasir  evlər   tikilməyə   başladı.   Ev  tikərkən  də   işi   ev   sahibi   tək  etmirdi.  Yaxın   qohum  və   qonşular   çox   vaxt   ev  yiyəsinə   imkan   vermirdilər  ki,  işləsin.   Ümumiyyətlə  bütün  işlərdə   hamı  bir-birinə  kömək  edirdi.
Toxluca   kənd   adətlərindən  biri  də  kirvəlik  idi.  Hər  bir   kəs   demək  olar  ki,  ilk  oğlu   doğulduğu   gündən   kirvə   seçərdi.  Bu   seşimi  isə   həmin  adama   oğluna  sünət   etdiyi   vaxt  bildirərdi.   Bizdə   kirvəliyin  yazılmamış   ağır  şərtləri  var  idi.   Belə  ki,  “Kirvə-kirvənin  damının   üstə   çıxmaz  ki,  içəri  torpaq   tökülər”  deyimi   də  var  idi.   Kirvədən  qız  almaq  olmazdı.  Qohumdan,   qardaşdan   inciyə  və  küsə   bilərdin,  kirvədən  isə   küsmək,  incimək  olmazdı.   Xeyirdə -şərdə   kirvə  ev   sahibinin   ən  yaxın  və   əziz  adamı  kimi  iştirak   edirdi.  Kirvələr   bir-birinin   kədərini  və  sevincini   bölüşürdülər.   Kirvəlik   bəzən  övladlar   tərəfindən   nəsillikcə   davam   etdirilirdi.
Toxluca   kəndində   dinə   böyük   hörmət   var  idi.  Kənddə   dini  qaydalara   riayyət  etmək  üçün  daima   dini   rəhbərimiz  –  seyid   və  mollalarımız  olub.
Kənd   qəbirstanlığın   ikiyə  bölən   dərənin    başlanğıcında,   “Qatar  qayası”   deyilən   yerin   aşağısında   sel  sularının  yuması   nəticəsində   cıxan   yastı  daşların   əlamətləri,    onun   seyid   qəbri  olduğunu   deyirdilər.  “Seyidölən”   toponimi   isə  lap   əvvəllər   kənddə   seyidlərin   yaşadığı   və  həmin  ərazidə   hansı  hadisə   səbəbindən   dünyasını  dəyişdiyini  sübut  edir.   Seyidölən   toponiminin  yararanma  tarixçəsi  belə  rəvayət  olunur:   Yaşlıların  söyləmələrinə  görə   tayfalar  arası  atışma  zamanı  güllə   yol  ilə    gedən  seyidə  dəyir  və  seyid   dünyasını  dəyişir.  Onun  qanı  tökülən  yeri  ayaqlanmasın  deyə  mühavizə  etmək   məqsədi  ilə   daş  topası  yığırlar.  Sonrakı   dövürlərdə  də    həmin   yoldan  geçən  adam  həmin  daş  topasının  üzərinə   daş  atır  və  dünyasını  dəyişmiş   seyidə   ALLAHdan  rəhmət  diləyirlərmiş.  Həqiqətən  də  həmin  daş  topası  balaca  bir  təpəlik  əmələ  gətirmişdir.   Sel  suları   həmin  daş  təpəsini  dağıtsa  da   yeri  dururdu.    Son    dövrlərdə   isə   bir-biri   ilə   qohumluq  əlaqəsi  olmayan   seyidlər   var  idi.  Seyid   Mir   Murtuza   ağa   uzun   müddət   Həcc,  Məşhəd   və   Kərbəla    ziyarətinə   gedən   zəvvarlara    çovuşliq   edərmiş.  XX  əsrin   əvvələrində  Toxluca   kəndində   məskunlaşmış,  orada  evlənmişdir.  Uşaqları   Toxluca   kəndində    yaşayırdılar.  Seyid   Mir   Murtuza   ağa  Toxluca  kəndinə  yaşlı   vaxtlarında   məskunlaşmışdır.   Bu   seyid   ərəb,   fars,   türk  dillərini   gözəl   bilirmiş.   Sonralar   gözləri   tutulduğundan  “Kor   Seyid”   kimi   də   adlandırırdılar.   Digər  seyid  Seyid   Həsən  olub.   Bu  seyidin   bir   qızı   Qəmət   Binnət   oğlunun   həyat   yoldaşı  kənddə  yaşasa  da  digər   övladları  Gədəbəyin  İvanaovka   kəndinə  köçmüşlər  və  orada  yaşayırdılar.
Digər   seyid  isə  XIX  əsrin   sonlarında   mənim  babam   Məşədi  Yolçunun   dəvəti  ilə   Toxluca  kəndinə   gəlib  məskunlaşan   Hacı  Mir   Sadıq   ağa   və   onun  ovladları    idi.  Onun   övladları   Məşədi   Mir  İsmayıl  ağa  və  Mir  Həmid   ağanın   kənddə   böyük   nüfuz   sahibi  olmuşlar.
Kənddə   Quranı   oxuyan  çoxlu   şəxslər  olsa  da,  kənddə  keçrilən  dini  mərasimləri  və  s.  yerinə   yetrilməsinə   50-ci  illərdən  sonra   Məhəmmmədtağı  Məşədi  Əli  oğlu   rəhbərlik  edirdi.
Kəndin   məscidi   olmuşdur  və  həmin  məsciddə    əvvələr   dini  elmlər   və  s.  öyrənilib.   Sovet   hökuməti   qurulduqdan  sonra    məscid   dünyəvi  elmlər   öyrədən   sovet   məktəbi  kimi  istifadə   edilmişdir.   Məscidin   tikilmə  vaxtı  məlum  olmasa   da,   ucrulma  vaxtı   təqribən  1930-cu  illərə   təsadüf  edir.
Belə   ki,   1928-ci  illdə   tikintisi   başlamış  yeni   məktəb  binası   1933-1934 -ci  illərdə  istifadə   edilmişdir.    Məsçid  isə  istifadə  edilmirdi.  Həmin   dövrdə  məktəb   direktoru   İrəvan  şəhərindən    göndərilmiş   Alma   Makinski   olub.   Alma  Makinski   məktəb   direktoru  işlədiyi  müddətdə   məscidi   sökdürmüş,   nümayişkaranə  sürətdə   “Qurani  Kərim”  kitabını  da  yandırmışdır.  Bu  hadisədən  sonra    təsadüfən   bir   tayfanın  iki  nümayəndəsi   arasında   mübahisə   düşür.   Hadisə  yerinə    mübahisə   edənləri   aralamaq   üçün   kənd   rəhbərləri    gəlirlər.    Hadisə  yerinə   həmçinin   məktəb  direktoru  olan   Alma   Makinski   də   gəlir.  Mübahisənin    gızğın  vaxtında   əlində   silah  olan   kənd   sovet   sədri,  əslən  Qaraqoyunlu   mahalından  olan  Qarakişi   silahla   havaya   güllə   atır.   Necə  olursa   güllə   təsadüfən  Alma  Makinskiyə   dəyir   və   dünyasını   dəyişir.   Əlində   silah  olan  adamı   milis  aparır.    Alma  Makinskinin  qardaşları  İrəvan  şəhərindən   meyidi  aparmaq   üçün  gələndə,  onları  Trodski  adı  ilə    tuturlar.   Əlində   silah  açılan   şəxsi   də  azadlığa   buraxırlar.   Hadisə  təqribən   936-cı   illərdə   olub.
Kənddə   dini   mərasim  olan   məhərrəmlik   ayında  şəhid  olmuş    imamların   təzyələri   keçrilirdi.  Bu   təzyələr   əvvələr  Molla   Əhmədin  evində   keçrilirmiş.   Sonralar   müəyyən  evlərdə   keçrilib.    Ancaq   sonralar   bu   təzyələr   Tanırverdi  Həmid  oğlunun  öz   həyətində  “samanlıq”    adı  ilə  tikdiyi,   xüsüsi   binada   keçrilirdi.  Əvvələr   bu  təzyələr  zamanı   tamaşa  kimi  zəncir  vurulsa  da,  sonralar  bu  adətlər  aradan  götrülmüşdür.
Dini   bayramlar  olan   Orucluq   və  Qurbanlıq   bayramları  da   xüsusi  təmtaraqla   keçrilirdi.   Orucluq   bayramında  “fitrə”   verilərdi.  Qurbanlıq   bayramında  mütləq   heyvan   kəsilərdi.   İmkanlı  adam   tək,  ya  da    bir   neçə  nəfər   birləşərək   bir   heyvan   kəsirdi.
Dünyasını   dəyişən   şəxslər  üçün   mollanı   çağırmamış  özləri    gəlib   dəfn   mərasimini  yola   salardı.   Əvvəllər   dəfn  günü   dəfndən  sonra   ehsan   kimi   qəbirstanlıqda   yuxanın   arasında   halva,  əyirdək,  qatlama  paylanarmış.   Sonralar   bu    adət    aradan    götrülmüş,   həm  dəfn,  həm  üç,  həm  də   yeddi   və   qırx   mərasimlərində   ehsan   süfrəsi   açılmışdır.
Mənim  yadımda  qalan  kənd  adətlərindən  biri  də  “Xıdır  Nəbi”  bayramıdır.   Bu   bayramı  dini   bayram  kimi    qeyd  edilsə  də,    islam   dini   ilə   heç   bir  əlaqəsi  yoxdur.   Bu   bayram   Azərbaycanlılara   xas   olan  bir   adətdir.   Ola    bilsin   ki,   bu   Azərbaycan   ərazisində  mövcud  olan   qədim   hansısa  bir   dini   bayram   olub.
“Xıdır  Nəbi”   Kiçik   Çilənin   ortasında,   10-cu   günündə     icra  edilirdi.   Bu   fevral   ayının   10 – 11   tarixlərində  keçrilirdi.   Bayram  qabağı   sacda    buğda   qovrulardı.   Qovrulmuş   buğda   əl  dəstərdərində   (kirkirədə)    qovut   çəkilərdi  (üyüdülərdi).  (qovut   yarmadan  narın,  undan  azca    iri   olurdu)  Çəkilmiş   (üyüdülmüş)  qovut   “yarma”  adlanan   iri   hissədən  ayrılardı.   Bayram  axşamı  qovut   xüsusi   qabda,   məcməyidə,  sinidə   və  ya   kasada    elə   yerə   qoyulardı  ki,   uşaqlar   əl   vurmasın.   İnanca   görə   səhərə   qədər   həmin  qovuta  əl   vurulmamalı  idi.   Gecə   Xıdır  Nəbi   gəlib   öz  payını   götürəndən  sonra   həmin  qovutu    istifadə   etmək  olardı.  Belə   inam  var  idi  ki,   bu  zaman   evin,   ailənin   ruzi-bərəkəti  artar,   bolluq  olardı.  Səhər   açılandan  sonra  qovutdan  müxtəlif   yeməklər  hazırlanardı.   “Xıdır  Nəbi”   bayramı   günü   cavanlar   və  uşaqlar  dəstə  ilə  evləri  gəzərək  nəğmə   oxuyaraq   bayram  payı   yığardılar.  Oxunan  nəğmə  təqribən   belə   idi:
Mən  Xıdırın  quluyam,  Göy  atının  quluyam.
Ağzının  arasıyam,    Ayağının   nalıyam.
Xanım,  ayağa  dursana,   Xurcunun  ağzını  açsana,
Torbanı   doldursana ,    Xıdırı  yola  salsana.
Verənin  oğlu  olsun,   verməyənin  qızı.
Ancaq   sonralar   pay   yığmaq   aradan   götrüldü.   Bəlkədə   bu   kənddə   qışın  sərt   kecməsi  ilə   əlaqədar  idi,  həm  də   həmin  vaxt   məktəb   vaxtına  düşürdü.   Xıdır  Nəbi   bayramının   lazımınca   keçrilməməsinin  bir   səbəbi  də    sovet    ideologiyasının   təsiri   idi.
“Xıdır   Nəbi”   bayramından   sonra   10  gün   sonra   20   fevralda   Kiçik   Çilə  başa  çatırdı.  Kiçik   Çilənin   başa   şatmasından  sonra   22   fevraldan   Boz  Ay   başlayırdı.   Boz  Ay   çərşənbələrə   bölünürdü.   Boz  Ayda   4   və  ya  5   çərşənbə    olurdu.   Çərşənbələr   belə  adlanırdı:
I  çərşərşənbə  –  Su  çərşənbəsi  –  “İlk   çərşənbə”;
II  çərşənbə  –  Od  çərşənbəsi   –  “Qara   çərşənbə”   (və  ya  “Qara   Byram”  da  deyirdilər);
III  çərşənbə  – Yel   çərşənbəsi  –  “Boş   çərşənbə”
IV   çərşənbə  – Torpaq  çərşənbəsi  –  “Axır   çərşənbə”   adlandırılırdı.
Boz   Ayda  5  çərşənbə  olardısa   birinci   çərşənbə   “Yalançı   çərşənbə”  adlanırdı.  Bu   əsasən    fevral  ayının   28  və  29   gün  olmasından  aslı  olaraq,   çərşənbə   fevralın   21  və  ya  22  tarixlərinə   düşdükdə    olurdu.   Fevral  ayının  21   və  ya  22  tarixlərindən  sonra   gələn    çərşənbələr  isə   “İlk  çəşənbə”;   “Qara   çərşənbə”;   “Boş   çərşənbə”;    “Axır   çərşənbə”   adlandırılırdı.
İlk   çərşənbə   müəyyən  işlər  görüldükdən  sonra   II  çərşənbədə   “Qara   çərşənbə”   günü   həmin   ildə    dünyasını   dəyişənlərin   ailələrinə  baş   çəkir,   sonra   hər  bir  kəs   qəbirstanlığa   gedərək   öz  ailəsində,   tayfasında   və  yaxınlarında   dünyasını   dəyişənləri   ziyarət  edir,  dualar  oxuyar,    “Quranı  Kərim”dən   surələr   oxudurdular.
“Qara   çərşənbə”dən   sonra   hər  bir  kəs   öz   evlərində   təmizlik  işlərinə   başlayır,  yorğan-döşək,   palaz-kilimlər,   paltarlar    bayıra  çıxarılıb   çırpılaraq   tozu   alınar,   Əhəngli  evlər  yenidən  əhənglə   ağadırdılar.   Şirniyatlar   bişirilər,  yumurta  boyanardı.  Səməni  göyərdərdilər.  Bütün  bu  işlər   iki   həftə   ərzində,   “Axır  çərşənbə”  gününə   gədər  hazırlanıb  qurtarardı.  Oğlan  uşaqlar  və   cavan   oğlanlar   “qara  çərşənbə”dən  sonra   yumurta   döyüşdürərdilər,   bəzən   yumurtalar   hər   iki   tərfdən   qatara   düzülərək   döyüşdürülərdi.  Cavanlar  qurşqa   tutaraq   güləşər,  dirədöymə  (bəzən  buna   kəmərdöyüşü   də  deyilirdi)   oynayardılar.  Bütün  çərçənbələrdə   axşamlar   həyətlərdə   tonqal  yandırılır,   uşaqlar   tonqalın   ətrafında   oynayır,  sonra  uşaqlı-böyüklü  hamı   tonqalın  üstündən   atlanırdılar   (hoppanırdılar).
“Axır  Çərşənbə”  günü   bayram   qazanları   asılardı,  ləziz  yeməklər  bişirilərdi.  “Axır   Çərşənbə”  günü  ilə   Novruz   bayramı   günü   üst-üstə  də  düşə  bilərdi   və  ya   onların   arasında   6  günə   kimi   fərq   də   ola  bilərdi.  Novruz  Bayramı   günü   isə   yenidən   bayram   süfrəsi  üçün   ləziz   yeməklər   hazırlanardı.
“Axır  Çərşənbə”  günü   cavan  qızlar  və  gəlinlər   qulaq   falına   gedərdilər  (biz  buna  “qapı   busma”   deyərdik),   və  ya  evlərdə   müxtəlif   cür    fala  baxardılar.
“Axır  Çərşənbə”  günü   bütün  uşaqların   və  cavanların   iştirak  etdiyi   bayram   şənliklərindən  biri  də   “sulaşma”  idi.  Demək  olar  ki,  bir-birini   sulamaq   üçün   hər  bir  kəsin  əlində  vedrə  və  ya   su   götürmək    üçün  digər   avadanlıq   olardı.  Sulaşma   əməliyyat   “Axır  Çərşənbə”  günü   axşamtərəfindən  başlayırdı,  gecə  saat   birdə-ikidə,  hətta  geçə  saat  dörddə   qurtarırdı.  Geyindiyimiz  paltarları  həmin  axşamı   bir  neçə  dəfə  dəyişəsi  olurduq.
Oğlan  uşaqları   və  cavanlar   əski   parçasını   gündüzdən   metal   simə  (məftilə) dolayaraq,  ağ  neft  və  “salyarka”  ilə   hopdurardıq   (buna   biz  “lopa”  deyərdik),   gün  batandan  sonra   onu  yandırıb   əllərimizlə  başımızın   üstündə   fırladaraq   dağlara  da   çıxardıq.
“Silaşma”   əməliyyatı   “Axır  Çərşənbə”  gününün   səhərisi   başqa   cür  keçrilirdi.  Səhər  tezdən   demək  olar  ki,   sübh   azanı  vaxtı   axar  çaydan   qabda  su   və  balaca  daşlar   gətirər,  su  ilə   bütün  ailə  üzvləri,   evdəki   bütün  yüklər   və   mebellər,   tövlədə   heyvanlar   sulanardı.  Balaca  daşlar  isə  evlərin  və  tövlənin    künclərinə   atılardı.   Həmin  daşlar  bir  də   Novruz  Bayramı  qabağı  evlər   təmizlənərkən   yığışdırılardı.
Novruz   Bayramında   küsülülər   ağsaqqal   və  ağbirçəklər   tərəfindən   barışdırılar,  kirvələr,   uzaq  və  yaxın  qohumlar  bir-birini   bayram   xonçaları   ilə   yad   edərdilər.  Dünyasını   dəyişən   ailələri   qohumlar    və  yaxın  qonşular   yığışaraq    “yasdan  çıxarardılar“.
Novruz   Bayramından   sonra   yazın  gəlməsi   ilə  qar  əriyib  qurtarardı.  Heyvanlar   örüşə  çıxarılırdı,  camaat   əkinə   hazırlığa   başlayırdılır.
Yazın   gəlişi   ilə   uşaqların  da  sanki  “işi”  çoxalırdı.  Uşaqlar   dirədöymə  (bu  oyuna    əsasən   kəmərdöyüşü   deyirdik),  aşıq-aşıq,   çilik-ağac,  ənzəli   (eşşəkbeli),   gizlənpaç,  bənövşə-bənövşə,   beşdaş   (buna  “qapalandaş”  da  deyirdik,   əsasən  qızlar  oynayırdı),  topaldıqaç,  və   s.  oyunları  oynalınırdı.
Toxluca     kəndində    dən   üyütmək   üçün   üç   su   dəyirmanı   olub.    Biri   sovet   dövründə    “qaraj”   adlanan    ərazinin   qarşısında,   Uzundərə   çayının   sol  sahilində   yerləşib  ki,  onun   qalıqları   əhali   kəndi   1988-ci  ildə   tərk  edənə  kimi   dururdu.  Ikinci   dəyirman   isə   “Sultanın   Çalası”   adlanan  ərazinin   sonunda,   Uzundərə  çayı   ilə   Seyidöləndən  axab  gələn  çayın   birləşdiyi   yerə   yaxın  yerdə   olub.   Sonralar   bu  dəyirmanın  ərazisində   klub    və   sovxozun  anbarı    tikilib.   Üçüncü   dəyirman   kənddən   Əyriayağa  (Sovxoza)   gedən   yolda    “Qara   Daş”   deyilən   yerdə  olub.  Dəyirmanlar    müharibədən   sonra   fasilələrlə,  1960-cı  illərin  ortalarına  kimi   işləyirmiş.
1970-ci  illərdə   dövlət  tərəfindən   əhalinin   öz   xüsusi   heyvanlarına   dən  üyütmək   üçün   kəndin  mərkəzində   elektriklə   işləyən   dəyirman  tikmişdir.